Bələdiyyə üzvləri haqqında


6.05.15 İsmayıllı bələdiyyəsinin üzvü, sədr

Ağayev Pərviz Əlövsət oğlu

 

1958-ci il iyul ayının 2-də İsmayıllı rayonunun Mican kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistutuna daxil olub, 1984-cü ildə həmin inistutu bitirmişdir.

1977-1984-cü illərdə İsmayıllı rayon Koopreativlər İttifaqında mağaza müdiri, 1984-1987-ci illərdə Təsərrüfat Hesablı Təchizat bazasında baş mühasib vəzifəsində, 1987-1991-ci illərdə İsmayıllı rayon Statistika idarəsinin rəis müavini, 1992-2003-cü illərdə İsmayıllı rayon Statistika idarəsinin rəisi vəzifəsində, 2003-2006-cı illərdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində, 2006-2014-cü illərdə özəl sahədə çalışmışdır.  02 fevral 2015-ci ildən İsmayıllı bələdiyyə sədri vəzifəsinə seçilmiş və hal-hazırda İsmayıllı bələdiyyəsinin sədridir.

Ailəlidir, 3 övladı var.