İclas protokolları


15.11.18 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 11 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

11 saylı iclas protokolu

31 oktyabr  2018-ci il                                                                        İsmayıllı şəhəri

 İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.      Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu 

        3.   Kazımov Qüdrət Ərvət oğlu

        4.   Zərbiyev Vidadi Valeh oğlu

        5.  Məmmədov Vidadi Şərif oğlu

        6.  Soltanov Şahməmməd Nurulla oğlu

        7.  Ağayev Raman Böyükağa oğlu

        8.  İsgəndərova Minazər Ramiz qızı

        9.  Süleymanzadə  Əsli Şakir qızı

       10. Abdullayeva Qumru Rahim qızı

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

         1.  Tarverdiyev İsmayıl Emin  oğlu

         2.  Şirəliyev Rövşən Qasım oğlu

         3.  Əhmədova Aytəkin Oktay qızı

         4.  Qasımova Sevda Bəkir qızı

 

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                             Katib:     Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional   Ədliyyə İdarəsinin 23.10.2018-ci il tarixli A-730 saylı təklif  məktubunun müzakirəsi barədə. (Məruzəçi: bələdiyyənin   sədri P.Ağayev)

2. İsmayıllı bələdiyyəsinin 2019-cu il üçün yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi  barədə (Məruzəçi: Büdcə məsələləri daimi komissiyasının sədri – Raman Ağayev).

3. İsmayıllı  bələdiyyəsinin  mülkiyyət hüquqları  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış Seriya RX 1388411 saylı Çıxarış və A № 317124 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən  0,0238 ha həyətyanı məqsədli  torpaq sahəsinin İsmayıllı şəhər sakini  Səfərova Gilas Ağasəf qızına satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri –     Ş.Soltanov).

 

4. İsmayıllı şəhərinin H.Əliyev prospektinin qərbində yerləşən İsmayıllı bələdiyyəsinin icarə  predmeti olan 0,0020 ha sahibkarlıq məqsədi torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun  qeydiyyata  alınması proseduruna başlanması barədə. (Ərizəçi: Pənahov İlham Söyqi oğlu) (Məruzəçi: Sosial Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).

5.İsmayıllı şəhərinin H.Əliyev prospekti  ünvanında yerləşən yola doğru əyilmiş və aşma təhlükəsi olan 1(bir) ədəd qovaq ağacının 6-7 metr hündürlükdən   budanması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 oktaybr  2018-ci il tarixli 911 saylı məktubuna baxılması barədə.(Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev)

6.İsmayıllı şəhərinin Yuxarıbaş ərazisində yerləşən vətəndaşa məxsus yaşayış evinə təhlükə yaradan 1(bir) ədəd qoz ağacının  5-6 metr hündürlükdən   budanması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 noyabr  2018-ci il tarixli 921 saylı məktubuna baxılması barədə.(Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev)

 

7. Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Dadaşov Şakir Marif oğlu haqqında İsmayıllı  rayon İcra və  Probasiya Şöbəsinə müraciət edilməsi barədə.  (Məruzəçi:sədr müavini Qüdrət Kazımov).

 8.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Abdurazaqov Mübariz Yusif oğlu  haqqında  İsmayıllı  rayon İcra və  Probasiya Şöbəsinə müraciət edilməsi barədə.  (Məruzəçi:sədr müavini Qüdrət Kazımov).

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf - yoxdur.

 

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional   Ədliyyə İdarəsinin 23.10.2018-ci il tarixli A-730 saylı təklif məktubunun müzakirəsi barədə. (Məruzəçi: bələdiyyənin   sədri P.Ağayev)

Eşidildi: 1. 1.İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional  Ədliyyə İdarəsinin 23.10.2018-ci il tarixli, A-730 saylı təklif məktubu daxil olmuşdur. Təklif  məktubunda İsmayıllı bələdiyyəsinin 08 may 2018-ci il tarixli 05 saylı iclasının Xəqani, Şirvani və Məhsəti küçələrinin kəsişməsində yerləşən İsmayıllı bələdiyyəsinin icarə predmeti olan 0,3194 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə 1(bir) il ilkin hərrac qiyməti 23388 (iyirmi üç min üç yüz səksən səkkiz) manat olmaqla uzunmüddətli icarəyə verilməsi üçün hərracın təşkili qərarında ilkin hərrac qiymətinin dəyişdirilməsi təklif  olunmuşdur. 

