İclas protokolları


31.01.17 Bələdiyyənin 08 №- li iclas protokolu 2016

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin

08 №-li iclas protokolu

 

 

30 noyabr 2016-cı il                                                                   İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

 

1. Ağayev Pərviz Əlövsət  oğlu

2. Hacıyev Cümşüd Bəhərçin oğlu;

3 . Kazımov Qüdrət Ərvət  oğlu

4. Soltanov Şahməmməd Nurulla oğlu

5. Qasımova Sevda Bəkir qızı;

6. Tarverdiyev İsmayıl Emin  oğlu;

          7. Məmmədov Vidadi Şərif oğlu

          8. Ağayev Raman Böyükağa oğlu.

 

          Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

 

1 Zərbiyev Vidadi Valeh oğlu

2. İsgəndərova Minazər Ramiz qızı       

3. Abdullayeva Qumru Rahim qızı;

          4 Şirəliyev Rövşən Qasım oğlu  

          5. Əhmədova Aytəkin Oktay qızı;

          6. Süleymanzadə  Əsli Şakir qızı.

                                 Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

                                  Katib: Ş.N.Soltanov (komissiya sədri)

 

 

Gündəlikdəki məsələlər:

 

1. İsmayıllı bələdiyyəsinin 2017-ci il üçün yerli büdcənin layihəsinin müzakirəsi barədə. (Məruzəçi:R.Ağayev)

2.İsmayıllı şəhər ətrafı ərazisində 1 ha qəbristalıq yerinin ayrılması barədə.(Məruzəçi: Bələdiyyənin sədri P.Ağayev)

 

3. İsmayıllı şəhərinin Q. Aslanov küçəsi ev 2a ünvanında yerləşən  İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,0112 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov )

 

4.     İsmayıllı şəhərinin Mican ərazisində yerləşən İsmayıllı bələdiyyəsinin

alqı-satqı predmeti olan zəbt olunmuş 0,045 ha. həyətyanı torpaq    

sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində

bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna

başlanması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri

daimi komissiyasının sədri – Ş.Soltanov ).

 

5.     İsmayıllı şəhəri Aşağıbaş ərazisində yerləşən İsmayıllı

bələdiyyəsinin alqı-satqı predmeti olan 0,025 ha. torpaq sahəsinin

heyvandarlığın inkşafından ötrü uzunmüddətli icarəyə verilməsi

məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət

hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə.

(Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının

         sədri – Ş.Soltanov.

 

            İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələlərə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

 

            Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

           Lehinə - 8 səs;

           əleyhinə - yoxdur;

           bitərəf - yoxdur.

 

      1 . İsmayıllı bələdiyyəsinin 2017-ci il üçün yerli büdcənin layihəsinin  

       müzakirəsi barədə. (Məruzəçi:R.Ağayev)

 

        Eşidildi: 1.1. İclasın sədri birinci məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Büdcə Məsələləri Daimi Komissiyanın  sədri R.Ağayevəverdi.Komissiya sədri bələdiyyənin 2017-ci il üçün yerli büdcə layihəsi ilə bələdiyyə üzvlərini  tam tanış edərək bildirdi ki, yerli büdcənin gəlirləri 145200 manat, xərcləri isə 145200 manat nəzərdə tutulur (İsmayıllı  bələdiyyəsinin 2017-ci il üçün yerli büdcə layihəsi protokola əlavə olunur).

   İsmayıllı bələdiyyəsinin 2017-ci il yerli büdcəsindən gəlirləri aşağıdakı mədaxil mənbələri hesabına formalaşdırılması nəzərdə tutulur.

 Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

                                                                                                                             

     Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov İsmayıllı bələdiyyəsinin 2017-cı il üçün büdcə layihəsinin təqdim olunduğu variantına yenidən baxılamsını təklif etdi.

      Bələdiyyənin digər üzvləri Sevda Qasımova, İsmayıl Tarverdiyev, Cümşüd Hacıyev, Məmmədov Vidadi də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -8 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 

                                          Qərara alındı:

       Qərar: 1.1. İsmayıllı bələdiyyəsinin 2017-ci il üçün nəzərdə tutulan büdcə layihəsi bəzi düzəlişlər edilməsi üçün Büdcə Məsələləri Daimi Komissiyasında baxılaraq yenidən bələdiyyənin iclasına təqdim olunmasından ötrü geri qaytarılsın.

       Qərar: 1.2. İsmayıllı bələdiyyəsinin 2017-ci il üçün nəzərdə tutulan büdcə layihəsi 10 gün müddətində BMDK- da bəzi düzəlişlər edildikdən sonra bələdiyyənin iclasına təqdim olunsun.

       Qərar: 1.3. Bu qərarın icrasına nəzarət BMDK-nın sədri R.Ağayevə həvalə edilsin.

 

     2.İsmayıllı şəhər ətrafı ərazisində 1 ha qəbristalıq yerinin ayrılması barədə.    

