İclas protokolları


4.05.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 04 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

04 saylı iclas protokolu

29 aprel 2021-ci il                                                                                İsmayıllı şəhəri

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 15 (on beş) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1. Ağayev Pərviz Əlövsət оğlu

2. Soltanov Şahməmməd Nurulla oğlu

3.Zərbiyev Vidadi Valeh oğlu

4. Abdullayeva Aynur Azad qızı

5. Mustafayeva Gülnar Rövşən qızı

6. Musayev Orxan Cahangir oğlu

7. Salehova Sona Bəyalı qızı

8.Qurbanova Gülnarə Mütalib qızı

9. Səmədov Sədyar Həmzə oğlu

10.Əhmədov Rəfayıl Ötərxan oğlu

11.Musazadə Toğrul Namiq oğlu

12.Abdullayev Amid Abid oğlu

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1. İsgəndərova Minazər Ramiz qızı

2. Əhmədli Namiq Kamran oğlu

3. Əhmədova İranə Əfsər qızı

Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Aynur Abdullayeva(bələdiyyə üzvü)

Gündəlikdəki məsələlər:

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 20 aprel 2021-ci il tarixli 23-24 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

2."Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İsmayıllı rayon filialının 02 aprel 2021-ci il tarixli 17 saylı məktubuna baxılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri-Musazadə Toğrul Namiq oğlu)

3.İsmayıllı şəhər sakini Bədəlova Dilşad Məmməd qızına maddi köməlik edilməsi haqqında ərizəsinə baxılması barədə. (Şəxsiyyət vəsiqəsi AZE № 09412302) (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri-Musazadə Toğrul Namiq oğlu)

4.İsmayıllı şəhəri V.Osmanov küçəsində əlillər evinin qarşısında "uşaq əyləncə” sahəsinin qurulması üçün bələdiyyə büdcəsindən vəsaitin ayrılması barədə. (Məruzəçi: Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri – Abdullayev Amid Abid oğlu)

5. 13.03.2021-ci il tarixli AA № 608893 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 1921001148 say ilə qeydiyyata alınmış İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi 61 A ünvanında yerləşən 0,00264 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ilkin müsabiqə qiyməti müəyyən olunmaqla satılması üçün Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət olunması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri-Musazadə Toğrul Namiq oğlu)

6.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Məhərrəmov Pərviz Tapdıq oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).

7.İsmayıllı şəhəri H.Əliyev pr. 13 ünvanında yerləşən binaya təhlükə yaradan ümumilikdə 15 (on beş) ədəd qovaq cinsindən olan ağacların 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2021-ci il tarixli 493 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Tahirov Hikmət Şamil oğlu). (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

8.İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 59 B ünvanında yerləşən vətəndaşa məxsus sahibkarlıq obyektinə təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsindən olan ağacların 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2021-ci il tarixli 498 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Rafael Osmanov). (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

9.İsmayıllı şəhəri R.Behbudov küçəsi ev 14 ünvanında yerləşən qeyd olunan ağaclardan yalnız yola doğru əyilmiş budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 aprel 2021-ci il tarixli 503 saylı məktubuna baxılması barədə.(Əsas: İsmayıllı rayon Prokurorluğunun 45 Ş-21 saylı 01 aprel 2021-ci il tarixli məktubu. Ərizəçi: Bayramov Telman Məhəmmədrza oğlu). (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

10.İsmayıllı şəhəri H.B.Zərdabi küçəsi ünvanında binanın qarşısında yerləşən təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsindən olan ağacların 9-10 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 aprel 2021-ci il tarixli 506 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Heyva Əsədova). (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə - 12 səs;

əleyhinə - yoxdur;

bitərəf - yoxdur

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 20 aprel 2021-ci il tarixli 23-24 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 20 aprel 2021-ci il tarixli 23-24 saylıməktubu daxil olmuşdur. Məktubda vətəndaş müraciətlərinin araşdırılması zamanı ortaya çıxan nöqsanların ümumiləşdirilməsi onu göstərir ki, aktların qəbulu zamanı bəzi nöqsanlara yol verilir, həmçinin bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərini dərindən mənimsənilmir, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə daha çevik və operativ qərarların qəbul edilmədiyi və bu halların gələcəkdə hüquq pozuntusuna şərait yaratdığından bələdyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların müxtəlif instansiyalara şikayət etmələrinə səbəb olur, eləcə də, bələdiyyələr tərəfindən qəbul edilmiş aktların qanunvericiliyə zidd olması səbəbindən onların ləğv olunması ilə yekunlaşdığı qeyd edilmişdir.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum. Göyçay Regional Ədliyyə İdarəsinin məktubundakı tövsiyələrin işdə rəhbər tutulmasının məqsədəmüvafiq olduğunu qeyd etdi.

Təklif edirəm ki, məktubda qeyd olunanlara ciddi şəkildə əməl edilsin.

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Amid Abdullayev, Rəfayel Əhmədov, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Qurbanova Gülnarə, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin20 aprel 2021-ci il tarixli 23-24 saylı tövsiyə məktubunda qeyd edilən:

-İcarədə olan bələdiyyə torpaqlarından təyinatına zidd istifadə edilməsi hallarına qarşı mübarizə gücləndirilsin, həmin hallara təkrar yol verildiyi halda icarə müqavilələrinin ləğvi ilə bağlı qanunla nəzərdə tutulmuş tədbirlər görülsün;

-Torpaqayırma ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə ciddi əməl edilsin;

-Mübahisəli ərazilərlə, xüsusən də ümumi istifadədə olan torpaq sahələrinin təyinatının dəqiqləşdirilməsi, həmçinin vətəndaşlarla bələdiyyə arasında yaranmış halların qısa müddətdə həll olunması üçün ərazidə monitorinq aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların Təşkili üzrə Dövlət Agentliyinə müraciət olunsun;

-Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bələdiyyələr tərəfindən əməli işlər görülsün, bu hallara diqqət artırılsın və qərar qəbul edilərək çeviklik və operativliyə önəm verilsin;

-Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən qanunvericiliyin tələbləri daima öyrənilsin və tələblərə əməl olunsun;

-tövsiyələr İsmayıllı bələdiyyəsi tərəfindən əməli işdə rəhbər tutulsun.

Qərar: 1.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 1.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

2."Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İsmayıllı rayon filialının 02 aprel 2021-ci il tarixli 17 saylı məktubuna baxılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri-Musazadə Toğrul Namiq oğlu)

Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Toğrul Musazadəyə verdi. O bildirdi ki, "Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İsmayıllı rayon filialı məktubla müraciət edərək İctimai Birliyə maddi kömək göstərilməsini xahiş etmişdir.

Məsələyə münasibət bildirməyinizi xahiş edirəm.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, "Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İsmayıllı rayon filialının hesablaşma hesabına vəsaitin köçürülməsi məqsədəuyğundur.

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Amid Abdullayev, Rəfayel Əhmədov, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Qurbanova Gülnarə, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 2.1 "Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İsmayıllı rayon filialına maddi köməklik məqsədi ilə İttifaqın hesablaşma hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürülsün.

Qərar: 2.2. Qərarın icrası bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə və baş mühasibi Fərman Dəmirova həvalə edilsin.

3.İsmayıllı şəhər sakini Bədəlova Dilşad Məmməd qızına maddi köməlik edilməsi haqqında ərizəsinə baxılması barədə. (Şəxsiyyət vəsiqəsi AZE № 09412302) (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri-Musazadə Toğrul Namiq oğlu)

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəkiüçüncü məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Toğrul Musazadəyə. O bildirdi ki, İsmayıllı şəhər sakini Bədəlova Dilşad Məmməd qızı bələdiyyəyə ərizə ilə müraciət edərək güclü külək nəticəsində yaşadığı Cavanşir küçəsi ev № 3 ünvanının yaxınlığında yerləşən bir ədəd şərq çinarının kökdən aşaraq darvazasına və evinin dam örtüyünə ciddi ziyan dəydini bildirərək bələdiyyənin ona müəyyən məbləğdə maddi yardım göstərməsini xahiş etmişdir.

Sosial və iqtisadi-inkişaf məsələləri daimi komissiyasında ərizəyə baxılmış, vətəndaşa 200 (iki yüz) manat maddi yardım göstərilməsi məqsədəuyğun hesab edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev çıxışında qeyd etdi ki, bələdiyyədə maliyyə çətinlikləri olmasına baxmayaraq vətəndaşın xahişini nəzərə almaq lazımdır.

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Amid Abdullayev, Əhmədov Rəfayel, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Qurbanova Gülnarə, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 3.1. İsmayıllı şəhəri Cavanşir küçəsi ev 3 ünvanında yaşayan Bədəlova Dilşad Məmməd qızına (Şəxsiyyət vəsiqəsi AZE № 09412302) bələdiyyə büdcəsindən 200 (iki yüz) manat maddi yardım ödənilsin.

Qərar: 3.2. Qərarın icrasına nəzarət sədr müavini Vidadi Zərbiyev və baş mühasib Fərman Dəmirova həvalə edilsin.

4.İsmayıllı şəhəri V.Osmanov küçəsində əlillər evinin qarşısında "uşaq əyləncə” sahəsinin qurulması üçün bələdiyyə büdcəsindən vəsaitin ayrılması barədə. (Məruzəçi: Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri – Abdullayev Amid Abid oğlu)

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəkidördüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri Amid Abdullayevə verdi. O qeyd etdi ki, şəhərin V.Osmanov küçəsində əlillər evinin qarşısında "uşaq əyləncə” sahəsinin quraşdırılmasıüçün həmin əraziyə baxış keçirilib və binanın qarşısında uşaqların əylənməsi üçün əyləncə sahəsinin quraşdırılmasına ehtiyac olduğunu bildirdi.

Məsələyə münasibət bildirməyinizi xahiş edirəm.

Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev çıxış edərək bildirdi ki, şəhərin V.Osmanov küçəsində əlillər evinin qarşısında "uşaq əyləncə” sahəsinin quraşdırılması məqsədəmüvafiq hesab edilir.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Rəfayel Əhmədov, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Qurbanova Gülnarə, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -12 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 4.1. İsmayıllı şəhərinin V.Osmanov küçəsində əlillər evinin qarşısında "uşaq əyləncə” sahəsinin quraşdırılması üçün bələdiyyə büdcəsindən1596(bir min beş yüz doxsan altı) manat vəsit ayrılsın.

Əsas: Təqdim olunmuş smeta-layihə sənədləri.

Qərar: 4.2. Qərarın icrası bələdiyyənin sədr müavini Vidadi Zərbiyev və baş mühasibi Fərman Dəmirova həvalə edilsin.

5. 13.03.2021-ci il tarixli AA № 608893 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 1921001148 say ilə qeydiyyata alınmış İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi 61 A ünvanında yerləşən 0,00264 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ilkin müsabiqə qiyməti müəyyən olunmaqla satılması üçün Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət olunması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri-Musazadə Toğrul Namiq oğlu)

Eşidildi: 5.1. İclasın sədri gündəlikdəki beşinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Toğrul Musazadəyə verdi. O qeyd etdi ki, 0,00264 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün bələdiyyənin iclas protokoluna əsasən prosedura başlanılıb, aidiyyatı qaydada sənədlər toplanılıb və prosedur artıq başa çatmışdır. Odur ki, "Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli, 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər, əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-II QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə uyğun olaraq İsmayıllı Bələdiyyəsinin alqı-satqı predmeti olan, 0,00264 ha. torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması ilə bağlı müsabiqə keçirilməsinə başlamaq məqsədəuyğundur.

Sahibkarlıq məqsədli həmin torpaq sahəsi üçün 82 x 26,4=2165 (iki min bir yüz altmış beş) manat ilkin qiymət müəyyən olunmaqla ƏMDK Qəbələ Torpaq Hərrac və Müsabiqə Komisiyası ilə müsabiqənin keçirilməsi üçün müqavilə bağlanması məqsədəuyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev geniş açıqlamadan sonra 0,00264 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə alan tərəfə müsabiqənin keçirilmə qaydalarına uyğun şəkildə satılmasını təklif etdi.

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Abdullayev Amid, Əhmədov Rəfayel, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Qurbanova Gülnarə, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 12 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 5.1. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi 61 A ünvanında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,00264 ha torpaq sahəsininsahibkarlıq məqsədi ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatması nəzərə alınsın. (Əsas: 13.03.2021-ci il tarixli AA № 608893 saylı torpaq sahəsinin planı və ölçüsü).

Qərar: 5.2. İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,00264 ha sahibkarlıq məqsədli torpaq sahəsinin satılması məqsədi ilə müsabiqə keçirilsin. Müsabiqədə ilkin satış qiyməti hər bir kvadratmetr üçün 82 (səksən iki) manat olmaqla, cəmi 82 x 26,4=2165 (iki min bir yüz altmış beş) manat ilkin qiymət müəyyən edilsin vəmüsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası arasında müqavilə bağlansın.

Qərar: 5.3 Qərarın icrasına nəzarət bələdiyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

6.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Məhərrəmov Pərviz Tapdıq oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).

