İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən
2018-ci il ərzində görülmüş işlər haqqında,
o cümlədən yerli büdcəyə daxil olan
maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin
istifadəsi haqqında hesabat
"29” Yanvar 2019-ci il tarixdə bələdiyyə üzvlərinin
ümumi yığıncağında təsdiq edilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Əziz şəhər sakinləri!
Bildiyiniz kimi, 1999-cu ildə ilk
bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və
özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür.
Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların
iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli
məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.
Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət
arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında
həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən
ibarətdir.
Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat
dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.
2018-ci il üzrə 200 000 manat
gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 96,755 manat
olmuşdur. Büdcənin mədaxil hissəsinə hesabat dövründə 49 % əməl
edilmişdir ki, bu da büdcənin kəsirlə yerinə yetirilməsi deməkdir.
Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına
olmuşdur:
- Torpaq vergisi – 19 693 manat
- Əmlak vergisi – 24 417 manat
- Küçə reklamlarının yerləşdirilməsi və yayımı
üçün
ödənişlər –
------manat
- Bələdiyyə əmlakının özəlləşdirilməsindən
gələn
gəlirlər
– 26
107 manat
- Ticarət obyektlərindən torpaq icarə haqları
– 8174 manat
- Əkin sahələrinə görə icarə haqqı
– 5862 manat
- Bələdiyyə əmlakının icarəsindən
– 3340 manat
- Avtomobil
dayanacaqlarından
– 1937 manat
- Mehmanxana
rüsumu
- 120 manat
- Hüquqi şəxslərin maliyyə yardımı
– 7 000 manat
Hesabat
dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 200 000 manat
əvəzinə 96 048 manat təşkil etmişdir ki, bu da proqnoza 48
% əməl olunması deməkdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi
aşağıdakı kimi olmuşdur:
- Yerli özünüidarəetmə orqanlarının saxlanması
xərcləri –66 488 manat
- Sosial müdafiə və sosial təminat xərcləri – 4320
manat
- Mədəniyyət, kütləvi informasiya və bədən
tərbiyəsi
xərcləri – 2274 manat
-Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri
– 14 569 manat
- digər xərclər (reyestr və kadastr xidmət xərcləri)
– 8398 manat
Bildiyiniz kimi Azərbaycan Respublikası
"Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci il
yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən
müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilməlidir. Vətəndaşların 01
yanvar 2018-ci il tarixə 100 390 manat vergi borcları olmasına
baxmayaraq,hesabat ilində cəmi 44 110 manat və ya 43,9
%-i həcmində vergi məbləği poçt şöbələri vasitəsilə hesabımıza
ödənilmişdir.
2018-ci il üçün praqnozlaşdırılmış 30
000 manat torpaq vergisinə qarşı 19 693 manat və
ya 65,6 % , 60 000 manat əmlak vergisinə qarşı 24 417
manat və ya 40,7 % ödəniş edilmişdir. 2017-cı
illə müqayisədə torpaq vergisinin yığımında 393 manat azalma, əmlak vergisində isə 1753
manat artım olmuşdur.
Hesabat ilində şəhər ərazisində
mövcud 8234 vergi ödəyicisindən 6088 –nə və ya 73,6
% -nə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə
bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi
məbləğinin 178,964 manat olmasına baxmayaraq, 2018-ci
ildə cəmi 2516 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak
etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin 41,3 %-ni
təşkil edir. Yəni şəhərimizdə təxminən hər üç vergi ödəyicisindən biri
bələdiyyəyə olan borclarını vaxtında ödəyirlər.
2018-ci il ərzində 291 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə
xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu 33 011 manatdır. Bu orta hesabla
hər vergi ödəyicisində 120 manat təşkil edir.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq
vergiləri ödəmədiyinə görə 10 nəfərin sənədləri
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə
göndərilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Regionların sosial-iqtisadi
inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda
da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır.
Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni
layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu
inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də
bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında
ödənilməlidir.
Hesabat dövründə bələdiyyə
üzvləri ilə 13 yığıncaq keçirilmiş, bələdiyyənin daimi
komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 131 qərar
qəbul edilmişdir.
Hesabat
dövründə bələdiyyəyə 1189 nəfər müraciət etmişdir ki, onların 483nəfəri ayarış və digər sənədlər almaq üçün, 112 nəfəri ərizə ilə
müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 594 vətəndaş
olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.
2018-ci ildə ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi yönündə işlər davam etdirilərək bir sıra
qanunlara dəyişiklik edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuşdur.
2018-ci ildə şəhər üzrə 65,9 sot zəbt olunmuş torpaq sahəsi
özəlləşdirilmişdir və bundan bələdiyyə büdcəsinə 18 960 manat vəsait daxil
edilmişdir.
Maliyyə
imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə
tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.
H.Əliyev adına parkda yerləşən
"Yaşıl Teatr” binasının dam örtüyünün
qəzalı vəziyyətdə olması və bunun parkın görünüşünə xələl gətirdiyi üçün həmin
binanın dam örtüyü əsaslı şəkildə metal təbəqə ilə yenidən qurulmuşdur.
Şəhərin H.Əliyev
prospektində 60 kvadratmetr piyada
səkisi yenidən qurulmuş və piyadaların gediş gəlişi üçün istifadəyə
verilmişdir.
Şəhər 1 saylı orta məktəbin qarşısında uçub
dağılmış 73 kvadratmetr piyada
keçidi təmir edilmişdir.
Əkinə
yararsız vəziyyətdə olan 3,5 hektarsahə kol-kosdan təmizlənərək həmin ərazidə fındıq bağı salınmışdır.
Baramaçılığın
yeni bazasının yaradılması məqsədi ilə ötən il 1000 ədəd tut tingi
əkilib becərilmişdir.
Bayram və digər əlamətdar
günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı
tərtibatı tərəfimizdən təmin olunmuşdur.
Şəhərin "Günəşli” yaşayış
massivində ötən il istifadəyə verilmiş "Xalça fabriki”nin yaxınlığında yerləşən
parkda cari təmir işləri aparılmış, ot örtüyü yenilənmiş, oturacaqlar qaydaya
salınmış və dekorativ ağaclar əkilmişdir.
Şəhər daxilində 1200 metr suötürücü kanal təmizlənmişdir.
Bundan başqa ölkə rəhbərinin rayonumuza səfəri
ərəfəsində bələdiyyənin inzibati idarə binasının fasad hissəsinin cari təmiri
və binanın ətrafında abadlıq işləri aparılmışdır.
İl ərzində şəhərin Dərbənd, Babadağ,
T.İsmayılov, S.Rzayev Ş.Qurbanov, N.Şalbuzov,Y.Çəmənzəminli küçələrinə çınqıl
material daşınaraq hamarlanmışdır.
Bələdiyyəyə ərizə ilə müraciət etmiş 12 nəfər imkansız şəhər sakininə 2520 manat məbləğində maddi yardım
göstərilmişdir.
Bələdiyyənin futbol komandası ötən il ümümrayon birinciliyi turnirində
iştirak etmiş və yekunda ikinci yerə sahib olmuşdur.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin yardım fonduna 130
manat vəsait köçürülmüşdür.
2015-ci
ildən bələdiyyədə "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində
"Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə
başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 6948 ev
həyətyanı sahəsi ilə birlikdə, 2279 hektar
əkin, 120 hektar bağ sahəsi, 261 kommersiya
təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun
olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir. Ümumilikdə isə 7130
vergitutma subyekti sistemə daxil
edilmişdir.
Bələdiyyə
2019-cu ildə 1. "Abad Məhəllə” layihəsi çərçivəsində Cavanşir küçəsindəki ictimai yaşayış binasının qarşısında
abdlıq işləri; 2. Şəhərin Nəsimi, Zəngəzur,Girdiman,Aydın Məmmədov,Xocalı
küçələrinə içməli su xəttinin çəkilməsi; 3. Şəhərin 15 küçəsinə çınqıl
daşınaraq hamarlanması; 4. "Mican” məscidinin ətrafında hasar tikilməsi və abadlıq işləri; 5. Şəhərin
qəbristanlıqlarında əsaslı təmizlik və abadlıq işləri; 6. Kol basmış və
istifadə olunmayan torpaqların
yaxşılaşdırılması və 6 ha sahədəfındıq bağlarının salınması və digər layihələrin həyata keçirilməsi
planlaşdırılmışdır.
İsmayıllı bələdiyyəsinin 01 yanvar 2019-cu
il tarixə 47 729 manat borcu vardır ki, bu da
əsasən DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə
YAP-a və həmkarlar təşkilatına üzvlük haqları, Milli Assosiasiyaya üzvlük haqqı
və s. ibarətdir.
Fürsətdən istifadə edərək bütün
şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili
ödəsinlər.
Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin
maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin
genişləndirilməsinə kömək etmiş olarlar.
Eyni zamanda şəhər
sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər
şəhər yerində yaşadıqlarını mən deyərdim ki, unudaraq həyətyanı sahələrindən
çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını
və s. küçəyə, darvazalarının yanına yığırlar. Mişar daşını, çınqıl,
qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə
atırlar və bəzən də onların yanını metal torla bağlayırlar. Bütün bunlar
həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik
törədir.
Bəziləri həyətlərinin qarşısında bitən
alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə
çevrilir.
(Dayanacaqlara, ağaclara, dirəklərə yapışdırılan
elanlar).
Bu barədə vətəndaşlara dəfələrlə
xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər
görülsün.
Mən güman edirəm ki, məhəllə komitələrinin,
ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın
vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.
Doğrudur, bu gün problemlər mövcuddur.
Lakin Sizi əmin edirəm ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə
mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun
sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.
Diqqətinizə
görə çox sağolun!
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllı səfəri
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllıya səfəri-2020
Heydər Əliyev adına park
İsmayıllı rayonu yeni görüntülər
İsmayıllıda "Saat meydanı"
İstirahət mərkəzləri
Olimpiya kompleksi
Prezidentin İsmayıllı Rayonuna səfəri 2014
Təhsil müəssisələri
Ümumi görüntü
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər