İclas protokolları


4.05.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 01saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

01 saylı iclas protokolu

26 yanvar 2021-ci il                                                                                                      İsmayıllı şəhəri

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 15 (on beş) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1. Ağayev Pərviz Əlövsət оğlu

2. Soltanov Şahməmməd Nurulla oğlu

3. Zərbiyev Vidadi Valeh oğlu

4. Abdullayev Amid Abid oğlu

5. Abdullayeva Aynur Azad qızı

6. Qurbanova Gülnarə Mütalib qızı

7. Musayev Orxan Cahangir oğlu

8. Musazadə Toğrul Namiq oğlu

9. İsgəndərova Minazər Ramiz qızı

10. Səmədov Sədyar Həmzə oğlu

11. Əhmədov Rəfayıl Ötərxan oğlu

12. Əhmədova İranə Əfsər qızı

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1. Mustafayeva Gülnar Rövşən qızı

2.Əhmədli Namiq Kamran oğlu

3. Salehova Sona Bəyalı qızı

Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Aynur Abdullayeva(bələdiyyə üzvü)

Gündəlikdəki məsələlər:

1.İsmayıllı bələdiyyəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın təsdiq edilməsi barədə. (Məruzəçi:bələdiyyənin sədri P.Ağayev).

2.İsmayıllı şəhəri N.Gəncəvi küçəsi ərazisində yerləşən 5 (beş) ədəd qovaq cinsindən olan ağacların orada yerləşən mağazalara və evlərə təhlükə yaratdığına görə 7-8 metr hündürlükdən budanılaraq təhlükəsiz vəziyyətə gətirilməsi üçün6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 dekabr 2020-ci il tarixli 1251 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Nəzirov Səfa Famil oğlu, Xəlilov Zaur Savad oğlu və Mühübəliyev Şükran) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

3.İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən ümumilikdə 45 (qırx beş) ədəd qovaq cinsindən olan ağacların orada yerləşən mağazalara və evlərə təhlükə yaratdığına görə 7-8 metr hündürlükdən budanılmasına, eləcə də sözügedən küçənin sağ və sol tərəflərində yerləşən 35(otuz beş) ədəd müxtəlif cinsli ağacların piyadaların hərəkətinə təhlükə törədən, quruyan budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 yanvar 2021-ci il tarixli 18 saylı məktubuna baxılması barədə. (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

4.İsmayıllı şəhəri Lahıc qəbristanlığı ərazisində yerləşən 2 (iki) ədəd qoz cinsindən olan köküstə tam quruduğu üçün əvəzinə 4(dörd) ədəd yeni ting əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin 11 dekabr 2020-ci il tarixli 22/3015 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Bəkirova Namər Mirkərim qızı) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

5.İsmayıllı şəhəri Mican ərazisindəqeydiyyatda olan Mustafayeva Aidə Əlikram qızına maddi köməlik edilməsi haqqında ərizəsinə baxılması barədə. (Şəxsiyyət vəsiqəsi AA № 1583553)(Məruzəçi: Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri – Abdullayev Amid Abid oğlu)

6. 07.12.2020-ci il tarixli AA № 580904 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 407012001658 say ilə qeydə alınmış İsmayıllı şəhəri Günəşli ərazisi Məhsəti küçəsi № 22 ünvanında yerləşən 0,0274 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Əsədov Rauf Rasim oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri-Musazadə Toğrul Namiq oğlu)

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə - 12 səs;

əleyhinə - yoxdur;

bitərəf – yoxdur

1.İsmayıllı bələdiyyəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın təsdiq edilməsi barədə. (Məruzəçi:bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 1.1.İclasın sədri gündəlikdəki birinci məsələ olan 2020-ci il üçün İsmayıllı bələdiyyəsinin hesabatı haqqında söz açaraq hesabatı yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. O, daha sonra bələdiyyənin gəlir və xərclərindən söz açaraq gəlirlərin əvvəlki illərə nisbətən xeyli azaldığını qeyd etdi. Daha sonra o İsmayıllı bələdiyyəsinin şəhər ərazisində gördüyü işlərdən danışaraq bildirdi ki, bələdiyyənin şəhərin abadlaşmasında daha yaxından iştirak etməsindən ötrü bələdiyyənin gəlirlərinin artırılması üçün var qüvvəmizlə çalışmalıyıq.

Məsələyə münasibət bildirməyinizi xahiş edirəm.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bu məsələyə münasibət bildirərək qeyd etdi ki, İsmayıllı bələdiyyəsinin 2020-ci ildə yerli büdcənin gəlirləri xeyli azalmışdır. Büdcənin azalmasına baxmayaraq bələdiyyə şəhərin abadlaşmasında və ictimai-sosial məsələlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. Növbəti 2021-ci ildə bələdiyyənin gəlirlərinin daha da artırılaraq şəhərin abadlaşmasında daha yaxından iştirak etməyin vacib olduğunu bildirdi. O, 2020-ci il üçün İsmayıllı bələdiyyəsinin hesabatının təsdiqini təklif etdi.

Bələdiyyənin üzvləri Soltanov Şahməmməd, Qurbanova Gülnarə, Abdullayev Amid, Abdullayeva Aynur, Musayev Orxan, Musazadə Toğrul, İsgəndərova Minazər, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Əhmədova İranə də bu təklifi dəstəklədilər

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Qərara alındı:

Qərar: 1.1. 2020-ci il üçün İsmayıllı bələdiyyəsinin hesabatı təsdiq edilsin.

Qərar: 1.2. Hesabat 5 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə təqdim edilsin, hesabat bələdiyyənin elektron saytında yerləşdirilsin və hesabatın xülasəsinin rayon qəzetində dərc edilməsi təmin edilsin.

Qərar: 1.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.

2.İsmayıllı şəhəri N.Gəncəvi küçəsi ərazisində yerləşən 5 (beş) ədəd qovaq cinsindən olan ağacların orada yerləşən mağazalara və evlərə təhlükə yaratdığına görə 7-8 metr hündürlükdən budanılaraq təhlükəsiz vəziyyətə gətirilməsi üçün6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 dekabr 2020-ci il tarixli 1251 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Nəzirov Səfa Famil oğlu, Xəlilov Zaur Savad oğlu və Mühübəliyev Şükran) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

Eşidildi: 2.1. İclasın sədri gündəlikdəkiikinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Yerli Ekologiya və Aqrar Siyasət Məsələləri daimi Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, İsmayıllı şəhəri N.Gəncəvi küçəsidə yaşayan bir qrup şəhər sakini Nəzirov Səfa Famil oğlu, Xəlilov Zaur Savad oğlu və Şükran Mühübəliyevinbələdiyyəyə kollektiv ərizə ilə müraciəti əsasında İsmayıllı şəhəri N.Gəncəvi küçəsi ərazisində yerləşən 5 (beş) ədəd qovaq cinsindən olan ağacların orada yerləşən mağazalara və evlərə təhlükə yaratdığına görə 7-8 metr hündürlükdən budanılaraq təhlükəsiz vəziyyətə gətirilməsi ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyənin üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Musayev Orxan, Musazadə Toğrul, İsgəndərova Minazər, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Əhmədova İranə də bu təklifi dəstəklədilər

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Qərara alındı:

Qərar: 2.1. İsmayıllı şəhəri N.Gəncəvi küçəsi ərazisində yerləşən 5 (beş) ədəd qovaq cinsindən olan ağacların orada yerləşən mağazalara və evlərə təhlükə yaratdığına görə ağacın payız-qış fəslində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə görə 7-8 metr hündürlükdən budanılaraq təhlükəsiz vəziyyətə gətirilməsi işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 dekabr 2020-ci il tarixli 1251 saylı məktubu. (Ərizəçi: Nəzirov Səfa Famil oğlu, Xəlilov Zaur Savad oğlu və Mühübəliyev Şükran)

Qərar: 2.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.

3.İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən ümumilikdə 45 (qırx beş) ədəd qovaq cinsindən olan ağacların orada yerləşən mağazalara və evlərə təhlükə yaratdığına görə 7-8 metr hündürlükdən budanılmasına, eləcə də sözügedən küçənin sağ və sol tərəflərində yerləşən 35(otuz beş) ədəd müxtəlif cinsli ağacların piyadaların hərəkətinə təhlükə törədən, quruyan budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 yanvar 2021-ci il tarixli 18 saylı məktubuna baxılması barədə. (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəkiüçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Yerli Ekologiya və Aqrar Siyasət Məsələləri daimi Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, İsmayıllı şəhəriƏ.Ələkbərzadə küçəsində yerləşən ümumilikdə 45 (qırx beş) ədəd qovaq cinsindən olan ağacların orada yerləşən mağazalara və evlərə təhlükə yaratdığına görə 7-8 metr hündürlükdən budanılmasına, eləcə də sözügedən küçənin sağ və sol tərəflərində yerləşən 35 (otuz beş) ədəd müxtəlif cinsli ağacların piyadaların hərəkətinə təhlükə törədən, quruyan budaqlarının budanılaraq təhlükəsiz vəziyyətə gətirilməsinəehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin müsbət həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyənin üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Musayev Orxan, Musazadə Toğrul, İsgəndərova Minazər, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Əhmədova İranə də bu təklifi dəstəklədilər

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Qərara alındı:

Qərar: 3.1. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən ümumilikdə 45 (qırx beş) ədəd qovaq cinsindən olan ağacların orada yerləşən mağazalara və evlərə təhlükə yaratdığına görə 7-8 metr hündürlükdən budanılmasına, eləcə də sözügedən küçənin sağ və sol tərəflərində yerləşən 35 (otuz beş) ədəd müxtəlif cinsli ağacların piyadaların hərəkətinə təhlükə törədən, quruyan budaqlarının payız-qış fəslindəbudanılaraq 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə təhlükəsiz vəziyyətə gətirilməsi işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 yanvar 2021-ci il tarixli 18 saylı məktubu.

Qərar: 3.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.

4.İsmayıllı şəhəri Lahıc qəbristanlığı ərazisində yerləşən 2 (iki) ədəd qoz cinsindən olan köküstə tam quruduğu üçün əvəzinə 4(dörd) ədəd yeni ting əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin 12 yanvar 2021-ci il tarixli 22/63 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Bəkirova Namər Mirkərim qızı) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəkidördüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Yerli Ekologiya və Aqrar Siyasət Məsələləri daimi Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, İsmayıllı şəhər sakini Bəkirova Namər Mirkərim qızının bələdiyyəyə ərizə ilə müraciəti əsasında İsmayıllı şəhəri Lahıc qəbristanlığı ərazisində yerləşən 2 (iki) ədəd qoz cinsindən olan köküstə tam quruduğu üçün əvəzinə 4(dörd) ədəd yeni ting əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsinə ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin müsbət həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyənin üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Musayev Orxan, Musazadə Toğrul, İsgəndərova Minazər, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Əhmədova İranə də bu təklifi dəstəklədilər

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Qərara alındı:

Qərar: 4.1. İsmayıllı şəhəri Lahıc qəbristanlığı ərazisində yerləşən 2 (iki) ədəd qoz cinsindən olan köküstə tam quruduğu üçün əvəzinə 4(dörd) ədəd yeni ting əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi barədə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə təhlükəsiz vəziyyətə gətirilməsi işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin 12 yanvar 2021-ci il tarixli 22/63 saylı məktubu. (Ərizəçi: Bəkirova Namər Mirkərim qızı)

Qərar: 4.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.

5.İsmayıllı şəhəri Mican ərazisindəqeydiyyatda olan Mustafayeva Aidə Əlikram qızına maddi köməlik edilməsi haqqında ərizəsinə baxılması barədə. (Şəxsiyyət vəsiqəsi AA № 1583553)(Məruzəçi: Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri – Abdullayev Amid Abid oğlu)

Eşidildi: 5.1. İclasın sədri gündəlikdəkibeşinci məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri Amid Abdullayevə verdi. O bildirdi ki, İsmayıllı şəhəri Mican ərazisində qeydiyyatda olan Mustafayeva Aidə Əlikram qızı bələdiyyəyə ərizə ilə müraciət edərək 29.12.2020-ci il tarixdə həyətyanı sahəsində yerləşən tövlədə yanğın hadisəsi baş verdiyini, 6 baş iribuynuzlu heyvanların yanaraq tələf olduğunu və külli miqdarda ziyan dəydiyini bildirərək bələdiyyənin ona müəyyən məbləğdə maddi yardım göstərməsini xahiş etmişdir.

Sosial və iqtisadi-inkişaf məsələləri daimi komissiyasında ərizəyə baxılmış, vətəndaşa 200 (iki yüz) manat maddi yardım göstərilməsi məqsədəuyğun hesab edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev çıxışında qeyd etdi ki, bələdiyyədə maliyyə çətinlikləri olmasına baxmayaraq vətəndaşın xahişini nəzərə almaq lazımdır.

Bələdiyyənin üzvləri Soltanov Şahməmməd, Qurbanova Gülnarə, Abdullayeva Aynur, Musayev Orxan, Musazadə Toğrul, İsgəndərova Minazər, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Əhmədova İranə də bu təklifi dəstəklədilər

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Qərara alındı:

Qərar: 5.1. İsmayıllı şəhəri Mican ərazisində qeydiyyatda olan Mustafayeva Aidə Əlikram qızına (Şəxsiyyət vəsiqəsi AA № 1583553) bələdiyyə büdcəsindən 200 (bir yüz) manat maddi yardım ödənilsin.

Qərar: 5.2. Qərarın icrasına nəzarət sədr müavini Vidadi Zərbiyev və baş mühasib Fərman Dəmirova həvalə edilsin.

6. 07.12.2020-ci il tarixli AA № 580904 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 407012001658 say ilə qeydə alınmış İsmayıllı şəhəri Günəşli ərazisi Məhsəti küçəsi № 22 ünvanında yerləşən 0,0274 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Əsədov Rauf Rasim oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri-Musazadə Toğrul Namiq oğlu)

Eşidildi: 6.1. İclasın sədri altıncı məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Toğrul Musazadəyə verdi. O bildirdi ki, İsmayıllı şəhəri Günəşli ərazisi Məhsəti küçəsi № 22 ünvanında yerləşən 0,0274 ha zəbt edilmiş həyətyanı məqsədli torpaq sahəsi vardır. Vətəndaş Əsədov Rauf Rasim oğlu ərizə ilə müraciət edərək 0,0274 ha həyətyanı məqsədli torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəyə əsasən prosedura başlanmış və torpaq sahəsi bələdiyyənin mülkiyyətinə alınmışdır.

Onu da nəzərə almaq lazımdır ki, həmin zəbt edilmiş həyətyanı torpaq sahəsi uzun illərdir vətəndaşın istifadəsindədir. Ona görə də, həmin zəbt olunmuş torpaq sahəsinin başqa vətəndaşa satılması mümkün olmadığı üçün həmin 0,0274 ha torpaq sahəsini həmin torpaqdan uzun illərdir istifadə edən Əsədov Rauf Rasim oğluna hərracdan kənar qaydada satılması məqsədəuyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev geniş açıqlamadan sonra 0,0274 ha torpaq sahəsini alan tərəfə satılmasını təklif etdi.

Bələdiyyənin üzvləri Soltanov Şahməmməd, Qurbanova Gülnarə, Abdullayeva Aynur, Abdullayev Amid, Musayev Orxan, İsgəndərova Minazər, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Əhmədova İranə də bu təklifi dəstəklədilər

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 6.1. İsmayıllı bələdiyyəsinin şəhərin Günəşli ərazisi Məhsəti küçəsi № 22 ünvanında yerləşən yaşayış məntəqələrinin torpağından fərdi ev tikmək məqsədi ilə Əsədov Rauf Rasim oğluna 0,0274 ha. həyətyanı məqsədli torpaq sahəsi satılsın.

Əsas:Vətəndaşın ərizəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.12.2020-ci il tarixli AA № 580904 saylı torpaq sahəsinin planı və ölçüsü.

Qərar: 6.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin "Azərpoçt” MMC-də yerləşən AZ32AZPO90315461200420100002 VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq 319 x 2,74=875 (səkkiz yüz yetmiş beş) manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

Qərar: 6.3. Vətəndaş Əsədov Rauf Rasim oğlunəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

Qərar: 6.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkiləşdirə bilməz.

Qərar: 6.5.Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

İclasın sədri: _______________Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi: _______________Abdullayeva Aynur Azad qızı