İclas protokolları


13.02.19 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 01 saylı iclas protokolu

                                İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

01 saylı iclas protokolu

 

29 yanvar 2019-cu il                                                                   İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.       Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu

3.       Kazımov Qüdrət Ərvət oğlu

4.      Zərbiyev Vidadi Valeh oğlu

5.       Məmmədov Vidadi Şərif oğlu

        6.   Soltanov Şahməmməd Nurulla oğlu

        7.  Ağayev Raman Böyükağa oğlu

        8.  İsgəndərova Minazər Ramiz qızı

        9.  Süleymanzadə Əsli  Şakir qızı

       10. Abdullayeva Qumru Rahim qızı

         

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.   Tarverdiyev İsmayıl Emin  oğlu

         2.  Şirəliyev Rövşən Qasım oğlu

         3.  Əhmədova Aytəkin Oktay qızı

         4.  Qasımova Sevda Bəkir qızı

         

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                     Katib:      Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

 

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 11 yanvar 2019-cu il tarixli 20-02, 20-03, 20-03 saylı məktublarının müzakirəsi barədə. (Məruzəçi: bələdiyyənin   sədri  P.Ağayev).

 

2.İsmayıllı bələdiyyəsi tərəfindən 2018-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın təsdiq edilməsi barədə. (Məruzəçi:bələdiyyənin sədri  P.Ağayev).

 

3.İsmayıllı bələdiyyəsinin 2019-cu ilin birinci yarısı üçün tədbirlər planının təsdiq edilməsi barədə.(Məruzəçi: bələdiyyənin   sədri  P.Ağayev).

 

4. "Çinar” Audit MMC-nin 15 mart 2018-ci  il tarixli Çinar 298/2018  saylı müqaviləsinə əsasən İsmayıllı bələdiyyəsinin 2017-ci maliyyə ili üçün göstərilmiş auditor xidmətinin xərcinin ödənilməsindən ötrü bələdiyyə büdcəsindən 1000 (bir min) manat vəsaitin ayrılması barədə. (Məruzəçi: bələdiyyənin   sədri  P.Ağayev).

 

5.İsmayıllı şəhər sakini  Kəbirov Əkrəm Sağır oğluna  maddi köməlik edilməsi  haqqında ərizəsinə baxılması barədə.(Şəxsiyyət vəsiqəsi AZE № 00868498)(Məruzəçi:  Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komis siyasının sədri –   Ş.Soltanov).

6.  İsmayıllı şəhər sakini  Cavanşirova Ofelya Nadir qızına  maddi köməlik edilməsi  haqqında ərizəsinə  baxılması barədə. (Şəxsiyyət vəsiqəsi AZE № 08402649)  (Məruzəçi:Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komis siyasının sədri –   Ş.Soltanov).

 

7.İsmayıllı şəhərində yerləşən "Pirhəsən” adlanan qəbristanlıqda qəbir daşlarına təhlükə törədən ümumilikdə 24 (iyirmi dörd) ədəd müxtəlif cinsdə ağacların götürülməsi  üçün 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 11 yanvar 2019-cu il tarixli 10 saylı məktubuna baxılması barədə.   (Məruzəçi- sədr müavini Cümşüd Hacıyev )

 

8.İsmayıllı şəhəri  H.Əliyev pr.113  ünvanında yerləşən vətəndaşa məxsus obyektə təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsindən olan  ağacların obyektin üzərinə aşma təhlükəsi olan hissələrinin 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2019-cu il tarixli 26 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

9.İsmayıllı şəhəri H.Əliyev pr.18 ünvanında yerləşən İsmayıllı rayon Statistika İdarəsinin inzibati binasına təhlükə yaradan 1 ədəd Şərq çinar və 1 ədəd Ağcaqayın cinsindən olan  ağacların 11-12 metr hündürlükdən budanılması üçün 6 saylı (keçmiş 11 saylı) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 may 2018-ci il tarixli 436 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

10.  21.12.2018-ci   il tarixli Seriya RX 1427322 saylı Çıxarışla bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış,  İsmayıllı şəhəri H.Əliyev prospekti  121 ünvanında yerləşən 0,002  ha torpaq  sahəsinin sahibkarlıq məqsədi ilə ilkin hərrac qiyməti müəyyən olunmaqla satılması üçün ƏMDK Qəbələ Torpaq Hərrac və Müsabiqə Komissiyasına müraciət olunması barədə. (Məruzəçi: Bələdiyyənin sədri Pərviz Ağayev)

 

      İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

 

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf -  yoxdur

 

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 11 yanvar 2019-cu il tarixli 20-02, 20-03, 20-03 saylı məktublarının müzakirəsi barədə. (Məruzəçi: bələdiyyənin   sədri  P.Ağayev).

 

Eşidildi: 1.1. İclasın sədri gündəlikdəkibirinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional  Ədliyyə İdarəsinin 11.01.2019-cu il tarixli  20-02, 20-03, 20-03 saylı məktubları daxil olmuşdur. Məktublarda "Qəbristanlıqların salınması və idarə olunması Qaydaları” haqqında məlumat, Şəhərsalma, tikinti və abadlaşdırma işlərində bələdiyyələrin hüquq və vəzifələri və yerli özünüidarə sahəsində yeni normativ hüquqi aktlar barədə  məlumatlar verilmişdir.

            Məktublardakı məlumatlarla  bələdiyyənin üzvləri və qulluqçuları tanış edildi və əməli işlərində həmin qaydalara əməl olunması   bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının diqqətinə  çatdırıldı.

          Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

         Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional  Ədliyyə İdarəsinin 11.01.2019-cu il tarixli  20-02, 20-03, 20-03 saylı məktublarında olan qaydalar və məlumatlara   əməli işdə tam əməl olunmalıdır.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev , Şahməmməd Soltanov Vidadi Məmmədov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  də bu təklifə tərəfdar olduqlarını bildirdilər.           

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

 

Qərar: 1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 11.01.2019-cu il tarixli  20-02, 20-03, 20-03  saylı məktublardan irəli gələn tələblər əməli işdə nəzərə alınsın.

Qərar: 1.2.  Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

2.İsmayıllı bələdiyyəsi tərəfindən 2018-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın təsdiq edilməsi barədə. (Məruzəçi:bələdiyyənin sədri  P.Ağayev).

 

Eşidildi: 2.1.İclasın sədri gündəlikdəki ikinciməsələ olan  2018-ci il üçün İsmayıllı bələdiyyəsinin hesabatı  haqqında söz açaraq hesabatı yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. O, daha sonra bələdiyyənin gəlir və xərclərindən söz açaraq gəlirlərin əvvəlki illərə nisbətən xeyli azaldığını qeyd etdi. Daha sonra o İsmayıllı bələdiyyəsinin şəhər ərazisində gördüyü işlərdən danışaraq bildirdi ki, bələdiyyənin şəhərin abadlaşmasında  daha yaxından iştirak etməsindən ötrü bələdiyyənin gəlirlərinin artırılması üçün var qüvvəmizlə çalışmalıyıq.

      Məsələyə münasibət bildirməyinizi xahiş edirəm.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev  bu məsələyə münasibət bildirərərk qeyd etdi ki, İsmayıllı bələdiyyəsinin 2018-ci ildə yerli büdcənin gəlirləri xeyli azalmışdır. Büdcənin azalmasına baxmayaraq bələdiyyə şəhərin abadlaşmasında və ictimai-sosial məsələlərin həyata keçirilməsində yaxından iştirak etmişdir.  Növbəti 2019-cu ildə bələdiyyənin gəlirlərinin daha da artırılaraq şəhərin abadlaşmasında daha yaxından iştirak etməyin vacib olduğunu bildirdi. O, 2018-ci il üçün İsmayıllı bələdiyyəsinin hesabatının təsdiqini təklif etdi.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov,Vidadi Zərbiyev, Şahməmməd Soltanov,  Raman Ağayev, Minazər İsgəndərova, Əsli Süleymanzadə  və Qumru Abdullayeva  da təklifə tərəfdar olduqlarını bildirdilər.

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

 

   Qərar 1.1. 2018-ci il üçün İsmayıllı bələdiyyəsinin hesabatı təsdiq edilsin.

   Qərar 1.2. Hesabat 10 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə təqdim edilsin, hesabat bələdiyyənin elektron saytında yerləşdirilsin və hesabatın xülasəsinin rayon qəzetində dərc edilməsi təmin edilsin.

    Qərar 1.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

3.İsmayıllı bələdiyyəsinin 2019-cu ilin birinci yarısı üçün tədbirlər planının təsdiq edilməsi barədə.(Məruzəçi: bələdiyyənin   sədri  P.Ağayev).

 

      Eşidildi: 3.1. İclasın sədri üçüncüməsələnin məzmununu açıqladı. O, İsmayıllı bələdiyyəsinin 2019-cu ilin I yarımili  üçün hazırlanmış tədbirlər  planı ilə bələdiyyə üzvlərini tanış etdi.

            Bələdiyyə üzvlərindən tədbirlər  planının təsdiq edilməsinə münasibət bildirmək xahiş olundu.

Çıxışlar: 3.1. Bələdiyyə üzvü Cümşüd Hacıyev tədbirlər  planının il ərzində görülməsi vacib olan işləri əhatə etdiyini bir daha qeyd etdi. Nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün maliyyə bazasının yaradılması üzərində işləməyin başlıca vəzifə olduğunu vurğuladı. Müzakirəyə çıxarılmış tədbirlər planının təsdiq olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Minazər İsgəndərova, Əsli Süleymanzadə və Qumru Abdullayeva  da təklifə tərəfdar olduqlarını bildirdilər.

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

 

Qərar: 3.1. İsmayıllı bələdiyyəsinin 2019-cu ilin I yarımili  üçün tədbirlər planı təsdiq edilsin. (Tədbirlər  planı protokola əlavə olunur).

           Qərar: 3.2.Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

4. "Çinar” Audit MMC-nin 15 mart 2018-ci  il tarixli Çinar 298/2018  saylı müqaviləsinə əsasən İsmayıllı bələdiyyəsinin 2017-ci maliyyə ili üçün göstərilmiş auditor xidmətinin xərcinin ödənilməsindən ötrü bələdiyyə büdcəsindən 1000 (bir min) manat vəsaitin ayrılması barədə. (Məruzəçi: bələdiyyənin   sədri  P.Ağayev).

 

       Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü məsələnin məzmunu açıqladı. O bildirdi ki, İsmayıllı bələdiyyəsi 2017-ci maliyyə ilinin audit yoxlamasını aparmaq üçün "Çinar Audit”  MMC ilə  15 mart 2018-ci  il tarixli ÇİNAR 298/2018  saylı müqavilə imzalayıb. Yoxlama maliyyə sənədlərində ciddi nöqsan və pozuntu aşkarlanmadan başa çatıb. Müqavilənin şərtinə əsasən İsmayıllı bələdiyyəsi "Çinar Audit”  MMC-nin hesabına 1000 (bir min) manat vəsait köçürməlidir.

          Məsələyə münasibət bildirməyiniz xahiş olunur

          Çıxışlar: 4.1. Bələdiyyənin sədr müavini Cümşüd Hacıyev bildirdi ki, görülmüş işin müqabilində müqavilənin şərtinə əməl olunması vacibdir.

Bələdiyyənin digər üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov, Vidadi Zərbiyev, Raman Ağayev, Minazər İsgəndərova, Qumru Abdullayeva daçıxışlarda səslənən təklifə tərəfdar olduqlarını bildirdilər.

         Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

 

            Qərar: 4.1. İsmayıllı bələdiyyəsi ilə "Çinar Audit”  MMC arasında bağlanmış 15 mart 2018-ci  il tarixli ÇİNAR298/2018  saylı  müqavilə əsasında göstərilmiş auditor xidmətlərinə görə "Çinar Audit”  MMC-nin  hesablaşma hesabına bələdiyyə büdcəsindən 1000 (bir min) manat vəsait köçürülsün.

4.2.  Qərarın icrasına nəzarət sədr müavini Cümşüd Hacıyevə və  baş mühasib Fərman  Dəmirova həvalə  edilsin.

 

5.İsmayıllı şəhər sakini  Kəbirov Əkrəm Sağır oğluna  maddi köməlik edilməsi  haqqında ərizəsinə  baxılması barədə.(Şəxsiyyət vəsiqəsi AZE № 00868498) (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komis siyasının sədri –   Ş.Soltanov).

 

      Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinciməsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Sosial Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komis siyasının sədri   Şahməmməd  Soltanova verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Kəbirov Əkrəm Sağır oğlu maliyyə durumunun aşağı olmasını bildirərək müalicə xərclərinin ödənilməsi üçün bələdiyyənin ona müəyyən məbləğdə maddi yardım göstərməsini xahiş etmişdir.

    Sosial və iqtisadi-inkişaf məsələləri daimi komissiyasında ərizəyə baxılmış, vətəndaşa 200 (iki yüz) manat maddi yardım göstərilməsi məqsədəuyğun hesab edilmişdir.

           Məsələyə münasibət bildirməyiniz  xahiş olunur.

    Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev çıxışında qeyd etdi ki,  bələdiyyədə maliyyə çətinlikləri olmasına baxmayaraq vətəndaşın xahişini nəzərə almaq lazımdır.

        Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev,Vidadi Məmmədov, Raman Ağayev, Minazər İsgəndərova, Əsli Süleymanzadə və Qumru Abdullayeva  da təklifə tərəfdar olduqlarını bildirdilər.

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Qərara alındı:

 

Qərar: 5.1. İsmayıllı bələdiyyəsinin maliyyə imkanları yol verdiyi vaxtda şəhər sakini Kəbirov Əkrəm Sağır oğluna (Şəxsiyyət vəsiqəsi AZE № 00868498)  200 (iki yüz) manat maddi yardım edilsin.

           Qərar: 5.2. Qərarın icrasına nəzarət sədr müavini Cümşüd Hacıyevə və  baş mühasib Fərman  Dəmirova həvalə  edilsin.

 

6.İsmayıllı şəhər sakini  Cavanşirova Ofelya Nadir qızına  maddi köməlik edilməsi  haqqında ərizəsinə  baxılması barədə.(Şəxsiyyət vəsiqəsi AZE № 08402649) (Məruzəçi:Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komis siyasının sədri –   Ş.Soltanov).

 

Eşidildi: 6.1. İclasın sədri gündəlikdəki altıncıməsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Sosial Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komis siyasının sədri   Şahməmməd  Soltanova verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Cavanşirova Ofelya Nadir qızı ailə vəziyyətinin çətin, maliyyə durumunun aşağı olmasını bildirərək, xəstə nəvələrinin müalicə xərclərinin ödənilməsi üçün  bələdiyyənin ona müəyyən məbləğdə maddi yardım göstərməsini xahiş etmişdir.

  Sosial və iqtisadi-inkişaf məsələləri daimi komissiyasında ərizəyə baxılmış, vətəndaşa 300 (üç yüz) manat maddi yardım göstərilməsi məqsədəuyğun hesab edilmişdir.

           Məsələyə münasibət bildirməyiniz  xahiş olunur.

             Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev çıxışında qeyd etdi ki,  bələdiyyədə maliyyə çətinlikləri olmasına baxmayaraq vətəndaşın xahişini nəzərə almaq lazımdır.

        Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Vidadi Məmmədov, Raman Ağayev, Minazər İsgəndərova, Əsli Süleymanzadə və Qumru Abdullayeva  da təklifə tərəfdar olduqlarını bildirdilər.

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Qərara alındı:

 

Qərar: 6.1. İsmayıllı bələdiyyəsinin maliyyə imkanları yol verdiyi vaxtda şəhər  sakini Cavanşirova Ofelya Nadir qızına (Şəxsiyyət vəsiqəsi AZE № 08402649)  300 (üç yüz) manat maddi yardım ödənilsin.

           Qərar: 6.2. Qərarın icrasına nəzarət sədr müavini Cümşüd Hacıyevə və  baş mühasib Fərman  Dəmirova həvalə  edilsin.

 

7.İsmayıllı şəhərində yerləşən "Pirhəsən” adlanan qəbristanlıqda qəbir daşlarına təhlükə törədən ümumilikdə 24 (iyirmi dörd) ədəd müxtəlif cinsdə ağacların götürülməsi üçün 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin 11 yanvar 2019-cu il tarixli 10 saylı məktubuna baxılması barədə.(Məruzəçi-sədr müavini Cümşüd Hacıyev )

 

Eşidildi: 7.1. İclasın sədri gündəlikdəki yeddinci  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü- Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, İsmayıllı şəhərinin "Pirhəsən” adlanan qəbristanlığında məzar daşlarına təhlükə yaradan ümumilikdə 24 (iyirmi dörd) ədəd ağacın kəsilməsi ilə əlaqədar bir qrup şəhər sakini 05.12.2018-ci il tarixdə İsmayıllı bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. 

İsmayıllı bələdiyyəsi vətəndaşların müraciəti əsasında  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həmin ağacların kəsilməsi və ya budanılmasına öz rəylərini vermələri ilə əlaqədar  06.12.2018-ci il tarixdə 369 saylı məktubla müraciət etmişdir. Və bu barədə ərizə ilə müraciət etmiş vətəndaşlara 06.12.2018-ci il tarixdə 370 saylı məktubla bildirilmişdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11.01.2019-cu il tarixli 10 saylı məktubu İsmayıllı bələdiyyəsinə 15 yanvar 2019-cu il tarixdə 07 say ilə qeydiyyata alınmışdır.

İsmayıllı bələdiyyəsinin iclasının qərarı olmadan həmin ağacların kəsilməsinin əvvəlcədən həyata keçirilməsi tərəfimizdən aşkar edilmişdir.

        Ona görə də bələdiyyənin qərarında həmin ağacların əvvəlcədən kəsilməsinin nəzərə alınması məqsədəuyğundur.

        Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 7.1.Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağacların  ətrafdakı qəbir daşlarına təhlükə yaratmalarına baxmayaraq bələdiyyə qərarı olmadan həmin ağaclar kəsilmişdir.

    Ona görə də bələdiyyənin həmin ağacların qərar verilmədən əvvəlcədən kəsilməsinin bələdiyyənin qərarında qeyd edilməsini təklif edirəm.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

 

      Qərar: 7.1. İsmayıllı şəhərinin "Pirhəsən” adlanan qəbristanlığında məzar daşlarına təhlükə yaratdığı üçün kəsilməsi və ya budanılması nəzərdə tutulan ağacların bələdiyyə qərarı olmadan əvvəlcədən kəsilməsi nəzərə alınsın.

      Qərar: 7.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

8. İsmayıllı şəhəri  H.Əliyev pr.113  ünvanında yerləşən vətəndaşa məxsus obyektə   təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsindən olan  ağacların obyektin üzərinə aşma təhlükəsi olan çətir hissələrinin 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2019-cu il tarixli 26 saylı məktubuna baxılması barədə. (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

 

Eşidildi: 8.1. İclasın sədri gündəlikdəki səkkizinciməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin H.Əliyev pr.113 ünvanındayerləşən vətəndaşa məxsus obyektin üzərinə aşma təhlükəsi olan 3 (üç) ədəd qovaq cinsinə məxsus ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacların çətir hissələrinin 6-7 metr hündürlükdən budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 8.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacların budaqlarının həqiqətən də obyektin üzərinə aşma təhlükəsi vardır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

 

      Qərar: 8.1. İsmayıllı şəhərinin H.Əliyev pr.113 ünvanındayerləşən vətəndaşa məxsus obyektin üzərinə aşma təhlükəsi olan 3 (üç) ədəd qovaq cinsinə məxsus ağacların çətir hissələrinin 6-7 metr hündürlükdən budanması   işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

      Qərar: 8.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

9. İsmayıllı şəhəri H.Əliyev pr.18 ünvanında yerləşən İsmayıllı rayon Statistika İdarəsinin inzibati binasına təhlükə yaradan 1 ədəd Şərq çinar və 1 ədəd Ağcaqayın cinsindən olan  ağacların 11-12 metr hündürlükdən budanılması üçün 6 saylı (keçmiş 11 saylı) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 may 2018-ci il tarixli 436 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

Eşidildi: 9.1. İclasın sədri gündəlikdəki doqquzuncuməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin H.Əliyev pr.18 ünvanındayerləşən İsmayıllı rayon Statistika İdarəsinin inzibati idarə binasının dam örtüyünə təhlükə yaradan 1 (bir) ədəd Şərq çinarı və 1(bir) ədəd Ağcaqayın cinsinə məxsus ağacların yerləşdiyi ünvana baxış keçirilmiş və həmin ağacların yaratdığı təhlükəni nəzərə alaraq gövdələrinin üst hissəsindən 11-12 metr hündürlükdən budanmasınaehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 9.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacların budaqlarının həqiqətən də idarə binasının dam örtüyünə aşma təhlükəsi vardır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

 

      Qərar: 9.1. İsmayıllı şəhərinin H.Əliyev pr.18 ünvanında yerləşən İsmayıllı rayon Statistika İdarəsinin inzibati idarə binasının dam örtüyünə aşma təhlükəsi olan 1 (bir) ədəd Şərq çinarı və 1(bir) ədəd Ağcaqayın cinsinə məxsus ağacların gövdələrinin üst hissəsindən 11-12 metr hündürlükdən budanması   işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 9.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

10.21.12.2018-ci  il tarixli  Seriya RX 1427322 saylı Çıxarışla bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış,  İsmayıllı şəhəri H.Əliyev prospekti  121 ünvanında yerləşən 0,002  ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ilkin hərrac qiyməti müəyyən olunmaqla satılması üçün ƏMDK Qəbələ Torpaq Hərrac və Müsabiqə Komissiyasına müraciət olunması barədə. (Məruzəçi: Bələdiyyənin sədri Pərviz Ağayev)

 

            Eşidildi: 10.1. İclasın sədri gündəlikdəki onuncu məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri Şahməmməd Soltanovaverdi. O qeyd etdi ki, 0,0020 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün  bələdiyyənin  iclas protokoluna əsasən prosedura başlanılıb, aidiyyatı qaydada sənədlər toplanılıb və prosedur artıq başa çatmışdır. Odur ki, "Bələdiyyə  torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli, 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər, əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-II QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə uyğun olaraq İsmayıllı Bələdiyyəsinin alqı-satqı predmeti olan , 0,0020 ha. torpaq sahəsinin sahibkarlıq məqsədiləsatılması ilə bağlı hərrac (müsabiqə) keçirilməsinə başlamaq məqsədəuyğundur.

Sahibkarlıq məqsədli həmin torpaq sahəsi üçün hər bir kvadrat metrə görə 72 ( yetmiş iki) manat olmaqla cəmi 72x20=1440 (bir min dörd yüz qırx)  manat ilkin qiymət müəyyən olunmaqla ƏMDK Qəbələ Torpaq Hərrac və Müsabiqə Komisiyası ilə müsabiqənin keçirilməsi üçün müqavilə bağlanması məqsədəuyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 10.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev geniş açıqlamadan sonra , 0,0020 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə alan tərəfə hərracın keçirilmə qaydalarına uyğun şəkildə satılmasını təklif etdi.

         Bələdiyyənin üzvləri  Qüdrət Kazımov, Vidadi Məmmədov, Vidadi Zərbiyev, Raman Ağayev, Minazər İsgəndərova, Əsli Süleymanzadə və  Qumru Abdullayeva  da  bu təklifi dəstəklədilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə

verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

 

Qərar: 10.1.İsmayıllı şəhəri H.Əliyev prospekti 121ünvanında  yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0020 hatorpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatması nəzərə alınsın. (Əsas: Seriya RX 1427322 saylı Çıxarış A № 335772 saylı torpaq sahəsinin planı və ölçüsü).

    Qərar: 10.2. İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0020 hasahibkarlıq məqsədli torpaq sahəsinin satılması məqsədi ilə hərrac keçirilsin. Hərracda (müsabiqədə)  satış qiyməti hər 1 kvadratmetr üçün 72 (yetmiş iki) manat olmaqla cəmi 72x20=1440 (bir min dörd yüz qırx)  manat ilkin qiymət müəyyən edilsin və Hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Qəbələ Torpaq Hərrac və Müsabiqə Komissiyası arasında  müqavilə bağlansın.

Qərar: 10.3  Qərarın icrasına nəzarət bələdiyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

              İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

 

            İclasda  iştirak  etmiş bələdiyyə üzvlərinin  imzaları:

1. _______________ Hacıyev Cümşüd Bəhərçin oğlu

2. _______________Kazımov Qüdrət Ərvət oğlu

3. _______________Zərbiyev Vidadi Valeh oğlu

4. _______________Məmmədov Vidadi Şərif oğlu

5. _______________Soltanov Şahməmməd Nurulla oğlu

6. _______________Ağayev Raman Böyükağa oğlu

7. _______________İsgəndərova Minazər  Ramiz qızı

8. _______________Süleymanzadə Əsli Şakir qızı