İclas protokolları


11.06.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 05saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

05 saylı iclas protokolu

27 May 2021-ci il                                                                                         İsmayıllı şəhəri

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 15 (on beş) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1.Ağayev Pərviz Əlövsət оğlu

2.Soltanov Şahməmməd Nurulla oğlu

3.Zərbiyev Vidadi Valeh oğlu

4.Abdullayev Amid Abid oğlu

5.Abdullayeva Aynur Azad qızı

6.Qurbanova Gülnarə Mütalib qızı

7.Əhmədov Rəfayıl Ötərxan oğlu

8.Mustafayeva Gülnar Rövşən qızı

9. İsgəndərova Minazər Ramiz qızı

10. Musazadə Toğrul Namiq oğlu

11. Əhmədova İranə Əfsər qızı

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1.Musayev Orxan Cahangir oğlu

2.Səmədov Sədyar Həmzə oğlu

3.Salehova Sona Bəyalı qızı

4.Əhmədli Namiq Kamran oğlu

Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Aynur Abdullayeva(bələdiyyə üzvü)

Gündəlikdəki məsələlər:

1.Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi ilə 2011-ci ildə bağlanmış icarə müqaviləsinə əsasən icarə haqlarını ödəmədiyi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


2. 12.01.2017-ci il tarixli A № 108621 saylı torpaq sahəsinin planı və ölçüsü, Seriya RX № 0976671 saylı çıxarış sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 1916008929 say ilə qeydiyyata alınmış İsmayıllı şəhəri Aşağıbaş ərazisi ünvanında yerləşən 0,00839 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ilkin müsabiqə qiyməti müəyyən olunmaqla satılması üçün Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət olunması barədə.(Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu)


3. 03.12.2019-cu il tarixli A № 446696 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 1919012950 say ilə qeydiyyata alınmış İsmayıllı şəhəri M.F.Axundov küçəsi № 135 ünvanında yerləşən 0,0040 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ilkin müsabiqə qiyməti müəyyən olunmaqla satılması üçün Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət olunması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu)


4. 30.04.2021-ci il tarixli AA № 618851 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 1921004586 say ilə qeydə alınmış İsmayıllı şəhəri Aşağıbaş ərazisi ünvanındayerləşən 0,04 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Əsədov Yusif Akif oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu)


5.İsmayıllı şəhəri Nizami küçəsi "Dostluq” kafesinin ərazisində yerləşən 7 (yeddi) ədəd qovaq cinsindən olan köküstə quru və qəzalı vəziyyətdə olan bioloji inkişafı dayanaraq köküstə quruduğu üçün əvəzinə yeni tinglər əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin 27 aprel 2021-ci il tarixli 22/935 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Dəmirov Pünhan Xalı oğlu) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)


6.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Babayev Seyfulla Heyyət oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


7.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Məmmədov Rafael Mustafa oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə - yoxdur;

bitərəf – yoxdur

1.Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi ilə 2011-ci ildə bağlanmış icarə müqaviləsinə əsasən icarə haqlarını ödəmədiyi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


Eşidildi: 1.1.İclasın sədri gündəlikdəki birinciməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə verdi. O bildirdi ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi İsmayıllı şəhəri ərazisində İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan 9,002 ha yaşayış məntəqəsi torpaqlarına aid torpaq sahəsini 99 il müddətinə icarəyə götürmüşdür. Tərəflər arasında bağlanmış icarə müqaviləsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi İsmayıllı bələdiyyəsindən icarəyə götürdüyü 9,002 ha torpaq sahəsinə görə hər 1 il üçünİsmayıllı bələdiyyəsinin hesablaşma hesabına 8250 (səkkiz min iki yüz əlli) manat olmaqla vəsaitin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bugünədək icarə haqlarını İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməmişdir və nəticədə 12 yanvar 2011-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək olan dövr üçün hər il ödəməli olduğu 8250 (səkkiz min iki yüz əlli) manat olmaqla 10 il üçün cəmi 82500 (8250x10=82500) (səksən iki min beş yüz) manat məbləğində icarə haqqını İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödənişini təmin etməmişdir.

