İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən
2019-cu ilin 6 ayı ərzində görülmüş işlər haqqında,
o cümlədən yerli büdcəyə daxil olan
maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin
istifadəsi haqqında hesabat
Hörmətli
yığıncaq iştirakçıları!
Əziz şəhər sakinləri!
Bələdiyyələrin
qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla
seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların
sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.
Bu baxımdan
İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail
olmuşdur.
2019-cu ilin 6 ayı
üzrə 102 750 manat gəlir
planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 24 137 manat olmuşdur. Büdcənin
mədaxil hissəsinə hesabat dövründə 23 % əməl edilmişdir ki, bu da büdcənin78,6 min manat kəsrlə yerinə yetirilməsi deməkdir.
Büdcəyə
daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:
- Torpaq vergisi – 4133
manat
- Əmlak vergisi – 6240
manat
- Bələdiyyə əmlakının
özəlləşdirilməsindən gələn
gəlirlər – 316
manat
- Ticarət obyektlərindən
torpaq icarə haqları – 3911 manat
- Əkin sahələrinə
görə icarə haqqı – 599 manat
- Bələdiyyə əmlakının
icarəsindən – 1640 manat
- Avtomobil
dayanacaqlarından – 799 manat
- Hüquqi şəxslərin
maliyyə yardımı – 6500 manat
Büdcəyə daxilolmalar 2018-cı ilin müvafiq
dövrü ilə müqayisədə 43,2 % və ya 31 361 manat azalmışdır.
Hesabat dövründə bələdiyyə
büdcəsinin məxaric hissəsi 102 750manat əvəzinə 23 051 manat təşkil etmişdir ki, bu da proqnoza 22,5% əməl olunması deməkdir. Bələdiyyə
büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:
- Yerli özünüidarəetmə
orqanlarının saxlanması
xərcləri – 20 986 manat
- Sosial müdafiə və
sosial təminat xərcləri 200 manat
- Mədəniyyət, kütləvi
informasiya və bədən tərbiyəsi
xərcləri – - manat
-
Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri
– 340 manat
-
digər xərclər (reyestr və kadastr xidmət xərcləri)
– 1525 manat
2019-cu ilin 6 ayı üçün praqnozlaşdırılmış 12 850 manat torpaq vergisinə qarşı 4133 manat və ya 32 %, 24 000 manat əmlak
vergisinə qarşı 6240 manat və ya 26
% ödəniş edilmişdir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə torpaq vergisinin yığımında 4366 manat, əmlak vergisində isə 6490 manat azalma olmuşdur.
Hesabat
dövründə şəhər ərazisində mövcud 8234 vergi
ödəyicisindən 1082–nə və ya 13,14 % -nə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri
paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 31 510 manat olmasına baxmayaraq, 2019-cu ilin 6 ayında cəmi 640 nəfər
vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin 59,14
%-ni təşkil edir. Yəni şəhərimizdə təxminən hər üç vergi ödəyicisindən biri
bələdiyyəyə olan borclarını vaxtında ödəyirlər.
2019-cu ilin
6 ayı ərzində 32 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq
məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu 3964,08 manatdır.
Hörmətli
yığıncaq iştirakçıları!
Regionların sosial-iqtisadi inkişafı
fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son
illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər,
eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr
rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında
bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün
maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.
Hesabat dövründə bələdiyyə üzvləri ilə 7 yığıncaq
keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər
müzakirə edilərək 51 qərar qəbul
edilmişdir. Hesabat dövründə bələdiyyəyə 548 nəfər müraciət etmişdir ki, onların 297 nəfəri ayarış və digər sənədlər
almaq üçün, 49 nəfəri ərizə ilə
müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 202 vətəndaş olmuş, onların
qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.
Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə
üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də
görülmüşdür.
Bayram
və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin
bayramsayağı tərtibatı tərəfimizdən təmin olunmuşdur.
Hesabat dövründə 1 nəfər şəhər sakininə müraciətləri əsasında qərar çıxarılaraq 200 manat məbləğində maddi
yardım ödənilmişdir.
Şəhərin
H.Əliyev prospektində piyadaların hərəkətlərinə narahatlıq yaradan 30 metrlik
piyada səkisi yenidən qurulmuşdur.
2015-ci ildən bələdiyyədə "Elektron Azərbaycan”
Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat
sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların
mülkiyyətində olan 7012 ev həyətyanı sahəsi ilə birlikdə, 2288 hektar əkin, 120 hektar bağ sahəsi, 263 kommersiya təyinatlı vergitutma
obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb
edilmişdir və bu iş durmadan davam etdirilir.
Əziz seçicilər!
İsmayıllı bələdiyyəsinin 01 iyul 2019-cu il
tarixə 68 998,72 manat borcu vardır ki, bu da əsasən DSMF-na, qazdan istifadəyə, rabitə
xidmətinə, təmir-tikinti idarəsinə YAP-a və həmkarlar təşkilatına üzvlük
haqları, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.
Fürsətdən istifadə edərək bütün şəhər
sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.
Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin
maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə
kömək etmiş olarlar.
Eyni zamanda şəhər sakinlərinin öhdəsinə
düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər şəhər yerində
yaşadıqlarını mən deyərdim ki, unudaraq həyətyanı sahələrindən çıxan tövlə
tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə,
darvazalarının yanına yığırlar. Mişar
daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları
çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla bağlayırlar. Bütün bunlar həmin küçələrdə
abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.
Bəziləri həyətlərinin qarşısında bitən
alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə
çevrilir.
(Dayanacaqlara,
ağaclara, dirəklərə yapışdırılan elanlar).
Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq
etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.
Mən güman edirəm ki, məhəllə komitələrinin,
ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın
vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.
Doğrudur, bu gün problemlər mövcuddur.
Lakin Sizi əmin edirəm ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə
mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun
sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.
Diqqətinizə görə çox sağolun!
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər