Hacıyev
Cümşüd Bəhərçin oğlu
25 aprel 1948-ci ildə İsmayıllı rayonunun, Basqal
qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutuna
daxil olub, 1972-ci ildə həmin inistitutun Avtomatika fakültəsini mühəndis
ixtisası üzrə bitirmişdir.
1972-ci ildən
1999-cu ilə qədər Azərbaycan Yerli Sənaye Nazirliyinin İsmayıllı İstehsalat
Kombinatında sex müdiri, baş mühəndis və kombinatın direktoru vəzifələrində
işləmişdir.
1999-cu ildən
2009-cu ilə qədər İsmayıllı şəhər bələdiyyəsinin sədri vəzifəsində işləmişdir.
02 fevral
2015-ci ildən İsmayıllı şəhər
bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır.
Ailəlidir, 3
övladı var.