İclas protokolları


23.09.19 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 10 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 10 saylı iclas protokolu

İsmayıllı şəhəri                                                                                        22 avqust 2019-cu il 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 14 (on dörd) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1. Ağayev Pərviz Əlövsət oğlu

2. Hacıyev Cümşüd Bəhərçin oğlu

3. Kazımov Qüdrət Ərvət oğlu

4.Zərbiyev Vidadi Valeh oğlu

5.Məmmədov Vidadi Şərif oğlu

6. Soltanov Şahməmməd Nurulla oğlu

7. Ağayev Raman Böyükağa oğlu

8. İsgəndərova Minazər Ramiz qızı

9. Süleymanzadə Əsli Şakir qızı

10. Abdullayeva Qumru Rahim qızı

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1.Tarverdiyev İsmayıl Emin oğlu

2. Şirəliyev Rövşən Qasım oğlu

3. Əhmədova Aytəkin Oktay qızı

4.Qasımova Sevda Bəkir qızı

Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Qumru Abdullayeva (bələdiyyə üzvü)

Gündəlikdəki məsələlər:

1.Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli ölkə üzrə 01 sentyabr 2019-cu il tarixdən minimum əmək haqqının artırılması haqqında Sərəncamına əsasən gəlir və xərclər smetasına əlavə və dəyişikliklər edilməsi barədə. (Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

2. 21.09.2017-ci il tarixli Seriya RX 1120677 saylı çıxarış və A № 185757 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış İsmayıllı şəhəri Q.Aslanov küçəsi 58 A ünvanında yerləşən 0,046 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Səmədova Cəmilə Tarıverdi qızına satılması barədə.(Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri– Şahməmməd Soltanov)

3. 16.08.2019-cu il tarixli A № 416818 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış İsmayıllı şəhəri Yuxarıbaş ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Əlimuradov Hüseyin Əlimurad oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri– Şahməmməd Soltanov)

4. 07.08.2019-cu il tarixli A № 416711 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev № 5A ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Bədəlova Esmira Mahmud qızına satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri– Şahməmməd Soltanov)

5. 08.08.2019-cu il tarixli A № 416716 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış İsmayıllı şəhəri H.Əliyev prospekti № 155A ünvanında yerləşən 0,0282 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Ağayev Mahir Cəmil oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri– Şahməmməd Soltanov)

6.İsmayıllı şəhəri Yuxarıbaş ərazisində yerləşən vətəndaşa məxsus evin yaxınlığında yolun kənarında təhlükə yaradan, eyni zamanda fərdi yaşayış evlərinin yaxınlığında yolun kənarında yerləşən normal bioloji inkişafda olan 57 (əlli yeddi) ədəd qovaq cinsindən olan ağacların qeyri-əlverişli hava şəraitində aşma təhlükəsi olan gövdələrinin üst hissəsindən 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2019-cu il tarixli 324 saylı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 02 may 2019-cu il tarixli 22/1255 saylı məktublarına baxılması barədə. (Ərizəçi: Babayev Şəmsi Şahverdi oğlu). (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

7.İsmayıllı şəhəri Mican ərazisində yerləşən vətəndaşa məxsus fərdi yaşayış evinin yaxınlığında təhlükə yaradan 1 (bir) ədəd palıd cinsindən olan ağacın ilkin mərhələdə gövdəsinin üst hissəsindən təhlükəsiz səviyyədə 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2019-cu il tarixli 323 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Bəkirova Nazilə). (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

8.Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2019-cu il tarixli 2-1(84)-1238/2018 saylı məktubunun baxılması barədə. (Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