Eşidildi: 6.1.İclasın sədri gündəlikdəki altıncıməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Məhərrəmov Pərviz Tapdıq oğlunun İsmayıllı şəhəri Yuxarıbaş ərazisində mülkiyyətində həyətyanı torpaq sahəsi və evi vardır. Məhərrəmov Pərviz Tapdıq oğlu bu günədək İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına torpaq və əmlak vergisi olaraq hesablanmış 269 (iki yüz altmış doqquz) manat vəsaiti ödəməmişdir.

Məhərrəmov Pərviz Tapdıq oğluna bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə 29 mart 2021-ci il tarixli 127 saylı xəbərdarlıq məktubu ilə vətəndaşa borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubunda vergilərin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş Məhərrəmov Pərviz Tapdıq oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına vergiləri ödəməmişdir.

Ona görə də Məhərrəmov Pərviz Tapdıq tərəfindən bələdiyyə vergilərinin ödənilməsini təmin etmək məqsədilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Şahməmməd Soltanov bildirdi ki, Məhərrəmov Pərviz Tapdıq oğluna bələdiyyə vergilərinin ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir və ona xəbərdarlıq məktubu göndərilmişdir. Sonuncu xəbərdarlıq məktubunda bələdiyyə vergilərinin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaşMəhərrəmov Pərviz Tapdıq oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyə vergilərini ödəməmişdir.

Ona görə də Məhərrəmov Pərviz Tapdıq Cahan oğlunun bələdiyyə vergilərinin ödənişi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Bələdiyyə üzvləri Abdullayev Amid, Toğrul Musazadə, Əhmədov Rəfayel, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Qurbanova Gülnarə, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 12 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 6.1. İsmayıllı şəhər sakini Məhərrəmov Pərviz Tapdıq oğlunun İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməli olduğu 269 (iki yüz altmış doqquz) manat 43 qəpik vergi borclarını ödəmədiyi üçün həmin ödənişin ödəyici tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsinin təmin olunması məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət olunsun.

Qərar: 6.2. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

7.İsmayıllı şəhəri H.Əliyev pr. 13 ünvanında yerləşən binaya təhlükə yaradan ümumilikdə 15 (on beş) ədəd qovaq cinsindən olan ağacların 7-8 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2021-ci il tarixli 493 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Tahirov Hikmət Şamil oğlu). (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

Eşidildi: 7.1. İclasın sədri gündəlikdəkiyeddinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, şəhərin H.Əliyev pr. 13 ünvanında yaşayan vətəndaş Tahirov Hikmət Şamil oğlu bələdiyyəyə ərizə ilə müraciəti əsasında vətəndaşın yaşadığı ünvanda binanın ön hissəsində söhbətgahın ətrafında 6 (altı) ədəd, digər yaşayış binasının yan hissəsində binaya təhlükə yaradan 5 (beş) ədəd, həmin binanın arxa hissəsində ticarət obyektlərinin arxasında 4 (dörd) ədəd, ümumilikdə isə 15(on beş) ədəd qovaq cinsinə aid ağaclara baxış keçirilmiş və həmin ağacların 7-8 metr budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 7.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Musazadə Toğrul, Əhmədov Rəfayel, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 7.1. İsmayıllı şəhəri H.Əliyev pr. 13 ünvanında yerləşən binanın ön hissəsində söhbətgahın ətrafında 6 (altı) ədəd, digər yaşayış binasının yan hissəsində binaya təhlükə yaradan 5 (beş) ədəd, həmin binanın arxa hissəsində ticarət obyektlərinin arxasında 4 (dörd) ədəd, ümumilikdə isə 15 (on beş) ədəd qovaq cinsinə məxsus ağacların 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə 7-8 metr hündürlükdən budanılması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2021-ci il tarixli 493 saylı məktubu. (Ərizəçi: Tahirov Hikmət Şamil oğlu).

Qərar: 7.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.

