Bələdiyyə üzvləri haqqında


6.05.15 İsmayıllı bələdiyyəsinin üzvü, sədr müavini

Kazımov Qüdrət Ərvət oğlu

 

 

 

 

 

1973-cü ildə iyun ayının 28-də İsmayıllı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ali təhsillidir. 1993-ci ildə Ural İqtisad Kollecinin mühasibat fakultəsini, 2003-cü ildə isə Azərbaycan İctimai Siyasi Universitetinin Beynəlxalq Münasibətlər fakultəsinin Hüquqşunaslıq ixtisasını bitirmişdir. 1992-ci ildə "Mühərrik” kooperativinin sədri, 1993-1997-ci illərdə Aqrar Sənaye Bankında İsmayıllı filialında, mühasib, 1997-2002-ci illərdə İsmayıllı 10 saylı yol idarəsində mühasib, 2003-2009-cu illərdə Kapital Bankın İsmayıllı filialında işləyib. 2002-ci ildə Ümumrespublika təşkilatı olan, Azərbaycan Respublikası "Gənclərin Anti-Narkomaniya” İB-nin təsis etmiş hal hazıra kimi sədri vəzifəsində işləyir. Fəaliyyət dövründə müxtəlif sahələr üzrə 20 dən artıq layıhələrə rəhbərlik etmişdir. 10 yerli və beynəlxalq diplom və sertifikatla təltif olunmuşdur. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şürasının idarə heyyətinin üzvü secilib, təşkilat Avropa Gənclər Forumunun həmçinin, Türk Dünyası Birliyinin üzvüdür, BMT-nin İqtisadi və Sosial Şurasinin məşvərətçi statuslu, İslam Konfransı Gənclər Forumunun təsisçisi və tam hüquqlu üzvüdür. Milli Şura nümayəndələri Avropa Gənclər Forumunun, Türk Dünyası Gənclər Birliyinin və İslam Konfransı Gənclər Forumunun müxtəlif seçgili strukturlarında təmsil olunur. 23.12.2009-cu ildə bələdiyyə seçkisində üzv seçilmiş, İsmayıllı Bələdiyyəsində Sədrin 1ci müavini vəzifəsində işləmişdir. 23 dekabr 2014-cü il bələdiyyə seçkilərində namizədliyin irəli sürmüş, bələdiyyə üzvü seçilmişdir. Hal-hazırda İsmayıllı bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır.