Bələdiyyə üzvləri haqqında


28.01.20 İsmayıllı bələdiyyəsi üzvü, müavin

Zərbiyev Vidadi Valeh oğlu


16 aprel 1974-cü ildə İsmayıllı şəhərində anadan olmuşdur. 1981-ci ildə İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin birinci sinfinə getmiş, 1988-ci ildə C.Naxçıvanski adına hərbi litseyə qəbul olmuşdur. 1991-ci ildə həmin məktəbi bitirib Ulyanovsk Ali Hərbi Məktəbinə qəbul olmuş, 1993-cü ildə könüllü olaraq BakıAli Birləşmiş Komandanlıq Məktəbinə köçürülmüşdür. 1994-cü ilin yanvarında həmin məktəbi vaxtından əvvəl bitirərək 703 saylı hərbi hissəyə (Tərtər rayonuna) göndərilmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, həmin hərbi hissədə taqım və bölük komandiri işləmişdir. 1998-ci ildə ordu sıralarından təxris olunmuşdur.

1999-cu ildə İsmayıllı rayonu Kürtmaşı kənd tam orta məktəbinə hərbi rəhbər təyin olunmuş, 2004-cü ildə İsmayıllı şəhər 5 saylı tam orta məktəbində, 2005-ci ildə İsmayıllı şəhər 1 saylı tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir.

2001-ci ildə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi İsmayıllı rayon filialının sədri seçilmişdir. 2003-cü ildən YAP-ın, 2015-ci ildən İsmayıllı bələdiyyəsinin üzvüdür. 15 yanvar 2020-ci il tarixdə İsmayıllı bələdiyyəsinin sədr müavini seçilmişdir.

Ailəlidir, iki övladı var.