8.İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 59 B ünvanında yerləşən vətəndaşa məxsus sahibkarlıq obyektinə təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsindən olan ağacların 6-7 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2021-ci il tarixli 498 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Rafael Osmanov). (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

Eşidildi: 8.1. İclasın sədri gündəlikdəkisəkkizinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, şəhərin Ə.Mahmudov küçəsi 59 B ünvanında yaşayan vətəndaş Rafael Osmanovun bələdiyyəyə ərizə ilə müraciəti əsasında vətəndaşa məxsus sahibkarlıq obyektinə təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsinə məxsus ağaclara baxış keçirilmiş və həmin ağacların 6-7 metr hündürlükdən budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 8.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Musazadə Toğrul, Əhmədov Rəfayel, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 8.1. İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 59 B ünvanında yerləşən vətəndaşa məxsus sahibkarlıq obyektinə təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsinə məxsus ağacların 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə 6-7 metr hündürlükdən budanılması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2021-ci il tarixli 498 saylı məktubu. (Ərizəçi: Rafael Osmanov).

Qərar: 8.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.

9.İsmayıllı şəhəri R.Behbudov küçəsi ev 14 ünvanında yerləşən qeyd olunan ağaclardan yalnız yola doğru əyilmiş budaqlarının budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 aprel 2021-ci il tarixli 503 saylı məktubuna baxılması barədə.(Əsas: İsmayıllı rayon Prokurorluğunun 45 Ş-21 saylı 01 aprel 2021-ci il tarixli məktubu. Ərizəçi: Bayramov Telman Məhəmmədrza oğlu). (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

Eşidildi: 9.1. İclasın sədri gündəlikdəkidoqquzuncu məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, şəhərinR.Behbudov küçəsi ev 14 ünvanında yaşayanvətəndaşBayramov Telman Məhəmmədrza oğlunun İsmayıllı rayon Prokurorluğuna ərizə ilə müraciəti əsasında ağaclara baxış keçirilmiş və həmin ağacların yalnız yola doğru əyilmiş budaqlarının budanılmasına ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 9.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Musazadə Toğrul, Əhmədov Rəfayel, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 9.1. İsmayıllı şəhəri R.Behbudov küçəsi ev 14 ünvanında yerləşən vətəndaşa vətəndaşBayramov Telman Məhəmmədrza oğlunun İsmayıllı rayon Prokurorluğuna ünvanladığı ərizəsi əsasında qeyd edilən ağacların 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti iləyalnız yola doğru əyilmiş budaqlarının budanılması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19 aprel 2021-ci il tarixli 503 saylı məktubu. (Əsas: İsmayıllı rayon Prokurorluğunun 45 Ş-21 saylı 01 aprel 2021-ci il tarixli məktubu. Ərizəçi: Bayramov Telman Məhəmmədrza oğlu).

Qərar: 9.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.

10.İsmayıllı şəhəri H.B.Zərdabi küçəsi ünvanında binanın qarşısında yerləşən təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsindən olan ağacların 9-10 metr hündürlükdən budanılması üçün 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 aprel 2021-ci il tarixli 506 saylı məktubuna baxılması barədə. (Ərizəçi: Heyva Əsədova). (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

Eşidildi: 10.1. İclasın sədri gündəlikdəkionuncu məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, şəhərin H.B.Zərdabi küçəsi ünvanında yaşayan vətəndaş Heyva Əsədova bələdiyyəyə ərizə ilə müraciəti əsasında binaya təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsinə məxsus ağaclara baxış keçirilmiş və həmin ağacların 9-10 metr hündürlükdən budanmasına ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 10.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Musazadə Toğrul, Əhmədov Rəfayel, Abdullayeva Aynur, Musayev Orxan, Salehova Sona, Səmədov Sədyar, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 12 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 10.1. İsmayıllı şəhəri H.B.Zərdabi küçəsi ünvanında binanın qarşısında yerləşən binaya təhlükə yaradan 3 (üç) ədəd qovaq cinsinə məxsus ağacların 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə 9-10 metr hündürlükdən budanılması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 aprel 2021-ci il tarixli 506 saylı məktubu. (Ərizəçi: Heyva Əsədova).

Qərar: 10.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.

İclasın sədri: _______________Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi:_______________Abdullayeva Aynur Azad qızı

1. _____________Zərbiyev Vidadi Valeh oğlu

2. _____________Soltanov Şahməmməd Nurulla oğlu

3. _____________Mustafayeva Gülnar Rövşən qızı

4. _____________Musayev Orxan Cahangir oğlu

5. _____________Salehova Sona Bəyalı qızı

6. _____________Qurbanova Gülnarə Mütalib qızı

7. _____________Səmədov Sədyar Həmzə oğlu

8. _____________Əhmədov Rəfayıl Ötərxan oğlu

9. _____________Musazadə Toğrul Namiq oğlu

10. _____________Abdullayev Amid Abid oğlu