Bələdiyyə üzvləri haqqında


6.05.15 İsmayıllı bələdiyyəsinin üzvü

Abdullayeva Qumru Rahim qızı

 

07 avqust 1989-cu ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuşdur. 1995-ci ildə İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin birinci sinfinə qəbul olmuş, 2006-cı ildə həmin məktəbi bitirmiş, həmin ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Universitetin III kursunda olarkən İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində ekskursiyaçı kimi fəaliyyət göstərməyə başlamışdır.

2012-ci ildən İsmayıllı şəhər 7 saylı tam orta məktəbində tarix müəllimi işləyir.

2008-ci ildən YAP-nın, 2014-cü ildən İsmayıllı bələdiyyəsinin üzvüdür.

Ailəlidir, bir övladı var.