Bələdiyyə üzvləri haqqında


28.01.20 İsmayıllı bələdiyyəsi üzvü

Əhmədov Rəfael Ötərxan oğlu


04 avqust 1966-cı ildə Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində anadan olmuşdur. 1973-cü ildə İsmayıllı kənd səkkizillik məktəbinin I sinfinə daxil olmuşdur. 1983-cü ildə İsmayıllı şəhər 3 saylı orta məktəbin X sinfini bitirmişdir.

Müxtəlif vaxtlarda İsmayıllı rayon süd zavodunda anbardar, fəhlə və usta işləmişdir. 15.10.1984-cü ildən 28.07.1986-cı ilədək Almmaniya DR-da hərbi xidmətdə olmuşdur.

1983-cü ildə Bakı Yeyinti Sənayesi texnikumunun süd məhsulları texnologiyası fakultəsinə qəbul olmuşdur və oranı bitirdikdən sonra texnik-texnoloq, yağ-pendir zavodunda usta kimi çalışmışdır.

1990-cı ildə N.A.Vaznesensk adına Leninqrad Maliyyə İqtisad İnistitutunun Bakı filialının qiyabi şöbəsinə daxil olmuşdur, 1996- ci ildə Azərbaycan Dövlət İqtisad İnistitutunun Maliyyə -kredit ixtisası üzrə kursu bitirərərək, iqtisadçı ixtisası almışdır və Azərbaycan Respublikası "İnkişaf” Banklararası Səhmdar Kommersiya Bankı İsmayıllı filialında aparıcı mütəxəssis, ət-süd kombinatında iqtisadçı, İsmayıllı rayon "Stimul” kredit ittifaqı MMC –də kredit şöbəsinin müdiri, Azərbaycan Beynəlxalq bankı Göyçay filialının İsmayıllı şöbəsinin müdiri, İsmayıllı RİHB-nın birinci müavini, "Muğan bank” ASC-nin İsmayıllı filialının müdiri vəzifələrində çalışmışdır.

2003-cü il tarixdən YAP- üzvüdür.

Ailəlidir. 2 övladı var.