9.İsmayıllı şəhəri ərazisində "Abad məhəllə” layihəsinin həyata keçirilməsi məqsədilə V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısında nəzərdə tutulan talvartikintisi üçün bələdiyyə büdcəsindən 3276 (üç min iki yüz yetmiş altı) manat vəsaitin ayrılması barədə.(Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə - yoxdur;

bitərəf - yoxdur

1.Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli ölkə üzrə 01 sentyabr 2019-cu il tarixdən minimum əmək haqqının artırılması haqqında Sərəncamına əsasən gəlir və xərclər smetasına əlavə və dəyişikliklər edilməsi barədə. (Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Büdcə məsələləri daimi komissiyasının sədri Raman Ağayevə verdi. O qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli ölkə üzrə 01 sentyabr 2019-cu il tarixdən minimum əmək haqqının artırılması haqqında Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən bələdiyyənin gəlir və xərclər smetasına əlavə və dəyişikliklər edilməsi vacibdir. Hazırda müzakirəyə çıxarılan İsmayıllı bələdiyyəsinin 01 sentyabr 2019-cu il tarixdən əlavə və dəyişikliklər edilmiş büdcə layihəsidir. (Aydınlıq üçün büdcə layihəsinə edilmiş əlavə və dəyişikliklər bəndlər üzrə oxunub diqqətə çatdırıldı).

(İsmayıllı bələdiyyəsinin 01 sentyabr 2019-cu il tarixdən əlavə və dəyişikliklər edilmiş büdcə layihəsi protokola əlavə olunur).

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev İsmayıllı bələdiyyəsinin 01 sentyabr 2019-cu il tarixdən büdcə layihəsinə edilmiş əlavə və dəyişiklikləri təqdim olunduğu variantda qəbul olunmasını təklif etdi.

Bələdiyyənin digər üzvləri Qüdrət Kazımov, Vidadi Mamedov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Qumru Abdullayeva, Minazər İsgəndərova və Əsli Süleymanzadə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 1.1. İsmayıllı bələdiyyəsinin 01 sentyabr 2019-cu il tarixdən gəlir və xərclər smetasına edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla büdcə layihəsi təsdiq olunsun.

2. 21.09.2017-ci il tarixli Seriya RX 1120677 saylı çıxarış və A № 185757 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış İsmayıllı şəhəri Q.Aslanov küçəsi 58 A ünvanında yerləşən 0,046 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Səmədova Cəmilə Tarıverdi qızına satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri– Şahməmməd Soltanov)

Eşidildi: 2.1. İclasın sədri ikinciməsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O bildirdi ki, Q.Aslanov küçəsi 58 ünvanında yerləşən vətəndaşın həyətyanı sahəsinə bitişik zəbt olunmuş 0,046 ha həyətyanı məqsədli torpaq sahəsi vardır. Vətəndaş ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin başqa vətəndaşa satılmasına etiraz etmədiyini bildirmişdir. İsmayıllı şəhər sakini Səmədova Cəmilə Tarıverdi qızı ərizə ilə müraciət edərək həmin zəbt olunmuş bələdiyyə torpağının ona satılmasını xahiş etmişdir. Ərizəyə əsasən prosedura başlanmış və torpaq sahəsi bələdiyyənin mülkiyyətinə alınmışdır.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev geniş açıqlamadan sonra 0,046 ha. torpaq sahəsinin alan tərəfə satılmasını təklif etdi.

Bələdiyyənin üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov,Vidadi Zərbiyev, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova də bu təklifi dəstəklədilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 2.1. İsmayıllı bələdiyyəsinin şəhərin Q.Aslanov küçəsi 58 A ünvanında yerləşən yaşayış məntəqələrinin torpağından fərdi ev tikmək məqsədi ilə Səmədova Cəmilə Tarıverdi qızına 0,046 ha. həyətyanı məqsədli torpaq sahəsi satılsın.

Əsas: Vətəndaşın ərizəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin21.09.2017-ci il tarixli Seriya RX 1120677 saylı çıxarış və A № 185757 saylı torpaq sahəsinin planı və ölçüsü.

Qərar: 2.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ62AIIB38090019440248071178 VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq 316 x 4,6= 1454 (bir min dörd yüz əlli dörd) manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

Qərar: 2.3. Vətəndaş Səmədova Cəmilə Tarıverdi qızı nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

Qərar: 2.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkiləşdirə bilməz.

Qərar: 2.5. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

3. 16.08.2019-cu il tarixli A № 416818 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış İsmayıllı şəhəri Yuxarıbaş ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Əlimuradov Hüseyin Əlimurad oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri– Şahməmməd Soltanov)

Eşidildi: 3.1. İclasın sədri üçüncüməsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O bildirdi ki, Yuxarıbaş ərazisində yerləşənvətəndaşın həyətyanı sahəsinə bitişik zəbt olunmuş 0,07 ha həyətyanı məqsədli torpaq sahəsi vardır. Vətəndaş ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin başqa vətəndaşa satılmasına etiraz etmədiyini bildirmişdir. İsmayıllı şəhər sakini Əlimuradov Hüseyin Əlimurad oğlu ərizə ilə müraciət edərək həmin zəbt olunmuş bələdiyyə torpağının ona satılmasını xahiş etmişdir. Ərizəyə əsasən prosedura başlanmış və torpaq sahəsi bələdiyyənin mülkiyyətinə alınmışdır.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev geniş açıqlamadan sonra 0,07 ha. torpaq sahəsinin alan tərəfə satılmasını təklif etdi.

Bələdiyyənin üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov,Vidadi Zərbiyev, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova də bu təklifi dəstəklədilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 3.1. İsmayıllı bələdiyyəsinin şəhərinYuxarıbaş ərazisində yerləşən yaşayış məntəqələrinin torpağından fərdi ev tikmək məqsədi ilə Əlimuradov Hüseyin Əlimurad oğluna 0,07 ha. həyətyanı məqsədlitorpaq sahəsi satılsın.

Əsas: Vətəndaşın ərizəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin16.08.2019-cu il tarixli A № 416818 saylı torpaq sahəsinin planı və ölçüsü.

Qərar: 3.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ62AIIB38090019440248071178 VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq 316 x 7= 2212 (iki min iki yüz on iki) manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

Qərar: 3.3. Vətəndaş Əlimuradov Hüseyin Əlimurad oğlu nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

Qərar: 3.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkiləşdirə bilməz.

Qərar: 3.5. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

4. 07.08.2019-cu il tarixli A № 416711 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev № 5A ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Bədəlova Esmira Mahmud qızına satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri– Şahməmməd Soltanov)

Eşidildi: 4.1. İclasın sədri dördüncüməsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O bildirdi ki, M.Ə.Sabir küçəsi ev № 5A ünvanında yerləşən vətəndaşın həyətyanı sahəsinə bitişik zəbt olunmuş 0,045 ha həyətyanı məqsədli torpaq sahəsi vardır. Vətəndaş ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin başqa vətəndaşa satılmasına etiraz etmədiyini bildirmişdir. İsmayıllı şəhər sakini Bədəlova Esmira Mahmud qızı ərizə ilə müraciət edərək həmin zəbt olunmuş bələdiyyə torpağının ona satılmasını xahiş etmişdir. Ərizəyə əsasən prosedura başlanmış və torpaq sahəsi bələdiyyənin mülkiyyətinə alınmışdır.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev geniş açıqlamadan sonra 0,045 ha. torpaq sahəsinin alan tərəfə satılmasını təklif etdi.

Bələdiyyənin üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov,Vidadi Zərbiyev, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova də bu təklifi dəstəklədilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 4.1. İsmayıllı bələdiyyəsinin şəhərinM.Ə.Sabir küçəsi ev № 5A ünvanında yerləşən yaşayış məntəqələrinin torpağından fərdi ev tikmək məqsədi ilə Bədəlova Esmira Mahmud qızına 0,045 ha. həyətyanı məqsədli torpaq sahəsi satılsın.

Əsas: Vətəndaşın ərizəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin07.08.2019-cu il tarixli A № 416711 saylı torpaq sahəsinin planı və ölçüsü.

Qərar: 4.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ62AIIB38090019440248071178 VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq 316 x 4,5= 1422 (bir min dörd yüz iyirmi iki) manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

Qərar: 4.3. Vətəndaş Bədəlova Esmira Mahmud qızı nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

Qərar: 4.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkiləşdirə bilməz.

Qərar: 4.5. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

5. 08.08.2019-cu il tarixli A № 416716 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış İsmayıllı şəhəri H.Əliyev prospekti № 155A ünvanında yerləşən 0,0282 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Ağayev Mahir Cəmil oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri– Şahməmməd Soltanov)

Eşidildi: 5.1. İclasın sədri beşinciməsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Ş.Soltanova verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Ağayev Mahir Cəmil oğlu ərizə ilə müraciət edərək həyətində 0,0282 ha zəbt olunmuş bələdiyyə torpağı olduğunu bildirmiş və həmin zəbt olunmuş torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəyə əsasən prosedura başlanmış və torpaq sahəsi bələdiyyənin mülkiyyətinə alınmışdır. Onu da nəzərinizə çatdırırıq ki, həmin torpaq sahəsinin başqa vətəndaşa satılması mümkün olmadığı üçün həmin həyətyanı torpaq sahəsinin ona hərrac və müsabiqədənkənar satılmasına əsas verir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev geniş açıqlamadan sonra 0,0282 ha. torpaq sahəsinin alan tərəfə satılmasını təklif etdi.

Bələdiyyənin üzvləri Qüdrət Kazımov, Vidadi Məmmədov,Vidadi Zərbiyev, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova də bu təklifi dəstəklədilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 5.1. İsmayıllı bələdiyyəsinin şəhərinH.Əliyev prospekti № 155A ünvanında yerləşən yaşayış məntəqələrinin torpağından fərdi ev tikmək məqsədi ilə Ağayev Mahir Cəmil oğluna 0,0282 ha. həyətyanı məqsədli torpaq sahəsi satılsın.

Əsas: Vətəndaşın ərizəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin08.08.2019-cu il tarixli A № 416716 saylı torpaq sahəsinin planı və ölçüsü.

Qərar: 5.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ62AIIB38090019440248071178 VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq 316 x 2,82= 892 (səkkiz yüz doxan iki) manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

Qərar: 5.3. Vətəndaş Ağayev Mahir Cəmil oğlu nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

Qərar: 5.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkiləşdirə bilməz.

Qərar: 5.5. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

6.İsmayıllı şəhəri Yuxarıbaş ərazisində yerləşən vətəndaşa məxsus evin yaxınlığında yolun kənarında təhlükə yaradan, eyni zamanda fərdi yaşayış evlərinin yaxınlığında yolun kənarında yerləşən normal bioloji inkişafda olan 57 (əlli yeddi) ədəd qovaq cinsindən olan ağacların qeyri-əlverişli hava şəraitində aşma təhlükəsi olan gövdələrinin üst hissəsindən 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2019-cu il tarixli 324 saylı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 02 may 2019-cu il tarixli 22/1255 saylı məktublarına baxılması barədə. (Ərizəçi: Babayev Şəmsi Şahverdi oğlu). (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 6.1. İclasın sədri gündəlikdəki altıncı məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, şəhərin Yuxarıbaş ərazisində yaşayan vətəndaş Babayev Şəmsi Şahverdi oğlu bələdiyyəyə ərizə ilə müraciəti əsasında vətəndaşın yaşadığı ünvanda fərdi yaşayış evinin yaxınlığında təhlükəli vəziyyətdə olan 57 (əlli yeddi) ədəd qovaq cinsinə aid köküstə yaş vəziyyətdə olan ağaclara baxış keçirilmiş və həmin ağacların ilkin mərhələdə gövdəsinin üst hissəsindən təhlükəsiz səviyyədə 7-8 metr hündürlükdən budanmasına və qulluq edilərək nəzarətdə saxlanılmasınaehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 6.1. İsmayıllı şəhərinin Yuxarıbaş ərazisində yaşayan Babayev Şəmsi Şahverdi oğlunun yaşadığı ünvanda, fərdi yaşayış evlərinin yaxınlığında, yolun kənarında mövcud olan 57 (əlli yeddi) ədəd qovaq cinsinə məxsus ağacların payız fəslində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti iləgövdəsinin üst hissəsindən təhlükəsizliyə əməl olunmaqla 7-8 metr hündürlükdən budanması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2019-cu il tarixli 324 saylı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 02 may 2019-cu il tarixli 22/1255 saylı məktubları.

Qərar: 6.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

7.İsmayıllı şəhəri Mican ərazisində yerləşən vətəndaşa məxsus fərdi yaşayış evinin yaxınlığında təhlükə yaradan 1 (bir) ədəd palıd cinsindən olan ağacın ilkin mərhələdə gövdəsinin üst hissəsindən təhlükəsiz səviyyədə 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2019-cu il tarixli 323 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Bəkirova Nazilə). (Məruzəçi- sədr müavini-Cümşüd Hacıyev)

Eşidildi: 7.1. İclasın sədri gündəlikdəki yeddinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü-Cümşüd Hacıyevə verdi. O qeyd etdi ki, Mican ərazisində yaşayan vətəndaş Nazilə Bəkirova bələdiyyəyə ərizə ilə müraciət edərək, yaşadığı ünvanda fərdi yaşayış evinin yaxınlığında 1 (bir) ədəd palıd cinsinə məxsus təhlükəli vəziyyətdə olan ağaca baxış keçirilmiş və həmin ağacın ilkin mərhələdə gövdəsinin üst hissəsindən təhlükəsiz səviyyədə 6-7 metr hündürlükdən budanmasına və qulluq edilərək nəzarətdə saxlanılmasına ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 7.1. Bələdiyyənin üzvü Vidadi Məmmədov bildirdi ki, həmin ağacın yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev, Şahməmməd Soltanov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 7.1. İsmayıllı şəhərinin Mican ərazisində yaşayan (Nazilə Bəkirovayaşadığı ünvanda) 1 (bir) ədəd palıd cinsinə məxsus ağacın payız fəslində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə ilkin mərhələdə gövdəsinin üst hissəsindən təhlükəsizliyə əməl olunmaqla 6-7 metr hündürlükdən budanmasıişlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2019-cu il tarixli 323 saylı rəyi.

Qərar: 7.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Cümşüd Hacıyevə həvalə edilsin.

8.Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2019-cu il tarixli 2-1(84)-1238/2018 saylı məktubunun baxılması barədə. (Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 8.1. İclasın sədri gündəlikdəki səkkizinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü sədr müavini Qüdrət kazımova verdi. O, qeyd etdi ki,Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2019-cu il tarixli 2-1(84)-1238/2018 saylı məktubu daxil olmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2-1(84)-1238/2018 saylı qərarından çıxarış icra edilməsi üçün İsmayıllı bələdiyyəsinə məktubla göndərilmişdir.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2-1(84)-1238/2018 saylı qərarından çıxarışda iddiaçı Allahverdiyev İntiqam Müseyib oğlunun cavabdeh İsmayıllı rayon İsmayıllı bələdiyyəsinə qarşı (üçüncü şəxs Məmmədov Vüsal Əsədullah oğlu) "İsmayıllı bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli qərarı ilə İsmayıllı bələdiyyəsinin ərazisindən ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində təkrarən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınması haqqında İsmayıllı bələdiyyəsinin 23.10.2014-cü il tarixli 30 nömrəli iclas protokolunun 03 nömrəli qərarının ləğv edilməsi öhtəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxılaraq iddianın qismən təmin olunması barədə, İsmayıllı rayon İsmayıllı bələdiyyəsinin 23.10.2014-cü il tarixli 30 nömrəli iclas protokolunun 03 nömrəli qərarı İsmayıllı bələdiyyəsinin 29.06.2012-ci il tarixli 09 nömrəli iclas protokolunun qərarına əsasən Allahverdiyev İntiqam Müseyib oğluna satılmış 0,06 ha torpaq sahəsinin daxilində yerləşən 0,045 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə və iddianın qalan hissənin rədd edilməsi barədə qərar qəbul edilib. Qərarın icra edilməsini məqsədəuyğun hesab edirəm.

Məsələyə münasibət bildirməyinizi xahiş edirəm.

Çıxışlar: 9.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev çıxış edərək bildirdi ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2-1(84)-1238/2018 saylı qərarının icra edilməsini məqsədəuyğun hesab edirəm.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Vidadi Zərbiyev,Vidadi Məmmədov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 8.1. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2-1(84)-1238/2018 saylı qərarının icrasını təmin etmək məqsədi ilə İsmayıllı bələdiyyəsinin 23.10.2014-cü il tarixli 30 nömrəli iclas protokolunun 03 nömrəli qərarı İsmayıllı bələdiyyəsinin29.06.2012-ci il tarixli 09 nömrəliiclas protokolunun qərarına əsasən Allahverdiyev İntiqam Müseyib oğluna satılmış 0,06 ha torpaq sahəsinin daxilində yerləşən 0,045 ha torpaq sahəsinə aid hissədə ləğv edilsin.

Qərar: 8.2.Qərarın icrası bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə həvalə edilsin.

9.İsmayıllı şəhəri ərazisində "Abad məhəllə” layihəsinin həyata keçirilməsi məqsədilə V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısında nəzərdə tutulan talvartikintisi üçün bələdiyyə büdcəsindən 3276 (üç min iki yüz yetmiş altı) manat vəsaitin ayrılması barədə.(Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri – Ş.Soltanov).

Eşidildi: 9.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. O qeyd etdi ki, şəhərin V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısında talvar tikintisi üçün həmin əraziyə baxış keçirilib və binanın qarşısında talvar tikintisinin vacib olması müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyinizi xahiş edirəm.

Çıxışlar: 9.1. Bələdiyyənin üzvü Cümşüd Hacıyev çıxış edərək bildirdi ki, şəhərin V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısına baxış keçirilmişdir və həqiqətən həmin binanın qarşısında talvar tikintisi vacib məsələ olması müəyyən edilmişdir.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Qüdrət Kazımov, Vidadi Zərbiyev,Vidadi Məmmədov, Raman Ağayev, Qumru Abdullayeva, Əsli Süleymanzadə, Minazər İsgəndərova də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 9.1. İsmayıllı şəhərinin V.Osmanov küçəsi ev 2 ünvanında yerləşən 36 mənzilli yaşayış evinin qarşısında talvar tikintisi üçün bələdiyyə büdcəsindən 3276 (üç min iki yüz yetmiş altı) manat manat vəsit ayrılsın.

Əsas: Təqdim olunmuş smeta-layihə sənədləri.

Qərar: 9.2. Qərarın icrası bələdiyyənin sədr müavini Cümşüd Hacıyevə və baş mühasibi Fərman Dəmirova həvalə edilsin.

İclasın sədri: Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi: Abdullayeva Qumru Rahim qızı

İclasda iştirak etmiş bələdiyyə üzvlərinin imzaları:

1. _______________ Hacıyev Cümşüd Bəhərçin oğlu

2. _______________Kazımov Qüdrət Ərvət oğlu

3. _______________Zərbiyev Vidadi Valeh oğlu

4. _______________Məmmədov Vidadi Şərif oğlu

5. _______________Soltanov Şahməmməd Nurulla oğlu

6. _______________Ağayev Raman Böyükağa oğlu

7. _______________İsgəndərovaMinazər Ramiz qızı

8. _______________Süleymanzadə Əsli Şakir qızı