İclas protokolları


4.05.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 03 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

03 saylı iclas protokolu

17 mart 2021-ci il                                                                                              İsmayıllı şəhəri


İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 15 (on beş) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1. Ağayev Pərviz Əlövsət оğlu

2. Soltanov Şahməmməd Nurulla oğlu

3. Zərbiyev Vidadi Valeh oğlu

4. Abdullayev Amid Abid oğlu

5. Abdullayeva Aynur Azad qızı

6. Mustafayeva Gülnar Rövşən qızı

7. Musazadə Toğrul Namiq oğlu

8. İsgəndərova Minazər Ramiz qızı

9. Salehova Sona Bəyalı qızı

10. Qurbanova Gülnarə Mütalib qızı

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1.Əhmədli Namiq Kamran oğlu

2. Əhmədova İranə Əfsər qızı

3. Musayev Orxan Cahangir oğlu

4. Səmədov Sədyar Həmzə oğlu

5. Əhmədov Rəfayıl Ötərxan oğlu

Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Aynur Abdullayeva(bələdiyyə üzvü)

Gündəlikdəki məsələlər:

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 10 mart 2021-ci il tarixli 20-36 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


2.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 11 mart 2021-ci il tarixli 23-17 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


3.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Niftalıyev Nurlan Arif oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


4.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Xanalıyev Əfsər Qərib oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə - yoxdur;

bitərəf - yoxdur


1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 10 mart 2021-ci il tarixli 20-36 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 10 mart 2021-ci il tarixli 20-36 saylıməktubu daxil olmuşdur. Məktubda Yeri özünüidarəetmə orqanlarına dövlət dəstəyi kimi hər il dövlət büdcəsindən bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün verilən dotasiyanın ilk növbədə müəyyən olunmuş müdafiə olunan xərc maddələrinə xərclənməsi tövsiyə edilmişdir.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum. Göyçay Regional Ədliyyə İdarəsinin məktubundakı tövsiyələrin işdə rəhbər tutulmasının məqsədəmüvafiq olduğunu qeyd etdi.

Təklif edirəm ki, məktubda qeyd olunanlara ciddi şəkildə əməl edilsin.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musazadə Toğrul, Mustafayeva Gülnar, İsgəndərova Minazər, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

üzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

ehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin10 mart 2021-ci il tarixli 20-36 saylı tövsiyə məktubunda qeyd edilən Dövlət büdcəsindən ayrılan dotasiyanın ilk növbədə "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində müəyyən edilmiş müdafiə olunan xərclərə yönəldilməsi tövsiyəsi İsmayıllı bələdiyyəsi tərəfindən əməli işdə rəhbər tutulsun.

Qərar: 1.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 1.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


2.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 11 mart 2021-ci il tarixli 23-17 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


Eşidildi:2.1. İclasın sədri gündəlikdəkiikinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 11 mart 2021-ci il tarixli 23-17 saylı məktubu daxil olmuşdur. Məktubda "Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” "Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 960-VQD nömrəli Qanununun tətbiqi haqqında, Azərbaycan Respublikası Prezidentinin 18.01.2018-ci il tarixli 1789 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4.12.2018-ci il tarixli N 522 nömrəli qərarı ilə Qəbristanlıqların salınması və istifadə olunması Qaydaları təsdiq edilməsi qeyd edilmişdir.

Məktubda həm də həmin qərarın 2-si hissəsində qeyd edilir ki, Yerli icra hakimiyyəti orqanları bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qərarlardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə qəbirstanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətinə təvil verilməsini təmin etmələri tövsiyə olunur.

Qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq müvafiq bələdiyyənin ərazisində mövcud olan qəbristanlıqların təhvil götürülməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edilməsi tövsiyə olunur.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum. Göyçay Regional Ədliyyə İdarəsinin məktubundakı tövsiyələrin işdə rəhbər tutulmasının məqsədəmüvafiq olduğunu qeyd etdi.

Təklif edirəm ki, məktubda qeyd olunanlara ciddi şəkildə əməl edilsin.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musazadə Toğrul, Mustafayeva Gülnar, İsgəndərova Minazər, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

üzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

ehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin11 mart 2021-ci il tarixli 23-17 saylı tövsiyə məktubunda qeyd edilən qəbristanlıqların təhvil götürülməsi ilə bağlı tövsiyəsi İsmayıllı bələdiyyəsi tərəfindən əməli işdə nəzərə alınsın.

