Görülmüş işlər


9.08.22 TƏMİZLİYƏ RİAYƏT EDƏK

TƏMİZLİYƏ RİAYƏT EDƏK

İsmayıllı şəhərinin Təbriz küçəsi boyunca yaşayan sakinlərin xahişi nəzərə alınaraq küçənin kənarı ilə qrunt sularının daşyıcısı olan arx məişət tullantılarından təmizlənmişdir. 350 metrməsafədə uzanan arxın gələcəkdə zibillənməməsi ətrafda yaşayan sakinlərdən xahiş olunmuşdur.

Ismayıllı bələdiyyəsi aparılmış təmizlik işi ilə bərabər şəhər ərazisinin təmiz saxlanmasına diqqəti də vacib hesab edir.

Isti havalarda, şəhərin qonaq-qaralı vaxtında sanitariya qaydalarına ciddi riayət olunması gözlənilməz xəstəlikərdən və yaradılan səliqəsizlikdən qurtulmağın ən zəruri məqamlarıdır.

Şəhər sakinlərindən bir daha yaşadıqları ərazilərə məişət tullantılarının atılmamasını xahiş edirik.

Evimizi təmiz saxlamaq qonşuların deyil, özümüzün gündəlik işimizdir.

Bu vacib məsələdə üzərimizə düşən məsuliyyətə ciddi yanaşaq.

İsmayıllı bələdiyyəsi