İclas protokolları


18.03.19 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 02 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

02 saylı iclas protokolu

 

28 Fevral  2019-cu il                                                                        İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.       Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu

3.       Kazımov Qüdrət Ərvət oğlu

4.      Zərbiyev Vidadi Valeh oğlu

5.       Məmmədov Vidadi Şərif oğlu

        6.   Soltanov Şahməmməd Nurulla oğlu

        7.  Ağayev Raman Böyükağa oğlu

        8.  İsgəndərova Minazər Ramiz qızı

        9.  Süleymanzadə Əsli  Şakir qızı

       10. Abdullayeva Qumru Rahim qızı

         

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.      Tarverdiyev İsmayıl Emin  oğlu

         2.  Şirəliyev Rövşən Qasım oğlu

         3.  Əhmədova Aytəkin Oktay qızı

         4.  Qasımova Sevda Bəkir qızı

         

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                     Katib:      Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

 

1. Seriya RX № 1444250 saylı Çıxarış, A № 354583 saylı  plan və ölçüsünə əsasən  İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində  qeydə alınmış  İsmayıllı şəhəri Q.Aslanov küçəsi ev 28 ünvanında yerləşən 0,01  ha torpaq  sahəsinin həyətyanı məqsədi ilə Rzayeva Çimnaz Calal qızına satılması barədə. (Məruzəçi: Sosial Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının     sədri– Şahməmməd Soltanov)

 

2.İsmayıllı şəhəri Qələbə küçəsi ev 1  ünvanında yerləşən Azərbaycan Respublikası "Xəzər –Lada”ASC-nin yaxınlığında yerləşən  təhlükə yaradan 5 (beş) ədəd qovaq cinsindən olan  ağacların elektrik xəttlərinə və yaxınlıqdakı tikililərə təhlükə yaradan çətir hissələrinin 6-7 metr hündürlükdən  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 38 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

3. İsmayıllı şəhəri  M.F.Axundov küçəsi 24 A  ünvanında yerləşən vətəndaşa məxsus evə təhlükə yaradan 4 (dörd) ədəd Şərq Çinarı cinsindən olan  ağacların evin üzərinə əyilmiş kiçik diametrli budaqlarının  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 39 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

4.İsmayıllı şəhəri Z.Mirzəyev küçəsi ünvanında yerləşən vətəndaşa məxsus həyətyanı sahəyə və evə təhlükə yaradan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın evin dam örtüyünə,yüksək gərginlikli elektrik və rabitə xəttlərinə təhlükə yaradan budaqlarının 6-7 mütr hündürlükdən  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 45 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

5. İsmayıllı şəhəri  M.Müşfiq  küçəsi ünvanında yerləşən vətəndaşa məxsus emalatxanaya təhlükə yaradan 4 (dörd) ədəd qovaq cinsindən olan  ağacların ətrafdakı tikiliyə, yaxınlıqda təmirə dayanan avtomobillərə təhlükə yaradan  budaqlarının 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 44 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

6. İsmayıllı şəhəri  Mican ərazisində yerləşən vətəndaşa məxsus həyətyanı sahəsinin hasarına uçma təhlükəsi yaradan 1 (bir) ədəd qoz cinsindən olan  ağacın küləkli və yağışlı havalarda budaqlarının qırılaraq yardımçı tikilinin dam örtüyünə təhlükə yaratdığını nəzərə alaraq 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 39 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

7.İsmayıllı şəhəri M.F.Axundov küçəsi 30 A ünvanında yerləşən vətəndaşa məxsus evin dam örtüyünün üzərinə əyilmiş 5 (beş) ədəd Şərq Çinarı cinsindən olan ağacların evin üzərinə əyilmiş budaqlarının  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2019-cu il tarixli 74 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

8. İsmayıllı şəhəri  ərazisində yerləşən  78 (yetmiş səkkiz) ədəd ağacların ətrafdakı tikililərə, yüksək gərginlikli elektrik xətlərinə, avtomobillərə, vətəndaşların hərəkətinə təhlükə yaradan budaqlarının  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2019-cu il tarixli 80 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

9. İsmayıllı şəhəri "Həzrə” qəbristanlığında qəbir daşlarına təhlükə yaradan  ümumilikdə 8 (səkkiz) ədəd ağacların budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 fevral 2019-cu il tarixli 97 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

     İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf -  yoxdur

 

1.Seriya RX № 1444250 saylı Çıxarış, A № 354583 saylı  plan və ölçüsünə əsasən  İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində  qeydə alınmış  İsmayıllı şəhəri Q.Aslanov küçəsi ev 28 ünvanında yerləşən 0,01  ha torpaq  sahəsinin həyətyanı məqsədi ilə Rzayeva Çimnaz Calal qızına satılması barədə. (Məruzəçi: Sosial Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının     sədri– Şahməmməd Soltanov)

Eşidildi: 1.1. İclasın sədri birinci məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Rzayeva Çimnaz Calal qızı ərizə ilə müraciət  edərək həyətində zəbt olunmuş bələdiyyə torpağı olduğunu  bildirmiş və həmin zəbt olunmuş torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəyə əsasən prosedura başlanmış və torpaq sahəsi bələdiyyənin mülkiyyətinə alınmışdır. Onu da nəzərinizə çatdırırıq ki, həmin torpaq sahəsinin başqa vətəndaşa  satılması mümkün olmadığı üçün həmin həyətyanı torpaq sahəsinin  ona  hərrac və müsabiqədənkənar  satılmasına əsas verir.

            Çıxışlar: 1.1. Bələdiyyənin  üzvü Cümşüd Hacıyev  geniş açıqlamadan sonra    0,01 ha. torpaq sahəsinin  alan tərəfə satılmasını təklif etdi.

           Bələdiyyənin üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov,Vidadi Zərbiyev, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova də bu təklifi dəstəklədilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

            Qərar: 1.1.  İsmayıllı bələdiyyəsinin şəhərinQ.Aslanov küçəsi ev 28 ünvanındayerləşən yaşayış məntəqələrinin torpağından fərdi ev tikmək məqsədi ilə  Rzayeva Çimnaz Calal qızına  0,01  ha. torpaq sahəsi satılsın.

     Əsas:Vətəndaşın ərizəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX  № 1444250 saylı Çıxarışı və torpaq sahəsi üçün  A № 354583 saylı  plan və ölçüsü.

     Qərar: 1.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ62AIIB38090019440248071178   VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq  316 x 1= 316 (üç yüz on altı)  manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında  notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

     Qərar: 1.3. Vətəndaş Rzayeva Çimnaz Calal qızı nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

     Qərar: 1.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkiləşdirə bilməz.

     Qərar: 1.5. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

2.İsmayıllı şəhəri Qələbə küçəsi ev 1  ünvanında yerləşən Azərbaycan Respublikası "Xəzər –Lada”ASC-nin yaxınlığında yerləşən  təhlükə yaradan 5 (beş) ədəd qovaq cinsindən olan  ağacların elektrik xəttlərinə və yaxınlıqdakı tikililərə təhlükə yaradan çətir hissələrinin 6-7 metr hündürlükdən  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 38 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinciməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin Qələbə küçəsi  ev 1 ünvanında yerləşən Azərbaycan Respublikası "Xəzər-Lada” ASC-nin yaxınlığında 5 (beş) ədəd qovaq cinsinə məxsus ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacların yüksək gərginlikli elektrik xətlərinə və yaxınlıqdakı tikililərə təhlükə yaradan çətir hissələrinin 6-7 metr hündürlükdən budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 2.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacların budaqlarının həqiqətən də yüksək gərginlikli elektrik xətlərinə təhlükəsi vardır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.O,məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 2.1. İsmayıllı şəhərinin Qələbə küçəsi  ev 1 ünvanında yerləşən Azərbaycan Respublikası "Xəzər-Lada” ASC-nin yaxınlığında 5 (beş) ədəd qovaq cinsinə məxsus ağacların çətir hissələrinin 6-7 metr hündürlükdən budanması   işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

      Qərar: 2.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

3.İsmayıllı şəhəri M.F.Axundov küçəsi 24 A  ünvanında yerləşən vətəndaşa məxsus evə təhlükə yaradan 4 (dörd) ədəd Şərq Çinarı cinsindən olan  ağacların evin üzərinə əyilmiş kiçik diametrli budaqlarının  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 39 saylı məktubuna baxılması barədə. (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

      Eşidildi: 3.1. İclasın sədri gündəlikdəki üçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin M.F.Axundov küçəsi 24 A ünvanında yerləşən vətəndaş Əzizov Əjdər Əfsər oğluna məxsus evə təhlükə yaradan 4 (dörd) ədəd iri gövdəli Şərq Çinarı cinsinə məxsus ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacların evin dam örtüyünün üzərinə əyilmiş təhlükə yaradan kiçik diametrli budaqlarının budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 3.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacların budaqlarının həqiqətən də evin dam örtüyünün üzərinə aşma təhlükəsi vardır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 3.1. İsmayıllı şəhərinin M.F.Axundov küçəsi 24 A ünvanında yerləşən vətəndaşa məxsus evətəhlükə yaradan 4 (dörd) ədəd iri gövdəli Şərq Çinarı cinsinə məxsus ağacların evin dam örtüyünün üzərinə əyilmiştəhlükə yaradan kiçik diametrli budaqlarının budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 3.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

4.İsmayıllı şəhəri Z.Mirzəyev küçəsi ünvanında yerləşən vətəndaşa məxsus həyətyanı sahəyə və evə təhlükə yaradan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın evin dam örtüyünə,yüksək gərginlikli elektrik və rabitə xəttlərinə təhlükə yaradan budaqlarının 6-7 metr hündürlükdən  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 45 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

      Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin Z.Mirzəyev küçəsi ünvanında yerləşən vətəndaş Xəlilov Zaur Savad oğluna məxsus həyətyanı sahəyə və evə  təhlükə yaradan 1 (bir) ədəd qovaq cinsinə məxsus ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacın yaşayış evinin dam örtüyünə, yüksək gərginlikli elektrik və rabitə xətlərinə, eləcə də küçədə hərəkət edən sakinlərə təhlükə yaradan buaqlarının 6-7 metr hündürlükdən budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 4.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacın budaqlarının həqiqətən də yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 4.1. İsmayıllı şəhərinin Z.Mirzəyev küçəsi ünvanında yerləşən vətəndaşa məxsus yaşayış evinin dam örtüyünə, yüksək gərginlikli elektrik və rabitə xətlərinə, eləcə də küçədə hərəkət edən sakinlərə təhlükə yaradan budaqlarının 6-7 metr hündürlükdən budanması   işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 4.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

5. İsmayıllı şəhəri  M.Müşfiq  küçəsi ünvanında yerləşən vətəndaşa məxsus emalatxanaya təhlükə yaradan 4 (dörd) ədəd qovaq cinsindən olan  ağacların ətrafdakı tikiliyə, yaxınlıqda təmirə dayanan avtomobillərə təhlükə yaradan  budaqlarının 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 44 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

      Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin M.Müşfiq  küçəsi ünvanındayerləşən vətəndaşOrucov Fazil Heydər oğluna məxsus emalatxanaya təhlükə yaradan 4 (dörd) ədəd qovaq cinsinə məxsus ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacların ətrafdakı tikiliyə, yaxınlıqda təmirə dayanan avtomobillərə təhlükə yaradan buaqlarının 6-7 metr hündürlükdən budanmasınaehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 5.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacların budaqlarının həqiqətən də yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 5.1. İsmayıllı şəhərinin M.Müşfiq  küçəsi ünvanındayerləşən vətəndaşa məxsus emalatxanaya, ətrafdakı tikiliyə, yaxınlıqda təmirə dayanan avtomobillərə təhlükə yaradan budaqlarının 6-7 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 5.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

6. İsmayıllı şəhəri  Mican ərazisində yerləşən vətəndaşa məxsus həyətyanı sahəsinin hasarına uçma təhlükəsi yaradan 1 (bir) ədəd qoz cinsindən olan  ağacın küləkli və yağışlı havalarda budaqlarının qırılaraq yardımçı tikilinin dam örtüyünə təhlükə yaratdığını nəzərə alaraq 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2019-cu il tarixli 39 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

    Eşidildi: 6.1. İclasın sədri gündəlikdəki altıncı məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin Mican ərazisində yerləşən vətəndaşMirzəyev Məhərrəm Mirzəmməd oğluna məxsushəyətyanı sahəsinin hasarına uçma təhlükəsi yaradan 1 (bir) ədəd qoz cinsinə məxsus ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacın güclü külək və yağışlı havalarda budaqlarının qırılaraq yardımçı tikilinin dam örtüyünə təhlükə yaradan buaqlarının 7-8 metr hündürlükdən budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 6.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacın budaqlarının həqiqətən də yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 6.1. İsmayıllı şəhərinin Mican ərazisi ünvanında yerləşən vətəndaşa məxsus həyətyanı sahəsinin hasarına uçma təhlükəsi yaradan, həmçinin güclü külək və yağışlı havalarda budaqlarının qırılaraq yardımçı tikilinin dam örtüyünə düşən      1 (bir) ədəd qoz cinsinə məxsus ağacın təhlükə yaradan budaqlarının 7-8 metr hündürlükdən budanması   işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

      Qərar: 6.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

7.İsmayıllı şəhəri M.F.Axundov küçəsi 30 A ünvanında yerləşən vətəndaşa məxsus evin dam örtüyünün üzərinə əyilmiş 5 (beş) ədəd Şərq Çinarı cinsindən olan ağacların evin üzərinə əyilmiş budaqlarının  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2019-cu il tarixli 74 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

    Eşidildi: 7.1. İclasın sədri gündəlikdəki yeddinci  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin M.F.Axundov küçəsi 30 A  ünvanında yerləşən vətəndaş Heydərov Xəyyam İmran oğluna məxsus evin dam örtüyünün üzərinə əyilmiş 5 (beş) ədəd Şərq Çinarı cinsinə məxsus ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş və hündürlükləri 25-30 metrə çatan 96-120 sm diametrli ağacların evin dam örtüyünün üzərinə əyilmiş budaqlarının kəsilərək təhlükəsiz vəziyyətə gətiriməsinə ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 7.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacların budaqlarının həqiqətən də yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 7.1. İsmayıllı şəhərinin M.F.Axundov küçəsi 30 A  ünvanında yerləşən vətəndaşa məxsus evin dam örtüyünün üzərinə əyilmiş, hündürlükləri 25-30 metrə çatan 96-120 sm diametrli 5 (beş) ədəd Şərq Çinarı cinsinə məxsus ağacların təhlükə yaradan budaqlarının kəsilməsi işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 7.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

8. İsmayıllı şəhəri  ərazisində yerləşən  78 (yetmiş səkkiz) ədəd ağacların ətrafdakı tikililərə, yüksək gərginlikli elektrik xətlərinə, avtomobillərə, vətəndaşların hərəkətinə təhlükə yaradan budaqlarının  budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2019-cu il tarixli 80 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

    Eşidildi: 8.1. İclasın sədri gündəlikdəki səkkizinci  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, İsmayıllı şəhəri ərazisində ümumilikdə 78 (yetmiş səkkiz) ədəd müxtəlif cinsli ağacların ətrafdakı tikililərə, yüksək gərginlikli elektrik xətlərinə, avtomobillərin və vətəndaşların hərəkətinə təhlükə yaradan ağacların 7-8 metr hündürlükdən budanaraq  təhlükəsiz vəziyyətə gətiriməsinə ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 8.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacların budaqlarının həqiqətən də yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 8.1. İsmayıllı şəhəri ərazisində yerləşən ümumilikdə 78 (yetmiş səkkiz) ədəd müxtəlif cinsliağacların ətrafdakı tikililərə, yüksək gərginlikli elektrik xətlərinə, avtomobillərin və vətəndaşların hərəkətinə təhlükə yaradan budaqlarının 7-8 metr hündürlükdən budanması  işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

      Qərar: 8.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

9.İsmayıllı şəhəri "Həzrə” qəbristanlığında qəbir daşlarına təhlükə yaradan  ümumilikdə 8 (səkkiz) ədəd ağacların budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 fevral 2019-cu il tarixli 97 saylı məktubuna baxılması barədə. (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 9.1. İclasın sədri gündəlikdəki doqquzuncu məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin Aşağıbaş ərazisində yerləşən Həzrə qəbristanlığında 8 (səkkiz) ədəd müxtəlif cinsli ağacların  qəbir daşlarına  təhlükə törədən budaqlarının budanmasına   ehtiyac vardır.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 9.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həqiqətən də həmin ağacların budaqları qəbr daşlarının üzərinə əyilib təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  də bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 9.1. İsmayıllı şəhərinin Aşağıbaş ərazisində yerləşən Həzrə qəbristanlığında qəbir daşlarına təhlükə törədən 8 (səkkiz) ədəd müxtəlif cinsli ağacların  qəbir daşlarına  təhlükə törədən budaqlarının budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

      Qərar: 9.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

              İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

 

            İclasda  iştirak  etmiş bələdiyyə üzvlərinin  imzaları:

1. _______________ Hacıyev Cümşüd Bəhərçin oğlu

2. _______________Kazımov Qüdrət Ərvət oğlu

3. _______________Zərbiyev Vidadi Valeh oğlu

4. _______________Məmmədov Vidadi Şərif oğlu

5. _______________Soltanov Şahməmməd Nurulla oğlu

6. _______________Ağayev Raman Böyükağa oğlu

7. _______________İsgəndərova Minazər  Ramiz qızı

8. _______________Süleymanzadə Əsli Şakir qızı