İclas protokolları


10.01.19 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 13 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

13 saylı iclas protokolu

 

25 dekabr   2018-ci il                                                                     İsmayıllı şəhəri

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.      Ağayev Pərviz Əlövsət oğlu

2.     Hacıyev Cümşüd Bəhərçin oğlu

3.      Kazımov Qüdrət Ərvət oğlu

4.     Zərbiyev Vidadi Valeh oğlu

5.      Məmmədov Vidadi Şərif oğlu

        6.   Soltanov Şahməmməd Nurulla oğlu

        7.  Ağayev Raman Böyükağa oğlu

        8.  İsgəndərova Minazər Ramiz qızı

        9.  Süleymanzadə Əsli  Şakir qızı

        10.  Abdullayeva Qumru Rahim qızı

         

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.     Tarverdiyev İsmayıl Emin  oğlu

         3. Şirəliyev Rövşən Qasım oğlu

         4.  Əhmədova Aytəkin Oktay qızı

         5.  Qasımova Sevda Bəkir qızı

         

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                       Katib:     Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

1.İsmayıllı bələdiyyəsinin 2019-cu il üçün yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi   barədə. (Məruzəçi: Bələdiyyənin sədri Pərviz Ağayev).

2. İsmayıllı bələdiyyəsinin 2019-cu il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi barədə.  (Məruzəçi: bələdiyyənin sədri – Pərviz Ağayev).

 3.2018-ci ildə İsmayıllı bələdiyyəsi üçün "Ağbulaq-MH” MMC-dən  alınmış  dəftərxana ləvazimatının dəyərinin ödənilməsindən ötrü  bələdiyyə  büdcəsindən 245 (iki yüz qırx beş) manat vəsaitin ayrılması barədə. (Məruzəçi: BMDK sədri –Raman Ağayev).

 

4. 2018-ci ildə İsmayıllı bələdiyyəsi üçün "Təbiət” Firmasından  alınmış yanacaq pulunun dəyərinin ödənilməsindən ötrü  bələdiyyə büdcəsindən 3518,99 (üç min beş yüz on səkkiz) manat 99 qəpik vəsaitin ayrılması barədə. (Məruzəçi: Büdcəməsələlərinin   daimi komissiyasının sədri R.Ağayev)

5.  Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2018-ci Yeni il  tədbirlərinin  keçirilməsi məqsədi ilə  bələdiyyə büdcəsindən 1200 (bir min iki yüz) vəsaitin ayrılması barədə. (Məruzəçi: BMDK sədri –Raman Ağayev).

 

6.İsmayıllı şəhəri M.F.Axundov küçəsi 37 və 41 ünvanlarında yerləşən 4 (dörd) ədəd qəzalı şərq çinarı cinsindən olan ağacların  ətrafa və tikililərə təhlükə törədən , obyektlərin üzərinə əyilmiş kiçik diametrli budaqlarının budanılması üçün və 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2018-ci il tarixli 979 saylı məktubuna baxılması barədə. (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

7.İsmayıllı şəhəri  Natəvan küçəsi ev 4a  ünvanında yerləşən vətəndaşa məxsus evə   təhlükə yaradan 2(iki) ədəd şam cinsindən olan  ağacların evin üstünə aşma təhlükəsi olan çətir hissələrinin 5-6 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 dekabr 2018-ci il tarixli 1034 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

8.İsmayıllı şəhəri R.Bəşirov küçəsi  ünvanında yerləşən vətəndaşa məxsus evə   təhlükə yaradan 1(bir) ədəd qoz cinsindən olan ağacın evin dam örtüyünə təhlükə yaradan budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 dekabr 2018-ci il tarixli 1033 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf -  yoxdur

 

1.İsmayıllı bələdiyyəsinin 2019-cu il üçün yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi   barədə. (Məruzəçi: Bələdiyyənin sədri Pərviz Ağayev).

        Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Büdcə məsələləri daimi komissiyasının sədri Raman Ağayevə verdi. O qeyd etdi ki, 2019-cu il üçün bələdiyyənin büdcə layihəsi Büdcə Məsələləri komissiyasının iclasında müzakirə olunub və müvafiq qərar qəbul edilib. Hazırda müzakirəyə çıxarılan İsmayıllı bələdiyyəsinin 2019-cu il büdcə layihəsidir. (Aydınlıq üçün büdcə layihəsi bəndlər üzrə oxunub diqqətə çatdırıldı).  (İsmayıllı bələdiyyəsinin 2019-cu il üçün büdcə layihəsi protokola əlavə olunur).

