İclas protokolları


28.11.18 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 12 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

12 saylı iclas protokolu

 

19 noyabr   2018-ci il                                                                    İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.      Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu

3.      Zərbiyev Vidadi Valeh oğlu

        4.   Məmmədov Vidadi Şərif oğlu

        5.  Soltanov Şahməmməd Nurulla oğlu

        6.  Ağayev Raman Böyükağa oğlu

        7.  İsgəndərova Minazər Ramiz qızı

        8.  Süleymanzadə  Əsli Şakir qızı

        9.  Abdullayeva Qumru Rahim qızı

      

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.     Kazımov Qüdrət Ərvət oğlu

2.     Tarverdiyev İsmayıl Emin  oğlu

         3.  Şirəliyev Rövşən Qasım oğlu

         4.  Əhmədova Aytəkin Oktay qızı

         5.  Qasımova Sevda Bəkir qızı

         

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                     Katib:     Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

1.Azərbaycan Respublikası İsmayıllı RİH başçısının aparatının 06noyabr 2018-ci il tarixli 02/1650/1 saylı məktubuna əsasən 01-05 dekabr 2018–ci tarixində İsmayıllı rayonu ilə Özbəkistan Respublikasının Riştan şəhəri arasında əməkdaşlıq müqaviləsinin imzalanma tədbirində bələdiyyə üzvü Şahməmməd Soltanovun iştirak etməsi üçün bələdiyyə büdcəsindən 400(dörd yüz) manat maddi köməklik göstərilməsi barədə. (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

 

2.Bələdiyyəyə məxsus "Şevrolet – NİVA” markalı avtomaşın üçün ehtiyyat hissələrinin alınmasına bələdiyyə büdcəsindən 536 (beş yüz otuz altı) manat vəsaitin ayrılması barədə.(Məruzəçi: Büdcə məsələləri daimi komissiyasının sədri – Raman Ağayev).

 

3. 07.11.2018-ci  il tarixli Seriya RX 1407782 saylı Çıxarışla A № 327067 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi ilə bələdiyyənin mülkiyyət hüququ Dövlət Reyestrində qeydiyyata alınmış, İsmayıllı  şəhəri H.Əliyev prospekti  117 ünvanında yerləşən 0,00075 ha torpaq  sahəsinin sahibkarlıq məqsədi ilə ilkin qiyməti müəyyən olunmaqla satılması üçün ƏMDK 18 saylı Hərrac və Müsabiqə Komissiyasına  müraciət olunması  barədə. (Məruzəçi: Sosial Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).

                 

4.İsmayıllı şəhərinin H.Əliyev prospekti 47 ünvanında yerləşən otelin binasına   təhlükə yaradan ümumilikdə  5 (beş) ədəd Şərq Çinarı cinsindən olan  ağacların 10-12 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2018-ci il tarixli 939 saylı məktubuna baxılması barədə. (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

 

5.İsmayıllı şəhərinin Aşağıbaş ərazisində yerləşən vətəndaşın həyətyanı sahəsinin qarşısında  təhlükə yaradan  1 (bir) ədəd qoz cinsindən olan  ağacın 5-6 metr hündürlükdən budanılması üçün və 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2018-ci il tarixli 941 saylı məktubuna baxılması barədə.   (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev)

 

6.İsmayıllı şəhərində yerləşən "Top Piri” adlanan qəbristanlığında qəbir daşlarına təhlükə törədən 5 (beş) ədəd ağcaqayın, 1(bir) ədəd palıd ağaclarının təhlükə törədən budaqlarının budanması üçün 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2018-ci il tarixli 940 saylı məktubuna baxılması barədə.  (Məruzəçi-Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev )

 

7.İsmayıllı şəhərinin M.Orucov küçəsi ünvanında yerləşən İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta  məktəbin yaxınlığında  təhlükə yaradan  1 (bir) ədəd qovaq cinsindən olan ağacın 8-10 metr hündürlükdən budanılması üçün və 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2018-ci il tarixli 970 saylı məktubuna baxılması barədə. (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev)

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  9 səs;

     əleyhinə - yoxdur;

bitərəf - yoxdur

 

1.Azərbaycan Respublikası İsmayıllı RİH başçısının aparatının 06noyabr 2018-ci il tarixli 02/1650/1 saylı məktubuna əsasən 01-05 dekabr 2018–ci tarixində İsmayıllı rayonu ilə Özbəkistan Respublikasının Riştan şəhəri arasında əməkdaşlıq müqaviləsinin imzalanma tədbirində bələdiyyə üzvü Şahməmməd Soltanovun iştirak etməsi üçün bələdiyyə büdcəsindən 400(dörd yüz) manat maddi köməklik göstərilməsi barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

     Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə verdi. O bildirdi ki, Azərbaycanın dünyada siyasi nüfuzunun artırılması üçün məqsədyönlü tədbirlər görülür. Azərbaycan və Özbəkistan Respublikası arasında əməkdaşlıq  münasibətlərinin möhkəmləndirilməsi də məqsədəuyğundur. Odur ki, İsmayıllı rayonu ilə Özbəkistan Respublikasının Riştan şəhəri arasında əməkdaşlıq müqaviləsinin imzalanması tədbirində İsmayıllı bələdiyyəsinin üzvü Şahməmməd Soltanovun iştirak etməsi üçün bələdiyyə büdcəsindən  vəsaitin ayrılmasını təklif edirəm.             

            Məsələyə münasibət bildirməyiniz  xahiş olunur.

             Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Raman Ağayev çıxışında qeyd etdi ki,  edilən təkliflə razıdır.

        Bələdiyyə üzvləri Vidadi Məmmədov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Minazər İsgəndərova, Əsli Süleymanzadə və Qumru Abdullayeva  da təklifə tərəfdar olduqlarını bildirdilər.

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

           Qərar 1.1. Ismayıllı şəhəri M.Əsədov küçəsi ev-5 ünvanında  qeydiyyatda olan  İsmayıllı bələdiyyəsinin üzvü Soltanov  Şahməmməd  Nurulla  oğluna  (Ş/V AZE № 07592134) 01-05 dekabr tarixlərində  İsmayıllı rayonu ilə Özbəkistan Respublikasının Riştan şəhəri arasında əməkdaşlıq müqaviləsinin imzalanması tədbirində iştirak etməsi üçün bələdiyyə büdcəsindən 400 (dörd yüz) manat maddi köməklik edilməsi üçün vəsait ayrılsın.

          Qərar: 1.2. Qərarın icrası bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə və baş mühasibi  Fərman Dəmirova həvalə edilsin.

2.Bələdiyyəyə məxsus "Şevrolet – NİVA” markalı avtomaşın üçün ehtiyyat hissələrinin alınmasına bələdiyyə büdcəsindən 536 (beş yüz otuz altı) manat vəsaitin ayrılması barədə.(Məruzəçi: Büdcə məsələləri daimi komissiyasının sədri – Raman Ağayev).

Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü sədr müavini Cümşüd Hacıyevə verdi. O, bildirdi ki bələdiyyəyə məxsus "Şevrolet – NİVA”  markalı minik avtomobilinin sonuncu təmirindən xeyli vaxt keçmişdir. Bəzi hissələr işləmə müddətini başa vurmuşdur. Təhlükəsizliyin təmin olunması baxımından avtomobilin dəyişiləcək ehtiyyat hissələrinin alınması vacibdir.

Çıxışlar: 2.1.  Bələdiyyənin sədr müavini Raman Ağayev bələdiyyəyə məxsus xidməti "Şevrolet – NİVA”  minik avtomobilinə ehtiyat hissələrinin alınmasına 536 (beş yüz otuz altı) manat vəsaitin yetərli olduğunu qeyd etdi.

2.2. Bələdiyyə üzvlərindən Vidadi Məmmədov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Minazər İsgəndərova, Əsli Süleymanzadə və Qumru Abdullayeva  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səs vermənin nəticələri:                

                          Lehinə - 9 səs

                          Əleyhinə - yoxdur

                          Bitərəf – yoxdur

 

Qərara alındı:

         Qərar: 2.1. Bələdiyyəyə məxsus "Şevrolet-NİVA” xidməti minik avtomobilinə ehtiyat hissələrinin alınması üçün bələdiyyə büdcəsindən 536 (beş yüz otuz altı) manat vəsait ayrılsın.

          2.2.Qərarın icrası  bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə və baş mühasibi Fərman  Dəmirova həvalə edilsin.

3. 07.11.2018-ci il tarixli  Seriya RX 1407782 saylı Çıxarışla A № 327067 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi ilə bələdiyyənin mülkiyyət hüququ Dövlət Reyestrində qeydiyyata alınmış, İsmayıllı  şəhəri H.Əliyev prospekti  117 ünvanında yerləşən 0,00075 ha torpaq  sahəsinin sahibkarlıq məqsədi ilə ilkin qiyməti müəyyən olunmaqla satılması üçün ƏMDK 18 saylı Hərrac və Müsabiqə Komissiyasına müraciət olunması  barədə. (Məruzəçi: Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).

            Eşidildi: 3.1. İclasın sədri gündəlikdəki üçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial  Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri Şahməmməd Soltanova verdi. O qeyd etdi ki, 0,00075 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün  bələdiyyənin  iclas protokoluna əsasən prosedura başlanılıb, aidiyyatı qaydada sənədlər toplanılıb və prosedur artıq başa çatmışdır. Odur ki, "Bələdiyyə  torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli, 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər, əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-II QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə uyğun olaraq İsmayıllı Bələdiyyəsinin alqı-satqı predmeti olan , 0,00075 ha. torpaq sahəsinin sahibkarlıq məqsədiləsatılması ilə bağlı müsabiqə keçirilməsinə başlamaq məqsədəuyğundur.

Sahibkarlıq məqsədli həmin torpaq sahəsi üçün hər bir kvadrat metrə görə 72 ( yetmiş iki) manat olmaqla cəmi 72x7,5=540 (beş yüz qırx)  manat ilkin qiymət müəyyən olunmaqla ƏMDK 18 saylı Hərrac və Müsabiqə Komisiyası ilə müsabiqənin keçirilməsi üçün müqavilə bağlanması məqsədəuyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev geniş açıqlamadan sonra , 0,00075 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə alan tərəfə hərracın keçirilmə qaydalarına uyğun şəkildə satılmasını təklif etdi.

         Bələdiyyənin üzvləri  Vidadi Məmmədov, Vidadi Zərbiyev,  Raman Ağayev, Minazər İsgəndərova, Əsli Süleymanzadə və  Qumru Abdullayeva  da  bu təklifi dəstəklədilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 9 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

Qərar: 3.1. İsmayıllı şəhəri H.Əliyev prospekti 117 ünvanında  yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,00075 ha torpaqsahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatması nəzərə alınsın. (Əsas: Seriya RX 1407782 saylı Çıxarış A № 327067 saylı torpaq sahəsinin planı və ölçüsü).

         Qərar: 3.2. İsmayıllı bələdiyyəsinin alqı-satqı  predmeti olan 0,00075 ha sahibkarlıq məqsədli torpaq sahəsinin satılması  məqsədi ilə hərrac keçirilsin.Hərracda (müsabiqədə)  satış qiyməti hər 1 kvadratmetr üçün 72 (yetmiş iki) manatolmaqla cəmi 72x7,5=540 (beş yüz qırx)  manat ilkin qiymət müəyyən edilsin və Hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 18 saylı  Torpaq Hərrac və Müsabiqə Komissiyası arasında  müqavilə bağlansın.

Qərar: 3.3  Qərarın icrasına nəzarət bələdiyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

4.İsmayıllı şəhəri H.Əliyev prospekti 47 ünvanında yerləşən otelin binasına   təhlükə yaradan ümumilikdə 5 (beş) ədəd Şərq Çinarı cinsindən olan  ağacların 10-12 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2018-ci il tarixli 939 saylı məktubuna baxılması barədə. (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin H.Əliyev prospekti 47 ünvanında yerləşən otel binasına, vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradan 3(üç) ədəd, binanın dam örtüyünə təhlükə yaradan 1(bir) ədəd və İsmayıllı bələdiyyəsinin inzibati binasının dam örütüyünə təhlükə törədən 1(bir) ədəd Şərq Çinarı cinsinə məxsus ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş və  həmin ağacların 5-6 metr hündürlükdən budaqlarının budanmasına   ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağaclar qeyd edilən ərazidə vətəndaşların da hərəkətinə təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

       Bələdiyyə üzvləri Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 4.1.İsmayıllı şəhəri H.Əliyev prospekti 47 ünvanında yerləşən otel binasına, vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradan 3(üç) ədəd, binanın dam örtüyünə təhlükə yaradan 1(bir) ədəd və İsmayıllı bələdiyyəsinin inzibati binasının dam örütüyünə təhlükə törədən 1(bir) ədəd Şərq Çinarı cinsinə məxsus ağacların budaqlarının 5-6 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 4.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

5.İsmayıllı şəhərinin Aşağıbaş ərazisində yerləşən vətəndaşın həyətyanı sahəsinin qarşısında  təhlükə yaradan  1 (bir) ədəd qoz cinsindən olan  ağacın 5-6 metr hündürlükdən budanılması üçün və 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2018-ci il tarixli 941 saylı məktubuna baxılması barədə.   (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev).

Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin Aşağıbaş ərazisində yerləşən vətəndaşa məxsus həyətyanı sahəsinə təhlükə yaradan1(bir) ədəd qoz cinsinə məxsus ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş və ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə, həmçinin vətəndaşların gediş -gəlişinə və ərazidə olan tikiliyə təhlükə yaratdığı müəyyən olunmuşdur.              

 Ona görə də həmin 1(bir) ədəd qoz cinsinə məxsus ağacın 5-6 metr hündürlükdən budaqlarının budanmasına   ehtiyac vardır.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağac qeyd edilən ərazidə elektrik xətlərinə də təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 5.1. İsmayıllı şəhərinin Aşağıbaş ərazisində yerləşən vətəndaşa məxsus həyətyanı sahəyə təhlükə yaradan 1(bir) ədəd qoz cinsinə məxsus ağacın yüksək gərginlikli elektrik xəttinə, ərazidə olan tikiliyə eləcə də ərazidən keçən sakinlərə təhlükə yaratdığı nəzərə alınaraq budaqlarının 5-6 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

      Qərar: 5.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

6.İsmayıllı şəhərində yerləşən "Top Piri” adlanan qəbristanlığında qəbir daşlarına təhlükə törədən 5 (beş) ədəd ağcaqayın, 1(bir) ədəd palıd ağaclarının təhlükə törədən budaqlarının budanması üçün 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 12 noyabr 2018-ci il tarixli 940 saylı məktubuna baxılması barədə.   (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev ).

Eşidildi: 6.1. İclasın sədri gündəlikdəki altıncı  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü- Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, İsmayıllı şəhərinin  "Top Piri” adlanan qəbristanlığında məzar daşlarına  təhlükə yaratdığı üçün 5(beş) ədəd ağcaqayın və 1 (bir) ədəd palıd ağaclarının 5-6 metr hündürlükdən budanmasına ehtiyac vardır.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağacların budaqları  ətrafdakı qəbr daşlarının üzərinə əyilərək təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Vidadi Zərbiyev ,Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 6.1. İsmayıllı şəhərinin  "Top Piri” adlanan qəbristanlığında məzar daşlarına  təhlükə yaratdığı üçün 5(beş) ədəd ağcaqayın və 1 (bir) ədəd palıd ağaclarının 5-6 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

      Qərar: 6.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

7.İsmayıllı şəhərinin M.Orucov küçəsi ünvanında yerləşən İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta  məktəbin yaxınlığında  təhlükə yaradan  1 (bir) ədəd qovaq cinsindən olan ağacın 8-10 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2018-ci il tarixli 970 saylı məktubuna baxılması barədə.(Məruzəçi-Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyev)

Eşidildi: 7.1. İclasın sədri gündəlikdəki yeddinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin M.Orucov küçəsi ünvanında yerləşən İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta  məktəbin yaxınlığında 1(bir) ədəd qovaq cinsinə məxsus ağacın yerləşdiyi əraziy ə baxış keçirilmiş və ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə, voleybol meydançasında oynayan şagirdlərə təhlükə yaratdığı müəyyən olunmuşdur.             

 Ona görə də həmin 1(bir) ədəd qovaq cinsinə məxsus ağacın 8-10 metr hündürlükdən budaqlarının budanmasına  ehtiyac vardır.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 7.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağac qeyd edilən ərazidə vətəndaşların gediş- gəlişinə də təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 9 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 7.1. İsmayıllı şəhərinin M.Orucov küçəsi ünvanında yerləşən İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta  məktəbin yaxınlığında 1(bir) ədəd qovaq cinsinə məxsus yüksək gərginlikli elektrik xəttinə, voleybol meydançasında oynayan şagirdlərə və vətəndaşların gediş-gəlişinə təhlükə yaradan budaqlarının 8-10 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 7.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

 

              İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

             İclasda  iştirak etmiş bələdiyyə üzvlərinin imzaları:

1.                                Hacıyev Cümşüd Bəhərçin oğlu

2.                                Zərbiyev Vidadi Valeh oğlu

3.                                Məmmədov Vidadi Şərif oğlu

4.                                Soltanov Şahməmməd Nurulla oğlu

5.                                Ağayev Raman Böyükağa oğlu

6.                                İsgəndərova Minazər  Ramiz qızı

7.                                 Süleymanzadə Əsli Şakir qızı