Bələdiyyə üzvləri haqqında


28.01.20 İsmayıllı bələdiyyəsi üzvü

Səmədov Sədyar Həmzə oğlu



01 avqust 1960-cı ildə Ismayilli rayonunun Qalacıq kəndində anadan olmuşdur. 1977-ci ildə Qalacıq kənd tam orta məktəbini bitirmişdir və Gəncə Kənd Təsərrüfatı İnistitutunun Aqronomiya fakultəsinə daxil olmuşdur. 1981-ci illərdə hərbi xidməti bitirib Bakı şəhərində tikintidə fəhlə olaraq çalışmışdır. Eyni  zamanda Qafur Məmmədov adına Dənizçilik məktəbinə daxil olmuşdur. 1984-cu  ildə məktəbi bitirib təhsilini Odessa Dəniz Mühəndisləri İnistitutunda davam etdirmişdir. 1987-ci ildə Ukrayna Milli Dəniz Mühəndisləri Akademiyasına köçürülərək təhsilini davam etdirmişdir. 1990-cı ildə Bakı Dəniz Gəmiçiliyində  mühəndis, daha sonra İsmayıllı Təsərrüfatlararası Qarışıq Yem zavodunda  direktor olaraq çalışmışdır.

AVP-nin üzvüdür.

Ailəlidir. 3 övladı vardır.