İclas protokolları


15.04.19 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 04 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

04 saylı iclas protokolu

 

 

12 Aprel 2019-cu il                                                                   İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

 

1.       Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu

3.       Kazımov Qüdrət Ərvət oğlu

4.      Zərbiyev Vidadi Valeh oğlu

5.       Məmmədov Vidadi Şərif oğlu

        6.   Soltanov Şahməmməd Nurulla oğlu

        7.  Ağayev Raman Böyükağa oğlu

        8.  İsgəndərova Minazər Ramiz qızı

        9.  Süleymanzadə Əsli  Şakir qızı

       10. Abdullayeva Qumru Rahim qızı

         

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.      Tarverdiyev İsmayıl Emin  oğlu

         2.  Şirəliyev Rövşən Qasım oğlu

         3.  Əhmədova Aytəkin Oktay qızı

         4.  Qasımova Sevda Bəkir qızı

         

        İclasda iştirak edir:

 

1.      Göyçay Regional  Ədliyyə İdarəsinin məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu cənab Sahib Nağıyev

2. Bələdiyyənin vergi mütəxəssisləri -4 nəfər

1. Oruclu Ümid Vüqar oğlu

2. Soltanov Çingiz Əli oğlu

3. Hüseynov Əlheydər Kazım oğlu

4. Allahverdiyev Mehman Zinhar oğlu

 

 

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                     Katib:      Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

 

1.İsmayıllı rayon Prokurorluğunun Göyçay Regional Ədliyyə İdarəsinə göndərdiyi 16 mart 2019-cu il tarixli 90-C-18 saylı təqdimat məktubunun müzakirəsi barədə. (Məruzəçi: bələdiyyənin   sədri  P.Ağayev).

 

      İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf -  yoxdur

 

1.İsmayıllı rayon Prokurorluğunun Göyçay Regional Ədliyyə İdarəsinə göndərdiyi 16 mart 2019-cu il tarixli 90-C-18 saylı təqdimat məktubunun müzakirəsi barədə. (Məruzəçi: bələdiyyənin   sədri  P.Ağayev).

 

Eşidildi: 1.1.İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı.  Ətraflı məlumat üçün sözü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional  Ədliyyə İdarəsinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu cənab Sahib Nağıyevə verdi.  

Göyçay Regional  Ədliyyə İdarəsinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu cənab Sahib Nağıyev İsmayıllı rayon Prokurorluğunun Ömərov Mehti Valodiya oğlunun müraciəti əsasında toplanmış 90-C-18 nömrəli ilkin yoxlama materilalları  üzrə təqdimatı iclas iştirakçılarının nəzərinə çatdırdı və həmin təqdimatda edilən  təklifin müzakirə edilməsinin məqsədəuyğun olduğunu bildirdi.

            Təqdimat məktubundakı məlumatlarla  bələdiyyənin üzvləri və qulluqçuları tanış edildi və əməli işlərində həmin qaydalara əməl olunması bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının diqqətinə  çatdırıldı.

          Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

 

         Çıxışlar: 1.1.Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, İsmayıllı rayon Prokurorluğunun Göyçay Regional Ədliyyə İdarəsinə göndərdiyi 16 mart 2019-cu il tarixli 90-C-18 saylı təqdimat məktubunda edilən təkliflərə əməli işimizdə riayət etməliyik.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Vidadi Məmmədov, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.           

 

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

 

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 

Qərara alındı:

 

Qərar: 1.1. İsmayıllı rayon Prokurorluğunun Göyçay Regional Ədliyyə İdarəsinə göndərdiyi 16 mart 2019-cu il tarixli 90-C-18 saylı təqdimat məktubunda edilən təkliflər  əməli işdə nəzərə alınsın və belə nöqsanların olmaması üçün zəruri tədbirlər görülsün.

Qərar: 1.2.  Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr Pərviz Ağayevə həvalə edilsin.

 

 

            İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

 

            İclasda  iştirak  etmiş bələdiyyə üzvlərinin  imzaları:

1. _______________ Hacıyev Cümşüd Bəhərçin oğlu

2. _______________Kazımov Qüdrət Ərvət oğlu

3. _______________Zərbiyev Vidadi Valeh oğlu

4. _______________Məmmədov Vidadi Şərif oğlu

5. _______________Soltanov Şahməmməd Nurulla oğlu

6. _______________Ağayev Raman Böyükağa oğlu

7. _______________İsgəndərova Minazər  Ramiz qızı

8. _______________Süleymanzadə Əsli Şakir qızı