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

     Çıxışlar: 1.1. Bələdiyyənin üzvü  Cümşüd Hacıyev İsmayıllı bələdiyyəsinin 2019-cu il üçün büdcə layihəsi təqdim olunduğu variantda qəbul olunmasını təklif etdi.

      Bələdiyyənin digər üzvləri Qüdrət Kazımov, Vidadi Mamedov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Qumru Abdullayeva, İsgəndərova Minazər, Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

                                          Qərara alındı:

       Qərar: 1.1. İsmayıllı bələdiyyəsinin 2019-cu il üçün nəzərdə tutulan büdcə layihəsi təsdiq olunsun.

 

2.İsmayıllı bələdiyyəsinin 2019-cu il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi barədə.  (Məruzəçi: bələdiyyənin sədri – Pərviz Ağayev).

Eşidildi: 2.1. İclasın sədri ikinci məsələnin məzmununu açıqladı. O iclas iştirakçılarını İsmayıllı  bələdiyyəsinin 2019-cu il  üçün nəzərdə tutulmuş ştat cədvəli ilə tanış edərək qeyd etdi ki, bələdiyyənin  2019-cu ilin ştat cədvəlində     15 ştat vahidi olmaqla 82400 (səksən iki min dörd yüz) manat illik əmək haqqı fondu nəzərdə tutulur (İsmayıllı  bələdiyyəsinin  2019-cu il  üçün təsdiq etdiyi ştat cədvəli  protokola əlavə olunur).

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

         Çıxışlar: 2.1.  Bələdiyyənin üzvü Cümşüd  Hacıyev qarşıda duran vəzifələrin icrası üçün kifayət qədər işçinin cəlb olunmasının məqsədəuyğunluğundan danışdı və tərtib olunmuş ştat cədvəlinin təsdiq olunmasını təklif etdi.

Bələdiyyənin üzvləri Qüdrət Kazımov,Vidadi Məmmədov,Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Minazər İsgəndərova, Əsli Süleymanzadə və Qumru Abdullayeva da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.                                     

                                                   Qərara alındı:

         Qərar: 2.1. İsmayıllı bələdiyyəsinin2019-cu il üçün ştat cədvəli 15 ştat vahidi və illik əmək haqqı fondu 82 400 (səksən iki min dörd yüz) manat olmaqla təsdiq edilsin.

3.2018-ci ildə İsmayıllı bələdiyyəsi üçün "Ağbulaq-MH” MMC-dən  alınmış  dəftərxana ləvazimatının dəyərinin ödənilməsindən ötrü  bələdiyyə  büdcəsindən 245 (iki yüz qırx beş) manat vəsaitin ayrılması barədə. (Məruzəçi: BMDK sədri –Raman Ağayev).

     Eşidildi: 3.1. İclasın sədri gündəlikdəki üçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Büdcə məsələlərinin daimi komissiyasının sədri Raman Ağayevə verdi. O bildirdi ki,  İsmayıllı bələdiyyəsi "Ağbulaq-MH” MMC-dən  şifahi razılaşma əsasında il ərzində dəftərxana ləvazımatı almışdır.  Alınan ləvazımatların ümumi dəyəri 245 (iki yüz qırx beş) manatdır. Göstərilən məbləğ  "Ağbulaq-MH” MMC -nin hesabına ödənilməlidir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

      Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev çıxış edərək qeyd etdi ki, 2018-ci ildə 245 (iki yüz qırx beş) manat məbləğində dəftərxana ləvazımatı nisyə alınaraq idarədə işlənmişdir və ona görə də həmin borc məbləğin bələdiyyənin hesabından çıxarılaraq "Ağbulaq-MH” MMC -nin hesabına köçürülməsi vacibdir.

Bələdiyyənin üzvləri Qüdrət Kazımov, Şahməmməd Soltanov, Vidadi Məmmədov, Vidadi Zərbiyev, Qumru Abdullayeva, Minazər İsgəndərova, Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə -  yoxdur;

bitərəf - yoxdur.

                                        Qərara alındı:

         Qərar:  3.1. 2018-ci il ərzində İsmayıllı bələdiyyəsi üçün "Ağbulaq-MH” MMC -dən nisyə alınaraq işlənmiş dəftərxana ləvazımatlarının dəyərini ödəmək üçün bələdiyyə büdcəsindən 245 (iki yüz qırx beş) manat vəsait ayrılsın.

        Əsas: 25.12.2018-ci il tarixli seriya EAAO № 664838 saylı EQ

     Qərar: 3.2.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə və  baş mühasibi Fərman Dəmirova həvalə edilsin.

 

4. 2018-ci ildə İsmayıllı bələdiyyəsi üçün "Təbiət” Firmasından  alınmış yanacaq pulunun dəyərinin ödənilməsindən ötrü  bələdiyyə  büdcəsindən 3518,99 (üç min beş yüz on səkkiz) manat 99 qəpik vəsaitin ayrılması barədə. (Məruzəçi: Büdcə məsələlərinin   daimi komissiyasının sədri R.Ağayev)

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəkidördüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Büdcə məsələlərinin daimi komissiyasının sədri Raman Ağayevə verdi. O bildirdi ki,  İsmayıllı bələdiyyəsi "Təbiət” Firmasından il ərzində idarənin "Şevrolet – NİVA”  markalı minik avtomobilinin idarə olunması üçün nisyə yanacaq  almışdır. Alınan yanacağın ümumi dəyəri 3518,99 (üç min beş yüz on səkkiz) manat 99 qəpik olmuşdur. Göstərilən məbləğ  "Təbiət” Firması -nın hesabına ödənilməlidir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

      Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev çıxış edərək qeyd etdi ki, 2018-ci ildə 3518,99 (üç min beş yüz on səkkiz) manat 99 qəpik məbləğində yanacaq  nisyə alınaraq idarənin "Şevrolet – NİVA”  markalı minik avtomobilinin idarə olunması üçün işlənmişdir və ona görə də həmin borc məbləğin bələdiyyənin hesabından çıxarılaraq "Təbiət” Firması -nın hesabına köçürülməsi vacibdir.

Bələdiyyənin üzvləri Qüdrət Kazımov, Şahməmməd Soltanov, Vidadi Məmmədov, Vidadi Zərbiyev, Qumru Abdullayeva, Minazər İsgəndərova, Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə -  yoxdur;

bitərəf - yoxdur.

                                        Qərara alındı:

         Qərar:  4.1. 2018-ci il ərzində İsmayıllı bələdiyyəsinin "Şevrolet – NİVA”  markalı minik avtomobilinin idarə olunması üçün "Təbiət” Firması –dan nisyə alınaraq işlənmiş yanacağın dəyərini ödəmək üçün bələdiyyə büdcəsindən 3518,99 (üç min beş yüz on səkkiz) manat 99 qəpik vəsait ayrılsın.

        Əsas: Elektron qaimələr.

     Qərar: 4.2.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə və  baş mühasibi Fərman Dəmirova həvalə edilsin.

 

5. Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2019-cu Yeni il  tədbirlərinin   keçirilməsi məqsədi ilə bələdiyyə büdcəsindən 1200 (bir min iki yüz) vəsaitin ayrılması barədə.(Məruzəçi: BMDK sədri –Raman Ağayev).

        Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin BMDK sədri Raman Ağayevə verdi. O qeyd etdi ki, şəhər ərazisində bir sıra əlamətdar günlərin, bayram və yubileylərin təşkili, eləcə də  keçirilməsi  işində bələdiyyə yaxından iştirak edir.  Tədbirlərin keçirilməsində maddi və mənəvi köməklik göstərir.

        Hər il olduğu kimi, şəhərin ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  şənliyi tədbirlərinin keçirilməsi məsələsində bələdiyyə biləvasitə təşkilatçılıq nümayiş etdirir.  Bu məqsədlə görüləcək işlər və sərf olunacaq maliyyə vəsaiti müəyyənləşdirilmişdir. Belə ki, məsələdən irəli gələn işləri reallaşdırmaq üçün          1200 ( bir min iki yüz ) manat vəsait yetərlidir.

        Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, şəhər sakinlərinin bayram tədbirində iştirakını lazımı səviyyədə təmin etmək üçün tələb olunan vəsaitin bələdiyyə büdcəsindən ayrılması məqsədəmüvafiqdir.

        Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Minazər İsgəndərova, Əsli Süleymanzadə, Qumru Abdullayeva da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

                                          Qərara alındı:

         Qərar: 5.1. İsmayıllı şəhəri ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  şənliyi tədbirlərinin keçirilməsi üçün bələdiyyə büdcəsindən 1200 (bir min iki yüz) manatvəsait ayrılsın.

         Qərar: 5.2.Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə və  baş mühasibi  Fərman Dəmirova həvalə edilsin.

 

6.İsmayıllı şəhəri M.F.Axundov küçəsi 37 və 41 ünvanlarında yerləşən 4 (dörd) ədəd qəzalı şərq çinarı cinsindən olan  ağacların ətrafa və tikililərə təhlükə törədən , obyektlərin üzərinə əyilmiş kiçik diametrli budaqlarının budanılması üçün və 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2018-ci il tarixli 979 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 6.1. İclasın sədri gündəlikdəki altıncı məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin M.F.Axundov küçəsi 37 və 41 ünvanlarında yerləşən ətrafa və tikililərə təhlükə törədən, obyektlərin üzərinə əyilmiş 4 (dörd) ədəd qəzalı şərq çinarı cinsindən olan ağacların  yerləşdiyi əraziyə baxış keçirilmiş, ətrafa və tikililərə təhlükə yaratdığı müəyyən olunmuşdur. Ona görə də həmin ağacların kiçik diametrli budaqlarının budanılmasına ehtiyac vardır.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağaclar qeyd edilən ərazidə vətəndaşların gediş-gəlişinə də təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 6.1. İsmayıllı şəhərinin M.F.Axundov küçəsi 37 və 41 ünvanlarında yerləşən 4 (dörd) ədəd qəzalı şərq çinarı cinsindən olan ağacların ətrafa və tikililərə təhlükə törədən, obyektlərin üzərinə əyilmiş kiçik diametrli budaqlarının  budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 6.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

7.  İsmayıllı şəhəri  Natəvan küçəsi ev 4a  ünvanında yerləşən vətəndaşa məxsus evə   təhlükə yaradan 2(iki) ədəd şam cinsindən olan  ağacların evin üstünə aşma təhlükəsi olan çətir hissələrinin 5-6 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 dekabr 2018-ci il tarixli 1034 saylı məktubuna baxılması barədə. (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 7.1. İclasın sədri gündəlikdəki yeddinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin Natəvan küçəsi ev 4a  ünvanında yerləşən vətəndaşa məxsus evə təhlükə yaradan 2(iki) ədəd şam cinsindən ağacların  yerləşdiyi əraziyə baxış keçirilmiş və ağacların evin üstünə aşma təhlükəsi olduğu müəyyən edilmişdir. Ona görə də həmin ağacıların aşma təhlükəsi olan çətir hissələrinin 5-6 metr hündürlükdən budanılmasına ehtiyac vardır.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 7.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağaclar qeyd edilən ərazidə elektrik xətlərinə də təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 7.1. İsmayıllı şəhərinin Natəvan küçəsi ev 4a  ünvanında yerləşən vətəndaşa məxsus evə təhlükə yaradan 2(iki) ədəd şam cinsindən olan ağacların çətir hissələrinin 5-6 metr hündürlükdən budaqlarının budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 7.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

8.İsmayıllı şəhəri R.Bəşirov küçəsi ünvanında yerləşən vətəndaşa məxsus evə   təhlükə yaradan 1(bir) ədəd qoz cinsindən olan  ağacın evin dam örtüyünə təhlükə yaradan budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 dekabr 2018-ci il tarixli 1033 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 8.1. İclasın sədri gündəlikdəki səkkizinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin R.Bəşirov küçəsi ünvanında yerləşən vətəndaşa məxsus evin dam örtüyünə təhlükə yaradan 1(bir) ədəd qoz cinsindən olan ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş və ağacın budaqlarının evin dam örtüyünə təhlükə yaratdığı müəyyən edilmişdir. Ona görə də həmin ağacıın evin dam örtüyünə təhlükə yaradan budaqlarının budanılmasına ehtiyac vardır.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 8.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağaclar qeyd edilən ərazidə elektrik xətlərinə də təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.           

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 8.1. İsmayıllı şəhərinin R.Bəşirov küçəsi ünvanında yerləşən vətəndaşa məxsus evin dam örtüyünə təhlükə yaradan 1(bir) ədəd qoz cinsindən olan  ağacıntəhlükə yaradan budaqlarının budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 8.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

      İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

     İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

            İclasda  iştirak  etmiş bələdiyyə üzvlərinin  imzaları:

1.                                Hacıyev Cümşüd Bəhərçin oğlu

2.                                Kazımov Qüdrət Ərvət oğlu

3.                                Zərbiyev Vidadi Valeh oğlu

4.                                Məmmədov Vidadi Şərif oğlu

5.                                Soltanov Şahməmməd Nurulla oğlu

6.                                Ağayev Raman Böyükağa oğlu

7.                                 İsgəndərova Minazər  Ramiz qızı

8.                                Süleymanzadə Əsli Şakir qızı