Bələdiyyə üzvləri haqqında


28.01.20 İsmayıllı bələdiyyəsi üzvü, müavin

Soltanov Şahməmməd Nurulla oğlu

(Şahməmməd Dağlaroğlu)


1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub.

1970-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin 8-ci sinfini bitirib, Göyçay 58 saylı orta texniki peşə məktəbində dülgər-xarrat peşəsi ilə yanaşı orta təhsil alıb. 1975-1977-ci illərdə ordu sıralarında xidmət edib.

Müxtəlif illərdə rayonun bir sıra tikinti idarələrində inşaatçı kimi çalışıb. İsmayıllı rayonunun Mücühəftəran və Ağbulaq kənd məktəblərində 15 ildən artıq əmək təlimi müəllimi işləyib.

1982-84, 1986-91-ci illərdə Rusiya Federasiyasında yaşayıb, qiyabi yolla iqtisadçı-mühəndis ixtisası almaqla 1991-ci ildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirib. İsmayıllı rayonunun Ağbulaq kəndində yaşadığı illərdə ilk bələdiyyə seçkisində uğur qazanaraq, bələdiyyənin sədri vəzifəsində çalışıb.

2005-ci ildə jurnalistika ixtisası üzrə kurs bitirib, İsmayıllı rayonun Yerli Radio Verilişləri redaksiyasında redaktor vəzifəsində işləyib. Bələdiyyələr üzrə keçirilən ikinci, üçüncü, dördüncü və beşinci seçkilərdə İsmayıllı bələdiyyəsinin üzvü seçilib.

Hazırda İsmayıllı bələdiyyəsinin üzvü, bələdiyyə sədrinin müavini vəzifəsində çalışır.

1995-ci ildən Ana Vətən Partiyasının üzvü, həmçinin, partiyanın İsmayıllı rayon təşkilatının sədridir.

Dağlaroğlu təxəllüsü ilə erkən yaşlarımdan şeirlər yazır, 5 kitabın müəllifi, 40-dan artıq kitabın redaktoru, 4 toplunun tərtibçisidir. Şeirləri "XX əsrin Şirvan şairləri” toplusunda, "Türk dünyası şairlərinin antologiyası”nda və digər bir neçə almanaxda yer alıb. Rus, tatar və özbək dillərindən tərcümələr edir.

2014-cü ildən təsisçisi olduğu "İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədridir.

2008-ci ildən çıxan "İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktorudur.

1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, 2016-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2018-ci ildə Prezident təqaüdünə layiq görülüb.

2019-cu ildə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindəki fəaliyyətinə görə fəxri Diplomla təltif olunub.