İclas protokolları


12.06.17 Bələdiyyənin 05 saylı iclas protokolu

 

                                                    İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin

05 №-li iclas protokolu

 

26  may 2017-ci il                                                                    İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

 

1. Ağayev Pərviz Əlövsət оьлу;

          2  Hacıyev Cümşüd Bəhərçin оьлу

3  Kazımov Qüdrət Ərvət оьлу

4. Zərbiyev Vidadi Valeh оьлу

5. Məmmədov Vidadi Şərif оьлу

6.  Ağayev Raman Böyükağa oğlu

7. Abdullayeva Qumru Rahim qızı

8.  İsgəndərova Minazər Ramiz гызы

          9.  Süleymanzadə Əsli  Şakir qızı.

10. Soltanov Şahməmməd Nurulla oğlu

 

Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.   Əhmədova Aytəkin Oktay qızı;

2.   Tarverdiyev İsmayıl Emin  оьлу;

          3.  Şirəliyev Rövşən Qasım оьлу 

          4.  Qasımova Sevda Bəkir qızı;

         

                                     Sədr:   Pərviz Ağayev (bələdiyyənin sədri)

                                     Katib:  Qumru Abdullayeva (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

                           

1.     21 may 2017-ci il tarixdə leysanla müşayət olunan güclü külək nəticəsində irigövdəli ağacın bələdiyyə binasının üzərinə yıxılması nəticəsində dam örtüyünə dəymiş ziyanı aradan qaldırılması məqsədilə bələdiyyə büdcəsindən vəsaitin ayrılması barədə ( Məruzəçi- bələdiyyənin sədri  P.Ağayev)

2.     " 28 may Respublika günü” münasibəti ilə şəhərin bayramsayağı bəzədilməsi üçün bələdiyyə büdcəsindən vəsaitin ayrılması barədə

     ( Məruzəçi- bələdiyyənin sədri  P.Ağayev)

 

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

            Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

           Lehinə - 10 səs;

           əleyhinə - yoxdur;

           bitərəf - yoxdur.

 

           1.  21 may 2017-ci il tarixdə leysanla müşayət olunan güclü külək nəticəsində irigövdəli ağacın bələdiyyə binasının üzərinə yıxılması nəticəsində dam örtüyünə dəymiş ziyanın aradan qaldırılması məqsədilə bələdiyyə büdcəsindən vəsaitin ayrılması barədə. ( Məruzəçi- bələdiyyənin sədri  P.Ağayev)

       Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, 21 may 2017-ci il tarixdə İsmayıllı şəhəri ərazisində  əsən güclü külək nəticəsində İsmayıllı bələdiyyəsinin yerləşdiyi inzibati idarə binasının yaxınlığında yerləşən irigövdəli ağac aşaraq binanın dam örtüyünün  üzərinə düşmüşdür. Nəticədə binanın dam örtüyünə ziyan dəymişdir ki, bu da binanın dam örtüyünün təmirinin zəruriliyini yaratmışdır.

           Məsələyə münasibət bildirməyiniz xahiş olunur

          Çıxışlar: 1.1. Bələdiyyənin sədr müavini Cümşüd Hacıyev bildirdi ki, həqiqətən 21 may 2017-ci il tarixdə əsən güclü külək irigövdəli ağacı binanın dam örtüyünün üstünə aşırtmışdır və binanın dam örtüyünün bir hissəsi yararsız vəziyyətə düşmüşdür. Ona görə də binanın dam örtüyünün təmiri vacib məsələdir.

Bələdiyyə üzvü Vidadi Məmmədov da bu təklifi bəyəndiyini bildirdi.

Bələdiyyənin digər üzvləri Qüdrət Kazımov, Şahməmməd Soltanov, Raman Ağayev, Minazər İsgəndərova,Vidadi Zərbiyev də çıxışlarda səslənən təklifə tərəfdar olduqlarını bildirdilər.

         Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

                                  

                                            Qərara alındı:

 

         Qərar: 1.1. 21 may 2017-ci il tarixdə güclü külək nəticəsində İsmayıllı bələdiyyəsinin yerləşdiyi inzibati idarə binasının zədələnmiş  dam örtüyünün    təmiri üçün bələdiyyə büdcəsindən 1413( bir min dörd yüz on üç) manat vəsait ayrılsın.

Əsas:Təqdim olunmuş smeta-layihə sənədləri.

1.2.  Qərarın icrası İsmayıllı bələdiyyəsinin baş mühasibi Fərman Dəmirova həvalə edilsin.

 

2. "28 may Respublika günü” münasibəti ilə şəhərin bayramsayağı bəzədilməsi üçün bələdiyyə büdcəsindən vəsaitin ayrılması barədə

     ( Məruzəçi- bələdiyyənin sədri  P.Ağayev)

       Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, "28 may Respublika günü” münasibəti ilə şəhərin bayramsayağı bəzədilməsi vacib məsələdir.

           Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

          Çıxışlar: 2.1. Bələdiyyənin sədr müavini Cümşüd Hacıyev bildirdi ki, qarşıdan "28 may Respublika günü” gəlir Respublika günü münasibəti ilə şəhər bayramsayağı bəzədilməlidir.

Bələdiyyə üzvü Vidadi Zərbiyev da bu təklifi bəyəndiyini bildirdi.

Bələdiyyənin digər üzvləri Vidadi Məmmədov, Raman Ağayev, Qüdrət Kazımov,  Şahməmməd Soltanov, Minazər İsgəndərova, Qumru Abdullayeva  da çıxışlarda səslənən təklifə tərəfdar olduqlarını bildirdilər.

         Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

                                  

                                            Qərara alındı:

 

                Qərar: 2.1. ."28 may Respublika günü” münasibəti ilə şəhərin bayramsayağı bəzədilməsi üçün bələdiyyə büdcəsindən 240( iki yüz qırx) manat vəsait ayrılsın. 

2.2.  Qərarın icrası İsmayıllı bələdiyyəsinin baş mühasibi Fərman Dəmirova həvalə edilsin.

 

            İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                      

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

İclasda  iştirak etmiş bələdiyyə üzvlərinin imzaları:

 

            1.                                          Hacıyev Cümşüd Bəhərçin oğlu

 

  2.                                         Kazımov Qüdrət Ərvət оьлу

 

  3.                                         Zərbiyev Vidadi Valeh оьлу

 

  4 .                                         Məmmədov Vidadi Şərif оьлу

 

  5.                                        Soltanov  Şahməmməd Nurulla oğlu

 

             6 .                                        Ağayev Raman Böyükağa oğlu

 

   7 .                                        İsgəndərova Minazər Ramiz гызы

 

             8.                                        Süleymanzadə  Əsli  Şakir qızı.