Bələdiyyə üzvləri haqqında


28.01.20 İsmayıllı bələdiyyəsi üzvü

Əhmədova İranə Əfsər qızı


09 oktyabr 1974-cü ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. 1992-ci ildə Buynuz kənd orta məktəbini bitirib Azərbaycan Dövlət Dillər Universitetinin İngilis –Alman dilləri üzrə müəllimlik fakultəsinə daxil olmuşdur. 1997-ci ildə universiteti bitirib "Azvideo”Yaradıcılıq şirkətində təcüməçi vəzifəsində çalışmışdır. 2001-2012-ci il müddətində "KreditAqro” QBKT-nın İsmayıllı rayon filialında mühasib vəzifəsində çalışmışdır. 2013-2018-ci illərdə İstisu kənd tam orta məktəbində ingilis dili müəlliməsi olaraq çalışmışdır.

Hal-hazırda A.Aslanov adına İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə müəllimə olaraq çalışır. 2019-cu il dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərində İsmayıllı şəhər bələdiyyəsinə üzv seçilmişdir. YAP-nın üzvüdür. Ailəlidir. Üç övladı var.