İclas protokolları


22.06.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 06 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

06 saylı iclas protokolu

10 iyun 2021-ci il                                                                                                İsmayıllı şəhəri

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 15 (on beş) bələdiyyə üzvündən iclasda iştirak edənlər:


1. Ağayev Pərviz Əlövsət оğlu

2. Soltanov Şahməmməd Nurulla oğlu

3. Zərbiyev Vidadi Valeh oğlu

4. Abdullayev Amid Abid oğlu

5. Abdullayeva Aynur Azad qızı

6. Qurbanova Gülnarə Mütalib qızı

7. Salehova Sona Bəyalı qızı

8. Musazadə Toğrul Namiq oğlu

9. İsgəndərova Minazər Ramiz qızı

10. Səmədov Sədyar Həmzə oğlu

11. Əhmədov Rəfayıl Ötərxan oğlu

12. Əhmədova İranə Əfsər qızı

13. Musayev Orxan Cahangir oğlu

14. Mustafayeva Gülnar Rövşən qızı

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1. Əhmədli Namiq Kamran oğlu


Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Aynur Abdullayeva(bələdiyyə üzvü)


Gündəlikdəki məsələlər:


1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 08.05.2021-ci il tarixli 20-26 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


2.İsmayıllı şəhəri H.Əliyev prospekti 23 ünvanında yerləşən 1 (bir) ədəd qoz cinsindən olan ağacın gövdə hissəsində oyuq olduğunu nəzərə alaraq bitkinin inkişafının dayanmasına səbəb olmayacaq şəkildə aqrotexniki budama xidməti göstərilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin 25 may 2021- il tarixli 22/1325 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Baxşıyev Yaşar Vəkilxan oğlu) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)


3.İsmayıllı şəhəri H.Əliyev prospekti 19 ünvanında yerləşən 4 (dörd) ədəd Şərq Çinarı cinsindən olan ağacların yalnız üst budaqlarının və əyilən istiqamətdə ağırlıq salan budaqlarının bitkinin inkişafının dayanmasına səbəb olmayacaq şəkildə aqrotexniki budama xidməti göstərilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin 25 may 2021- il tarixli 22/1325 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Bədəlov Neman, Abdullayeva Lumu və digərləri) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)


İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə - 14 səs;

əleyhinə - yoxdur;

bitərəf – yoxdur

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 08.05.2021-ci il tarixli 20-26 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 08.05.2021-ci il tarixli 20-26 saylı tövsiyə məktubu daxil olmuşdur. Məktubda bələdiyyələr tərəfindən müvafiq komissiya yaradılaraq mülkiyyətində olan torpaq sahələrinin zəbt və təyinata zidd istifadə hallarının qarşısının alınması, torpaqlardan istifadəyə dair qanunsuz verilmiş sənədlərin ləğv edilərək həmin torpaqların bələdiyyənin istifadəsinə qaytarılması, torpaq sahələri satılarkən qiymətlərinin, bu məqsədlə hərrac və ya müsabiqəyə çıxarılarkən ilkin qiymətlərinin bazar məzənnələrinin nəzərə alınaraq müəyyənləşdirilməsi, istifadəsiz torpaq sahələrinin istifadəyə cəlb ediləməsi, bələdiyyə torpaqlarının qanunamüvafiq və bələdiyyə mənafeyinə uyğun səmərəli istifadəsinin təmin olunması üçün təsirli tədbirlərin görülməsi zərurəti nəzərə çatdırılır.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev tövsiyə olunan məsələ ilə bağlı geniş açıqlama verdi. Tövsiyədə nəzərə çatdırılan vəzifələrin icrası üçün həmin məsələlərin icrasının bələdiyyənin nəzdində fəaliyyət göstərən Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasına həvalə edilməsinin məqsədəmüvafiq olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, bu komissiya ona həvalə olunan tövsiyələrin icrası ilə bağlı bələdiyyənin şura iclasına aylıq hesabat verməsi də məqsədəuyğundur.

Geniş müzakirədən sonra bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Qurbanova Gülnarə, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Musazadə Toğrul, İsgəndərova Minazər, Əhmədova İranə Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 14 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin08.05.2021-ci il tarixli 20-26 saylı tövsiyə məkubu nəzərə alınsın, məktubda qeyd edilən: Bələdiyyələr tərəfindən müvafiq komissiya yaradılaraq mülkiyyətində olan torpaq sahələrinin zəbt və təyinata zidd istifadə hallarının qarşısının alınması, torpaqlardan istifadəyə dair qanunsuz verilmiş sənədlərin ləğv edilərək həmin torpaqların bələdiyyənin istifadəsinə qaytarılması, torpaq sahələri satılarkən qiymətlərinin, bu məqsədlə hərrac və ya müsabiqəyə çıxarılarkən ilkin qiymətlərinin bazar məzənnələrinin nəzərə alınaraq müəyyənləşdirilməsi, istifadəsiz torpaq sahələrinin istifadəyə cəlb ediləməsi, bələdiyyə torpaqlarının qanunamüvafiq və bələdiyyə mənafeyinə uyğun səmərəli istifadəsinin təmin olunması kimi vəzifələrin icrası bələdiyyənin nəzdində fəaliyyət göstərən Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasına həvalə edilsin.

Qərar: 1.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 1.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


2.İsmayıllı şəhəri H.Əliyev prospekti 23 ünvanında yerləşən 1 (bir) ədəd qoz cinsindən olan ağacın gövdə hissəsində oyuq olduğunu nəzərə alaraq bitkinin inkişafının dayanmasına səbəb olmayacaq şəkildə aqrotexniki budama xidməti göstərilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin 25 may 2021- il tarixli 22/1325 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Baxşıyev Yaşar Vəkilxan oğlu) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)


Eşidildi: 2.1. İclasın sədri gündəlikdəkiikinci məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Yerli Ekologiya və Aqrar Siyasət Məsələləri daimi Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, İsmayıllı şəhər sakini Baxşıyev Yaşar Vəkilxan oğlunun bələdiyyəyə ərizə ilə müraciəti əsasında İsmayıllı şəhəri H.Əliyev pr. 23 ünvanında yerləşən 1 (bir) ədəd qoz cinsindən olan köküstə inkişafda qalmalı olduğu müəyyənləşdirilmişdir. Təhlükəsizliyin təmin edilməsi və yaşıllıqların mühafizəsi məqsədilə həmin 1 (bir) ədəd qoz ağacının gövdə hissəsində oyuq olduğunu nəzərə alaraq gövdəyə düşən ağırlığı azaltmaq üçün müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən nisbi sükunət dövründə bitkinin inkişafının dayanmasına səbəb olmayacaq şəkildə aqrotexniki budama xidməti göstərilməli, budamadan əmələ gələn ağac qalıqları bu növ tullantılar üçün nəzərdə tutulmuş yerlərə daşınılmasına ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacın yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin müsbət həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Təklif edirəm ki, məktubda qeyd olunanlara ciddi şəkildə əməl edilsin.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Musazadə Toğrul, İsgəndərova Minazər, Əhmədova İranə, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 14 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 2.1. İsmayıllı şəhəri H.Əliyev pr. 23 ünvanında yerləşən1 (bir) ədəd qoz cinsindən olan ağacköküstə inkişafda qalmaqla, təhlükəsizliyin təmin edilməsi və yaşıllıqların mühafizəsi məqsədilə 1 (bir) ədəd qoz ağacının gövdə hissəsində oyuq olduğunu nəzərə alaraq gövdəyə düşən ağırlığı azaltmaq üçün müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən nisbi sükunət dövründə bitkinin inkişafının dayanmasına səbəb olmayacaq şəkildə aqrotexniki budama xidməti göstərilsin, budamadan əmələ gələn ağac qalıqları bu növ tullantılar üçün nəzərdə tutulmuş yerlərə daşınılması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin 25 may 2021-ci il tarixli 22/1325 saylı məktubu. (Ərizəçi: Baxşıyev Yaşar Vəkilxan oğlu)

Qərar: 2.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.


