İclas protokolları


4.05.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 02saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

02 saylı iclas protokolu

25 fevral 2021-ci il                                                                                                     İsmayıllı şəhəri

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 15 (on beş) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1. Ağayev Pərviz Əlövsət оğlu

2. Soltanov Şahməmməd Nurulla oğlu

3. Zərbiyev Vidadi Valeh oğlu

4. Abdullayev Amid Abid oğlu

5. Abdullayeva Aynur Azad qızı

6. Qurbanova Gülnarə Mütalib qızı

7. Musayev Orxan Cahangir oğlu

8. Səmədov Sədyar Həmzə oğlu

9. Əhmədov Rəfayıl Ötərxan oğlu

10.Mustafayeva Gülnar Rövşən qızı

11. Salehova Sona Bəyalı qızı

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1. Əhmədli Namiq Kamran oğlu

2.Əhmədova İranə Əfsər qızı

3.Musazadə Toğrul Namiq oğlu

4.İsgəndərova Minazər Ramiz qızı

Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Aynur Abdullayeva(bələdiyyə üzvü)

Gündəlikdəki məsələlər:

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 12 fevral 2021-ci il tarixli 23-11 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


2.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 17 fevral 2021-ci il tarixli 10-24 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


3.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 24 fevral 2021-ci il tarixli 20-45 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


4.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 24 fevral 2021-ci il tarixli 20-39 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


5.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 24 fevral 2021-ci il tarixli 20-34 saylı tövsiyə məktubunun müzakirəsi barədə. (Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


6.İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi ev 15 ünvanında qeydiyyatda olan Süleymanova Almaz Fərhad qızına maddi köməlik edilməsi haqqında ərizəsinə baxılması barədə. (Şəxsiyyət vəsiqəsi AZE № 09573810) (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının üzvü–Zərbiyev Vidadi Valeh oğlu)


7.Şəhərin M.Müşfiq küçəsinin davamının, Qəzli yolunun, Tingçilik yolunun çınqıl materialı ilə hamarlanması üçün bələdiyyə büdcəsindən 2963 (iki min doqquz yüz almış üç) manat vəsaitin ayrılması barədə. (Məruzəçi: sədr müavini V.Zərbiyev).


İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə - yoxdur;

bitərəf - yoxdur

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 12 fevral 2021-ci il tarixli 23-11 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 12 fevral 2021-ci il tarixli 23-11 saylıməktubu daxil olmuşdur. Məktubda əksər bələdiyyələr tərəfindən yerli vergilərin və ödənişlərin yığılması (torpaq, əmlak, mədən vergisi üzrə bələdiyyənin ərazisində fəaliyyət göstərən sanatoriya, kurort və mehmanxana ödənişləri üzrə) həmçinin icarə haqlarının yerli büdcəyə ödənilməsi işinin aşağı səviyyədə təşkil edildiyi, bələdiyyələrdə yerli vergilərin, ödənişlərin və icarə haqlarının bələdiyyə büdcəsinə ödənilməsi işinin düzgün təşkil edilmədiyinə görə debitor və kreditor borcların daha da artmasının aşkar edildiyi qeyd edilmişdir.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum. Yerli (bələdiyyə) vergi və ödənişlərinin dəqiq və vaxtında hesablanaraq vətəndaşlara bildirişlərin verilməsi və vergilərin vətəndaşlar tərəfindən bələdiyyənin büdcəsinə vaxtında ödənilməsinin təmin edilməsi məqsədilə vətəndaşlarla təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsinin məqsədəmüvafiq olduğunu qeyd etdi.

Təklif edirəm ki, məktubda qeyd olunanlara ciddi şəkildə əməl edilsin.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

üzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

ehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin12 fevral 2021-ci il tarixli 23-11 saylı tövsiyə məktubunda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyələr yerli vergi və ödənişlərin, icarə haqlarının bələdiyyə büdcəsinə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi haqqında tövsiyəsi İsmayıllı bələdiyyəsi tərəfindən əməli işdə nəzərə alınsın.

