İclas protokolları


10.07.19 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 07 saylı iclas protokolu

 

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

07 saylı iclas protokolu

 

28 iyun 2019-cu il                                                                       İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.       Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu

3.       Kazımov Qüdrət Ərvət oğlu

4.      Zərbiyev Vidadi Valeh oğlu

5.       Məmmədov Vidadi Şərif oğlu

        6.   Soltanov Şahməmməd Nurulla oğlu

        7.  Ağayev Raman Böyükağa oğlu

        8.  İsgəndərova Minazər Ramiz qızı

        9.  Süleymanzadə Əsli  Şakir qızı

       10. Abdullayeva Qumru Rahim qızı

         

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.      Tarverdiyev İsmayıl Emin  oğlu

         2.  Şirəliyev Rövşən Qasım oğlu

         3.  Əhmədova Aytəkin Oktay qızı

         4.  Qasımova Sevda Bəkir qızı

         

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                     Katib:      Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

1.İsgəndər ASA Holding Şirkətlər qrupunun  18 iyun  2019-cu il tarixli 003 saylı məktubuna baxılması barədə. (Məruzəçi: Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).      

 

2.İsmayıllı şəhər sakini Qarabağ əlili  Məmmədov Allahverdi Kamal oğlunun 19 iyun 2019-cu il tarixli ərizəsinə  baxılması barədə. (Məruzəçi: Sosial Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).      

 

3.  23.04.2019-cu  il tarixli A № 379040  saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış,  İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi 189D ünvanında yerləşən 0,0200 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ilkin hərrac qiyməti müəyyən olunmaqla satılması üçün ƏMDK yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət olunması barədə. (Məruzəçi: Bələdiyyənin sədri Pərviz Ağayev)  

 

4. 24.12.2016-cı il tarixli, Seriya RX 0976431  saylı çıxarış, A №114845  saylı plan ölçü ilə  bələdiyyənin mülkiyyət   hüququ qeydiyyata alınmış, İsmayıllı şəhəri Mican ərazisində yerləşən 0,0336 ha həyətyanı məqsədli torpaq  sahəsinin Azərbaycan  Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının seriya AM    №  008155 saylı Şəhadətnaməsinə   əsasən Quliyev Əli Davud    oğluna satılması  barədə.(Məruzəçi: Sosial  Siyasət və İqtisadi İnkişaf Məsələləri    daimi  komissiyasının sədri –   Ş.Soltanov).

 

5.İsmayıllı şəhəri ərazisində "Abad məhəllə” layihəsinin həyata keçirilməsi məqsədilə V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısında nəzərdə tutulan talvar tikintisi üçün bələdiyyə büdcəsindən 4893 (dörd min səkkiz yüz doxsan üç) manat vəsaitin ayrılması barədə. (Məruzəçi: Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).  

   

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf -  yoxdur

 

1.İsgəndər ASA Holding Şirkətlər qrupunun  18 iyun  2019-cu il tarixli 003 saylı məktubuna baxılması barədə. (Məruzəçi: Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).      

Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, İsgəndər ASA Holding Şirkətlər qrupu İsmayıllı bələdiyyəsinə müraciət edərək  İsmayıllı şəhərinin H.Əliyev prospekti № 7 ünvanında  yerləşən  "Yaşıl bazar”ın qarşısındakı ərazini abadlaşdıraraq icarəyə götürmək üçün müraciət etmişdir. Həmin əraziyə baxış keçirilmiş və 0,0650 ha sahibkarlıq məqsədli bələdiyyə torpağının İsgəndər ASA Holding Şirkətlər qrupuna icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir.   Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhərinin H.Əliyev prospekti № 7 ünvanında  yerləşən  "Yaşıl bazar”ın qarşısındakı 0,0650 ha İsmayıllı bələdiyyəsinin icarə predmeti olan sahibkarlıq məqsədli torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

       Çıxışlar: 1.1. Bələdiyyənin üzvü  Cümşüd Hacıyev bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri  Qüdrət Kazımov, Vidadi Məmmədov, Qumru Abdullayeva, Vidadi Zərbiyev, Raman Ağayev, Minazər İsgəndərova və Əsli Süleymanzadə də  bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

          Qərar: 1.1. İsmayıllı şəhərinin H.Əliyev prospekti № 7 ünvanında yerləşən  "Yaşıl bazar”ın qarşısında yerləşən  İsmayıllı bələdiyyəsinin icarə predmeti olan 0,0650 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin  sahibkarlıq məqsədi ilə uzunmüddətli icarəyə verilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

          Qərar: 1.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

      Qərar: 1.3.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

2.İsmayıllı şəhər sakini Qarabağ əlili  Məmmədov Allahverdi Kamal oğlunun 19 iyun 2019-cu il tarixli ərizəsinə  baxılması barədə. (Məruzəçi: Sosial Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).      

    Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, İsmayıllı şəhər sakini, III  qrup Qarabağ  müharibəsi əlili  Məmmədov Allahverdi Kamal oğlu  bələdiyyəyə ərizə  ilə müraciət edərək, fərdi yaşayış evi  tikmək üçün ona  0,04 ha. həyətyanı  torpaq sahəsinin  verilməsini xahiş etmişdir.

   Komissiyada  Məmmədov Allahverdi Kamal ərizəsinə baxılmış, ona  ödənişsiz  olmaqla 0,04 ha. həyətyanı  torpaq  sahəsinin verilməsi  məqsədəuyğun  hesab olunmuşdur.

   Məsələyə  münasibət  bildirməyiniz xahiş olunur.

   Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, sağlamlığını torpaqlarımızın  qorunması və  azadlığı uğrunda  itirən   şəhər sakinlərinə  qayğı göstərmək, onların  arzu və  istəklərini imkanlar  daxilində  imtiyazlarla cavablandırmaq  lazımdır. O, III qrup  Qarabağ  müharibəsi əlili  Məmmədov Allahverdi Kamal oğluna 0,04 ha. həyətyanı  torpaq sahəsinin  güzəştlə yəni ödəniş  etmədən  verilməsi təklifini  irəli  sürdü.

     Bələdiyyə üzvləri  Qüdrət Kazımov, Vidadi Məmmədov, Qumru Abdullayeva, Vidadi Zərbiyev, Raman Ağayev, Minazər İsgəndərova və Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

              

                                                                 Qərara alındı:                   

          Qərar: 2.1.İsmayıllı şəhərinin Yaşayış Məntəqəsi torpaqlarında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,04 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin həyətyanı məqsədiilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

       Qərar: 2.2.Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

      Qərar: 2.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

3.23.04.2019-cu il tarixli A № 379040  saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış,  İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi 189D ünvanında yerləşən 0,0200 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ilkin hərrac qiyməti müəyyən olunmaqla satılması üçün ƏMDK yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət olunması barədə. (Məruzəçi: Bələdiyyənin sədri Pərviz Ağayev)  

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəkiüçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri Şahməmməd Soltanovaverdi. O qeyd etdi ki, 0,0200 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün bələdiyyənin  iclas protokoluna əsasən prosedura başlanılıb, aidiyyatı qaydada sənədlər toplanılıb və prosedur artıq başa çatmışdır. Odur ki, "Bələdiyyə  torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli, 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər, əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-II QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə uyğun olaraq İsmayıllı Bələdiyyəsinin alqı-satqı predmeti olan, 0,0200 ha. torpaq sahəsinin sahibkarlıq məqsədiləsatılması ilə bağlı müsabiqə keçirilməsinə başlamaq məqsədəuyğundur.

Sahibkarlıq məqsədli həmin torpaq sahəsi üçün hər bir kvadrat metrə görə 72 ( yetmiş iki) manat olmaqla cəmi 72x200=14400 (on dörd min dörd yüz)  manat ilkin qiymət müəyyən olunmaqla ƏMDK yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası ilə müsabiqənin keçirilməsi üçün müqavilə bağlanması məqsədəuyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev geniş açıqlamadan sonra , 0,0200 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə alan tərəfə müsabiqənin keçirilmə qaydalarına uyğun şəkildə satılmasını təklif etdi.

         Bələdiyyənin üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov, Vidadi Zərbiyev,  Raman Ağayev, Minazər İsgəndərova, Əsli Süleymanzadə və  Qumru Abdullayeva  da  bu təklifi dəstəklədilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq  müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

Qərar: 3.1. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi 189D ünvanında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0200 ha torpaqsahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatması nəzərə alınsın. (Əsas: A № 379040 saylı torpaq sahəsinin planı və ölçüsü).

         Qərar: 3.2. İsmayıllı bələdiyyəsinin alqı-satqı  predmeti olan 0,0200 ha sahibkarlıq məqsədli torpaq sahəsinin satılması  məqsədi ilə hərrac keçirilsin.Hərracda (müsabiqədə)  satış qiyməti hər 1 kvadratmetr üçün 72 (yetmiş iki) manatolmaqla cəmi 72x200=14400 (on dörd min dörd yüz) manat ilkin qiymət müəyyən edilsin və Müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə ƏMDK yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası arasında  müqavilə bağlansın.

Qərar: 3.3  Qərarın icrasına nəzarət bələdiyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

4. 24.12.2016-cı il tarixli, Seriya RX 0976431  saylı çıxarış, A №114845  saylı plan ölçü ilə  bələdiyyənin mülkiyyət   hüququ qeydiyyata alınmış, İsmayıllı şəhəri Mican ərazisində yerləşən 0,0336 ha həyətyanı məqsədli torpaq  sahəsinin Azərbaycan  Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının seriya AM    №  008155 saylı Şəhadətnaməsinə   əsasən Quliyev Əli Davud   oğluna satılması  barədə.(Məruzəçi: Sosial  Siyasət və İqtisadi İnkişaf Məsələləri    daimi  komissiyasının sədri –   Ş.Soltanov).

 

    Eşidildi: 4.1.İclasın sədri gündəlikdəki dördüncüməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri Şahməmməd Soltanova verdi. O bildirdi ki, bələdiyyənin mülkiyyətində olan 0,0336 ha torpaq sahəsi üzrə Hərracların  Təşkili üzrə Auksion Mərkəzinin komissiyasına müraciət edilmişdir. Müsabiqə keçirilmiş və müsabiqədə Azərbaycan Respublikası ƏMDK yanında  Hərracların  Təşkili üzrə Auksion Mərkəzinin seriya AM  №  008155 saylı  Şəhadətnaməsinə   əsasən Quliyev Əli Davud oğlu qalib gəlmişdir. Ona görə də 0,0336 ha həyətyanı məqsədli torpaq sahəsinin ona satılması məqsədə uyğundur.                  

           Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

         Çıxışlar: 4.1. Bələdiyyənin  üzvü Cümşüd Hacıyev geniş açıqlamadan sonra  0,0336 ha. torpaq sahəsinin  müsabiqədə qalib gələnə satılmasına tərəfdar olduğunu bildirdi.

            Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev ,Vidadi Məmmədov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.        

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

      Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

Qərara alındı:

        Qərar: 4.1. DƏDRX-nin 24.12.2016-cı il tarixli seriya RX 0976431 saylı çıxarışına və A №114845 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları qeydiyyata alınmış İsmayıllı şəhəri Mican ərazisindəyerləşən 0,0336 ha həyətyanı təyinatlı torpaq  sahəsi Azərbaycan Respublikası ƏMDK  yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzinin seriya AM  №  008155 saylı  Şəhadətnaməsinə   əsasən müsabiqənin qalibi  Quliyev Əli Davud oğluna satılsın.

        Qərar: 4.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ62AIIB38090019440248071178   VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq  1062 (bir min altmış iki)  manatolmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında  notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

     Qərar: 4.3. Vətəndaş  Quliyev Əli Davud oğlu nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

     Qərar: 4.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkiləşdirə bilməz.

     Qərar: 4.5. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

5.İsmayıllı şəhəri ərazisində "Abad məhəllə” layihəsinin həyata keçirilməsi məqsədilə V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısında nəzərdə tutulan talvar tikintisi üçün bələdiyyə büdcəsindən 4893 (dörd min səkkiz yüz doxsan üç) manat vəsaitin ayrılması barədə. (Məruzəçi: Sosial  Siyasət və  İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).      

     Eşidildi:5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. O qeyd etdi ki, şəhərin V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısında talvar tikintisi üçün həmin əraziyə baxış keçirilib və binanın qarşısında talvar tikintisinin vacib olması müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyinizi xahiş edirəm.

       Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev çıxış edərək bildirdi ki, şəhərin V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısına baxış keçirilmişdir və həqiqətən həmin binanın qarşısında talvar tikintisi vacib məsələ olması müəyyən edilmişdir. 

          O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev,Vidadi Məmmədov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  də bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 5.1.  İsmayıllı şəhərinin V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısında talvar tikintisi üçün  bələdiyyə büdcəsindən 4893 (dörd min səkkiz yüz doxsan üç) manat manat  vəsit ayrılsın.

Əsas: Təqdim olunmuş smeta-layihə sənədləri.

Qərar: 5.2. Qərarın icrası bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə və baş mühasibi  Fərman Dəmirova həvalə edilsin.

 

 

            İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

İclasda iştirak  etmiş bələdiyyə üzvlərinin  imzaları:

1. _______________ Hacıyev Cümşüd Bəhərçin oğlu

2. _______________Kazımov Qüdrət Ərvət oğlu

3. _______________Zərbiyev Vidadi Valeh oğlu

4. _______________Məmmədov Vidadi Şərif oğlu

5. _______________Soltanov Şahməmməd Nurulla oğlu

6. _______________Ağayev Raman Böyükağa oğlu

7. _______________İsgəndərova Minazər  Ramiz qızı

8. _______________Süleymanzadə Əsli Şakir qızı