3.İsmayıllı şəhəri H.Əliyev prospekti 19 ünvanında yerləşən 4 (dörd) ədəd Şərq Çinarı cinsindən olan ağacların yalnız üst budaqlarının və əyilən istiqamətdə ağırlıq salan budaqlarının bitkinin inkişafının dayanmasına səbəb olmayacaq şəkildə aqrotexniki budama xidməti göstərilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin 25 may 2021- il tarixli 22/1325 saylı məktubuna baxılması barədə.(Ərizəçi: Bədəlov Neman, Abdullayeva Lumu və digərləri) (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının sədri- Qurbanova Gülnarə Mütalib qızı)

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəkiüçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Yerli Ekologiya və Aqrar Siyasət Məsələləri daimi Komissiyasının sədri Gülnarə Qurbanovaya verdi. O qeyd etdi ki, İsmayıllı şəhər sakinləri Bədəlov Neman, Abdullayeva Lumu və digərlərininbələdiyyəyə ərizə ilə müraciəti əsasındaİsmayıllı şəhəri H.Əliyev pr. 19 ünvanında yerləşən 4 (dörd) ədəd Şərq Çinarı cinsindən olan köküstə inkişafda qalmalı olduğu müəyyənləşdirilmişdir. Təhlükəsizliyin təmin edilməsi və yaşıllıqların mühafizəsi məqsədilə həmin 4 (dörd) ədəd Şərq Çinarı ağacının müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən nisbi sükunət dövründə bitkinin inkişafının dayanmasına səbəb olmayacaq şəkildə aqrotexniki budama xidməti göstərilməli, budamadan əmələ gələn ağac qalıqları bu növ tullantılar üçün nəzərdə tutulmuş yerlərə daşınılmasına ehtiyac olduğu müəyyən edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, həmin ağacların yarada biləcəyi təhlükənin qarşısını almaq lazımdır. Ona görə də bu məsələnin müsbət həll olunması məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Təklif edirəm ki, məktubda qeyd olunanlara ciddi şəkildə əməl edilsin.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Mustafayeva Gülnar, Musazadə Toğrul, İsgəndərova Minazər, Əhmədova İranə, Salehova Sona da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 14 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 3.1. İsmayıllı şəhəri H.Əliyev pr. 19 ünvanında yerləşən4 (dörd) ədəd Şərq Çinarı cinsindən olan ağaclar köküstə inkişafda qalmaqla, təhlükəsizliyin təmin edilməsi və yaşıllıqların mühafizəsi məqsədilə 4 (dörd) ədəd Şərq Çinarı ağacının müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən nisbi sükunət dövründə bitkinin inkişafının dayanmasına səbəb olmayacaq şəkildə aqrotexniki budama xidməti göstərilsin, budamadan əmələ gələn ağac qalıqları bu növ tullantılar üçün nəzərdə tutulmuş yerlərə daşınılması işlərini icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin 25 may 2021-ci il tarixli 22/1326 saylı məktubu. (Ərizəçi: Bədəlov Neman, Abdullayeva Lumu və digərləri)

Qərar: 3.2. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.


İclasın sədri: _______________Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi:_______________Abdullayeva Aynur Azad qızı

1. _______________ Soltanov Şahməmməd Nurulla oğlu

2. _______________ Zərbiyev Vidadi Valeh oğlu

3. _______________ Abdullayev Amid Abid oğlu

4. _______________ Qurbanova Gülnarə Mütalib qızı

5. _______________ Salehova Sona Bəyalı qızı

6. _______________ Musazadə Toğrul Namiq oğlu

7. _______________ İsgəndərova Minazər Ramiz qızı

8. _______________ Səmədov Sədyar Həmzə oğlu

9. _______________ Əhmədov Rəfayıl Ötərxan oğlu

10. ______________ Əhmədova İranə Əfsər qızı

11. ______________ Musayev Orxan Cahangir oğlu

12. _______________Mustafayeva Gülnar Rövşən qızı