Görülmüş işlər


7.03.14 İsmayıllı Bələdiyyəsi 2013 – cü ilədə gördüyü işlər barədə hesabat verdi


         Azərbaycan Respublikası dövlət müstəqilliyini  bərpa etdikdən sonra ulu öndər H.Əliyevin apardığı dövlət quruculuğu sayəsində Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq yerli idarəetmə orqanı kimi bələdiyyələr sosial təsisatlar sistemin aparıcı qurumlarından birinə çevrilmişdir. Bələdiyyələr bir sosial faktor kimi ölkənin demokratikləşməsində , insan,hüquq  və azadlıqlarının genişlənməsində, dünya sivilzasiyasına  doğru inteqrasiya prosesində daha böyük missiyanı öz üzərinə götürmüşdür. Sosialoq A.Tokvil "Amerikada demokratiya ”əsərində yazırdı ; "İcma təsisatları müstəqilliyin bərqərar  olması üçün ,elm üçün ibtidai  məktəblərin oynadığı rolu oynayır; onlar xalq üçün azadlığa gedən yolu göstərir və bu azadliqdan istifadə etməyi  və öyrədir.İcma təsisatları olmadan da millət azad hökumət yarada bilər,ancaq əsil azadlıq ruhunu heç vaxt əldə edə bilməz”

          Ulu öndərimizin layiqli davamçısı hörmətli prezidentimiz  cənab İ.Əliyevin  apardığı siyasətin nəticəsində azadlıq , müstəqillik ,vətənpərvərlik , təşəbbüskarlıq  kimi yüksək mənəvi keyfiyyətlərin  daha da dərinləşməsi üçün  bələdiyyələr öz müsbət rolunu oynamaqdadır. Bu münasibətlərin nəticələri  hesabat dövründə özünü göstərir. Vətəndaş və bələdiyyə mübasibətibətlərinin fəallaşması,əks- əlaqənin gerçəkləşməsi  daha samballı işlərin  reallaşmasına səbəb olmuşdur.   2012–cü il Azərbaycan Respublikası MM–nin qərarı ilə  Azərbaycan  Respublikası Prezidentinin  fərmanı ilə qonşu Mican və İsmayıllı kənd bələdiyyələrinin ləğv olunaraq İsmayıllı Bələdiyyəsinə birləşməsi  ilə  yadda qalan oldu.Bu gəlirlərin artması ilə bərabər , həm də məsuliyyətin artması demək idi. Uzun illər kənd psixologiyasında  yaşayan , kənd  təsərrüfatı sahəsində fəaliyyət  göstərən minlərlə insanın birdən-birə şəhər qanunlarına uyğunlaşması özünəməxsus  problemlər yaradır.Təbii ki, bu problemlər ümumi  rayon çərçivəsində həll olunur ki, bu sahədə əmək sərf edən hər bir  kəsə minnətdarlığımızı bildiririk.

         Əziz İsmayıllılar ! Bu gün biz "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq  qarşınızda hesabat veririk.

         2013-cü ildə İsmayıllı Bələdiyyəsinə 354 ərizə daxil olmuşdur. Bunlardan 178 nəfəri həyətyanı torpaq sahəsi satılması ilə əlaqədar, bundan 80 nəfərinə həyətyanı torpaq sahəsi satılmış, 20 nəfər torpaq növbəsinə götürülmüş, 78 nəfərin sənədi isə hazırlanmaq üçün Daşınmaz Əmlak və Torpaq şöbəsindədir, 16 nəfəri maddi yardım, 50 nəfəri sahibkarlıqla məşğul olmaq üçün, 20 nəfər sənədlərin düzgün hazırlanmaması ilə əlaqədar qalan 90 nəfər isə müxtəlif səpkilərdə verilən ərizələrdir.

 2013–cü il üçün bələdiyyənin  gəlirləri 170000 min manat proqnazlaşdırılmışdır, faktiki gəlirlərimiz  isə 239161 manat olmuşdur, proqnoza 141% əməl olunmuşdur.

          Büdcə xərcləri 170000 manat proqnozlaşdığı  halda, 220272 manat  pul vəsaiti xərclənmişdir.

         Büdcəyə aşağıdakı  mənbələrdən pul vəsaiti daxil olmuşdur;

-         Torpaq satışından – 173571 manat

-         Torpaq vergisi  - 24952 manat

-         Əmlak vergisi – 4991 manat

-         Torpaq  icarə haqqı - 12625 manat

-         Avtomobil dayanacağından – 1760 manat

-         Əmlakın icarəyə  verilməsindən – 1350 manat

-         Reklam yerlərinin icarəsindən – 1057 manat

-         Dövlət tərəfindən verilən  - dotasiya – 5600 manat

-         İanədən daxil olmalar – 13255 manat

Bələdiyyətərəfindən 2013-cü ildə büdcə gəlirləri  hesabına aşağıdakı işlər  görülmüşdür.

 

İşlərin adı

Məbləğ

(manat)

Şəhərin Natiq Behdiyev küçəsinin əsaslı təmirinə

71308

- İsmayıllı şəhərinin Mican ərazisində şəhid Cəlal Rüstəmovun xatirəsinə bulaq  tikintisinə

 

23599

- 8 mart  beynəlxalq qadınlar günü ilə əlaqədar hədiyyələrin verilməsinə

 

300

Novruz bayrami ilə əlaqədar tədbirlərin keçirilməsinə

700

-Şəhər 2 sayli tam orta  məktəbində fərdi qaydada təhsil alan əqli  cəhətdən qüsurlu şagirdlərə Novruz bayrami ilə əlaqədar hədiyyələr verilməsi

 

 

285

-Yol kənari  ağaclarin govdələrinin agardılması

300

-Şəhər 03 sayli  tam orat məktəbin də keçirilən bilik  yarişinda qaliblərə hədiyyələr verilmesinə

 

200

-Şəhərin Mican ərazisində artezian quyusunun təmirinə

1250

-Şəhərin ərazisində məişət tullantılarının təmizlənməsi

1600

-Şəhərin Qəzli ərazisində körpunun təmirinə

1608

-Şəhərin Q.Aslanov kuçəsində abadliq işlərinin gorulməsinə

 3778

-Şəhər ərazisində sahibsiz itlərin məhv edilməsinə

100

-Şəhərə yaxin əkin sahələrinin yanğindan qorunmasi üçün ətrafinin şumlanmasi

 

198

-Şəhər ərazisində mağazası sokulən iş adamlarina kompensasiya ödənilib

 

16188

Bələdiyyənin  reklam və elanlar lovhəsinin hazirlanması

1050

-Qurban bayrami ilə əlaqədar xərclər

2000

-"İsmayıllı xəbərləri” qəzeti redaksiyasina yardim verilib

1000

-Çernobil əlilləri ictimai birliyinin İsmayıllı rayon  filialina maddi yardim verilib

 

200

-Yeni il bayrami ilə əlaqədar İsmayıllı şəhəri ərazisində yaşayan şəhid ailələri  və I qrup Qarabağ muharibəsi əlillərinə ərzaq bağlamalarinin  verilməsi

 

 

1500

-Bələdiyyənin  yerləşdiyi idarə binasında istilik sisteminin əsaslı təmiri

 

2000

-Şəhər ərazisinə yerləşdirmək uçun 10 ədəd reklam şitlərinin hazirlanmasina

 

7200

-Az təminatli ailələrə maddi yardim verilməsi- 14 nəfərə

2525

                                C Ə M I

138889

 

2013–cü ildə İsmayıllı bələdiyyəsində görülən işlərə ümumilikdə             138889 manat vəsait xərclenmişdir.

  Bundan əlavə bələdiyyənin digər xərcləri aşağıdakı kimidir.

-         İşçilərə əmək haqqi ödənilmişdir                                  – 37220 manat

-         DSMF ödəmələr                                                           – 13712 manat

-         Yerli xəzinədarliq orqanına  vergi ödeniş                    – 3262 manat

-         Dəftərxana ləvəzimati və blanklarin alınmasına           – 1148 manat

-         Ezamiyyə xərcləri                                                        – 830 manat

-         Həmkarlara üzvlük haqqinin ödənilməsinə                           – 656 manat

-         Abunə uçun                                                                 – 783 manat

-         Rabitə xidmətinə                                                          – 1049 manat

-         Bank xidmətinə                                                            – 437 manat

-         Qaz  və elektirik  enerjisi sərfiyyatına                          – 181 manat

-         Xidməti avtomobilin saxlanmasi uçun                        -  3427 manat

-         Auditor xidmətinə                                                        -  1000 manat

-         Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasina               – 860 manat

-         Torpaq sənədlərinin hərraca çıxarılması  və sənədləşdirilməsi üçün  - 9006 manat

  1 yanvar 2014- cu il tarixə İsmayıllı bələdiyyəsinin hesabinda 18978 manat xərclənməmiş vəsait qalmışdır.

       Hesabatdan göründüyü kimi  İsmayıllı bələdiyyəsi diqqətə layiq  işlər görmüşdür. Lakin  görüləcək işlər çoxdur . Ən mühüm yeni birləşmiş ərazilər də daxil olmaqla uçot sisteminin yaradılmasıdır. Adətən vətəndaşlar şəxsi  mülkiyyətində olan torpaq sahələrini başqasina satdıqda və ya bagışladıqda yeni torpaq sahibləri qeydiyyata düşmürlər, halbu ki,  vergiler  məcəlləsinə görə mulkiyyət sahibi  olan fiziki şəxslər bir  ay  müddətində yerli idarəetmə  orqaninda uçota durmalıdırlar. Məlumat üçün bildirir ki, dövrün tələblərinə uyğun olaraq bələdiyyənin elektron səhifəsi yaradılmış və istifadəyə verilmişdir.Hər bir vətəndaş səhifəmizə daxil olub istədiyi məlumatı ala və ya onlayın şəklində müraciət edə bilər.

         Problemlerimizdən biri də vətəndaşların ödənişlərə olan münasibətidir ki, biz hələ də vergi ödənişlərindən yüksək artıma nail ola  bilməmişik. 2013- cü ildə torpaq vergi yığımına 58%, əmlak vergisinin toplanmasına 41% , icarə   haqlarının yığılmasına 140% əməl olunmuşdur. Elə fürsətdən istifadə edərək  sizin simanızda  bütün İsmayıllı sakinləri müraciət edirəm ki,  torpaq və əmlak vergilərini, torpaq  icarə haqlarını vaxtında ödəyəsiniz.Torpaq halallıq sevir, torpaq  vergisinin ödənilməsi  vətəndaşın torpağa , vətənə olan münasibətidir.Biz fəaliyyətimiz haqda sizə hesabat verdik. Necə  fəaliyyət göstərmişik ,bunun qiyməti  isə sizlərdən aslıdır, hörmətli seçicilər

          Verəcəyiniz qiymətə  görə qabaqcadan sizə təşəkkür edirik.