    (Məruzəçi: Bələdiyyənin sədri P.Ağayev)

 

Eşidildi: 2.1. Bələdiyyənin sədri gündəlikdəki  ikinci məsələnin məzmununu açıqladı. O, bildirdi ki, bir qrup şəhər sakini  bazar ətrafındakı mövcud qəbristalığın ərazisində yer qalmadığından yeni qəbristanlıq ərazisinin ayrılması üçün müraciət ediblər. Həmin qəbristanılq ərazisinə baxış keçirilmiş və həqiqətən yeni qəbristanılq yerinin ayrılması zərurətinin olması müəyyən olunmuşdur.

     Şəhərin ərazisində bu məqsədlə bələdiyyənin ehtiyyat torpaqlarına baxış keçirilmiş və şəhərin cənub çıxışı istiqamətində qəbristanlıq yerinin ayrılması məqsədilə istiadə oluna bilən 1 ha bələdiyyə torpağı müəyyən olunmuşdur.

                Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, həqiqətən sözügedən qəqbristanlıqda yer azalmışdır və yeni qəbristanlıq ərazisinin ayrılması məqsədə uyğundur. O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri Sevda Qasımova, Vidadi Məmmədov, Soltanov Şahməmməd, Tarıverdiyev İsmayıl, Raman Ağayev Qüdrət Kazımov da  bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 8 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

                                          Qərara alındı

 

Qərar: 2.1. İsmayıllı şəhərinin kənarında bələdiyyənin ehtiyyat fond torpaqlarından qəbristanlıq məqsədi üçün 1 ha torpaq sahəsi ayrılsın.

 

 Qərar: 2.2.   Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

    3.İsmayıllı şəhərinin Q.Aslanov küçəsi ev 2a ünvanında yerləşən  İsmayıllı  bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,0112 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov )

 

 

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəki üçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, İsmayıllı şəhərinin Q.Aslanov küçəsi ev 2 ünvanında 0,0112 ha.  zəbt olunmuş bələdiyyə torpağı vardır. Vətəndaş ərizə ilə müraciət edərək zəbt olunmuş həmin torpaq sahəsini sənədləşdirmək istədiyini bildirmişdir.  Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin Q.Aslanov küçəsi  ev 2 a ünvanında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,0112 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri Tarıverdiyev İsmayıl, Cümşüd Hacıyev, Vidadi Məmmədov, Raman Ağayev də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 8 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

 

 

                                          Qərara alındı:

 

          Qərar: 3.1. İsmayıllı şəhərinin Q.Aslanov küçəsi  ev 2 a ünvanında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan, 0,0112 ha. torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin həyətyanı məqsədi ilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

          Qərar: 3.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən xahiş edilsin.

          Qərar: 3.3.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

4.      İsmayıllı şəhərinin Mican ərazisində yerləşən İsmayıllı bələdiyyəsinin

alqı-satqı predmeti olan zəbt olunmuş 0,045 ha. həyətyanı torpaq    

sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində

bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna

başlanması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri

daimi komissiyasının sədri – Ş.Soltanov ).

 

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, İsmayıllı şəhərinin Mican ərazisində 0,0045 ha zəbt olunmuş bələdiyyə torpağı vardır. Vətəndaş ərizə ilə müraciət edərək zəbt olunmuş həmin torpaq sahəsindən imtina etdiyini bildirmişdir.  Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin Mican ərazisində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,045 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri Tarıverdiyev İsmayıl, Sevda Qasımova, Cümşüd Hacıyev, Qüdrət Kazımov, Raman Ağayev də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 8 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

                                          Qərara alındı:

 

          Qərar: 4.1. İsmayıllı şəhərinin Mican ərazisində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan, 0,045 ha.torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin həyətyanı məqsədi ilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

          Qərar: 4.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən xahiş edilsin.

          Qərar: 4.3.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

5.     İsmayıllı şəhəri Aşağıbaş ərazisində yerləşən İsmayıllı

bələdiyyəsinin alqı-satqı predmeti olan 0,025 ha. torpaq sahəsinin

heyvandarlığın inkşafından ötrü uzunmüddətli icarəyə verilməsi

məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət

hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə.

(Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının

sədri – Ş.Soltanov

         Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O bildirdi ki, şəhərin Aşağıbaş ərazisində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,025 ha. sahibkarlıq təyinatlı torpaq sahəsi vardır. Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin Aşağıbaş ərazisində yerləşən İsmayıllı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0,025 ha  torpaq sahəsinin heyvandarlığın inkişafı  məqsədi ilə uzun müddətli icarəyə verilməsi  üçünhəmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur. 

             Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Sevda Qasımova bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi. 

        Bələdiyyə üzvləri Raman Ağayev, Vidadi Məmmədov, Cümşüd Hacıyev, Qüdrət Kazımov, İsmayıl Tarverdiyev də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 8 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

                                      Qərara alındı:

 

       Qərar: 5.1. İsmayıllı şəhərininAşağıbaş ərazisində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan, 0,025 ha. torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsininheyvandarlığın inkişafı məqsədi ilə uzun müddətli icarəyə verilməsi  üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılsın.

          Qərar: 5.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən xahiş edilsin.

          Qərar: 5.3.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

            İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Soltanov Şahməmməd Nurulla oğlu