Təklif məktubunda həmçinin icarə haqqının ilkin hərrac qiymətinin torpağın təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən  asılı olaraq müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında tələb və təklif nəzərə alınmaqla müəyyənləşdirilməsi və  bu  təklifin  bələdiyyənin iclasında müzakirə edilərək qərarın surətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional   Ədliyyə İdarəsinə təqdim edilməsi bildirilmişdir.

          Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

         Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional  Ədliyyə İdarəsinin 23.10.2018-ci il tarixli, A-730 saylı təklif məktubunda irəli sürülən təkliflər nəzərə alınmalıdır. Bu səbəbdən də təkliflərə əməli işdə tam əməl olunmalıdır.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev,Vidadi Məmmədov, Şahməmməd Soltanov,Raman Ağayev,Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  də bu təklifə tərəfdar olduqlarını bildirdilər.           

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 1.1. A № 258719 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən  İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində  qeydə alınmış İsmayıllı şəhərinin Xəqani, Şirvani və Məhsəti küçələrinin kəsişməsində yerləşən İsmayıllı bələdiyyəsinin icarə  predmeti olan 0,3194 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə uzunmüddətli icarəyə verilməsi üçün 26 iyul 2018-ci il tarixdə  keçirilməsi nəzərdə tutulan hərracın baş tutmaması nəzərə alınsın.

Qərar: 1.2 A № 258719 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində  qeydə alınmış İsmayıllı bələdiyyəsinin icarə predmeti olan 0,3194 ha sahibkarlıq məqsədli torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi məqsədi ilə yenidən hərrac keçirilsin.

Azərbaycan Respublikasının  Ədliyyə Nazirliyi Göyçay Regional  Ədliyyə İdarəsinin 23.10.2018-ci il tarixli, A-730 saylı təklif məktubunu əsas tutaraq  həmin torpaq sahəsinə görə  hərracda bir illik  icarə qiyməti 4 000 (dörd min) manat məbləğində müəyyən edilsin və hərrac keçirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin 18 saylı Torpaq  Hərrac və Müsabiqə Komissiyası ilə müqavilə bağlansın.

Qərar: 1.3  Qərarın icrasına nəzarət bələdiyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

                                                                        

2.İsmayıllı bələdiyyəsinin 2019-cu il üçün yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi barədə (Məruzəçi: Büdcə məsələləri daimi komissiyasının sədri – Raman Ağayev).

        Eşidildi: 2.1. İclasın sədri ikinciməsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Büdcə Məsələləri Daimi Komissiyanın  sədri R.Ağayevə verdi.Komissiya sədri bələdiyyənin 2019-ci il üçün yerli büdcə layihəsi ilə bələdiyyə üzvlərini  tam tanış edərək bildirdi ki, yerli büdcənin gəlirləri 205 500 manat, xərcləri isə 205 500 manat nəzərdə tutulur. (İsmayıllı  bələdiyyəsinin 2019-ci il üçün yerli büdcə layihəsi protokola əlavə olunur).

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

      Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev İsmayıllı bələdiyyəsinin 2019-cı il üçün büdcə layihəsinin təqdim olunduğu variantına yenidən baxılamsını təklif etdi.

      Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Vidadi Məmmədov, Şahməmməd Soltanov, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.        

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

       Qərar: 2.1. İsmayıllı bələdiyyəsinin 2019-ci il üçün nəzərdə tutulan büdcə layihəsi bəzi düzəlişlər edilməsi üçün Büdcə Məsələləri Daimi Komissiyasında baxılaraq yenidən bələdiyyənin iclasına təqdim olunmasından ötrü geri qaytarılsın.

       Qərar: 2.2. İsmayıllı bələdiyyəsinin 2019-ci il üçün nəzərdə tutulan büdcə layihəsi 10 gün müddətində BMDK- da bəzi düzəlişlər edildikdən sonra bələdiyyənin iclasına təqdim olunsun.

       Qərar: 2.3. Bu qərarın icrasına nəzarət BMDK-nın sədri Raman Ağayevə həvalə edilsin.

 

3.İsmayıllı  bələdiyyəsinin  mülkiyyət hüquqları  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış Seriya RX 1388411 saylı Çıxarış və A № 317124 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən  0,0238 ha həyətyanı məqsədli  torpaq sahəsinin İsmayıllı şəhər sakini  Səfərova Gilas Ağasəf qızına satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri –     Ş.Soltanov).

Eşidildi: 3.1. İclasın sədri üçüncüməsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Səfərova Gilas Ağasəf qızı ərizə ilə müraciət  edərəkhəyətində zəbt olunmuş bələdiyyə  torpağı olduğunu  bildirmiş və həmin zəbt olunmuş torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəyə əsasən prosedura başlanmış və torpaq sahəsi bələdiyyənin mülkiyyətinə alınmışdır. Onu da nəzərinizə çatdırırıq ki, həmin torpaq sahəsinin başqa vətəndaşa satılması mümkün olmadığı üçün həmin həyətyanı torpaq sahəsinin  ona  hərrac və müsabiqədənkənar  satılmasına əsas verir.

         Çıxışlar: 3.1. Bələdiyyənin  üzvü Cümşüd Hacıyev  geniş açıqlamadan sonra    0,0238 ha. torpaq sahəsinin  alan tərəfə satılmasını təklif etdi.

           Bələdiyyənin üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov,Vidadi Zərbiyev, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova də bu təklifi dəstəklədilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

                                                Qərara alındı:

         Qərar: 3.1.  İsmayıllı bələdiyyəsinin şəhərin Aşağıbaş ərazisində   yerləşən yaşayış məntəqələrinin torpağından fərdi ev tikmək məqsədi ilə Səfərova Gilas Ağasəf qızına  0,0238 ha. torpaq sahəsi satılsın.

     Əsas: Vətəndaşın ərizəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin torpaq sahəsi üçün  Seriya RX 1388411 saylı  Çıxarış və  A № 317124 saylı plan və ölçüsü.

     Qərar: 3.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ62AIIB38090019440248071178   VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq  316 x 2,38= 753 (yeddi yüz əlli üç)  manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında  notariat qaydada alqı-satqı  müqaviləsi bağlanılsın.

     Qərar: 3.3. Vətəndaş  Səfərova Gilas Ağasəf qızı nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

     Qərar: 3.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkişəldirə bilməz.

     Qərar: 3.5. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

4.İsmayıllı şəhərinin H.Əliyev prospektinin qərbində yerləşən İsmayıllı bələdiyyəsinin icarə  predmeti olan 0,0020 ha sahibkarlıq məqsədi torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun  qeydiyyata alınması proseduruna başlanması barədə. (Ərizəçi: Pənahov İlham Söyqi oğlu) (Məruzəçi: Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).

      Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Şahməmməd Soltanova verdi. O qeyd etdi ki, İsmayıllı şəhərinin  H.Əliyev prospektinin qərbində yerləşən  0,0020  ha sahibkarlıq məqsədli bələdiyyə torpağı vardır. Vətəndaş ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin H.Əliyev prospektinin qərbində yerləşən  0,0020 ha İsmayıllı bələdiyyəsinin icarə predmeti olan sahibkarlıq məqsədli torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

         Çıxışlar: 4.1. Bələdiyyənin üzvü  Cümşüd Hacıyev bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev ,Vidadi Məmmədov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  də bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

        Qərar: 4.1. İsmayıllı şəhərinin  H.Əliyev prospektinin qərbində yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0020 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

       Qərar: 4.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

      Qərar: 4.3.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.


