Bələdiyyə üzvləri haqqında


28.01.20 İsmayıllı bələdiyyəsi üzvü, sədr

Ağayev Pərviz Əlövsət oğlu


1958-ci il iyul ayının 2-də İsmayıllı rayonunun Mican kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1975-ci ildə İsmayıllı şəhər 3 saylı orta məktəbi, 1984-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistutuna daxil olub, 1984-cü ildə həmin inistiutunu bitirmişdir.

1977-1979-cu illərdə Perm vilayətində hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir.

1977-1984-cü illərdə İsmayıllı rayon Koopreativlər İttifaqında mağaza müdiri, 1984-1987-ci illərdə Təsərrüfat Hesablı Təchizat bazasında baş mühasib vəzifəsində, 1987-1991-ci illərdə İsmayıllı rayon Statistika idarəsinin rəis müavini, 1992-2003-cü illərdə İsmayıllı rayon Statistika idarəsinin rəisi vəzifəsində, 2003-2006-cı illərdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində, 2006-2014-cü illərdə özəl sahədə çalışmışdır. 02 fevral 2015-ci ildə və 15 yanvar 2020-ci tarixlərdə İsmayıllı bələdiyyə sədri vəzifəsinə seçilmiş və hal-hazırda İsmayıllı bələdiyyəsinin sədridir.

1994-cü ildən YAP-nın üzvüdür.

Ailəlidir, 2 övladı var.