İclas protokolları


6.01.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 12 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

12 saylı iclas  protokolu

 

24 dekabr 2020-ci il                                                                            İsmayıllı şəhəri


 

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 15 (on beş) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1. Ağayev Pərviz Əlövsət оğlu

2. Soltanov Şahməmməd Nurulla oğlu

3. Zərbyev Vidadi Valeh oğlu                         

4.Abdullayev Amid Abid oğlu

5. Abdullayeva Aynur Azad qızı

6. Qurbanova Gülnarə Mütalib qızı

7. Əhmədov Rəfayıl Ötərxan oğlu

8. Salehova Sona Bəyalı qızı

9. Əhmədova İranə Əfsər qızı

10. Musazadə Toğrul Namiq oğlu

 

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1. İsgəndərova Minazər Ramiz qızı.

2.Əhmədli Namiq Kamran oğlu

3. Səmədov Sədyar Həmzə oğlu

4.Musayev Orxan Cahangir oğlu

5. Mustafayeva Gülnar Rövşən qızı

Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Aynur Abdullayeva (bələdiyyə üzvü)

 

Gündəlikdəki məsələlər:

 

1.İsmayıllı bələdiyyəsinin 2021-ci il üçün yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi barədə (Məruzəçi: Yerli Büdcə məsələləri daimi komissiyasının sədri – Amid Abdullayev).

 

2. İsmayıllı bələdiyyəsinin 2021-ci il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi barədə.  (Məruzəçi: bələdiyyənin sədri – Pərviz Ağayev).


3.İsmayıllı şəhəri Nizami küçəsində yerləşən 4 (dörd) ədəd qoz cinsindən olan köküstə tam qurumuş həmin ağacların ətrafdakı boş sahələrdə 16(on altı) ədəd yeni ting əkildikdən sonra kökləri torpaqdan çıxarılaraq götürülməsi barədə  Dövlət Ekoloji Ekspertiza Agentliyinin 11 dekabr 2020-ci il tarixli 22/3015 saylı məktubuna baxılması barədə. (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

 

4.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Həsənov Ələkbər Əli oğlu haqqında  İsmayıllı  rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının   sədri–Musazadə Toğrul Namiq oğlu)

 

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə - yoxdur;

bitərəf – yoxdur

 

1.İsmayıllı bələdiyyəsinin 2021-ci il üçün yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi barədə (Məruzəçi: Yerli Büdcə məsələləri daimi komissiyasının sədri – Amid Abdullayev).

Eşidildi: 1.1.İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Yerli Büdcə məsələləri daimi komissiyasının sədri  Amid Abdullayevə verdi.  Amid Abdullayev qeyd etdi ki, 2021-ci il üçün bələdiyyənin büdcə layihəsi Yerli Büdcə Məsələləri komissiyasının iclasında müzakirə olunub və müvafiq qərar qəbul edilib. Hazırda müzakirəyə çıxarılan İsmayıllı bələdiyyəsinin 2021-ci il büdcə layihəsidir. (Aydınlıq üçün büdcə layihəsi bəndlər üzrə oxunub diqqətə çatdırıldı).(İsmayıllı bələdiyyəsinin 2021-ci il üçün büdcə layihəsi protokola əlavə olunur).

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

     Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev İsmayıllı bələdiyyəsinin 2021-ci il üçün büdcə layihəsi təqdim olunduğu variantda qəbul olunmasını təklif etdi.

      Bələdiyyənin digər üzvləri Şahməmməd Soltanov, Abdullayeva Aynur, Musazadə Toğrul, Qurbanova Gülnarə, Əhmədov Rəfayıl, Salehova Sona, Əhmədova İranə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

       Qərar: 1.1. İsmayıllı bələdiyyəsinin 2021-ci il üçün nəzərdə tutulan büdcə layihəsi gəlirlər 200000 (iki yüz min) manat və xərclər 200000 (iki yüz min) manat olmaqla təsdiq olunsun.

 

2. İsmayıllı bələdiyyəsinin 2021-ci il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi barədə.  (Məruzəçi: bələdiyyənin sədri – Pərviz Ağayev).

Eşidildi: 2.1. İclasın sədriikinci məsələnin məzmununu açıqladı. O iclas iştirakçılarını İsmayıllı bələdiyyəsinin 2021-ci il üçün nəzərdə tutulmuş ştat cədvəli ilə tanış edərək qeyd etdi ki, bələdiyyənin  2021-ci ilin ştat cədvəlində 16 ştat vahidi olmaqla 76310 (yetmiş altı min üç yüz on) manatillik əmək haqqı fondu nəzərdə tutulur (İsmayıllı  bələdiyyəsinin  2021-ci il  üçün təsdiq etdiyi ştat cədvəli  protokola əlavə olunur).

            Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

            Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev qarşıda duran vəzifələrin icrası üçün kifayət qədər işçinin cəlb olunmasının məqsədəuyğunluğundan danışdı və tərtib olunmuş ştat cədvəlinin təsdiq olunmasını təklif etdi.

Bələdiyyənin digər üzvləri Şahməmməd Soltanov, Abdullayev Amid, Abdullayeva Aynur, Musazadə Toğrul, Qurbanova Gülnarə, Əhmədov Rəfayıl, Salehova Sona, Əhmədova İranə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.                          

 

                                                             Qərara alındı:

            Qərar: 2.1. İsmayıllı bələdiyyəsinin 2021-ci il üçün ştat cədvəli 16 ştat vahidi və illik əmək haqqı fondu 76310 (yetmiş altı min üç yüz on) manat olmaqla təsdiq edilsin.


3.İsmayıllı şəhəri Nizami küçəsində yerləşən 4 (dörd) ədəd qoz cinsindən olan köküstə tam qurumuş həmin ağacların ətrafdakı boş sahələrdə 16(on altı) ədəd yeni ting əkildikdən sonra kökləri torpaqdan çıxarılaraq götürülməsi barədə  Dövlət Ekoloji Ekspertiza Agentliyinin 11 dekabr 2020-ci il tarixli 22/3015 saylı məktubuna baxılması barədə. (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəki üçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Yerli Ekologiya və Aqrar Siyasət Məsələləri daimi Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, İsmayıllı şəhəri Nizami küçəsində yerləşən 4 (dörd) ədəd qoz cinsindən olan ağacların köküstə tam quruduğu üçün  ətrafdakı boş sahələrdə 16 (on altı) ədəd yeni ting əkildikdən sonra kökləri torpaqdan çıxarılaraq götürülməsinə  ehtiyac olduğu müəyyən edilmişdir.

         Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Çıxışlar: 3.1.  Bələdiyyənin  üzvü Vidadi  Zərbiyev  bildirdi ki,  həmin  qurumuş 4 (dörd) ədəd qoz cinsindən olan ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması  məqsədəuyğundur.

 O, məsələnin müsbət həll  olunmasını təklif etdi.

Bələdiyyənin digər üzvləri Şahməmməd Soltanov, Abdullayeva Aynur, Musazadə Toğrul, Abdullayev Amid, Əhmədov Rəfayıl, Salehova Sona, Əhmədova İranə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

    Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -10 səs;

           əleyhinə- yoxdur;

bitərəf-yoxdur

 Qərara alındı:

        Qərar: 3.1. İsmayıllı şəhəri Nizami küçəsində yerləşən 4 (dörd) ədəd qoz cinsindən olan ağacların köküstə tam quruduğu üçün  ətrafdakı boş sahələrdə 16 (on altı) ədəd yeni ting əkildikdən sonra 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin 11 dekabr 2020-ci il tarixli 22/3015 saylı saylı məktubu.

Qərar: 3.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.

 

4.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Həsənov Ələkbər Əli oğlu haqqında  İsmayıllı  rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının   sədri–Musazadə Toğrul Namiq oğlu)

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü məsələnin məzmunu açıqladı.  Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf  Məsələləri daimi komissiyasının   sədri Toğrul   Musazadəyə verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini  Həsənov Ələkbər Əli oğlunun İsmayıllı şəhəri S.Mehdiyev  küçəsi ünvanındamülkiyyətində həyətyanı torpaq sahəsi və evi vardır. Həsənov Ələkbər Əli oğlu  bu günədək İsmayıllı  bələdiyyəsinin hesablaşma hesabına  torpaq və əmlak vergisi olaraq hesablanmış 243 ( iki yüz qırx üç)  manat  51 qəpik  vəsaiti ödəməmişdir.

Həsənov Ələkbər Əli oğluna bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə 12.10.2020-ci il tarixdə 424 saylı xəbərdalrıq məktubu ilə vətəndaşa borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubunda vergilərin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş Həsənov Ələkbər Əli oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına vergiləri  ödəməmişdir.

Ona görə də Həsənov Ələkbər Əli oğlu tərəfindən bələdiyyə vergilərinin ödənilməsini təmin etmək məqsədilə İsmayıllı rayon İcra və  Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

         Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, Həsənov Ələkbər Əli oğluna bələdiyyə vergilərinin ödənilməsi  barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir və ona xəbərdarlıq məktubları göndərilmişdir. Sonuncu xəbərdarlıq məktubunda bələdiyyə vergilərinin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş  Həsənov Ələkbər Əli oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyə vergilərini ödəməmişdir.

Ona görə də Həsənov Ələkbər Əli oğlunun bələdiyyə vergilərinin ödənişi ilə bağlı İsmayıllı rayon İcra və  Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Bələdiyyənin digər üzvləri Şahməmməd Soltanov, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Abdullayev Amid, Əhmədov Rəfayıl, Salehova Sona, Əhmədova İranə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

        Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

        Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 4.1. İsmayıllı şəhər sakini Həsənov Ələkbər Əli oğlunun  İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməli olduğu 243 ( iki yüz qırx üç)  manat  51 qəpikvergi borclarını  ödəmədiyi üçün həmin ödənişin ödəyici tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsinin təmin olunması məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət olunsun.

Qərar: 4.2.  Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

 

İclasın sədri: _______________Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi:_______________Abdullayeva Aynur Azad qızı