Qərar: 2.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 2.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


3.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Niftalıyev Nurlan Arif oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


Eşidildi: 3.1.İclasın sədri gündəlikdəki üçüncüməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Niftalıyev Nurlan Arif oğlunun İsmayıllı şəhəriŞ.Qurbanov küçəsi ünvanında mülkiyyətində həyətyanı torpaq sahəsi və evi vardır. Niftalıyev Nurlan Arif oğlu bu günədək İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına torpaq və əmlak vergisi olaraq hesablanmış 262 (iki yüz altmış iki) manat 43 qəpik vəsaiti ödəməmişdir.

Niftalıyev Nurlan Arif oğluna bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə 09 mart 2021-ci il tarixli 79 saylı xəbərdarlıq məktubu ilə vətəndaşa borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubunda vergilərin 10(on)gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş Niftalıyev Nurlan Arif oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına vergiləri ödəməmişdir.

Ona görə də Niftalıyev Nurlan Arif tərəfindən bələdiyyə vergilərinin ödənilməsini təmin etmək məqsədilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Şahməmməd Soltanov bildirdi ki, Niftalıyev Nurlan Arif oğluna bələdiyyə vergilərinin ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir və ona xəbərdarlıq məktubu göndərilmişdir. Sonuncu xəbərdarlıq məktubunda bələdiyyə vergilərinin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaşNiftalıyev Nurlan Arif oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyə vergilərini ödəməmişdir.

Ona görə də Niftalıyev Nurlan Arif Cahan oğlunun bələdiyyə vergilərinin ödənişi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Bələdiyyə üzvləri Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musazadə Toğrul, Mustafayeva Gülnar, İsgəndərova Minazər, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 3.1. İsmayıllı şəhər sakini Niftalıyev Nurlan Arif oğlunun İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməli olduğu 262 (iki yüz altmış iki) manat 43 qəpik vergi borclarını ödəmədiyi üçün həmin ödənişin ödəyici tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsinin təmin olunması məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət olunsun.

Qərar: 3.2. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


4.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Xanalıyev Əfsər Qərib oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


Eşidildi: 4.1.İclasın sədri gündəlikdəki dörd məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Xanalıyev Əfsər Qərib oğlunun İsmayıllı şəhəriQ.Əsədov küçəsi ünvanında mülkiyyətində həyətyanı torpaq sahəsi və evi vardır. Xanalıyev Əfsər Qərib oğlu bu günədək İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına torpaq və əmlak vergisi olaraq hesablanmış 232 (iki yüz otuz iki) manat 66 qəpik vəsaiti ödəməmişdir.

Xanalıyev Əfsər Qərib oğluna bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə 18 fevral 2021-ci il tarixdə 52 saylı xəbərdarlıq məktubu ilə vətəndaşa borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubunda vergilərin 10(on)gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş Xanalıyev Əfsər Qərib oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına vergiləri ödəməmişdir.

Ona görə də Xanalıyev Əfsər Qərib tərəfindən bələdiyyə vergilərinin ödənilməsini təmin etmək məqsədilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Şahməmməd Soltanov bildirdi ki, Xanalıyev Əfsər Qərib oğluna bələdiyyə vergilərinin ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir və ona xəbərdarlıq məktubu göndərilmişdir. Sonuncu xəbərdarlıq məktubunda bələdiyyə vergilərinin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaşXanalıyev Əfsər Qərib oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyə vergilərini ödəməmişdir.

Ona görə də Xanalıyev Əfsər Qərib oğlunun bələdiyyə vergilərinin ödənişi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Bələdiyyə üzvləri Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musazadə Toğrul, Mustafayeva Gülnar, İsgəndərova Minazər, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 10 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 4.1. İsmayıllı şəhər sakini Xanalıyev Əfsər Qərib oğlunun İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməli olduğu 232 (iki yüz otuz iki) manat 66 qəpik vergi borclarını ödəmədiyi üçün həmin ödənişin ödəyici tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsinin təmin olunması məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinəmüraciət olunsun.

Qərar: 4.2. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

İclasın sədri: _______________Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi: _______________Abdullayeva Aynur Azad qızı

1. _______________Zərbiyev Vidadi Valeh oğlu

2. _______________Soltanov Şahməmməd Nurulla oğlu

3. _______________Abdullayev Amid Abid oğlu

4. _______________Qurbanova Gülnarə Mütalib qızı

5. _______________Mustafayeva Gülnar Rövşən qızı

6. _______________ Salehova Sona Bəyalı qızı

7. _______________ Musazadə Toğrul Namiq oğlu

8. _______________ İsgəndərova Minazər Ramiz qızı