Qərar: 1.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 1.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

2.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 17 fevral 2021-ci il tarixli 10-24 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 17 fevral 2021-ci il tarixli 10-24 saylı məktubu daxil olmuşdur. Məktubda göstərilən məsələnin bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə müzakirə olunması tövsiyə olunmuşdur. Ona görə də İsmayıllı bələdiyyəsinin 8 nəfər bələdiyyə qulluqçusu bu məsələnin müzakirəsi vaxtı məsələ ilə tanışlıq və gələcəkdə qanunsuzluq hallarının baş verməməsi üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən ötrü iclasa dəvət olunmuşdurlar. Məktubda Çələbiyev Əhməd İsmayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair 200456014 nömrəli cinayət işi üzrə İsmayıllı rayon Prokurorluğunun 28.01.2021-ci il tarixli, 200456014 nömrəli təqdimatı bələdiyyə üzv və qulluqçularının iştirakı ilə bələdiyyənin iclasında müzakirə edilməsi və qəbul edilmş qərarın surətinin Göyçay Regional Ədliyyə İdarəsinə təqdim olunması qeyd edilmişdir.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum. Məktubda qeyd olunan hal üzrə və digər cinayət xarakterli neqativ halların gələcəkdə İsmayıllı bələdiyyəsində baş verməməsi üçün mütəmadi qabaqlayıcı tədbirlərin keçirilməsi üçün əməli işlər görülməsinin vacibliyinin məqsədəmüvafiq olduğunu qeyd etdi.

Təklif edirəm ki, məktubda qeyd olunan cinayət xarakterli neqativ halların gələcəkdə İsmayıllı bələdiyyəsində yol verilməməsi üçün mütəmadi olaraq ciddi şəkildə qabaqlayıcı əməli tədbirlər görülsün.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin17 fevral 2021-ci il tarixli 10-24 saylı tövsiyə məktubu İsmayıllı bələdiyyəsi tərəfindən əməli işdə nəzərə alınsın və qeyd edilənləri rəhbər tutaraq bələdiyyənin faəliyyətində gələcəkdə cinayət xarakterli neqativ halların baş verməməsi üçün mütəmadi olaraq ciddi şəkildə qabaqlayıcı əməli tədbirlər görülsün.

Qərar: 2.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 2.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

3.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 24 fevral 2021-ci il tarixli 20-45 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəki üçüncü məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 24 fevral 2021-ci il tarixli 20-45 saylı məktubu daxil olmuşdur. Məktubda göstərilən məsələnin bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə müzakirə olunması tövsiyə olunmuşdur. Ona görə də İsmayıllı bələdiyyəsinin 8 nəfər bələdiyyə qulluqçusu bu məsələnin müzakirəsi vaxtı məsələ ilə tanışlıq və gələcəkdə qanunsuzluq hallarının baş verməməsi üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən ötrü iclasa dəvət olunmuşdurlar. Məktubda Bələdiyyələrlə İş Mərkəzinin 09/4-36 saylı 08.02.2021-ci il tarixli məktubuna əsasən vətəndaş Zülfüqar İbrahimovun Yardımlı rayonu Şəfəqli bələdiyyəsi sədrinin qanunsuz hərəkətləri barədə müraciətinin araşdırılması zamanı aşkarlanmış qanunsuzluq halının təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsi qeyd edilmişdir.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum. Məktubda göstərilən Yardımlı rayonu Şəfəqli bələdiyyəsi sədrinin qanunsuz hərəkətlərinin və digər qanunsuzluq halların İsmayıllı bələdiyyəsində yol verilməməsi üçün əməli tədbirlərin görülməsinin vacibliyinin məqsədəmüvafiq olduğunu qeyd etdi.

Təklif edirəm ki, məktubda qeyd olunan və digər qanunsuzluq hallarının İsmayıllı bələdiyyəsində baş verməməsi üçün ciddi şəkildə əməli tədbirlər görülsün.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 3.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin24 fevral 2021-ci il tarixli 20-45 saylı tövsiyə məktubunda qeyd edilən nöqsanların qarşısının alınması barədə tövsiyəsi İsmayıllı bələdiyyəsi tərəfindən əməli işdə nəzərə alınsın və gələcəkdə bələdiyyənin faəliyyətində qanunsuz hallara yol verilməməsi üçün ciddi şəkildə əməli tədbirlər həyata keçirilsin.

