Görülmüş işlər


26.01.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında H E S A B A T

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən

2020-ci il ərzində görülmüş işlər haqqında,

o cümlədən yerli büdcəyə daxil olan

maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında


H E S A B A T


Hörmətli seçicilər!

Əziz şəhər sakinləri!


Bildiyiniz kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.


Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.


2020-ci il Azərbaycan tarixinə böyük dönüş mərhələsi kimi yazıldı. 30 il ərzində davam edən qanlı Qarabağ münaqişəsi qüdrətli Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun hərbi qələbələri sayəsində birdəfəlik həll olundu.


Eyni zamanda dünyanı bürümüş koronavirus pandemiyası fonunda respublikamızın əldə etdiyi müsbət nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyevin liderliyində Azərbaycanın hədəflərinə düzgün istiqamətdə irəlilədiyini bir daha nümayiş etdirdi.


Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.


2020-ci il üzrə 200 000manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 106 212manat olmuşdur. Büdcənin mədaxil hissəsinə hesabat dövründə 53 %əməl edilmişdir ki, bu da büdcənin kəsirlə yerinə yetirilməsi deməkdir. 2019-cu illə müqayisədə bələdiyyənin gəlirləri 15,4 % artmışdır.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:



- Torpaq vergisi –24983 manat


- Əmlak vergisi – 29572 manat


- Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün

ödənişlər –0 manat


-Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn gəlirlər –23217 manat


- Ticarət obyektlərindən torpaq icarə haqları –12987 manat


- Əkin sahələrinə görə icarə haqqı –5213 manat


- Bələdiyyə əmlakının icarəsindən –1900 manat


-Avtomobil dayanacaqlarından –1140 manat


-Mehmanxana rüsumu - 200 manat


- Hüquqi şəxslərin maliyyə yardımı –7000 manat


Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 200000 manat əvəzinə106674 manat təşkil etmişdir ki, bu da proqnoza  53 %əməl olunması deməkdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:


- Yerli özünüidarəetmə orqanlarının saxlanması xərcləri –91835 manat


- Sosial müdafiə və sosial təminat xərcləri –3950 manat


- Mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi xərcləri –1715 manat


-Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri –844 manat


-digər xərclər (reyestr və kadastr xidmət xərcləri) –8330 manat


Bildiyiniz kimi Azərbaycan Respublikası "Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilməlidir. Vətəndaşların 01 yanvar 2020-ci il tarixə293 132 manattorpaq və əmlak vergi borcları olmasına baxmayaraq, hesabat ilində cəmi54555 manatvə ya19 %-i həcmində vergi məbləği poçt şöbələri vasitəsilə hesabımıza ödənilmişdir.


2020-ci il üçün praqnozlaşdırılmış30 000 manattorpaq vergisinə qarşı 24983 manatvə ya83 % , 48 000 manat əmlak vergisinə qarşı29572 manatvə ya62 %ödəniş edilmişdir.


Hesabat ilində şəhər ərazisində mövcud  8234 vergi ödəyicisindən  3175 –nə və ya 39 % -nə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin  127000 manat  olmasına baxmayaraq,2020-ci ildə cəmi  1923  nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin 60,5 %-ni təşkil edir.


2020-ci il ərzində 47 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu  18263  manatdır. Bu orta hesabla hər vergi ödəyicisində 388 manat təşkil edir.


Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergiləri ödəmədiyinə görə 5 nəfərin sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.


Hörmətli seçicilər!


Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.


Hesabat dövründə bələdiyyə üzvləri ilə 12 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 120 qərar qəbul edilmişdir.


Hesabat dövründə bələdiyyəyə 727 nəfər müraciət etmişdir ki, onların 361 nəfəri arayış və digər sənədlər almaq üçün, 103 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 263 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.


2020-ci ildə ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi yönündə işlər davam etdirilərək bir sıra qanunlara dəyişiklik edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuşdur.


2020-ci ildə şəhər üzrə 28,1 sot zəbt olunmuş torpaq sahəsi özəlləşdirilmişdir və bundan bələdiyyə büdcəsinə 8957 manat vəsait daxil edilmişdir.


Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.


Pandemiya dövründə şəhərin H.Əliyev prospekti, M.Orucov, Nizami, Cavanşir, M.F.Axundov küçələrində, bir neçə dəfə dezinfeksiya tədbirləri həyata keçirilmişdir.


