İclas protokolları


28.09.18 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 09 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

09 saylı iclas protokolu

 

12 sentyabr 2018-ci il                                                                       İsmayıllı şəhəri

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.      Ağayev Pərviz Əlövsət oğlu

2.      Kazımov Qüdrət Ərvət oğlu

        3.   Zərbiyev Vidadi Valeh oğlu

        4.   Məmmədov Vidadi Şərif oğlu

        5.  Soltanov Şahməmməd Nurulla oğlu

        6.  Ağayev Raman Böyükağa oğlu

        7.  İsgəndərova Minazər Ramiz qızı

        8.  Süleymanzadə  Əsli Şakir qızı

        9.  Abdullayeva Qumru Rahim qızı

      

       Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

         1. Hacıyev Cümşüd Bəhərçin oğlu 

         2.  Tarverdiyev İsmayıl Emin  oğlu

         3.  Şirəliyev Rövşən Qasım oğlu

         4.  Əhmədova Aytəkin Oktay qızı

         5.  Qasımova Sevda Bəkir qızı

 

                                     Sədr:        Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                    Katib:      Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

1.Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr  2018-ci il tarixli 01/1342 saylı məktubuna əsasən Ismayıllı şəhərinin V.Osmanov küçəsinin şimalında 100 yerlik uşaq bağçasının tikintisi məqsədi ilə 0,29 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə məktubuna baxılması haqqında. (Məruzəçi: Sosial Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).      

                                                                                                           

2. Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2018-ci il tarixli 01/1342 saylı məktubuna əsasən Ismayıllı şəhərinin Natəvan küçəsinin şərqində 48 mənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə 0,43 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə məktubuna baxılması haqqında. (Məruzəçi: Sosial Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).    

      

3. 11.05.2018-ci il tarixli, A№272748  saylı plan ölçü ilə   bələdiyyənin mülkiyyət   hüququ qeydiyyata alınmış, İsmayıllı şəhəri M.F.Axundov küçəsi 141 A ünvanında yerləşən 0,0045 ha sahibkarlıq məqsədli torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrəAuksion Mərkəzinin  seriya AM  № 006446  saylı Şəhadətnaməsinə   əsasən "Avromed Company”  QSC – nə  satılması barədə . (Məruzəçi: Sosial   Siyasət və İqtisadi İnkişaf Məsələləri    daimi  komissiyasının sədri –   Ş.Soltanov).

 

4. İsmayıllı şəhərinin Mican ərazisində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,06   ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. Ərizəçi:  (Mikayılov Afiq Aslan oğlu) (Məruzəçi: Sosial  Siyasət və İqtisadi İnkişaf   Məsələləri daimi komissiyasının  sədri – Ş.Soltanov).

             

5. İsmayıllı şəhərinin R.Bəşirov küçəsinin şərqində yerləşən  İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,034 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. Ərizəçi:  (Mitəlov Aqşin Afər oğlu) (Məruzəçi: Sosial  Siyasət və İqtisadi İnkişaf   Məsələləri daimi komissiyasının  sədri – Ş.Soltanov).

 

6. İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,05 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. Ərizəçi:

(Abdulov Səxavət Məhərrəm oğlu) (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf   Məsələləri daimi komissiyasının  sədri – Ş.Soltanov).

 

7.İsmayıllı şəhərinin S.Əsgərova küçəsinin şərqində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,04 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. Ərizəçi: (Qurbanov Elgün Firdovsi oğlu) (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf   Məsələləri daimi komissiyasının  sədri – Ş.Soltanov).

 

8. İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən İ.Həsənov   adına  1 saylı tam orta məktəbin qarşısında piyada səkisinin təmirinə  bələdiyyə büdcəsindən 923 (doqquz yüz iyirmi üç) manat məbləğində  vəsaitin ayrılması barədə. (BMDK sədri-Raman Ağayev).

         İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  9 səs;

     əleyhinə - yoxdur;

bitərəf -  yoxdur.

1.Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2018-ci il tarixli 01/1342 saylı məktubuna əsasən Ismayıllı şəhərinin V.Osmanov küçəsinin şimalında 100 yerlik uşaq bağçasının tikintisi məqsədi ilə 0,29 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə məktubuna baxılması haqqında. (Məruzəçi: Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).      

     Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında və İsmayıllı şəhərində yeni uşaq bağçasının tikintisi ilə bağlı tədbirlər haqqında 27 avqust 2018-ci il tarixdə müvafiq Sərəncamlar imzalamışdır. İclasın sədri geniş açıqlamadan sonra ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr  2018-ci il tarixli 01/1342 saylı məktubunda Ismayıllı bələdiyyəsinin öz ərazisində 100 yerlik  uşaq bağçasının tikintisi məqsədi ilə 0,30 ha torpaq sahəsinin ayrılmasını təmin etməyi xahiş edilmişdir. İsmayıllı RİH Başçısının məktubuna əsasən İsmayıllı şəhərinin V.Osmanov küçəsinin şimalında yerləşən 0,29 ha torpaq sahəsinin 100 yerlik uşaq bağçasının tikintisi üçün ayrılması  məqsədəuyğun hesab edilmişdir. Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin V.Osmanov küçəsinin şimalında yerləşən 0,29 ha İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 100 yerlik uşaq bağçasının tikintisi məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov bildirdi ki, şəhərdə yeni uşaq bağçasının tikintisi əhalinin mənafeyinə xidmət etdiyi üçün və bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri Vidadi Zərbiyev, Vidadi Məmmədov, Qumru Abdullayeva, Raman Ağayev, Minazər İsgəndərova və Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

         Qərar: 1.1. İsmayıllı şəhərinin V.Osmanov küçəsinin şimalında  yerləşən  İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,29 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsində 100 yerlik uşaq bağçasının tikilməsi məqsədi ilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

          Qərar: 1.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

          Qərar: 1.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

2. Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2018-ci il tarixli 01/1342 saylı məktubuna əsasən Ismayıllı şəhərinin Natəvan küçəsinin şərqində 48 mənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə 0,43 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə məktubuna baxılması haqqında. (Məruzəçi: Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).

Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci  məsələnin məzmunu açıqladı. O bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında və İsmayıllı şəhərində yeni 48 mənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında 27 avqust 2018-ci il tarixdə müvafiq Sərəncamlar imzalamışdır. İclasın sədri geniş açıqlamadan sonra ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr  2018-ci il tarixli 01/1342 saylı məktubunda Ismayıllı bələdiyyəsinin öz ərazisində 48 mənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə 0,43 ha torpaq sahəsinin ayrılmasını təmin etməyi xahiş edilmişdir. İsmayıllı RİH Başçısının məktubuna əsasən İsmayıllı şəhərinin  Natəvan küçəsinin şərqində yerləşən 0,43 ha torpaq sahəsinin 48 mənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılması  məqsədəuyğun hesab edilmişdir.Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin Natəvan küçəsinin şərqində 0,43 ha İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 48 mənzilli çoxmərtəbəli yaşayış binasının tikintisiməqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov bildirdi ki, şəhərdə48 mənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi əhalinin mənafeyinə xidmət etdiyi üçün və bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri Vidadi Zərbiyev, Vidadi Məmmədov, Qumru Abdullayeva,Raman Ağayev, Minazər İsgəndərova və Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

                                                     Qərara  alındı:

          Qərar: 2.1. İsmayıllı şəhərinin Natəvan küçəsinin şərqində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,43 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsində 48 mənzilli yaşayış binasının  tikilməsi məqsədi ilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

          Qərar: 2.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

           Qərar:2.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

3. 11.05.2018-ci il tarixli, A№272748  saylı plan ölçü ilə   bələdiyyənin mülkiyyət   hüququ qeydiyyata alınmış, İsmayıllı şəhəri M.F.Axundov küçəsi 141 A ünvanında yerləşən0,0045 ha sahibkarlıq məqsədli torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrəAuksion Mərkəzinin  seriya AM  № 006446  saylı Şəhadətnaməsinə   əsasən "Avromed Company”  QSC – nə  satılması barədə . (Məruzəçi: Sosial   Siyasət və İqtisadi İnkişaf Məsələləri    daimi  komissiyasının sədri –   Ş.Soltanov).

       Eşidildi: 3.1. İclasın sədri gündəlikdəkiüçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri Şahməmməd Soltanova verdi. O bildirdi ki, bələdiyyənin mülkiyyətində olan 0,0045 ha torpaq sahəsi üzrə hərrac komissiyasına müraciət edilmişdir. Hərrac keçirilmiş və hərracda Azərbaycan Respublikası ƏMDK  yanında Hərracların  Təşkili üzrə Auksion Mərkəzinin seriya AM  №  006446saylı  Şəhadətnaməsinə   əsasən "Avromed Company”  QSC qalib gəlmişdir. Ona görə də 0,0045 ha sahibkarlıq məqsədili torpaq sahəsinin ona satılması məqsədə uyğundur.                  

           Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

         Çıxışlar: 2.1. Bələdiyyənin  üzvü  Qüdrət Kazımov geniş açıqlamadan sonra   0,0045 ha.torpaq sahəsinin  hərracda qalib gələnə satılmasına tərəfdar olduğunu bildirdi.

            Bələdiyyə üzvləri Vidadi Zərbiyev ,Vidadi Məmmədov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  də bu təklifə tərəfdar olduqlarını bildirdilər.        

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

      Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

                                                  Qərara alındı

          Qərar: 3.1. İsmayıllı şəhərinin M.F.Axundov küçəsi 141 A ünvanında yerləşən0,0045  ha sahibkarlıq məqsədli torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında  Hərracların  Təşkili üzrə Auksion Mərkəzinin seriya AM  №  006446 saylı  Şəhadətnaməsinə   əsasən hərracın qalibi "Avromed Company” QSC-nə satılsın.

         Qərar: 3.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ62AIIB38090019440248071178   VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq  3564 (üç min beş yüz altmış dörd) manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

     Qərar:  3.3. Vətəndaş  "Avromed Company” QSC nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

     Qərar: 3.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkiləşdirə bilməz.

     Qərar: 3.5. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

4. İsmayıllı şəhərinin Mican ərazisində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,06   ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. Ərizəçi:  (Mikayılov Afiq Aslan oğlu) (Məruzəçi: Sosial  Siyasət və İqtisadi İnkişaf   Məsələləri daimi komissiyasının  sədri – Ş.Soltanov).             

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, İsmayıllı şəhərinin Mican ərazisində yerləşən 0,06  ha zəbt olunmuş bələdiyyə torpağı vardır. Vətəndaş ərizə ilə müraciət edərək zəbt olunmuş həmin torpaq sahəsinin başqa vətəndaşa satılmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin Mican ərazisində yerləşən 0,06  ha zəbt olunmuş İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri Vidadi Zərbiyev, Qumru Abdullayeva,Raman Ağayev, Minazər İsgəndərova və Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

        Qərar: 4.1. İsmayıllı şəhərinin Mican ərazisində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,06 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin həyətyanı məqsədi ilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

       Qərar: 4.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

      Qərar: 4.3.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

5.İsmayıllı şəhərinin R.Bəşirov küçəsinin şərqində yerləşən  İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,034 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. Ərizəçi:  (Mitəlov Aqşin Afər oğlu) (Məruzəçi: Sosial  Siyasət və İqtisadi İnkişaf   Məsələləri daimi komissiyasının  sədri – Ş.Soltanov).

        Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, İsmayıllı şəhərinin R.Bəşirov küçəsinin şərqində yerləşən 0,034 ha zəbt olunmuş bələdiyyə torpağı vardır. Vətəndaş ərizə ilə müraciət edərək zəbt olunmuş həmin torpaq sahəsinin ona  satılmasını xahiş etmişdir. Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin R.Bəşirov küçəsinin şərqində  yerləşən  0,034 ha zəbt olunmuş İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri Vidadi Zərbiyev, Qumru Abdullayeva,Raman Ağayev, Minazər İsgəndərova və Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

        Qərar: 5.1. İsmayıllı şəhərinin R.Bəşirov küçəsinin şərqində  yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,034 hatorpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin həyətyanı məqsədiilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

       Qərar: 5.2.Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

      Qərar: 5.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

6.İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan zəbt olunmuş 0,05 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. Ərizəçi:

(Abdulov Səxavət Məhərrəm oğlu) (Məruzəçi: Sosial  Siyasət və İqtisadi İnkişaf   Məsələləri daimi komissiyasının  sədri – Ş.Soltanov).

Eşidildi: 6.1. İclasın sədri gündəlikdəki altıncı  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən 0,05 ha zəbt olunmuş bələdiyyə torpağı vardır. Vətəndaş ərizə ilə müraciət edərək zəbt olunmuş həmin torpaq sahəsinin başqa vətəndaşa satılmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən 0,05 ha  ha zəbt olunmuş İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri Vidadi Zərbiyev, Qumru Abdullayeva,Raman Ağayev, Minazər İsgəndərova və Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

       Qərar: 6.1. İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,05 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin həyətyanı məqsədiilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

       Qərar: 6.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

      Qərar: 6.3.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

7.İsmayıllı şəhərinin S.Əsgərova küçəsinin şərqində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,04 ha. həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə. Ərizəçi:  (Qurbanov Elgün Firdovsi oğlu) (Məruzəçi: Sosial  Siyasət və İqtisadi İnkişaf   Məsələləri daimi komissiyasının  sədri – Ş.Soltanov).

Eşidildi: 7.1. İclasın sədri gündəlikdəki yeddinci  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, vətəndaş ərizə ilə müraciət edərək İsmayıllı şəhərinin S.Əsgərova küçəsinin şərqində yerləşən 0,04 ha bələdiyyə torpağının ona satılmasını xahiş etmişdir. Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin S.Əsgərova küçəsinin şərqində yerləşən 0,04 haİsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan həyətyanı torpaq sahəsinin satılmaq məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 7.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri Vidadi Zərbiyev, Qumru Abdullayeva,Raman Ağayev, Minazər İsgəndərova və Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

        Qərar:7.1.İsmayıllı şəhərinin S.Əsgərova küçəsinin şərqində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,04 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin həyətyanı məqsədiilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

       Qərar: 7.2.Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

      Qərar: 7.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

8. İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən İ.Həsənov   adına  1 saylı tam orta məktəbin qarşısında piyada səkisinin təmirinə  bələdiyyə büdcəsindən 923 (doqquz yüz iyirmi üç) manat məbləğində  vəsaitin ayrılması barədə. (BMDK sədri-Raman Ağayev).

 Eşidildi: 8.1. İclasın sədri gündəlikdəki səkkizinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü BMDK sədri R.Ağayevə verdi. O qeyd etdi ki, H.Əliyev prospektində yerləşən İ.Həsənov   adına 1 saylı tam orta məktəbin qarşısında piyada səkisinin yenidən qurulmasına ehtiyac vardır. Həmin hissədə abadlıq işlərinin aparılması vacib məsələdir.

Məsələyə münasibət bildirməyinizi xahiş edirəm.

        Çıxışlar: 8.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov çıxış edərək  bildirdi ki, şəhərin H.Əliyev prospektində  İ.Həsənov  adına  1 saylı tam orta məktəbin qarşısındakı piyada yoluna baxış keçirilmişdir və həqiqətən həmin yolun  yenidən qurulmasına ehtiyac olduğu məlum olmuşdur. Həmin hissədə abadlıq işlərinin aparılması vacib məsələdir. 

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Vidadi Zərbiyev , Vidadi Məmmədov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

 

Qərar: 8.1.    H.Əliyev prospektində İ.Həsənov  adına  1 saylı tam orta məktəbin qarşısındakı piyada yolunun yenidən qurulması üçün    bələdiyyə büdcəsindən 923  (doqquz yüz iyirmi üç) manatvəsit ayrılsın.

Əsas: Təqdim olunmuş smeta-layihə sənədləri.

Qərar: 8.2. Qərarın icrası bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə və baş mühasibi  Fərman Dəmirova həvalə edilsin.

 

 

            İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

 

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

 

            İclasda  iştirak  etmiş bələdiyyə üzvlərinin  imzaları:

 

 

1.                                Kazımov Qüdrət Ərvət oğlu

2.                                 Zərbiyev Vidadi Valeh oğlu

3.                                 Məmmədov Vidadi Şərif oğlu

4.                                 Soltanov Şahməmməd Nurulla oğlu

5.                                 Ağayev Raman Böyükağa oğlu

6.                                 İsgəndərova Minazər  Ramiz qızı

7.                                 Süleymanzadə Əsli Şakir qızı