Ona görə də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bələdiyyənin icarə haqlarının ödənilməsini təmin etmək məqsədiləBakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Şahməmməd Soltanov bildirdi ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bələdiyyənin icarə haqlarının ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sonuncu dəfə 20 aprel 2021-ci il tarixli 170 saylı məktubla icarə haqlarının ödənilməsi barədə müraciət olunmuşdur. Lakin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyənin icarə haqlarını ödəməmişdir.

Ona görə də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bələdiyyə icarə haqlarının ödənişinin təmin edilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Bələdiyyə üzvləri Abdullayev Amid, Əhmədov Rəfayel, Abdullayeva Aynur, İsgəndərova Minazər, Gülnarə Qurbanova, Musazadə Toğrul, Əhmədova İranə, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 1.1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan 9,002 ha torpaq sahəsi üçün tərəflər arasında bağlanmış 12.01.2011-ci il tarixli notarial müqaviləyə əsasən bələdiyyənin hesablaşma hesabına hər 1 il üçün ödəməli olduğu 8250 (səkkiz min iki yüz əlli) manat olmaqla 10 il üçün cəmi 82500 (8250x10=82500) (səksən iki min beş yüz) manat icarə haqqı borcunu ödəmədiyi üçün həmin ödənişin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsinin təmin olunması məqsədi ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət olunsun.

Qərar: 1.2. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.

2. 12.01.2017-ci il tarixli A № 108621 saylı torpaq sahəsinin planı və ölçüsü, Seriya RX № 0976671 saylı çıxarış sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 1916008929 say ilə qeydiyyata alınmış İsmayıllı şəhəri Aşağıbaş ərazisi ünvanında yerləşən 0,00839 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ilkin müsabiqə qiyməti müəyyən olunmaqla satılması üçün Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət olunması barədə.(Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu)


Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Toğrul Musazadəyə verdi. O qeyd etdi ki, 0,00839 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması üçünbələdiyyənin iclas protokoluna əsasən prosedura başlanılıb, aidiyyatı qaydada sənədlər toplanılıb və prosedur artıq başa çatmışdır. Odur ki, "Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli, 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər, əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-II QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə uyğun olaraq İsmayıllı Bələdiyyəsinin alqı-satqı predmeti olan, 0,00839 ha. torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması ilə bağlı müsabiqə keçirilməsinə başlamaqməqsədəuyğundur.

Sahibkarlıq məqsədli həmin torpaq sahəsi üçün 82 x 83,9=6880 (altı min səkkiz yüz səksən) manat ilkin qiymət müəyyən olunmaqla ƏMDK Qəbələ Torpaq Hərrac və Müsabiqə Komisiyası ilə müsabiqənin keçirilməsi üçün müqavilə bağlanması məqsədəuyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev geniş açıqlamadan sonra 0,00839 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə alan tərəfə müsabiqənin keçirilmə qaydalarına uyğun şəkildə satılmasını təklif etdi.

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Abdullayev Amid, Əhmədov Rəfayel, Abdullayeva Aynur, İsgəndərova Minazər, Qurbanova Gülnarə, Əhmədova İranə, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyəverilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 2.1. İsmayıllı şəhəri Aşağıbaş ərazisi ünvanında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,00839 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatması nəzərə alınsın. (Əsas: 12.01.2017-ci il tarixli A № 108621 saylı torpaq sahəsinin planı və ölçüsü, Seriya RX № 0976671 saylı çıxarış).

Qərar: 2.2. İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,00839 ha sahibkarlıq məqsədli torpaq sahəsinin satılması məqsədi ilə müsabiqə keçirilsin. Müsabiqədə ilkin satış qiyməti hər bir kvadratmetr üçün 82 (səksən iki) manat olmaqla, cəmi 82 x 83,9=6880 (altı min səkkiz yüz səksən) manat ilkin qiymət müəyyən edilsin və müsabiqənin keçirilməsibarədə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası arasında müqavilə bağlansın.

Qərar: 2.3 Qərarın icrasına nəzarət bələdiyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


3. 03.12.2019-cu il tarixli A № 446696 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 1919012950 say ilə qeydiyyata alınmış İsmayıllı şəhəri M.F.Axundov küçəsi № 135 ünvanında yerləşən 0,0040 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ilkin müsabiqə qiyməti müəyyən olunmaqla satılması üçün Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət olunması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu)


Eşidildi: 3.1. İclasın sədri gündəlikdəki üçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Toğrul Musazadəyə verdi. O qeyd etdi ki, 0,0040 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün bələdiyyənin iclas protokoluna əsasən prosedura başlanılıb, aidiyyatı qaydada sənədlər toplanılıb və prosedur artıq başa çatmışdır. Odur ki, "Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli, 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər, əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-II QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə uyğun olaraq İsmayıllı Bələdiyyəsinin alqı-satqı predmeti olan, 0,0040 ha. torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması ilə bağlı müsabiqə keçirilməsinə başlamaq məqsədəuyğundur.

Sahibkarlıq məqsədli həmin torpaq sahəsi üçün 82 x 40=3280 (üç min iki yüz səksən) manat ilkin qiymət müəyyən olunmaqla ƏMDK Qəbələ Torpaq Hərrac və Müsabiqə Komisiyası ilə müsabiqənin keçirilməsi üçün müqavilə bağlanması məqsədəuyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev geniş açıqlamadan sonra 0,0040 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə alan tərəfə müsabiqənin keçirilmə qaydalarına uyğun şəkildə satılmasını təklif etdi.

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Abdullayev Amid, Əhmədov Rəfayel, Abdullayeva Aynur, İsgəndərova Minazər, Qurbanova Gülnarə, Əhmədova İranə, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyəverilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 3.1. İsmayıllı şəhəri M.F.Axundov küçəsi № 135 ünvanında yerləşən İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0040 hatorpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatması nəzərə alınsın. (Əsas: 03.12.2019-cu il tarixli A № 446696 saylı torpaq sahəsinin planı və ölçüsü).

Qərar: 3.2. İsmayıllı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0040 ha sahibkarlıq məqsədli torpaq sahəsinin satılması məqsədi ilə müsabiqə keçirilsin. Müsabiqədə ilkin satış qiyməti hər bir kvadratmetr üçün 82 (səksən iki) manatolmaqla, cəmi 82 x 40=3280 (üç min iki yüz səksən) manat ilkin qiymət müəyyən edilsin və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası arasında müqavilə bağlansın.

Qərar: 3.3 Qərarın icrasına nəzarət bələdiyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin

.

4. 30.04.2021-ci il tarixli AA № 618851 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları Dövlət Reyestrində 1921004586 say ilə qeydə alınmış İsmayıllı şəhəri Aşağıbaş ərazisi ünvanındayerləşən 0,04 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə Əsədov Yusif Akif oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu)


Eşidildi: 4.1. İclasın sədri dördüncü məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Toğrul Musazadəyə verdi. O bildirdi ki, İsmayıllı şəhəri Aşağıbaş ərazisiünvanında yerləşən 0,04 ha zəbt edilmiş həyətyanı məqsədli torpaq sahəsi vardır. Vətəndaş Əsədov Yusif Akif oğlu ərizə ilə müraciət edərək 0,04 ha həyətyanı məqsədli torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəyə əsasən prosedura başlanmış və torpaq sahəsi bələdiyyənin mülkiyyətinə alınmışdır.

Onu da nəzərə almaq lazımdır ki, həmin zəbt edilmiş həyətyanı torpaq sahəsi uzun illərdir vətəndaşın istifadəsindədir. Ona görə də, həmin zəbt olunmuş torpaq sahəsinin başqa vətəndaşa satılması mümkün olmadığı üçün həmin 0,04 ha torpaq sahəsini həmin torpaqdan uzun illərdir istifadə edən Əsədov Yusif Akif oğluna hərracdan kənar qaydada satılması məqsədəuyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev geniş açıqlamadan sonra 0,04 ha torpaq sahəsini alan tərəfə satılmasını təklif etdi.

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Abdullayev Amid, Əhmədov Rəfayel, Abdullayeva Aynur, İsgəndərova Minazər, Qurbanova Gülnarə, Əhmədova İranə, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

"Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 4.1. İsmayıllı bələdiyyəsinin şəhərin Aşağıbaş ərazisi ünvanındayerləşən yaşayış məntəqələrinin torpağından fərdi ev tikmək məqsədi ilə Əsədov Yusif Akif oğluna 0,04 ha. həyətyanı məqsədli torpaq sahəsi satılsın.

Əsas:Vətəndaşın ərizəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.04.2021-ci il tarixli AA № 618851 saylı torpaq sahəsinin planı və ölçüsü.

Qərar: 4.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin "Azərpoçt” MMC-də yerləşən AZ32AZPO90315461200420100002VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq 319 x 4=1276 (bir min iki yüz yetmiş altı) manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

Qərar: 4.3. Vətəndaş Əsədov Yusif Akif oğlunəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

Qərar: 4.4. Alıcı 5 (beş) il müddətinə aldığı torpaq sahəsini özgəninkiləşdirə bilməz.

Qərar: 4.5.Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


5.İsmayıllı şəhəri Nizami küçəsi "Dostluq” kafesinin ərazisində yerləşən 7 (yeddi) ədəd qovaq cinsindən olan köküstə quru və qəzalı vəziyyətdə olan bioloji inkişafı dayanaraq köküstə quruduğu üçün əvəzinə yeni tinglər əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin 27 aprel 2021-ci il tarixli 22/935 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Dəmirov Pünhan Xalı oğlu) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)


Eşidildi: 5.1. İclasın sədri gündəlikdəkibeşinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Ekologiya və Aqrar siyasət Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, vətəndaş Dəmirov Pünhan Xalı oğlunun bələdiyyəyə ərizə ilə müraciəti əsasında şəhərin Nizami küçəsi "Dostluq” kafesi ərazisində yerləşən 7 (yeddi) ədəd qovaq cinsindən olan köküstə quru və qəzalı vəziyyətdə olan bioloji inkişafı dayanaraq köküstə quruduğu üçün əvəzinə yeni tinglər əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsinə ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Şahməmməd Soltanov, Abdullayev Amid, Əhmədov Rəfayel, Abdullayeva Aynur, İsgəndərova Minazər, Musazadə Toğrul, Əhmədova İranə, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 5.1. İsmayıllı şəhəriNizami küçəsi "Dostluq” kafesi ərazisində yerləşən 7 (yeddi) ədəd qovaq cinsindən olan köküstə quru və qəzalı vəziyyətdə olanbioloji inkişafı dayanaraq köküstə quruduğu üçün əvəzinə yeni tinglər əkilməsi şərti ilə ağacların 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin 27 aprel 2021-ci il tarixli 22/935 saylı məktubu.(Ərizəçi: Dəmirov Pünhan Xalı oğlu)

Qərar: 5.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.


6.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Babayev Seyfulla Heyyət oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


Eşidildi: 6.1.İclasın sədri gündəlikdəki altıncıməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Babayev Seyfulla Heyyət oğlunun İsmayıllı şəhəriBabadağ küçəsi ünvanında mülkiyyətində həyətyanı torpaq sahəsi və evi vardır. Babayev Seyfulla Heyyət oğlu bu günədək İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına torpaq və əmlak vergisi olaraq hesablanmış 429 (dörd yüz iyirmi doqquz) manat 38 qəpik vəsaiti ödəməmişdir.

Babayev Seyfulla Heyyət oğluna bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə 05 may 2021-ci il tarixli 194 saylı xəbərdarlıq məktubu ilə vətəndaşa borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubunda vergilərin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş Babayev Seyfulla Heyyət oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına vergiləri ödəməmişdir.

Ona görə də Babayev Seyfulla Heyyət oğlu tərəfindən bələdiyyə vergilərinin ödənilməsini təmin etmək məqsədilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Çıxışlar: 6.1. Bələdiyyənin üzvü Şahməmməd Soltanov bildirdi ki, Babayev Seyfulla Heyyət oğluna bələdiyyə vergilərinin ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir və ona xəbərdarlıq məktubu göndərilmişdir. Sonuncu xəbərdarlıq məktubunda bələdiyyə vergilərinin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaşBabayev Seyfulla Heyyət oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyə vergilərini ödəməmişdir.

Ona görə də Babayev Seyfulla Heyyət oğlunun bələdiyyə vergilərinin ödənişi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Bələdiyyə üzvləri Abdullayev Amid, Əhmədov Rəfayel, Abdullayeva Aynur, İsgəndərova Minazər, Gülnarə Qurbanova, Musazadə Toğrul, Əhmədova İranə, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 6.1. İsmayıllı şəhər sakini Babayev Seyfulla Heyyət oğlunun İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməli olduğu 429 (dörd yüz iyirmi doqquz) manat 38 qəpik vergi borclarını ödəmədiyi üçün həmin ödənişin ödəyici tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsinin təmin olunması məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət olunsun.

Qərar: 6.2. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


7.Bələdiyyə vergilərini ödəməyən İsmayıllı şəhər sakini Məmmədov Rafael Mustafa oğlu haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə.(Məruzəçi:sədr müavini V.Zərbiyev).


Eşidildi: 7.1.İclasın sədri gündəlikdəki yeddinciməsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə verdi. O bildirdi ki, İsmayıllı şəhər sakini Məmmədov Rafael Mustafa oğlunun İsmayıllı şəhəriN.Səmədov küçəsi ünvanında mülkiyyətində həyətyanı torpaq sahəsi və evi vardır. Məmmədov Rafael Mustafa oğlu bu günədək İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına torpaq və əmlak vergisi olaraq hesablanmış 518 (beş yüz on səkkiz) manat 74 qəpik vəsaiti ödəməmişdir.

Məmmədov Rafael Mustafa oğluna bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə 05 may 2021-ci il tarixli 190 saylı xəbərdarlıq məktubu ilə vətəndaşa borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubunda vergilərin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaş Məmmədov Rafael Mustafa oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına vergiləri ödəməmişdir.

Ona görə də Məmmədov Rafael Mustafa oğlu tərəfindən bələdiyyə vergilərinin ödənilməsini təmin etmək məqsədilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Çıxışlar: 7.1. Bələdiyyənin üzvü Şahməmməd Soltanov bildirdi ki, Məmmədov Rafael Mustafa oğluna bələdiyyə vergilərinin ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir və ona xəbərdarlıq məktubu göndərilmişdir. Sonuncu xəbərdarlıq məktubunda bələdiyyə vergilərinin 10 (on) gün müddətində ödənilməsinin təmin olunması göstərilməsinə baxmayaraq vətəndaşMəmmədov Rafael Mustafa oğlu bu günədək bələdiyyənin hesablaşma hesabına bələdiyyə vergilərini ödəməmişdir.

Ona görə də Məmmədov Rafael Mustafa oğlunun bələdiyyə vergilərinin ödənişi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi məqsədə uyğundur.

Bələdiyyə üzvləri Abdullayev Amid, Əhmədov Rəfayel, Abdullayeva Aynur, İsgəndərova Minazər, Gülnarə Qurbanova, Musazadə Toğrul, Əhmədova İranə, Mustafayeva Gülnar da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə- 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 7.1. İsmayıllı şəhər sakini Məmmədov Rafael Mustafa oğlunun İsmayıllı bələdiyyəsinin hesablaşma hesabına ödəməli olduğu 518 (beş yüz on səkkiz) manat 74 qəpik vergi borclarını ödəmədiyi üçün həmin ödənişin ödəyici tərəfindən İsmayıllı Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsinin təmin olunması məqsədi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə müraciət olunsun.

Qərar: 7.2. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


İclasın sədri: _______________Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi:_______________Abdullayeva Aynur Azad qızı