İclas protokolları


2.07.19 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 06 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

06 saylı iclas protokolu

31 may 2019-cu il                                                                       İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.       Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu

3.       Kazımov Qüdrət Ərvət oğlu

4.      Zərbiyev Vidadi Valeh oğlu

5.       Məmmədov Vidadi Şərif oğlu

        6.   Soltanov Şahməmməd Nurulla oğlu

        7.  Ağayev Raman Böyükağa oğlu

        8.  İsgəndərova Minazər Ramiz qızı

        9.  Süleymanzadə Əsli  Şakir qızı

       10. Abdullayeva Qumru Rahim qızı

         

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.      Tarverdiyev İsmayıl Emin  oğlu

         2.  Şirəliyev Rövşən Qasım oğlu

         3.  Əhmədova Aytəkin Oktay qızı

         4.  Qasımova Sevda Bəkir qızı

         

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                     Katib:      Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

 

1.İsmayıllı rayonu Kürdmaşı kəndində fəaliyyət göstərən "Nur” Qadın İnkişaf Qrupunun əməkdaşlıq barədə müraciətinə baxılması barədə. (Ərizəçi:  "Nur” QİQ –nun rəhbəri Əlişova Esmira Nurməmməd qızı)(Məruzəçi: bələdiyyənin sədr müavini – Qüdrət Kazımov).

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

 

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf -  yoxdur

 

1.İsmayıllı rayonu Kürdmaşı kəndində fəaliyyət göstərən "Nur” Qadın İnkişaf Qrupunun əməkdaşlıq barədə müraciətinə baxılması barədə. (Ərizəçi:  "Nur” QİQ –nun rəhbəri Əlişova Esmira Nurməmməd qızı)(Məruzəçi: bələdiyyənin sədr müavini – Qüdrət Kazımov).

    Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinciməsələnin məzmunu açıqladı.  Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Qüdrət Kazımova verdi.  O bildirdi ki, İsmayıllı rayon Kürdmaşı kəndində yeni təşkil olunmuş  "Nur”  Qadın İnkişaf Qrupu  İsmayıllı bələdiyyəsinə müraciət edərək qrupla əməkdaşlıq etməyi xahiş etmişdir.

Yeni yaradılmış "Nur” Qadın İnkişaf Qrupu da daxil olmaqla Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və sahibkar qadınların sayının artırılması prioritet istiqamətlərdəndir. Ölkədə bu sahədə təkmilləşdirilmiş qanun layihələri mövcuddur. Qadın sahibkarlığının inkişafı yoxsulluq, bərabərsizlik və savadsızlıq kimi problemlərin aradan qaldırılmasında əvəzsiz rol oynayır. Qadınlar arasında sahibkarlığı gücləndirmək üçün aidiyyatı dövlət qurumları, bələdiyyələr və digər özəl qurumlar da daxil olmaqla bütün iştirakçıların davamlı dəstəyinə ehtiyac var.  Müsbət hal olaraq qadın sahibkarlara kömək etmək, işgüzar qadınları nümunə kimi təşviq etmək və qadınların özəl sektorda fəaliyyətini gücləndirmək üçün  əməyimizi sərf edirik. Qadınlar öz bizneslərini yarada, inkişaf etdirə və idarə edə bildikdə güclü iqtisadiyyatin inkişafında rol oynaya bilərlər. Bütün dünyada qadınların öz iqtisadi arzularını həyata keçirmək imkanına malik olduğu ölkələrdə iqtisadiyyat çiçəklənir. Qadınlar möhtəşəm ideya və əzmkarlılqa öz ideyalarını reallığa çevirə, ətraflarındakı dünyanı dəyişə bilirlər.

Odur ki,  İsmayıllı rayonu Kürdmaşı kəndində yeni yaradılmış "Nur”  Qadın İnkişaf Qrupu   ilə İsmayıllı bələdiyyəsi arasındakı birgə fəaliyyəti müsbət hal kimi dəstəkləyirik .

       Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev  bildirdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yeni yaradılmış "Nur”  Qadın İnkişaf Qrupu   ilə İsmayıllı bələdiyyəsi arasındakı birgə fəaliyyət məqsədəuyğundur.

Bələdiyyə üzvlərindən Vidadi Zərbiyev,Vidadi Məmmədov, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə və Minazər İsgəndərova da çıxış edərək bu təklifə tərəfdar olduqlarını bildirdilər.      

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

                                               Qərara alındı:

Qərar: 1.1. İsmayıllı rayonu Kürdmaşı kəndində fəaliyyət göstərən "Nur”  Qadın İnkişaf Qrupu  ilə  əməkdaşlıq fəaliyyəti aparılsın.

Qərar: 1.2.  Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Qüdrət Kazımova  həvalə edilsin.

 

 

 

            İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı