Rayonumuzun gözəlləşməsi üçün çalışan və vətəndaşların ehtiyaclarını nəzərə alan Bələdiyyə bu səfər də İsmayıllı rayonunun Mican adlanan ərazaisində yeni bulaq tikərək sakinlərin istifadəsinə vermişdir.
"Şəhidlər ölməz vətən bölünməz” deyiblər Rayonumuzdan da bir çox qəhrəman oğullarımız vətən uğrunda şəhid olmuşlar. Şəhidləri yaşatmaq və ruhlarını şad etmək məqsədi ilə adlarını küçələrə, bulaqlara verərək yad edirik. Onlardan biri də 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdərə istiqamətində itkin düşmüş Mican sakini Rüstəmov Cəlal Əbdülhəkim oğludur.
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər