İclas protokolları


9.10.18 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 10 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

10 saylı iclas protokolu

 

25 sentyabr 2018-ci il                                                             İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.      Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu 

        3.   Kazımov Qüdrət Ərvət oğlu

        4.   Zərbiyev Vidadi Valeh oğlu

        5.  Məmmədov Vidadi Şərif oğlu

        6.  Soltanov Şahməmməd Nurulla oğlu

        7.  Ağayev Raman Böyükağa oğlu

        8.  İsgəndərova Minazər Ramiz qızı

        9.  Süleymanzadə  Əsli Şakir qızı

       10. Abdullayeva Qumru Rahim qızı

 

       Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

         1.  Tarverdiyev İsmayıl Emin  oğlu

         2.  Şirəliyev Rövşən Qasım oğlu

         3.  Əhmədova Aytəkin Oktay qızı

         4.  Qasımova Sevda Bəkir qızı

 

                                                      Sədr:       Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                                     Katib:      Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

 1. 24 sentyabr 2018-ci il tarixdə öz xidməti vəzifələrini yerinə yetirərkən bələdiyyə qulluqçularının təhqir edilməsi ilə əlaqədar tərtib etdikləri akta əsasən "Mican” çay evinin sahibi İsmayıllı şəhər sakini Ömərov Mehdi Valodya oğlunun qanunsuz hərəkətləri haqqında İsmayıllı rayon Polis Şöbəsinə və İsmayıllı rayon  Məhkəməsinə müraciət edilməsi barədə. (Məruzəçi:bələdiyyənin sədr müavini Cümşüd Hacıyev). 

 2.İsmayıllı rayonu Sumağallı kəndində fəaliyyət göstərən "Arzu” Qadın İnkişaf Qrupunun əməkdaşlıq barədə müraciətinə baxılması barədə. (Ərizəçi:  "Arzu” QİQ –nun sədri Mirzəyeva Arzu Mirzalı qızı)(Məruzəçi: bələdiyyənin sədr müavini – Qüdrət Kazımov).

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf -  yoxdur.

 1. 24 sentyabr 2018-ci il tarixdə öz xidməti vəzifələrini yerinə yetirərkən bələdiyyə qulluqçularının təhqir edilməsi ilə əlaqədar tərtib etdikləri akta əsasən "Mican” çay evinin sahibi İsmayıllı şəhər sakini Ömərov Mehdi Valodya oğlunun qanunsuz hərəkətləri haqqında İsmayıllı rayon Polis Şöbəsinə və İsmayıllı rayon  Məhkəməsinə müraciət edilməsi barədə. (Məruzəçi:sədr müavini Cümşüd Hacıyev). 

          Eşidildi: 1.1.  İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı.  Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini  Ömərov Mehdi Valodya oğlunun İsmayıllı şəhəri H.Əliyev prospektinin şərqində yerləşən Qala divarları  ərazisində "Mican” çay evi  adı ilə istifadə etdiyi ticarət obyekti vardır.

Ömərov Mehdi Valodya oğlu əlavə olaraq istifadə etdiyi obyektin qarşısında əhalinin gediş-gəlişinə mane olan ərazidə stol-stul yerləşdirərək çayxana fəaliyyəti ilə məşğul olmuşdur.  

İsmayıllı bələdiyyəsinin qulluqçuları tapşırığa əsasən Ömərov Mehdi Valodya oğluna 22 sentyabr 2018-ci il tarixdə 227 saylı şəhər ərazisində yolların kənarında və piyada səkilərinin üzərində satış edilməsi ilə bağlı şəhər sakinlərinin haqlı narazılığının qarşısının alınması məqsədi ilə ticarətin təşkili qaydalarına əməl edilməsi barədə xəbərdarlıq məktubu təqdim etmişdir. 24 sentyabr 2018-ci il tarixdə xəbərdarlıq məktubuna əməl olunması ilə bağlı İsmayıllı bələdiyyəsinin qulluqçuları yerində baxış keçirərkən "Mican” çay evinin sahibi İsmayıllı şəhər sakini Ömərov Mehdi Valodya oğlu əhalinin hərəkətinin sıx olduğu ərazidə -həmin  çayxananın qarşısında nalayiq hərəkət edərək bələdiyyə qulluqçularını təhqir etmiş və eyni zamanda ölkə rəhbərinin, rayon rəhbərliyinin və bələdiyyənin ünvanına təhqiramiz ifadələr işlətmişdir. 

Onu da əlavə edərək bildirik ki, Ömərov Mehdi Valodya oğlu həm də intizamsız vergi ödəyicisidir. M.Ömərova dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayraq bu günədək İsmayıllı  bələdiyyəsinin hesablaşma hesabına  torpaq və əmlak vergisi olaraq hesablanmış 1104 (bir min bir yüz dörd)  manat  20 qəpik  vəsaiti ödəməmişdir.

Ona görə də "Mican” çay evinin sahibi İsmayıllı şəhər sakini Ömərov Mehdi Valodya oğlunun nalayiq hərəkətləri barədə qanunamüvafiq qaydada ölçü götürülməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə və onun üzərinə 50 000 (əlli min) manat təzminat ödənilməsi tələbi qoyulması üçün İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi məqsədəuyğundur.

         Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Qüdrət Kazımov bildirdi ki, Ömərov Mehdi Valodya oğlunun nalayiq hərəkətlərinə hüquqi qiymət verilməlidir və bu  barədə qanunamüvafiq qaydada ölçü götürülməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə və onun üzərinə 50 000 (əlli min) manat təzminat ödənilməsi tələbi qoyulması üçün İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi məqsədəuyğundur.

Bələdiyyə üzvlərindən Vidadi Zərbiyev,Vidadi Məmmədov, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə və Minazər İsgəndərova da çıxış edərək bu təklifə tərəfdar olduqlarını bildirdilər.      

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

                                               Qərara alındı:

Qərar: 1.1. "Mican” çay evinin sahibi İsmayıllı şəhər sakini Ömərov Mehdi Valodya oğlunun nalayiq hərəkətləri barədə qanunamüvafiq qaydada ölçü götürülməsi üçün İsmayıllı rayon Polis Şöbəsinəmüraciət edilsin.

Qərar: 1.2. "Mican” çay evinin sahibi İsmayıllı şəhər sakini Ömərov Mehdi Valodya oğlunun üzərinə 50 000 ( əlli min) manat təzminat ödənilməsi tələbi qoyulması  üçün İsmayıllı rayon Məhkəməsinə müraciət edilsin.

Qərar: 1.3.  Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.


2.İsmayıllı rayonu Sumağallı kəndində fəaliyyət göstərən "Arzu” Qadın İnkişaf Qrupunun əməkdaşlıq barədə müraciətinə baxılması barədə. (Ərizəçi: "Arzu” QİQ –nun sədri Mirzəyeva Arzu Mirzalı qızı)(Məruzəçi: bələdiyyənin sədr müavini – Qüdrət Kazımov).

      Eşidildi: 2.1.  İclasın sədri gündəlikdəki ikinci məsələnin məzmunu açıqladı.  Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Qüdrət Kazımova verdi.  O bildirdi ki,

İsmayıllı rayon Sumağallı kəndində yeni təşkil olunmuş  "Arzu” Qadın İnkişaf Qrupu   İsmayıllı bələdiyyəsinə müraciət edərək qrupla əməkdaşlıq etməyi xahiş etmişdir.

Yeni yaradılmış "Arzu” QİQ da daxil olmaqla Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və sahibkar qadınların sayının artırılması prioritet istiqamətlərdəndir. Ölkədə bu sahədə təkmilləşdirilmiş qanun layihələri mövcuddur. Qadın sahibkarlığının inkişafı yoxsulluq, bərabərsizlik və savadsızlıq kimi problemlərin aradan qaldırılmasında əvəzsiz rol oynayır. Qadınlar arasında sahibkarlığı gücləndirmək üçün aidiyyatı dövlət qurumları, bələdiyyələr və digər özəl qurumlar da daxil olmaqla bütün iştirakçıların davamlı dəstəyinə ehtiyac var.  Müsbət hal olaraq qadın sahibkarlara kömək etmək, işgüzar qadınları nümunə kimi təşviq etmək və qadınların özəl sektorda fəaliyyətini gücləndirmək üçün  əməyimizi sərf edirik. Qadınlar öz bizneslərini yarada, inkişaf etdirə və idarə edə bildikdə güclü iqtisadiyyatin inkişafında rol oynaya bilərlər. Bütün dünyada qadınların öz iqtisadi arzularını həyata keçirmək imkanına malik olduğu ölkələrdə iqtisadiyyat çiçəklənir. Qadınlar möhtəşəm ideya və əzmkarlılqa öz ideyalarını reallığa çevirə, ətraflarındakı dünyanı dəyişə bilirlər.

Odur ki, İsmayıllı rayonu Sumağallı kəndində yeni yaradılmış "Arzu” Qadın İnkişaf Qrupu ilə İsmayıllı bələdiyyəsi arasındakı birgə fəaliyyəti müsbət hal kimi dəstəkləyirik .

       Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, İsmayıllı rayonu Sumağallı kəndində yeni yaradılmış "Arzu” Qadın İnkişaf Qrupu ilə İsmayıllı bələdiyyəsi arasındakı birgə fəaliyyət məqsədəuyğundur.

Bələdiyyə üzvlərindən Vidadi Zərbiyev,Vidadi Məmmədov, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə və Minazər İsgəndərova da çıxış edərək bu təklifə tərəfdar olduqlarını bildirdilər.      

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

                                               Qərara alındı:

Qərar: 2.1. İsmayıllı rayonu Sumağallı kəndində fəaliyyət göstərən "Arzu” Qadın İnkişaf  Qrupu  ilə  əməkdaşlıq fəaliyyəti aparılsın.

 Qərar: 2.2.  Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Qüdrət Kazımova  həvalə edilsin.

                                                                                                           

              İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

            İclasda  iştirak  etmiş bələdiyyə üzvlərinin  imzaları:

 

1.                                 Hacıyev Cümşüd Bəhərçin oğlu

2.                                 Kazımov Qüdrət Ərvət oğlu

3.                                 Zərbiyev Vidadi Valeh oğlu

4.                                 Məmmədov Vidadi Şərif oğlu

5.                                 Soltanov Şahməmməd Nurulla oğlu

6.                                 Ağayev Raman Böyükağa oğlu

7.                                 İsgəndərova Minazər  Ramiz qızı

8.                                 Süleymanzadə Əsli Şakir qızı