Bələdiyyə üzvləri haqqında


6.05.15 İsmayıllı bələdiyyəsinin üzvü

Zərbiyev Vidadi Valeh oğlu

 

16 aprel 1974-cü ildə İsmayıllı şəhərində anadan olmuşdur. 1981-ci ildə İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin birinci sinfinə getmiş, 1988-ci ildə C.Naxçıvanski adına hərbi litseyə qəbul olmuşdur. 1991-ci ildə həmin məktəbi bitirib Ulyanovs Ali Hərbi Məktəbinə qəbul olmuş, 1993-cü ildə könüllü olaraq  Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə köçürülmüşdür.  1994-cü ilin yanvarında həmin məktəbi vaxtından əvvəl bitirərək 703 saylı hərbi hissəyə (Tərtər rayonuna) göndərilmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, həmin hərbi hissədə taqım və bölük komandiri işləmişdir. 1998-ci ildə ordu sıralarından təxris olunmuşdur.

1999-cu ildə İsmayıllı rayonu Kürtmaşı kənd tam orta məktəbinə hərbi rəhbər təyin olunmuş, 2004-cü ildə İsmayıllı şəhər 5 saylı tam orta məktəbində, 2005-ci ildə İsmayıllı şəhər 1 saylı tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir.

2001-ci ildə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi İsmayıllı rayon filialının sədri seçilmişdir. 2003-cü ildən YAP-ın, 2014-cü ildən İsmayıllı bələdiyyəsinin üzvüdür.

Ailəlidir, iki övladı var.