5.İsmayıllı şəhərinin H.Əliyev prospekti  ünvanında yerləşən yola doğru əyilmiş və aşma təhlükəsi olan 1(bir) ədəd qovaq ağacının 6-7 metr hündürlükdən   budanması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 oktaybr  2018-ci il tarixli 911 saylı məktubuna baxılması barədə.(Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev)

Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin H.Əliyev prospekti ünvanında yerləşən vətəndaşa məxsus sahibkarlıq obyektinə təhlükə  yaradan  1 (bir) ədəd qovaq cinsinə məxsus ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş və ağacın yola doğru əyilərək aşma təhlükəsi olduğu müəyyən olunmuşdur. Ona görə də həmin ağacın yola doğru əyilərək aşma təhlükəsi olan  budaqlarının budanmasına    ehtiyac vardır.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağac qeyd edilən ərazidə elektrik xətlərinə də təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 5.1. İsmayıllı şəhərinin H.Əliyev prospekti ünvanında yerləşən vətəndaşa məxsus sahibkarlıq obyektinə və elektrik xətlərinə təhlükə  yaradan 1 (bir) ədəd qovaq cinsinə məxsus ağacın aşma təhlükəsi olan budaqlarının 6-7 metr hündürlükdən budanmasıişlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 5.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

6.İsmayıllı şəhərinin Yuxarıbaş ərazisində yerləşən vətəndaşa məxsus yaşayış evinə təhlükə yaradan 1(bir) ədəd qoz ağacının  5-6 metr hündürlükdən   budanması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr  2018-ci il tarixli 921 saylı məktubuna baxılması barədə.(Məruzəçi-Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev)

Eşidildi: 6.1. İclasın sədri gündəlikdəki altıncı  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin Yuxarıbaş ərazisində yerləşən vətəndaşa məxsus yaşayış evinə təhlükə yaradan 1(bir) ədəd qoz cinsinə məxsus ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş və güclü külək və yağışlı havalarda budaqlarının qırılaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə, qərb hissədə yerləşən tikintinin üzərinə, eləcə də ərazidən keçən sakinlərə təhlükə yaratdığı müəyyən olunmuşdur. Ona görə də həmin 1(bir) ədəd qoz cinsinə məxsus ağacın 5-6 metr hündürlükdən budaqlarının budanmasına   ehtiyac vardır.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağac qeyd edilən ərazidə elektrik xətlərinə də təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 6.1. İsmayıllı şəhərinin Yuxarıbaş ərazisində yerləşən vətəndaşa məxsus yaşayış evinə təhlükə yaradan 1(bir) ədəd qoz cinsinə məxsus ağacın güclü külək və yağışlı havalarda budaqlarının qırılaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə, qərb hissədə yerləşən tikintinin üzərinə, eləcə də ərazidən keçən sakinlərə təhlükə yaratdığı nəzərə alınaraq budaqlarının 5-6 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 6.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.


7. Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Dadaşov Şakir Marif  haqqında  İsmayıllı rayon İcra və  Probasiya Şöbəsinə müraciət edilməsi barədə.  (Məruzəçi:sədr müavini Qüdrət Kazımov).

          Eşidildi: 7.1.  İclasın sədri gündəlikdəki yeddinci məsələnin məzmunu açıqladı.  Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Qüdrət Kazımova verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini  Dadaşov Şakir Marif  oğlunun  İsmayıllı şəhəri S.Mehdiyev  küçəsi 23 ünvanındamülkiyyətində həyətyanı torpaq sahəsi və evi vardır. Dadaşov Şakir Marif    oğlu  bu günədək İsmayıllı  bələdiyyəsinin hesablaşma hesabına  torpaq və əmlak vergisi olaraq hesablanmış 218 ( iki yüz on səkkiz)  manat  76 qəpik  vəsaiti ödəməmişdir.

Dadaşov Şakir Marif  oğluna bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə 22.05.2018-ci il tarixdə 238 saylı xəbərdalrıq məktubu ilə vətəndaşa borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubunda vergilərin 10(on)gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş Dadaşov Şakir Marif  oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına vergiləri  ödəməmişdir.

Ona görə də Dadaşov Şakir Marif oğlu tərəfindən bələdiyyə vergilərinin ödənilməsini təmin etmək məqsədilə İsmayıllı rayon İcra və  Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Çıxışlar: 7.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev   bildirdi ki, Dadaşov Şakir Marif oğluna bələdiyyə vergilərinin ödənilməsi  barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir və ona xəbərdarlıq məktubları göndərilmişdir. Sonuncu xəbərdarlıq məktubunda bələdiyyə vergilərinin  10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş  Dadaşov Şakir Marif  oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyə vergilərini ödəməmişdir.

