İclas protokolları


27.08.19 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 09 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

09 saylı iclas protokolu

 

09 avqust 2019-cu il                                                                       İsmayıllı şəhəri

 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.       Ağayev Pərviz Əlövsət oğlu

2.      Hacıyev Cümşüd Bəhərçin oğlu

3.       Kazımov Qüdrət Ərvət oğlu

4.      Zərbiyev Vidadi Valeh oğlu

5.       Məmmədov Vidadi Şərif oğlu

         6.   Soltanov Şahməmməd Nurulla oğlu

         7.  Ağayev Raman Böyükağa oğlu

         8.  İsgəndərova Minazər Ramiz qızı

         9.  Süleymanzadə Əsli  Şakir qızı

       10. Abdullayeva Qumru Rahim qızı

         

      Üzrlü səbəbdən iclasda  iştirak  etmir:

1.      Tarverdiyev İsmayıl Emin  oğlu

         2.  Şirəliyev Rövşən Qasım oğlu

         3.  Əhmədova Aytəkin Oktay qızı

         4. Qasımova Sevda Bəkir qızı

         

                                     Sədr:      Pərviz Ağayev  (bələdiyyənin sədri)

                                      Katib:   Qumru Abdullayeva  (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

 

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional   Ədliyyə İdarəsinin 25 iyul 2019-cu il tarixli 1692-İ saylı təklif məktubunun müzakirəsi haqqında. (Məruzəçi: bələdiyyənin   sədri P.Ağayev).

 

2.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.08.2019-cu il tarixli 19030094978 saylı İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün əlavə olaraq 0,30 ha torpaq sahəsinin ayrılması ilə bağlı İsmayıllı bəldiyyəsinin 19 iyul 2019-cu il tarixli 08 saylı iclasının 13 saylı qərarının ləğv olunması  haqqında.(Məruzəçi:Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri –   Ş.Soltanov).

 

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17.07.2019-cu il tarixli 19030086481 saylı İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün 0,47 ha torpaq sahəsinin ayrılması  haqqında məktubuna və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.08.2019-cu il tarixli 19030094978 saylı İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün əlavə olaraq 0,30 ha torpaq sahəsinin ayrılması haqqında məktublarına baxılması barədə.(Məruzəçi:Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri –   Ş.Soltanov).


4.İsmayıllı şəhəri Q.Əsədov küçəsi ünvanında yaşayan bir qrup vətəndaş yaşadıqları ünvanda 1(bir) ədəd yalanqoz cinsinə məxsus aşma ehtimalı olan ağacın payız fəslində elektrik xətlərinə toxunan və yola doğru əyilən budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul 2019-cu il tarixli 463 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Ağayev Firidun, Əliyev Mahir və digərləri). (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

 

5. İsmayıllı şəhəri  ərazisində yerləşən köküstə tam quruyaraq qəzalı vəziyyətdə  təhlükə yaradan 18 (on səkkiz) ədəd ağacların kəsilməsi üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 avqust 2019-cu il tarixli 510 saylı məktubuna baxılması barədə. (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

 

6.12-13 avqust Qurban bayramı münasibətilə qurban kəsilib paylanılması üçün bələdiyyə büdcəsindən 640 (altı yüz qırx) manat vəsaitin ayrılması  barədə. (Məruzəçi:Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri –   Ş.Soltanov).

 

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

 

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -  10 səs;

     əleyhinə - yoxdur;

bitərəf - yoxdur

 

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional   Ədliyyə İdarəsinin 25 iyul 2019-cu il tarixli 1692-İ saylı təklif məktubunun müzakirəsi haqqında. (Məruzəçi: bələdiyyənin  sədri P.Ağayev).

 

Eşidildi: 1.1.İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional  Ədliyyə İdarəsinin 25 iyul 2019-cu il tarixli 1692-İ saylı təklif məktubu daxil olmuşdur. Daxil olmuş təklif məktubunda İsmayıllı bələdiyyəsinin 28.06.2019-cu il tarixli 07 saylı iclas protokolunda İsmayıllı şəhəri ərazisində "Abad Məhəllə” layihəsinin həyata keçirilməsi məqsədilə V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 30 mənzilli yaşayış evinin  qarşısında nəzərdə tutulan talvar tikintisi üçün bələdiyyə büdcəsindən 4893 (dörd min səkkiz yüz doxsan üç) manat maliyyə vəsaiti ayrılması barədə qəbul olunmuş qərarın həmin vəsaitin xərclənməsi ilə əlaqədar qanunvericiliyə uyğun maliyyə sənədlərinin Ədliyyə idarəsinə təqdim olunmaması səbəbindən ləğv edilməsi təklif edilmişdir.

       Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional  Ədliyyə İdarəsinin 25 iyul 2019-cu il tarixli 1692-İ saylı təklif məktubuna əsasən İsmayıllı bələdiyyəsinin 28.06.2019-cu il tarixli 07 saylı iclas protokolunda İsmayıllı şəhəri ərazisində "Abad Məhəllə” layihəsinin həyata keçirilməsi məqsədilə V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 30 mənzilli yaşayış evinin  qarşısında nəzərdə tutulan talvar tikintisi üçün bələdiyyə büdcəsindən 4893 (dörd min səkkiz yüz doxsan üç) manat maliyyə vəsaiti ayrılması barədə qəbul olunmuş qərarın həmin vəsaitin xərclənməsi ilə əlaqədar qanunvericiliyə uyğun maliyyə sənədlərinin Ədliyyə idarəsinə təqdim olunmaması səbəbindən ləğv edilməsi təklifini məqsədəuyğun hesab edirəm.

Həmin  qərarın ləğv olunmasını və bələdiyyə büdcəsində  maliyyə vəsaiti yarandığı halda  həmin talvarın tikintisi üçün qanunvericiliyə uyğun şəkildə maliyyə vəsaitinin ayrılması barədə  yenidən qərar qəbul olunmasını təklif edirəm.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Vidadi Məmmədov, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə və  Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.           

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 

Qərara alındı:

Qərar: 1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional  Ədliyyə İdarəsinin 25 iyul 2019-cu il tarixli 1692-İ saylı təklif məktubuna əsasən İsmayıllı bələdiyyəsinin 28.06.2019-cu il tarixli 07 saylı iclas protokolunda İsmayıllı şəhəri ərazisində "Abad Məhəllə” layihəsinin həyata keçirilməsi məqsədilə V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 30 mənzilli yaşayış evinin  qarşısında nəzərdə tutulan talvar tikintisi üçün bələdiyyə büdcəsindən 4893 (dörd min səkkiz yüz doxsan üç) manat maliyyə vəsaiti ayrılması barədə qəbul olunmuş qərar ləğv edilsin.

 Qərar: 1.2. Qərarın surəti Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar:  1.3.  Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

2.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.08.2019-cu il tarixli 19030094978 saylı İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün əlavə olaraq 0,30 ha torpaq sahəsinin ayrılması ilə bağlı İsmayıllı bəldiyyəsinin 19 iyul 2019-cu il tarixli 08 saylı iclasının 13 saylı qərarının ləğv olunması  haqqında.(Məruzəçi:Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri –   Ş.Soltanov).

 

Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 17.07.2019-cu il tarixli 19030086481 saylı İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün 0,47 ha torpaq sahəsinin ayrılması  haqqındaİsmayıllı bələdiyyəsinə məktubla müraciət etmişdir. İsmayıllı bələdiyyəsinin 19.07.2019-cu il tarixli 08 saylı iclasının 13 saylı qərarı ilə həmin torpaq sahəsinin  sənədləşməsi üçün prosedura başlanması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsmayıllı bələdiyyəsinə müraciət edərək  İsmayıllı şəhəri ərazisində İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün əlavə olaraq 0,30 ha torpaq sahəsinin ayrılması  üçün müraciət etmişdir. Həmin əraziyə baxış keçirilmiş və əlavə olaraq 0,30 ha sahibkarlıq məqsədli bələdiyyə torpağının, ümumilikdə 0,77 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə uzunmüddətli icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir.  

Torpaq sahəsinin bir yerdə olmasını, eyni icarəçiyə eyni məqsədlə  icarəyə verildiyini nəzərə alaraq 0,77 ha torpaq sahəsinin bir sənəd üzrə sənədləşməsinin proseduruna başlamaq məqsədi ilə İsmayıllı bələdiyyəsinin 19.07.2019-cu il tarixli 08 saylı iclas protokolunun 13 saylı qərarının ləğv olunması məqsədəuyğun hesab edilir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, hər iki torpaq sahəsinin eyni  yerdə yerləşməsi və eyni icarəçiyə eyni məqsədlə icarəyə verildiyinə görə bələdiyyənin 19.07.2019-cu il tarixli 08 saylı iclas protokolunun 13 saylı qərarının ləğv olunması məqsədəuyğundur.

