Bələdiyyə üzvləri haqqında


6.05.15 İsmayıllı bələdiyyəsinin üzvü, Büdcə Məsələləri daimi komissiyasının sədri

Şirəliyev Rövşən Qasım oğlu



           
24 dekabr 1957-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə orta təhsilini almış, 1975-1979-cu illərdə Xankəndi Pedaqoji İnstitunun filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 
1979-1981-ci illərdə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasında oxumuşdur. 1979-1992-ci illərdə müəllim, direktor müavini, 1992-1993-cü illərdə İsmayıllı RİH başçısının birinci müavini vəzifəsində işləmişdir. 
1993-2010-cu illərdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2010-cu ildə İsmayıllı kənd bələdiyyəsinə üzv seşilmiş və bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. 2013-cü ildən İsmayıllı bələdiyyəsində sədr köməkçisi vəzifəsində çalışmış, hal-hazırda İsmayıllı bələdiyyəsi Büdcə Məsələləri daimi komissiyasının sədri vəzifəsində işləyir.

Ailəlidir, 6 övladı, 7 nəvəsi vardır.