Bələdiyyə üzvləri haqqında


6.05.15 İsmayıllı bələdiyyəsinin üzvü

Qasımova Sevda Bəkir qızı

                                    

                                                                                                            

08 mart 1963-cü ildə İsmayıllı rayonunun

Yuxarıbaş kəndində anadan olmuşdur. Azərbaycanlıdır.

1980-ci ildə İsmayıllı şəhər 3 saylı orta məktəbini bitirmişdir.

1982-ci ildə Bakı Mədəni Maarif Texnikumundan məzun olmuşdur.

1982-1996-cı illərdə İsmayıllı Rayon  Mərkəzləşdirilmiş Kitabxana Sistemində kitabxanaçı, Metodika ve Bibliografiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

1990-cı ildə Bakü Dövlət Universitetindən məzun olmuşdur.

1999-2000-ci illərdə Azərbaycan Müəllimlər Universitetində dinləyici olmuşdur.

2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasi Nəsimi adına Dilcilik İnstitutunda dissertant kimi elmi tədqiqata başlamış, 2005-ci ildə "XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış Şamaxı şairlərinin əsərlərində onomastik vahidlər” mövzusunda elmi işini müdafiə etmişdir. Filologiya elmləri namizədidir.

”Şamaxı şairlərinin əsərlərində onomastik vahidlər”, ”İsmayıllı – etnolingvistik yaddaş” adlı elmi kitabları və elmi məcmuələrdə bir sıra elmi  məqalələri nəşr olunmuşdur.

1997-ci ildən 2013-cü ilə qədər  Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq İsmayıllı şəhər İsrail Həsənov adına 1 saylı orta məktəbdə işləmiş, 2013-cü ilin sentyabrından hal-hazıradək İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində tədris-tərbiyə işləri üzrə direktor müavini işləməklə, 2014-cü il avqustun 19-dan direktor vəzifəsini müvəqqəti icra edir.