        O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri  Qüdrət Kazımov, Vidadi Məmmədov, Vidadi Zərbiyev, Raman Ağayev, Qumru Abdullayeva, Minazər İsgəndərova və Əsli Süleymanzadə də  bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

         

Qərara alındı:

          Qərar: 2.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.08.2019-cu il tarixli 19030094978 saylı İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün əlavə olaraq 0,30 ha torpaq sahəsinin ayrılması  haqqında məktubuna əsasən hər iki torpaq sahəsinin eyni  yerdə yerləşməsi və eyni icarəçiyə eyni məqsədlə icarəyə verildiyinə görə 0,77 ha torpaq sahəsinin birlikdə sənədləşməsi məqsədilə İsmayıllı bələdiyyəsininşəhərin H.Əliyev prospektinin qərbində yerləşənİsmayıllı bələdiyyəsinin icarə predmeti olan 0,47 ha torpaq sahəsinin Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün sahibkarlıq məqsədi ilə uzunmüddətli icarəyə verilməsindən ötrü torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılması barədə 19.07.2019-cu il tarixli 08 saylı iclas protokolunun 13 saylı qərarı ləğv edilsin.

          Qərar: 2.2.  Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17.07.2019-cu il tarixli 19030086481 saylı İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün 0,47 ha torpaq sahəsinin ayrılması  haqqında məktubuna və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.08.2019-cu il tarixli 19030094978 saylı İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün əlavə olaraq 0,30 ha torpaq sahəsinin ayrılması haqqında məktublarına baxılması barədə.(Məruzəçi:Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri –   Ş.Soltanov).

 

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəki üçüncü  məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O qeyd etdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsmayıllı bələdiyyəsinə müraciət edərək  İsmayıllı şəhəri ərazisində İsmayıllı rayonunda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün əlavə olaraq 0,30 ha torpaq sahəsinin ayrılması  üçün müraciət etmişdir. Həmin əraziyə baxış keçirilmiş və əlavə olaraq 0,30 ha sahibkarlıq məqsədli bələdiyyə torpağının, ümumilikdə 0,77 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə uzunmüddətli icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir.  

Odur ki, "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq İsmayıllı şəhəri ərazisində H.Əliyev prospektinin qərbində yerləşən  "Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün İsmayıllı bələdiyyəsininicarə predmeti olan sahibkarlıq məqsədli 0,77 ha torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəuyğundur.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev bildirdi ki, bu məsələ torpaqlardan səmərəli istifadə və bələdiyyə büdcəsinə gəlirlərin daxil olunması baxımından əhəmiyyətlidir.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

        Bələdiyyə üzvləri  Qüdrət Kazımov, Vidadi Məmmədov, Vidadi Zərbiyev, Raman Ağayev, Qumru Abdullayeva, Minazər İsgəndərova və Əsli Süleymanzadə də  bu təklifə tərəfdar olduqlarını bildirdilər.

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

         "Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

 

 

Qərara alındı:

          Qərar: 3.1. İsmayıllı şəhərinin H.Əliyev prospektinin qərbində yerləşən İsmayıllı bələdiyyəsinin icarə predmeti olan 0,77 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin  mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik Sosial Sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi üçün sahibkarlıq məqsədi ilə uzunmüddətli icarəyə verilməsindən ötrü torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma  proseduruna başlanılsın.

          Qərar: 3.2.  Mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənəd və Dövlət Reyestrindən Çıxarışla birlikdə bələdiyyəyə təqdim edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilsin.

       Qərar: 3.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

4.İsmayıllı şəhəri Q.Əsədov küçəsi ünvanında yaşayan bir qrup vətəndaş yaşadıqları ünvanda 1(bir) ədəd yalanqoz cinsinə məxsus aşma ehtimalı olan ağacın payız fəslində elektrik xətlərinə toxunan və yola doğru əyilən budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul 2019-cu il tarixli 463 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Ağayev Firidun, Əliyev Mahir və digərləri). (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

 

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, Q.Əsədov küçəsi ünvanında yaşayan vətəndaşlar bələdiyyəyə ərizə ilə müraciət edərək, yaşadıqları ünvanda 1(bir) ədəd yalanqoz cinsinə məxsus aşma ehtimalı olan ağaca baxış keçirilmiş və həmin ağacın elektrik xəttinə toxunan və yola doğru əyilən  budaqlarının budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, qeyri-əlverişli hava şəraitində həmin ağacın budaqlarının elektrik xəttinə təhlükə törətməsi ehtimal olunur. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.

 O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.           

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

      Qərar: 4.1. İsmayıllı şəhərinin Q.Əsədov küçəsi ünvanında (Ağayev Firidun, Əliyev Mahir və digərlərinin yaşadığı ünvanda) 1 (bir) ədəd yalanqoz cinsinə məxsus ağacın  payız fəslində elektrik xəttinə toxunan və yola doğru əyilən  budaqlarının budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul  2019-cu il tarixli 463 saylı rəyi.

      Qərar: 4.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

5. İsmayıllı şəhəri  ərazisində yerləşən köküstə tam quruyaraq qəzalı vəziyyətdə  təhlükə yaradan 18 (on səkkiz) ədəd ağacların kəsilməsi üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 avqust 2019-cu il tarixli 510 saylı məktubuna baxılması barədə. (Məruzəçi-sədr müavini-Cümşüd Hacıyev)

 

    Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, İsmayıllı şəhəri ərazisində ümumilikdə 18 (on səkkiz) ədəd müxtəlif cinsli ağacların  təbii amillər nəticəsində köküstə tam quruyaraq ətrafdakı tikililərə, yüksək gərginlikli elektrik xətlərinə, avtomobillərin və vətəndaşların hərəkətinətəhlükə yaradan ağacların yerində və ətrafında iqlimə uyğun davamlı, uzunömürlü cinslərdən ağacların əkilməsi şərtilə kəsilərək təhlükəsiz vəziyyətə gətirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.  O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

    Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.          

       Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

 

Qərara alındı:

      Qərar: 5.1. İsmayıllı şəhəri ərazisində yerləşən ümumilikdə 18 (on səkkiz) ədəd müxtəlif cinsli ətrafdakı tikililərə, yüksək gərginlikli elektrik xətlərinə, avtomobillərin və vətəndaşların hərəkətinə təhlükə yaradan ağacların yerində və ətrafında iqlimə uyğun davamlı, uzunömürlü cinslərdən ağaclar əkilməsi şərtilə kəsilməsi  işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi”  verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul 2019-cu il tarixli 510 saylı rəyi.

      Qərar: 5.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

 

6.12-13 avqust Qurban bayramı münasibətilə qurban kəsilib paylanılması üçün bələdiyyə büdcəsindən 640 (altı yüz qırx) manat vəsaitin ayrılması  barədə. (Məruzəçi:Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri –   Ş.Soltanov).

 

Eşidildi: 6.1. İclasın sədri gündəlikdəki altıncı məsələnin məzmununu açıqladı. O bildirdi ki, qarşıdan Qurban bayramı gəlir. Bələdiyyə tərəfindən bu il bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçularına və bir qrup şəhər sakininə qurban payı verilməsi nəzərdə tutulmuşdur. Bu məsələyə komissiya iclasında baxılmış, bələdiyyə büdcəsindən 640 (altı yüz qırx) manat vəsaitin ayrılması məqsədəuyğun hesab edilmişdir.

           Məsələyə münasibət bildirməyiniz  xahiş olunur.

             Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Vidadi  Zərbiyev çıxışında bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçularına və bir qrup şəhər sakininə Qurban əti  paylaması üçün bələdiyyə büdcəsindən  640 (altı yüz qırx) manat  vəsaitin ayrılmasını məqsədəuyğun hesab etdiyini bildirdi.

        Bələdiyyə üzvləri Cümşüd Hacyev, Qüdrət Kazımov, Vidadi Məmmədov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova  da bu təklifə tərəfdar olduqlarını bildirdilər.    

             

           Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

 

                                          Qərara alındı:

 Qərar: 6.1. Bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçularına və bir qrup şəhər sakininə Qurban payı (ət) verilməsi üçün bələdiyyə büdcəsindən 640 (altı yüz qırx) manat vəsait  ayrılsın.

 Qərar: 6.2.Qərarın icrasına nəzarət sədr müavini Cümşüd Hacıyevə və  baş mühasib Fərman  Dəmirova həvalə  edilsin.

 

 

 

 

            İclasın sədri:                                   Ağayev Pərviz Əlövsət oğlu

                     

           İclasın katibi:                                  Abdullayeva Qumru Rahim qızı

 

 İclasda  iştirak  etmiş bələdiyyə üzvlərinin  imzaları:

1. _______________ Hacıyev Cümşüd Bəhərçin oğlu

2. _______________Kazımov Qüdrət Ərvət oğlu

3. _______________Zərbiyev Vidadi Valeh oğlu

4. _______________Məmmədov Vidadi Şərif oğlu

5. _______________Soltanov Şahməmməd Nurulla oğlu

6. _______________Ağayev Raman Böyükağa oğlu

7. _______________İsgəndərovaMinazər  Ramiz qızı

8. _______________Süleymanzadə Əsli Şakir qızı