Əhali


21/07/13 Əhali

2010-cu ilin yanvarın 15-də Azərbaycan Respublikasının əhalisinin sayı 9 milyona çatmışdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu il aprelin 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 25 min nəfər və yaxud 0,3 faiz artaraq, 9 milyon 22 min nəfərə çatmışdır. Ölkədə bir kvadratkilometrə 104 nəfər düşür. Əhalinin 54,1 faizi şəhərlərdə, 45,9 faizi kəndlərdə yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Hər 1000 nəfər kişiyə 1039 qadın düşür.