Ona görə də Dadaşov Şakir Marif  oğlunun bələdiyyə vergilərinin  ödənişi ilə bağlı İsmayıllı rayon İcra və  Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Bələdiyyə üzvlərindən Vidadi Zərbiyev,Vidadi Məmmədov, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə və Minazər İsgəndərova da çıxış edərək bu təklifə tərəfdar olduqlarını bildirdilər.      

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

  Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 7.1. İsmayıllı şəhər sakini Dadaşov Şakir Marif oğlunun İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməli olduğu 218 ( iki yüz on səkkiz)  manat  76 qəpik  vergi borclarını  ödəmədiyi üçün həmin ödənişin ödəyici tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına  ödənilməsinin təmin olunması məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinəmüraciət olunsun.

Qərar: 7.2.  Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

8. Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Abdurazaqov Mübariz Yusif oğlu haqqında  İsmayıllı  rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.  (Məruzəçi:sədr müavini Qüdrət Kazımov).

          Eşidildi: 8.1.  İclasın sədri gündəlikdəki səkkizinci məsələnin məzmunu açıqladı.  Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Qüdrət Kazımova verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini  Abdurazaqov Mübariz Yusif oğlunun  İsmayıllı şəhəriBazar ətrafında mülkiyyətində 360 m2 sahibkarlıq məqsədli torpaq sahəsi və ticarət obyekti   vardır.Abdurazaqov Mübariz Yusif oğlu bu günədək İsmayıllı  bələdiyyəsinin hesablaşma hesabına  torpaq və əmlak vergisi olaraq hesablanmış 633 ( altı yüz otuz üç)  manat  60 qəpik  vəsaiti ödəməmişdir.

Abdurazaqov Mübariz Yusif oğluna bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə 07.08.2018-ci il tarixdə 264 saylı xəbərdalrıq məktubu ilə vətəndaşa borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubunda vergilərin 10(on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş Abdurazaqov Mübariz Yusif oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına vergiləri  ödəməmişdir.

Ona görə də Abdurazaqov Mübariz Yusif oğlu tərəfindən bələdiyyə vergilərinin ödənilməsini təmin etmək məqsədilə İsmayıllı rayon İcra və  Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Çıxışlar: 8.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev  bildirdi ki, Abdurazaqov Mübariz Yusif oğluna bələdiyyə vergilərinin ödənilməsi  barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir və ona xəbərdarlıq məktubları göndərilmişdir. Sonuncu xəbərdarlıq məktubunda bələdiyyə vergilərinin  10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş  Abdurazaqov Mübariz Yusif oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyə vergilərini ödəməmişdir.

Ona görə də Abdurazaqov Mübariz Yusif oğlunun bələdiyyə vergilərinin  ödənişi ilə bağlı İsmayıllı rayon İcra və  Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Bələdiyyə üzvlərindən Vidadi Zərbiyev,Vidadi Məmmədov, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə və Minazər İsgəndərova da çıxış edərək bu təklifə tərəfdar olduqlarını bildirdilər.      

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

  Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 8.1. İsmayıllı şəhər sakini Abdurazaqov Mübariz Yusif oğlunun İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməli olduğu 633 ( altı yüz otuz üç)  manat  60 qəpikvergi borclarını  ödəmədiyi üçün həmin ödənişin ödəyici tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına  ödənilməsinin təmin olunması məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinəmüraciət olunsun.

Qərar: 8.2.  Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.


              İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

             İclasda  iştirak etmiş bələdiyyə üzvlərinin imzaları:

1.                                Hacıyev Cümşüd Bəhərçin oğlu

2.                                Kazımov Qüdrət Ərvət oğlu

3.                                Zərbiyev Vidadi Valeh oğlu

4.                                Məmmədov Vidadi Şərif oğlu

5.                                Soltanov Şahməmməd Nurulla oğlu

6.                                Ağayev Raman Böyükağa oğlu

7.                                 İsgəndərova Minazər  Ramiz qızı

8.                                Süleymanzadə Əsli Şakir qızı