Bələdiyyə üzvləri haqqında


6.05.15 İsmayıllı bələdiyyəsinin üzvü

Süleymanzadə Əsli Şakir qızı

     

16 sentyabr 1990-cı ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşdur. 1995-ci ildə İsmayıllı şəhər 4 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub, 2007-ci ildə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin Fransız dili filologiyası fakültəsinə daxil olub, 2011-ci ildə bitirmiş, həmin ildə İsmayıllı şəhər 3 saylı tam orta məktəbin Uşaq Təşkilat Rəhbəri vəzifəsinə qəbul olunmuşdur.

2014-cü ildən İsmayıllı bələdiyyəsinə üzv, mart 2015-ci il tarixdən YAP İsmayıllı rayon Gənclər birliyinə sədr seçilmişdir.

Subaydır.