Qərar: 3.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 3.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

4.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 24 fevral 2021-ci il tarixli 20-39 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəki dördüncü məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 24 fevral 2021-ci il tarixli 20-39 saylı məktubu daxil olmuşdur. Məktubda yerli əhəmiyyətli məsələlərin həllinin və yerli özünüidarəetmənin səmərəli həyata keçirilməsinin təməlində bələdiyyələrin maliyyə vəziyyəti, yəni bələdiyyə büdcəsinin imkanları dayandığı və bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması, bələdiyyə büdcəsinin dayanıqlılığının təmin edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi, bələdiyyələrin debitor borclarının önəmli bir hissəsini bələdiyyə torpaqlarının icarə haqlarının ödənilməməsi hesabına yaranan borcların təşkil etdiyi qeyd edilmişdir.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum. Bələdiyyələrin debitor borclarının siyahısında yer alan torpaq icarə haqları üzrə borcların qısa müddətdə yerli büdcəyə ödənilməsinin təmin edilməsi, əks halda icarə müqavilələrinə xitam verilməsi və borcların məcburi ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən qanunamüvafiq görülmüş tədbirlər və nəticələri barədə ən qısa müddətdə Göyçay Regional Ədliyyə İdarəsinə məlumat verilməsinin məqsədəmüvafiq olduğunu qeyd etdi.

Təklif edirəm ki, məktubda qeyd olunanlara ciddi şəkildə əməl edilsin.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 4.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin24 fevral 2021-ci il tarixli 20-39 saylı tövsiyə məktubunda qeyd edilən qanunvericiliyin tələblərinə ciddi və dönmədən əməl etməklə tövsiyədən irəli gələn tədbirlərlə bağlı qısa müddətə müvafiq işlər görülməsi haqqında tövsiyəsi İsmayıllı bələdiyyəsi tərəfindən əməli işdə nəzərə alınsın.

Qərar: 4.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 4.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

5.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 24 fevral 2021-ci il tarixli 20-34 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 24 fevral 2021-ci il tarixli 20-34 saylı məktubu daxil olmuşdur. Məktubda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəi Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş yerli özünüidaretmə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsinə yönəlmiş tədbirlərin icrasının Ədliyyə Nazirliyi tərəfindən daima diqqətdə saxlanıldığı qeyd edilmişdir. Milli Fəaliyyət Planının 7.4-cü bəndində nəzərdə tutulmuş bələdiyyələrlə işin səmərəliliyinin artırılması və aşkarlığın təmin edilməsi məqsədilə "Bələdiyyələrlə iş portalı”nın yaradılması tapşırığına əsasən 2020-ci ilin avqust ayından Portalın ilkin versiyası istifadəyə verilmişdir.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum. Yeni yaradılmış elektron resursda fərdi kabinet vasitəsilə bələdiyyə aktlarının yayımlanması, onların axtarışı, avtomatlaşdırılmış rejimdə statistik hesabatların tərtib edilməsi kimi funksional imkanlar yaradılmış, nazirliyin aidiyyatı qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi təşkil olunmuşdur. Ədliyyə Nazirliyinin rəsmi internet sayında yerləşdirilmiş keçid üzərindən portala daxil olmaq üçün nazirliyin səlahiyyətli əməkdaşlarına, habelə zəruri avadanlıq və internetə çıxış imkanı olan bütün bələdiyyələrə istifadəçi adı və şifrələr təqdim olunmuş, portaldan istifadə qaydaları ilə bağlı video təlimat hazırlanmış və öyrənilməsi üçün aidiyyatı qurumlara göndərilmişdir.

Təklif edirəm ki, məktubda qeyd olunanlara ciddi şəkildə əməl edilsin.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 5.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin24 fevral 2021-ci il tarixli 20-34 saylı tövsiyə məktubunda qeyd edilən qanunvericiliyin tələblərinə ciddi əməl etməklə tövsiyədən irəli gələn tədbirlərlə bağlı qısa müddətə müvafiq işlər görülməsi barədə tövsiyəsi İsmayıllı bələdiyyəsi tərəfindən əməli işdə nəzərə alınsın.

Qərar: 5.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 5.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

6.İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi ev 15 ünvanında qeydiyyatda olan Süleymanova Almaz Fərhad qızına maddi köməlik edilməsi haqqında ərizəsinə baxılması barədə. (Şəxsiyyət vəsiqəsi AZE № 09573810) (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının üzvü–Zərbiyev Vidadi Valeh oğlu)

Eşidildi: 6.1. İclasın sədri gündəlikdəkialtıncı məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının üzvü Vidadi Zərbiyevə verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Süleymanova Almaz Fərhad qızı bələdiyyəyə ərizə ilə müraciət edərək oğlu- Süleymanlı Cavidanın 30.09.2020-ci ildə Vətən müharibəsində başından travma alaraq Maştağa xəstəxanasında müalicə olunduğunu, uşağın yanına gedib- gəlməyə, dərmanlarını almağa maddi imkanı olmadığını, ailə başçısını itirdiyini və heç bir yerdən gəliri olmadığını, işləmədiyini bildirərək ona müəyyən məbləğdə maddi yardım göstərməsini xahiş etmişdir.

Sosial və iqtisadi-inkişaf məsələləri daimi komissiyasında ərizəyə baxılmış, vətəndaşa 100 (bir yüz) manat maddi yardım göstərilməsi məqsədəuyğun hesab edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Soltanov Şahməmməd çıxışında qeyd etdi ki, bələdiyyədə maliyyə çətinlikləri olmasına baxmayaraq vətəndaşın xahişini nəzərə almaq lazımdır.

Bələdiyyə üzvləri Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 6.1. İsmayıllı şəhər sakini Süleymanova Almaz Fərhad qızına bələdiyyə büdcəsindən (Şəxsiyyət vəsiqəsi AZE № 09573810) 100 (bir yüz) manat maddi yardım ödənilsin.

Qərar: 6.2. Qərarın icrasına nəzarət sədr müavini Vidadi Zərbiyev və baş mühasib Fərman Dəmirova həvalə edilsin.

7.Şəhərin M.Müşfiq küçəsinin davamının, Qəzli yolunun, Tingçilik yolunun çınqıl materialı ilə hamarlanması üçün bələdiyyə büdcəsindən 2963 (iki min doqquz yüz almış üç)manat vəsaitin ayrılması barədə. (Məruzəçi: sədr müavini V.Zərbiyev).

Eşidildi: 7.1. İclasın sədri gündəlikdəki yeddinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə verdi. O qeyd etdi ki, M.Müşfiq küçəsinin davamının, Qəzli yolunun, Tingçilik yolununbir qrup sakinləri ərizə ilə müraciət edərək yaşadıqları ərazinin küçələrinin təmir olunmasını xahiş etmişlər.

Təklif edirəm ki, həmin küçələrə çınqıl daşınması və yayılması üçün vəsait ayrılsın.

Çıxışlar: 7.1. Bələdiyyənin üzvü Şahməmməd Soltanov bildirdi ki, yazılan ərizələrlə mən də tanış olmuşam, yerində baxmışıq, həqiqətən də həmin küçələrdə təmir işləri aparmaq lazımdır.

Bələdiyyə üzvləri Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara aclındı:

Qərar: 7.1. İsmayıllı şəhərinin M.Müşfiq küçəsinin davamının, Qəzli yolunun, Tingçilik yoluna çınqıl materialı yayılmaqla cari təmir edilməsi məqsədi ilə bələdiyyə büdcəsindən 2963 (iki min doqquz yüz almış üç) manatvəsait ayrılsın.

Əsas: Təqdim olunmuş smeta-layihə sənədləri.

Qərar: 7.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə və baş mühasibi Fərman Dəmirova həvalə edilsin.

İclasın sədri: _______________Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi: _______________Abdullayeva Aynur Azad qızı

1. _______________Zərbiyev Vidadi Valeh oğlu

2. _______________Soltanov Şahməmməd Nurulla oğlu

3. _______________Abdullayev Amid Abid oğlu

4. _______________Qurbanova Gülnarə Mütalib qızı

5. _______________Musayev Orxan Cahangir oğlu

6. _______________Səmədov Sədyar Həmzə oğlu

7. _______________Əhmədov Rəfayıl Ötərxan oğlu

8. _______________Mustafayeva Gülnar Rövşən qızı

9. _______________ Salehova Sona Bəyalı qızı