İclas protokolları


30.05.17 Bələdiyyənin 02 № -li protokolu

              Ismayıllı rayonunun bələdiyyə sədrləri şurasının iclasının

 

                                         02 № -li protokolu

 

11 aprel 2017-ci il                                                                     İsmayıllı şəhəri

 

 

Yığıncaqda İsmayıllı rayonunun Bələdiyyə Sədrləri Şurasının 9 üzvündən 9  nəfər iştirak edir:

 

 

 

1. Ağayev Pərviz Əlövsət oğlu           -             İsmayıllı bələdiyyəsinin sədri

2. Əkbərov Kinyaz Eyvaz oğlu           -            Gəraybəyli bələdiyyəsinin sədri

3. Radayev Oleq İvanoviç                   -             İvanovka bələdiyyəsinin sədri

4. İsmayılova Tünzalə Sarı qızı           -             Kürdmaşı bələdiyyəsinin sədri

5.  Seyidli Elvin Xalid oğlu                  -             Qalınçaq bələdiyyəsinin sədri

6.  Əliyev Rövşən Mirzə oğlu              -              Lahıc bələdiyyəsinin sədri

7.  Rəsulov Ata Əmrulla oğlu               -             Sumağallı bələdiyyəsinin sədri

8.  Nəmətov Kamran Nəmət oğlu        -              Diyallı bələdiyyəsinin sədri

9.  Ağayev Vaqif Zinhar oğlu              -              Cülyan bələdiyyəsinin sədri

 

                         İclasın sədri:   Ağayev Pərviz Əlövsət oğlu

                          İclasın katibi:   Seyidli Elvin Xalid oğlu

 

 

 

                              GÜNDƏLİKDƏ DURAN MƏSƏLƏ:

 

1.     28 aprel 2017-ci il tarixdə Ucar şəhərində keçiriləcək Azərbaycan Kənd Bələdiyyələrinin   Milli Assosiasiyasının Ümumi Yığıncağının nümayəndə kvotasına əsasən rayonun 31 kənd bələdiyyəsindən 6 nümayəndənin seçilməsi barədə.

 

2.     26 aprel 2017 –ci il tarixdə Bakı şəhəri Suraxanı rayonunda keçiriləcək Azərbaycan Qəsəbə  Bələdiyyələrinin Milli Assosiasiyasının  Ümumi yığıncağının nümayəndə kvotasına əsasən rayonun 2 qəsəbə bələdiyyəsindən 1 nümayəndənin seçilməsi barədə.

 

                                                 ÇIXIŞLAR

 

    1. 1.   Şura üzvü Gəraybəyli  bələdiyyəsinin sədri Əkbərov Kinyaz Eyvaz oğlu çıxış edərək  Milli Assosiasiyasının Ümumi Yığıncağında iştirak etmək üçün İvanovka, Hacıhətəmli və Diyallı bələdiyyələrindən nümayəndələr seçilməsini təklif etdi. 

  1.  2.   Şura üzvü  Sumağallı bələdiyyəsinin sədri  Rəsulov Ata Əmrulla  oğlu çıxış edərək Milli Assosiasiyasının Ümumi Yığıncağında iştirak etmək üçün Cülyan, Kürdmaşı Zərnava Bələdiyyələrindən nümayəndələr seçilməsini təklif etdi.                                                                                                                                                                                       

   Şura üzvlərindən E.Seyidli, K.Əkbərov da təklifə tərəfdar olduqlarını bildridilər.                                                           

                 Səsvermənin nəticəsi: 

Lehinə- 9 nəfər

Əleyhinə- yox

Bitərəf- yox

                                       QƏRARA ALINDI

 

Qərar1 .1. Azərbaycan Kənd Bələdiyyələrinin   Milli Assosiasiyasının Ümumi Yığıncağına   nümayəndəlik kvotasına əsasən İsmayıllı rayonunun 31 kənd bələdiyyəsindən  6 nümayəndənin seçilməsini nəzərə alaraq İvanovka, Hacıhətəmli, Diyallı, Cülyan, Kürdmaşı və Zərnava Bələdiyyələrinin  hərəsindən 1 nəfər nümayəndənin seçilməsi tövsiyyə olunsun. 

Qərar 1.2. Protokol Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiyasiyasına göndərilsin.

 

Qərar 1.3. Protokol adları qeyd olunan, nümayəndə seçiləcək bələdiyyələrə göndərilsin.

 

                          Gündəlikdə duran ikinci məsələ barəsində

 

2.1 İclasın sədri P.Ağayev çıxış edərək 26 aprel 2017 –ci il tarixdə Bakı şəhəri Suraxanı rayonunda keçiriləcək Azərbaycan Qəsəbə  Bələdiyyələrinin Milli Assosiasiyasının  Ümumi yığıncağına  Lahıc qəsəbə bələdiyyəsindən 1 nümayəndənin seçilməsini təklif etdi.

 

2.2 Şura üzvlərindən E.Seyidli, K.Əkbərov A. Rəsulov O.Radayev da təklifə tərəfdar olduqlarını bildridilər.                                                           

 

 

                         İclasın sədri:                               Ağayev Pərviz Əlövsət oğlu

                          İclasın katibi:                            Seyidli Elvin Xalid oğlu