Görülmüş işlər


1.08.14 2014-cü ilin birinci yarım ilində İsmayıllı bələdiyyəsinin gördüyü işlər barəsində hesabatı

                                        2014-cü ilin birinci yarım ilində

                 İsmayıllı bələdiyyəsinin gördüyü işlər barəsində

                                      

                                           H ES A BA T

 

Hörmətli seçicilər, 2014-cü ili Respublikamiz üçün, eləcə də rayonumuz üçün ən uğurlu illərdən biridir. İsmayıllı yarandığı gündən  bəri demək olar ki, intibah  dövrünü  yaşamaqdadır.Yeni  dizaynlı küçələr,  parklar , abidələr, binaların təmiri, sözün həqiqi mənasında rayonumuzu Azərbaycan mirvarisinə çevirməkdədir.

2014-cü ilin birinci yarım ili İsmayıllı bələdiyyəsi üçün digər dövrlərdən fərqlənən  bir mərhələ olmuşdur. Bələdiyyələr yaranandan İsmayıllı bələdiyyəsinə NK- nin  qərarı ilə  dövlət mülkiyyətində olan inzibati binadan 220m2 yer verilmişdir. Binanın qalan hissəsi  digər dövlət və qeyri- dövlət  təşkilatlarının istifadəsində olduğu üçün   şəhər mərkəzində yerləşən  baxımsız bir münasibət formalaşmışdır, beləki binanın  daxilində , fasadında da dam örtüyündə aşınmalar getmişdir. Şəhər ərazisində gedən quruculuq və abadlıq işlərinin fonunda yerləşdiyimiz  bina ümümən şəhərin görünüşünə  xələl gətirdi. RİH- nin  başçısı cənab M.Sadıqovun  tövsiyə və köməkliyi əsasında qısa  müddət  ərzində_____ binanın 384m2 –lik dam örtüyü yenilənmiş, 615m2 fasada aqlay vurulmuşdur. Binanın daxili  yüksək  keyfiyyətlə təmir olunmaqdadır, binanın ətrafında yeni yaşıllıq zolağı  yarıdılaraq ərazinin görkəmi büsbütün dəyişmişdir. Bütün bu işlərin gerçəkləşməsi  üçün bələdiyyə  büdcəsindən hal – hazıra kimi  62227 manat vəsait xərclənmişdir. Yeri gəlmişkən qeyd edim ki, həmin binanın  İsmayıllı bələdiyyəsinin balansına verilməsi üçün RİH – nə müraciət etmişik və ümüd edirik ki, müraciətimizə müsbət cavab veriləcəkdir.

Bundan əlavə yaşayış məntəqəli  arasındakı yollara 800m3 qravib tökülərək 1300 metr yol abadlaşdırılmışdır. Ümümən yolların bərpasına 2100 manat  bələdiyyə vəsaiti xərclənmişdir. Ötən  yarım il ərzində şəhər ərazisində ekoloji  vəziyyət nəzarətdə saxlanılmış, məişət tullantılarının  təmizlənməsi üçün bələdiyyə büdcəsindən 500 manat vəsait xərclənmişdir. Belə ki, Heydər Əliyev prospektində , Cavanşir küçəsində, Qəzli yolunda  müəyyən təmizlik işləri aparılmışdır. Heydər Əliyev prospektində qarabağ əlillərinin yaşadığı binanın ətrafında uşaq istirahət mərkəzi H.Zərdabi kücəsində yaşayış binaları arasında sanitar qovşağı tikilmişdir.

Sosial problemlərə də diqqət yetirilmişdir, belə ki, bizə müraciət edən 8 nəfər vətəndaşa  900 manat həcmində yardım edilmişdir, dəfn mərasimlərinə 200 manat yardım edilmişdir. Gənclər gününün keçirilməsində  bələdiyyə  fəal  iştirak etmiş, tədbirin keçirilməsinə 4950 manat  vəsait xərclənmişdir. Gənclər arasında keçirilən futbol komandalarının  mükafatlandırılmasına 550 manat vəsait ayrılmışdır. Ümümlikdə  bələdiyyəyə daxil olan  vəsaitin 71427 manatı abadlıq  və sosial problemlərin həllinə , 49617 manatı bələdiyyə aparatının saxlanılmasına xərclənmişdir

Hesabat dövründə  ən məsul işlərdən biri də biçin kompanıyasının   uğurla və təhlükəsiz  başa vurulması olmuşdur. 1600 ha – dan artıq sahədə taxıl biçini olmuşdur. Biçinə qədərki dövrə  sahələrdə heç bir yanğın hadisəsi  baş verməmişdir. Ərazilərə nəzarət  bu gün də davam edir, çünki baş verəcək yanğın ətraf mühitə ciddi ziyan vura bilər. Bunun üçün komissiya yaradılmış və qrafik tərtib olunmuşdur.Təəssüf hissi ilə qeyd etməliyik ki, vətəndaş məsuliyyətsizliyi ucbatından  Aşağıbaş ərazisində "Qayız bulaq” adlanan 1 hektarlıq sahədə yanğın olmuş və FHN  yanğından mühafizə xidməti tərəfindən qarşısı alınmışdır.

Hesabat dövründə  bələdiyyəyə vətəndaşlar  tərəfindən çoxsaylı müraciətlər olunmuş və hər bir müraciətə vaxtında cavab verilmişdir. Altı ay ərzində İsmayıllı bələdiyyəsinə 45 ərizə həyətyanı torpaq sahəsinin satılması, 12 ərizə  sahibkarlıqla məşğul olmaq, 9 ərizə maddi yardım almaq barədə, 38 ərizə müxtəlif problemlər barədə daxil olmuşdur. Müraciətlərin daha çox hissəsi  vətəndaşların  üzləşdiyi sənədləşmə  problemidir ki, bunlar da daha çox əladəqar təşkilatlarla bağlı olur.

2014-cü ilin I yarısında bələdiyyənin gəlirləri 105 min manat planlaşdırıldığı  halda faktiki mədaxil 102,339 manat  olmuşdur. Keçən ildən isə 18978 manat  qalıq olmuşdur.

Bələdiyyənin hesabına 6 ay ırzində 12900 manata qarşı 12375 torpaq vergisi,5150 manata qarşı 2959 manat əmlak vergisi, 60200 manata qarşı 72921 manat torpaq satışından vəsait daxil olmuşdur. Reklam lövhələrinin icarəsindən7500 manata qarşı  1500 manat , sanitar  qovşağından ısə 600 manat gəlir olmuşdur. Hesabat  dövründə bələdiyyənin xərcləri 105 min manat əvəzinə 121044  manat təşkil etmişdir, bu da proqnoza 115 % əməl etmək deməkdir. Ayrı- ayrılıqda isə torpaq  vergi proqnozuna 96%, əmlak vergi proqnozuna 57% torpaq satışı  proqnozuna -121%, icarə haqqı proqnozuna 74% əməl olunmuşdur.

Fəaliyyətimiz davam edir, bundan sonra da bələdiyyə olaraq qarşımızda  duran vəzifələrə layiqincə yerinə yetirməyə çalışacağıq . İsmayıllı  şəhəri ərazisindəki  bütün daxili yollar tərəfimizdən ölçülmüş , bərpa olunacaq yolların   smetası hazırlanmışdır. Belə ki, yeni dərs ilinədək 24 km yolun abadlaşması nəzərəd tutulmuşdur. Bunun  üçün 40000 vəsait lazımdır.

Hörmətli seçicilər, bir bələdiyyə olaraq sizin etimadınızı  doğrultmaq, qaldırdığınız  problemləri həll etmək üçün  çalışırıq. Bu bizim vəzifəmizdir. Lakin  seçici kimi siz vətəndaşların  da üzərinə məsuliyyət düşür. Torpaq və əmlak  vergilərinin, icarə haqlarının vaxtında ödənilməsi  sizin  problemlərin həll olunması  deməkdir. Odur ki,  Vətəndaş olaraq  vergiləri vaxtında ödəməyinizi  xahiş edirik.

Digər bir xahişimiz odur ki, mülkiyyətimizdə  olan torpaq sahələrini  satarkən, bağışlayarkən  Azərbaycan Respublikasi Vergilər Məcəlləsinin tələblərinə əməl edərək ən geci bir ay    müddətində bələdiyyəni  məlumatlandırasınız. Çünki, ucot sisteminin qeyri – dəqiqliyi həm vətəndaşlar,  həm də bələdiyyə  olaraq bizim üçün problemlər yaradır.

 Bildiyimiz kimi qarşıdan  bələdiyyə seçkiləri  gəlir. Seçkilərdə  bir daha iştirak edərək sizlərin etimadını  qazanmaq arzusundayıq. Bu bizim  üçün  bir imtahan olacaqdır. Ümid edirik ki, gördüyümüz  işlərə  layiqli qiymət verəcəksiniz.

Diqqətinizə görə təşəkkür  edirik!