Görülmüş işlər


6.02.20 İsmayıllı şəhəri ərazisində təmizlik işlərinin aparılması

Diqqət!

 

İsmayıllı bələdiyyəsi şəhər sakinlərinin diqqətinə çatdırır ki,  təmizlik işləri aparılması üçün havaların əlverişli keçməsindən istifadə edərək yeni ilin ilk günlərindən şəhər ərazisində bu istiqamətdəki fəaliyyətini gücləndirmişdir.

Təqdim olunan fotoşəkillər şəhərin Mican məhəlləsində çəkilib. Sakinlərdən təmizlənmiş ərazilərin təkrar zibillənməməsi və şəhərin təmiz saxlanması xahiş olunur.

 

İsmayıllı bələdiyyəsinin informasiya şöbəsi