İclas protokolları


15.04.19 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 03 saylı iclas protokolu

                                İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

03 saylı iclas protokolu

 

29 Mart 2019-cu il                                                                   İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.       Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu

3.       Kazımov Qüdrət Ərvət oğlu

4.      Zərbiyev Vidadi Valeh oğlu

5.       Məmmədov Vidadi Şərif oğlu

        6.   Soltanov Şahməmməd Nurulla oğlu

        7.  Ağayev Raman Böyükağa oğlu

        8.  İsgəndərova Minazər Ramiz qızı

        9.  Süleymanzadə Əsli  Şakir qızı

       10. Abdullayeva Qumru Rahim qızı

     

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.      Tarverdiyev İsmayıl Emin  oğlu

         2.  Şirəliyev Rövşən Qasım oğlu

         3.  Əhmədova Aytəkin Oktay qızı

         4.  Qasımova Sevda Bəkir qızı

         

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                     Katib:      Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

1.İsmayıllı şəhəri M.F.Axundov küçəsi 32a ünvanında yerləşən vətəndaşlara məxsus şirniyyat və çörəkbişirmə sexinə,kənd təsərrüfatı məhsulları mağazasına,həyətyanı  sahəyə təhlükə yaradan 2 (iki) ədəd Şərq Çinarı cinsindən olan ağacların 10-11 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 mart 2019-cu il tarixli 122 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Xələfova Həcər Şahməməd qızı və digərləri) (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

2.İsmayıllı şəhəri H.Əliyev prospekti 30 ünvanında yerləşən İsmayıllı Tikiş Fabrikinin qarşısında aşma təhlükəsi olan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 mart 2019-cu il tarixli 124- saylı məktubuna baxılması barədə.(Ərizəçi: Lətifə Əliyeva) (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

3. İsmayıllı şəhəri  İ.Həsənov küçəsi 5  ünvanında yerləşən vətəndaşa məxsus evə, yüksək gərginlikli elektrik xətlərinə və oradan hərəkət edən avtomaşınlara və sakinlərə təhlükə yaradan 6 (altı) ədəd qovaq cinsindən olan  ağacların 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 mart 2019-cu il tarixli 165 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Mustafayev Vüqar Qasım oğlu) (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

 

4. İsmayıllı şəhəri  H.Əliyev prospekti 7 ünvanında yerləşən vətəndaşa məxsus anbar binasına təhlükə yaradan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2019-cu il tarixli 181 saylı məktubuna baxılması barədə.(Ərizəçi:  Səmədov Sədyar Həmzə oğlu) (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

5. İsmayıllı rayon Mərkəzi Xəstəxanasının həyətinin kənarında yerləşən təhlükə yaradan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2019-cu il tarixli 184 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Baş həkim-A.Əsədov)(Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

6. İsmayıllı şəhəri  M.F.Axundov küçəsi   ünvanında yerləşən vətəndaşa məxsus evin arxa hissəsində təhlükə yaradan 2 (iki) ədəd "Şərq Çinarı”  cinsindən olan  ağacların 18-20 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2019-cu il tarixli 183 saylı məktubuna baxılması barədə.(Ərizəçi:Abbasov Fizuli Dadaş oğlu) (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

 

7. İsmayıllı şəhəri  Natəvan küçəsi 7  ünvanında yerləşən vətəndaşa məxsus obyektə təhlükə yaradan 6 (altı) ədəd qovaq cinsindən olan  ağacların budaqlarının 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 mart 2019-cu il tarixli 165 saylı məktubuna baxılması barədə.(Ərizəçi:  Nuriyev Sadiq Fəxrəddin oğlu) (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf -  yoxdur

 

1.İsmayıllı şəhəri M.F.Axundov küçəsi 32a ünvanında yerləşən vətəndaşlara məxsus şirniyyat və çörəkbişirmə sexinə,kənd təsərrüfatı məhsulları mağazasına,həyətyanı  sahəyə təhlükə yaradan 2 (iki) ədəd Şərq Çinarı cinsindən olan ağacların 10-11 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 mart 2019-cu il tarixli 122 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Xələfova Həcər Şahməməd qızı və digərləri) (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

      Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin M.F.Axundov küçəsi 32a ünvanında yerləşən vətəndaş Xələfova Həcər Şahməməd qızı və digərlərinə məxsus şirniyyat və çörəkbişirmə sexinə,kənd təsərrüfatı məhsulları mağazasına,həyətyanı  sahəyə təhlükə yaradan 2 (iki) ədəd Şərq Çinarı cinsinə məxsus ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacların şirniyyat və çörəkbişirmə sexinə, kənd təsərrüfatı məhsulları mağazasına, həyətyanı  sahəyə təhlükə yaratdığı üçün  budanmasınaehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 1.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağaclar həqiqətən də şirniyyat və çörəkbişirmə sexinə, kənd təsərrüfatı məhsulları mağazasına, həyətyanı  sahəyə təhlükə yaradır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 1.1. İsmayıllı şəhərinin M.F.Axundov küçəsi 32a ünvanında yerləşən vətəndaşlara (Xələfova Həcər Şahməməd qızı və digərlərinə) məxsus şirniyyat və çörəkbişirmə sexinə, kənd təsərrüfatı məhsulları mağazasına, həyətyanı sahəyə təhlükə yaradan 2 (iki) ədəd Şərq Çinarı cinsindən olan ağacların 10-11 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

   Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 mart 2019-cu il tarixli 122 saylı məktubu.

      Qərar: 1.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

2.İsmayıllı şəhəri H.Əliyev prospekti 30 ünvanında yerləşən İsmayıllı Tikiş Fabrikinin qarşısında aşma təhlükəsi olan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 mart 2019-cu il tarixli 124- saylı məktubuna baxılması barədə.(Ərizəçi: Lətifə Əliyeva) (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

      Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin H.Əliyev prospekti 30  ünvanındayerləşən vətəndaşİsmayıllı Tikiş Fabrikinin qarşısında aşma təhlükəsi olan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacın fabrikin üzərinə əyilərək təhlükə yaratdığı müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 2.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həmin ağacın həqiqətən də fabrikin üzərinə aşma təhlükəsi vardır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 2.1. İsmayıllı şəhərinin H.Əliyev prospekti 30 ünvanında yerləşən İsmayıllı Tikiş Fabrikinin qarşısında aşma təhlükəsi olan 1 (bir) ədəd qovaq cinsinə məxsus ağacın 6-7 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

   Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 mart 2019-cu il tarixli 124 saylı məktubu.

      Qərar: 2.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin        

 

3. İsmayıllı şəhəri  İ.Həsənov küçəsi 5  ünvanında yerləşən vətəndaşa məxsus evə, yüksək gərginlikli elektrik xətlərinə və oradan hərəkət edən avtomaşınlara və sakinlərə təhlükə yaradan 6 (altı) ədəd qovaq cinsindən olan  ağacların 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 mart 2019-cu il tarixli 165 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Mustafayev Vüqar Qasım oğlu) (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəki üçüncüməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin İ.Həsənov küçəsi 5  ünvanındayerləşən vətəndaş Mustafayev Vüqar Qasım oğluna məxsus evə, eləcə də yüksək gərginlikli elektrik xətlərinə, oradan hərəkət edən avtomaşınlara və sakinlərə təhlükə yaradan 6 (altı) ədəd qovaq cinsindən olan  ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacların güclü külək zamanı evə, yüksək gərginlikli elektrik xətlərinə, oradan hərəkət edən avtomaşınlara və sakinlərə təhlükə yaratdığı və 6-7 metr hündürlükdən budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 3.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həqiqətən də həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 3.1. İsmayıllı şəhərinin İ.Həsənov küçəsi 5  ünvanındayerləşən vətəndaşa (Mustafayev Vüqar Qasım oğlu) məxsus evə, yüksək gərginlikli elektrik xətlərinə və oradan hərəkət edən avtomaşınlara və sakinlərə  təhlükə yaradan 6 (altı) ədəd qovaq cinsindən olan ağacların 6-7 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

   Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 mart 2019-cu il tarixli 165 saylı məktubu.

      Qərar: 3.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

4. İsmayıllı şəhəri  H.Əliyev prospekti 7 ünvanında yerləşən vətəndaşa məxsus anbar binasına təhlükə yaradan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2019-cu il tarixli 181 saylı məktubuna baxılması barədə.(Ərizəçi:  Səmədov Sədyar Həmzə oğlu) (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

        Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin H.Əliyev prospekti 7 ünvanında yerləşən vətəndaş Səmədov Sədyar Həmzə oğluna məxsus anbar binasına təhlükə yaradan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ağacın güclü külək zamanı anbar binasına təhlükə yaratdığı və 7-8 metr hündürlükdən budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həqiqətən də həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 4.1. İsmayıllı şəhərinin H.Əliyev prospekti 7 ünvanında yerləşən vətəndaşa (Səmədov Sədyar Həmzə oğlu) məxsus anbar binasına təhlükə yaradan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın 7-8 metr hündürlükdən budanmasıişlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

   Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2019-cu il tarixli 181 saylı məktubu.

      Qərar: 4.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin

 

5. İsmayıllı rayon Mərkəzi Xəstəxanasının həyətinin kənarında yerləşən təhlükə yaradan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2019-cu il tarixli 184 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Baş həkim-A.Əsədov)(Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

       Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının həyətinin kənarında yerləşən aşma təhlükəsi olan 1 (bir) ədəd qovaq cinsindən olan  ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş, həmin ağacın güclü küləklər zamanı təhlükə yaratdığı 6-7 metr hündürlükdən budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həqiqətən də həmin ağacın yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.           

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 5.1. İsmayıllı rayon Mərkəzi Xəstəxanasının həyətinin kənarında yerləşən güclü küləklər zamanıtəhlükə yaradan 1 (bir) ədəd qovaqcinsinə məxsus ağacın 6-7 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

   Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2019-cu il tarixli 184 saylı məktubu.

      Qərar: 5.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

6. İsmayıllı şəhəri M.F.Axundov küçəsi   ünvanında yerləşən vətəndaşa məxsus evin arxa hissəsində təhlükə yaradan 2 (iki) ədəd "Şərq Çinarı” cinsindən olan  ağacların 18-20 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2019-cu il tarixli 183 saylı məktubuna baxılması barədə.(Ərizəçi:Abbasov Fizuli Dadaş oğlu) (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 6.1. İclasın sədri gündəlikdəki altıncıməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin  M.F.Axundov küçəsi ünvanındayerləşən vətəndaş Abbasov Fizuli Dadaş oğluna məxsus evə təhlükə yaradan 2 (iki) ədəd "Şərq Çinarı” cinsindən olan  ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş, hündürlüyü 30-35 metrə çatan dm=84sm 1 (bir) ədəd, dm=64 sm 1(bir) ədəd ağacların təhlükə yaratdığı və 18-20 metr hündürlükdən budanmasınaehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 6.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həqiqətən də həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 6.1. İsmayıllı şəhərinin M.F.Axundov küçəsi ünvanında yerləşən vətəndaşa (Abbasov Fizuli Dadaş oğluna) məxsus evin arxa hissəsində təhlükə yaradan 2 (iki) ədəd "Şərq Çinarı”  cinsindən olan  ağacların 18-20 metr hündürlükdən budanmasıişlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

   Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2019-cu il tarixli 183 saylı məktubu.

      Qərar: 6.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

7. İsmayıllı şəhəri  Natəvan küçəsi 7  ünvanında yerləşən vətəndaşa məxsus obyektə təhlükə yaradan 6 (altı) ədəd qovaq cinsindən olan  ağacların budaqlarının 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 mart 2019-cu il tarixli 165 saylı məktubuna baxılması barədə.(Ərizəçi:  Nuriyev Sadiq Fəxrəddin oğlu) (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 7.1. İclasın sədri gündəlikdəki yeddinciməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin  Natəvan küçəsi 7  ünvanında yerləşən vətəndaş Nuriyev Sadiq Fəxrəddin oğluna məxsus obyektə təhlükə yaradan 6 (altı) ədəd qovaq cinsindən olan  ağacların yerləşdiyi əraziyə baxış keçirilmiş, hündürlüyü15-20 metrə çatan dm=44 sm 1 (bir) ədəd, dm=24 sm 3(üç) ədəd  dm=32 sm 2(iki) ədəd ağacların təhlükə yaratdığı və 18-20 metr hündürlükdən budanmasınaehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 7.1. Bələdiyyənin üzvü  Vidadi Məmmədov bildirdi ki, həqiqətən də həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 7.1. İsmayıllı şəhərinin Natəvan küçəsi 7 ünvanında yerləşən vətəndaşa (Nuriyev Sadiq Fəxrəddin oğluna) məxsus obyektə təhlükə yaradan 6 (altı) ədəd qovaq  cinsindən olan  ağacların 7-8 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

   Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2019-cu il tarixli 186 saylı məktubu.

      Qərar: 7.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

            İclasın sədri:                                  Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

            İclasda  iştirak  etmiş bələdiyyə üzvlərinin  imzaları:

1. _______________ Hacıyev Cümşüd Bəhərçin oğlu

2. _______________Kazımov Qüdrət Ərvət oğlu

3. _______________Zərbiyev Vidadi Valeh oğlu

4. _______________Məmmədov Vidadi Şərif oğlu

5. _______________Soltanov Şahməmməd Nurulla oğlu

6. _______________Ağayev Raman Böyükağa oğlu

7. _______________İsgəndərova Minazər  Ramiz qızı

8. _______________Süleymanzadə Əsli Şakir qızı