Bələdiyyə üzvləri haqqında


28.01.20 İsmayıllı bələdiyyəsi üzvü

Musayev Orxan Cahangir oğlu


27 iyul 1991-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuşdur. 1997-ci ildə N.Behdiyev adına İsmayılllı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Beynəlxalq iqtisadi münasibətlər və Menecment” fakultəsinə daxil olmuş və 2012-ci ildə həmin universiteti bitirmişdir. 2012-2013-cü ildə hərbi xidmətdə olmuşdur.

2014-2015-ci illərdə "KredAqro” Bank olmayan kredit təşkilatında əməliyyatçı xəzinədar vəzifəsində çalışmışdır.

21.07.2015-ci ildən hal-hazıra kimi Azərbaycan Beynəlxalq Bankı ASC-nin İsmayıllı şöbəsində aparıcı satış mütəxəssisi (istehlak kreditləri üzrə) vəzifəsində çalışır. Subaydır.