Şəhərin H.Əliyev prospektində yerləşən Qarabağ əlilləri yaşayan binanın qarşısında bulaq tikilib istifadəyə verilmişdir.


Əkinə yararsız vəziyyətdə olan 1,0 hektar sahə kol-kosdan təmizlənərək həmin ərazidə fındıq bağı salınmışdır.


Baramaçılığın yeni bazasının yaradılması məqsədi ilə ötən il 650 ədəd tut tingi əkilib becərilmişdir.


Bayram və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı tərtibatı tərəfimizdən təmin olunmuşdur.


Şəhər daxilində 1800 metr suötürücü kanal təmizlənmişdir.


Şəhər qəbristanlıqlarında təmzilik-abadlıq işləri aparılmışdır.


İl ərzində şəhərin Z.Bünyadov, Böyük Mərc, Əlibəy Hüseynzadə, Babək, C.Məmmədquluzadə küçələrinə çınqıl materialı daşınaraq hamarlanmışdır.


Bələdiyyəyə ərizə ilə müraciət etmiş 13 nəfər imkansız şəhər sakininə 2950 manat məbləğində maddi yardım göstərilmişdir.


Bundan başqa pandemiya ilə əlaqədar imkansız ailələrə və şəhid ailələrinə ərzaq yardımları göndərilmişdir.


Şəhərin Yuxarıbaş ərazisində yerləşən "Zoğallı pir” adlanan qəbristanlığa su–kanalizasiya xətti çəkilmişdir.


Qurban bayramı günlərində şəhərin bir qrup sakininə qurban payı çatdırılmışdır.


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yardım fonduna 1000 manat vəsait köçürülmüşdür.


2015-ci ildən bələdiyyədə "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan  7124  ev həyətyanı sahəsi ilə birlikdə,  2281  hektar əkin,  120  hektar bağ sahəsi,  291 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir. Ümumilikdə isə 7347 vergitutma subyekti sistemə daxil edilmişdir.


Şəhərin Mican ərazisində yerləşən ŞPİ fonduna aid edilən torpaq sahəsinin müfəssəl planının kağız və elektron variantı "Memar –Mühəndis Xidmətləri” MMC tərəfindən hazırlanaraq bələdiyyəyə təhvil verilmişdir.


Bələdiyyə tərəfindən 2021-ci ildə 1. "Abad Məhəllə” layihəsi çərçivəsində Cavanşir küçəsindəki ictimai yaşayış binasının qarşısında abdlıq işləri; 2. Şəhərin Nəsimi, Zəngəzur, Girdiman, Aydın Məmmədov, Xocalı küçələrinə içməli su xəttinin çəkilməsi; 3. Şəhərin 15 küçəsinə çınqıl daşınaraq hamarlanması; 4. "Mican” məscidinin ətrafında hasar tikilməsi və abadlıq işləri; 5.Şəhərin qəbristanlıqlarında əsaslı təmizlik -abadlıq işləri və digər layihələrin həyata keçirilməsi planlaşdırılmışdır.


İsmayıllı bələdiyyəsinin 01 yanvar 2021-ci il tarixə  36054 manatborcu vardır ki, bu da əsasən əmək haqlarına, DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə YAP-a və həmkarlar təşkilatına üzvlük haqları, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.


Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.


Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.


Eyni zamanda şəhər sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər şəhər yerində yaşadıqlarını unudaraq həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar. Mişar daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.


Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.


(Dayanacaqlara, ağaclara, dirəklərə yapışdırılan elanlar).


Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.


Hesab edirik ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.


Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.


Yeri gəlmişkən bir məsələni də şəhər sakinlərinin diqqətinə çatdırmaq istərdik. Bildiyiniz kimi yanvar ayının 18-dən rayonumuzda da əhalinin COVİD-19 infeksiyasına qarşı peyvənd olunmasına başlanılmışdır.


Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetnin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilmişdir ki, bu Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.


Vaksinin əhəmiyyəti imuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm hallarının qarşısını almaqdan ibarətdir.


Ümid edirik ki, şəhər sakinləri də vaksinasiya prosesində fəal iştirak edəcəklər.


Diqqətinizə görə çox sağolun!


(Hesabat bələdiyyə üzvlərinin 26 yanvar 2021-ci il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir).