İclas protokolları


17.07.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 07 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

07 saylı iclas protokolu

09 iyul 2021-ci il                                                                                            İsmayıllı şəhəri

İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 15 (on beş) bələdiyyə üzvündən iclasda iştirak edənlər:


1. Ağayev Pərviz Əlövsət оğlu

2. Soltanov Şahməmməd Nurulla oğlu

3. Zərbiyev Vidadi Valeh oğlu

4. Abdullayev Amid Abid oğlu

5. Abdullayeva Aynur Azad qızı

6. Musazadə Toğrul Namiq oğlu

7. İsgəndərova Minazər Ramiz qızı

8. Səmədov Sədyar Həmzə oğlu

9. Əhmədov Rəfayel Ötərxan oğlu

10. Əhmədova İranə Əfsər qızı

11. Musayev Orxan Cahangir oğlu

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1.Əhmədli Namiq Kamran oğlu

2. Qurbanova Gülnarə Mütalib qızı

3. Salehova Sona Bəyalı qızı

4. Mustafayeva Gülnar Rövşən qızı


Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Aynur Abdullayeva(bələdiyyə üzvü)


Gündəlikdəki məsələlər:


1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 17.06.2021-ci il tarixli 10-97 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


2.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 29.06.2021-ci il tarixli 23-52 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).



3. 20-21 iyul 2021-ci il Qurban bayramı münasibətilə qurban kəsilib paylanılması üçün bələdiyyə büdcəsindən vəsaitin ayrılması barədə. (Məruzəçi: Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri- Abdullayev Amid Abid oğlu)


4. Şəhərin Ə.Ələkbərzadə küçəsinin kənarında bu ilin yaz aylarında əkilmiş Eldar şamı ağaclarının bir neçəsinin qeyri-müəyyən səbəbdən quruması ilə bağlı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 iyul 2021-ci il tarixli 657 saylı məktubuna baxılması barədə. (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü- Əhmədov Rəfayel Ötərxan oğlu)


5.İsmayıllı bələdiyyəsi tərəfindən 2021-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın təsdiq edilməsi barədə. (Məruzəçi:bələdiyyənin sədri P.Ağayev).


İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.

Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə - yoxdur;

bitərəf – yoxdur

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 17.06.2021-ci il tarixli 10-97 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


Eşidildi: 1.1. İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 17.06.2021-ci il tarixli 10-97 saylı tövsiyə məktubu daxil olmuşdur. Məktubda İsmayıllı rayon Prokurorluğundan daxil olmuş 01.06.2021-ci il tarixli 32C-21 saylı məktubda İsmayıllı rayonunun Şəbyan kənd sakini İbrahimov Zamiq Sərvər oğlu tərəfindən İsmayıllı rayonunun Keyvəndi bələdiyyəsinin mülkiyyətində olan İsmayıllı rayonunun Bilistan kənd qəbristanlığının ərazisində yerləşən ərazidə yaş kök üstə 8 ədəd palıd cinsindən olan ağacların motorlu mişarla kəsilərək təbiətə 4020 manat məbləğində ziyan vurması faktına görə 24.02.2020-ci il tarixdə İsmayıllı rayon Polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə 200450008 nömrəli cinayət işi başlanaraq istintaqın aparıldığı, 10.04.2020-ci il tarixdə Z.İbrahimovun Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edildiyi, 27.04.2020-ci il tarixdə cinayət işi üzrə ibtidadi istintaqın tamamlanaraq 30.04.2020-ci il tarixdə iş üzrə tərtib edilmiş ittiham aktı təsdiq edilərək cinayət işinin baxılması üçün aidiyyatı üzrə İsmayıllı rayon məhkəməsinə göndərildiyi, məhkəmənin 04.06.2020-ci il tarixli hökmünə əsasən Z.İbrahimovun Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum ediliyi, lakin ibtidai istintaqın gedişi zamanı, yəni 06.04.2021-ci il tarixdə Z.İbrahimovun vurulmuş zərərin əvəzi olaraq 4020 manat məbləğində pulu müstəntiq Cəlal Abdullayevə, sonuncu da bələdiyyə sədri Dəmirov Akif Balaməmməd oğluna verdiyi və A.Dəmirovun pulu bələdiyyəyə ödənilməsi barədə arayışı alınaraq cinayət işinə əlavə olunduğu, sonradan həmin pulun 22.09.2020-ci il tarixdə Keyvəndi bələdiyyəsinin hesabına köçürüldüyü, keçmiş bələdiyyə sədri A.Dəmirovun əməlinə cinayət tərkibi olmadığından 32C-21 nömrəli material üzrə 31.05.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi, keçmiş bələdiyyə sədri A.Dəmirov tərəfindən cinayət işi üzrə vurulmuş ziyanın əvəzi olan 4020 manat məbləğində pulun 2020-ci ilin aprel ayında qəbul edilərək buna dair arayış verilməsinə baxmayaraq həmin məbləğin 09.09.2020-ci il tarixdə bələdiyyənin bank hesabına ödənildiyindən gələcəkdə belə nöqsanlara yol verilməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsi və nəticəsi barədə İsmayıllı rayon Prokurorluğuna məlumat verilməsi qeyd edilmişdir.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, gündəlikdəki məsələ haqqında məktubu oxudum, məzmunu ilə tanış oldum. Məktubda qeyd olunan hal üzrə və digər cinayət xarakterli neqativ halların gələcəkdə İsmayıllı bələdiyyəsində baş verməməsi üçün mütəmadi qabaqlayıcı tədbirlərin keçirilməsi üçün əməli işlər görülməsinin vacibliyinin məqsədəmüvafiq olduğunu qeyd etdi.

Təklif edirəm ki, məktubda qeyd olunan cinayət xarakterli neqativ halların gələcəkdə İsmayıllı bələdiyyəsində yol verilməməsi üçün mütəmadi olaraq ciddi şəkildə qabaqlayıcı əməli tədbirlər görülsün.

Geniş müzakirədən sonra bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayel, Musazadə Toğrul, İsgəndərova Minazər, Əhmədova İranə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin17.06.2021-ci il tarixli 10-97 saylı tövsiyə məktubu İsmayıllı bələdiyyəsi tərəfindən əməli işdə nəzərə alınsın və qeyd edilənləri rəhbər tutaraq bələdiyyənin fəaliyyətində gələcəkdə cinayət xarakterli neqativ halların baş verməməsi üçün mütəmadi olaraq ciddi şəkildə qabaqlayıcı əməli tədbirlər görülsün.

Qərar: 1.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 1.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


2.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 29.06.2021-ci il tarixli 23-52 saylı tövsiyə məktubunun müzakirəsi barədə.(Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 29.06.2021-ci il tarixli 23-52 saylı tövsiyə məktubu daxil olmuşdur. Məktubda iclas protokolarına və vətəndaş müraciətlərinə baxılarkən bir çox bələdiyyələr tərəfindən aşağıda qeyd edilən nöqsanlara yol verildiyi müəyyən edilmişdir:

1.Bələdiyyə kollegial orqan olduğundan bələdiyyə büdcəsindən pul vəsaiti ayrılarkən iclasda müzakirə edilməli, qərar qəbul olunmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməldir.

2.Həmçinin yerli vergilərin və ödənişlərin yığılması işi aşağı səviyyədə təşkil edilmişdir. Bütün bunlar da debitor borcların yaranmasına gətirib çıxarmış, kreditor borcların (köhnə illərdən qalan əmək haqqı borcları, DSMF-na olan borclar və s.) ödənilməsini çətinləşdirmiş, bir sözlə bələdiyyələrin maliyyə vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur.

3.Eyni zamanda bəzi bələdiyyələrin maliyyə sənədlərinə baxılarkən pul vəsaitinin xərclənməsi ilə bağlı aparılan əməliyyatların nağd qaydada aparılması aşklar olunmuşdur.

4.Həmçinin iclas protokollarına baxılarkən müəyyən olunmuşdur ki, "Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə riayət edilməyərək bir çox bələdiyyələr tərəfindən yarımillik və illik hesabat məruzəsi bələdiyyə iclasına təqdim olunmamışdır və təsdiq edilməmişdir.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev tövsiyə olunan məsələ ilə bağlı geniş açıqlama verdi. O qeyd etdi ki, tövsiyədə qeyd olunanların İsmayıllı bələdiyyəsində mütəmadi olaraq əməli işdə nəzərə alınmasının məqsədəmüvafiq olduğunu qeyd etdi.

Geniş müzakirədən sonra bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayel, Musazadə Toğrul, İsgəndərova Minazər, Əhmədova İranə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin29.06.2021-ci il tarixli 23-52 saylı tövsiyə məkubunda qeyd edilənlər əməli işdə nəzərə alınsın:

a) Bələdiyyə büdcəsindən pul vəsaiti ayrılarkən bələdiyyə iclasının qərarı ilə ayrılsın, bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və miqdarı göstərilsin.

b) Qanunvericiliyin tələblərinə uyğun olaraq yerli vergi və ödənişlərin, icarə haqqlarının bələdiyyə büdcəsinə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görülsün və pul tələblərinin ödənilməsi ilə bağlı icrası məcburi olan inzibati akt qəbul edilərək müvafiq İcra və Probasiya şöbəsinə göndərilsin.

c) Pul vəsaitin xərclənməsi ilə əlaqədar aparılan əməliyyatlar nağdsız şəkildə həyata keçirilsin.

d) Bələdiyyənin yarımillik və illik maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş müddətdə bələdiyyə iclasına təqdim olunsun və təsdiq edilərək qəbul edilmiş qərarın bir surəti Göyçay Regional Ədliyyə idarəsinə təqdim edilsin.

Qərar: 2.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 2.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


3. 20-21 iyul 2021-ci il Qurban bayramı münasibətilə qurban kəsilib paylanılması üçün bələdiyyə büdcəsindən vəsaitin ayrılması barədə. (Məruzəçi: Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri- Abdullayev Amid Abid oğlu)

Eşidildi: 3.1. İclasın sədri gündəlikdəkiüçüncü məsələnin məzmununu açıqladı. O bildirdi ki, qarşıdan Qurban bayramı gəlir. Bələdiyyə tərəfindən bu il bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçularına, şəhid ailələrinə və bir qrup şəhər sakininə qurban payı verilməsi nəzərdə tutulmuşdur. Bu məsələyə komissiya iclasında baxılmış, bələdiyyə büdcəsindən 800 (səkkiz yüz) manat vəsaitin ayrılması məqsədəuyğun hesab edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 3.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev çıxışında bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçularına, şəhid ailələrinə və bir qrup şəhər sakininə Qurban əti paylanması üçün bələdiyyə büdcəsindən 800 (səkkiz yüz) manat vəsaitin ayrılmasını məqsədəuyğun hesab etdiyini bildirdi.

Geniş müzakirədən sonra bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayeva Aynur, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Musazadə Toğrul, İsgəndərova Minazər, Əhmədova İranə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -11səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 3.1. Bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçularına, şəhid ailələrinə və bir qrup şəhər sakininə Qurban payı (ət) verilməsi üçün bələdiyyə büdcəsindən 800 (səkkiz yüz) manat vəsait ayrılsın.

Qərar: 3.2. Qərarın icrasına nəzarət sədr müavini Vidadi Zərbiyev və baş mühasib Fərman Dəmirova həvalə edilsin.


4. Şəhərin Ə.Ələkbərzadə küçəsinin kənarında bu ilin yaz aylarında əkilmiş Eldar şamı ağaclarının bir neçəsinin qeyri-müəyyən səbəbdən quruması ilə bağlı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 iyul 2021-ci il tarixli 657 saylı məktubuna baxılması barədə. (Məruzəçi- Ekologiya və Aqrar siyasət Komissiyasının üzvü- Əhmədov Rəfayel Ötərxan oğlu)

Eşidildi: 4.1. İclasın sədri gündəlikdəkidördüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Yerli Ekologiya və Aqrar Siyasət Məsələləri daimi Komissiyasının üzvü- Rəfayel Əhmədova verdi. O qeyd etdi ki, bu ilin yaz aylarında şəhərin Ə.Ələkbərzadə küçəsində yolun kənarlarında əkilmiş Eldar şamı ağaclarının bir qisminin qeyri-müəyyən səbəbdən quruması aşkar edilmişdir. İsmayıllı bələdiyyəsi olaraq bu barədə 12.07.2021-ci il tarixdə 344 saylı məktubla 6 saylı Regional ETSİ-nə müraciət edilmiş və 13.07.2021-ci il tarixdə 657 saylı məktubla həmin Eldar şamı növündən olan qurumuş ağacların götürülərək yerinə yerli şəraitə uyğun uzunömürlü və dözümlü ağacların əkilməsi tövsiyə olunmuşdur. Ona görə də qurumuş ağacların götürülməsi və payız aylarında onların yerinə yerli şəraitə uyğun həmişəyaşıl ağacların əkilməsini məqsədəuyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, Ə.Ələkbərzadə küçəsində yolun kənarında qurumuş ağacların götürülməsi və payız aylarında həmin ağacların yerinə yerli şəraitə uyğunlaşan həmişəyaşıl, uzunömürlü və yaşıllaşdırma üçün daha münasib və faydalı bitki cinsləri və növlərindən istifadə etməklə həmin yaşıllıqların bərpa edilməsi məqsədəuyğundur.

O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Geniş müzakirədən sonra bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayeva Aynur, Musayev Orxan, Səmədov Sədyar, Abdullayev Amid, Musazadə Toğrul, İsgəndərova Minazər, Əhmədova İranə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -11səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Qərara alındı:

Qərar: 4.1. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yolun kənarında qeyri-müəyyən səbəbdən qurumuş Eldar şamı növündən olan ağacların 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə götürülməsi üçün həmin işləri icra edən orqana "Yaşıllığın Götürülməsi Vərəqi” verilsin.

Qərar: 4.2. Payız aylarında həmin ağacların yerinə yerli şəraitə uyğunlaşan həmişəyaşıl, uzunömürlü və yaşıllaşdırma üçün daha münasib və faydalı bitki cinsləri və növlərindən istifadə etməklə həmin yaşıllıqların bərpa edilməsi nəzərdə tutulsun.

Əsas: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 iyul 2021-ci il tarixli 657 saylı məktubu.

Qərar: 4.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.


5.İsmayıllı bələdiyyəsi tərəfindən 2021-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın təsdiq edilməsi barədə. (Məruzəçi:bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 5.1.İclasın sədri gündəlikdəki beşinci məsələ olan 2021-ci ilin 6 ayı üçün İsmayıllı bələdiyyəsinin hesabatı haqqında söz açaraq hesabatı yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. O, daha sonra bələdiyyənin gəlir və xərclərindən söz açaraq gəlirlərin əvvəlki illərə nisbətən xeyli azaldığını qeyd etdi. Daha sonra o İsmayıllı bələdiyyəsinin şəhər ərazisində gördüyü işlərdən danışaraq bildirdi ki, bələdiyyənin şəhərin abadlaşmasında daha yaxından iştirak etməsindən ötrü bələdiyyənin gəlirlərinin artırılması üçün var qüvvəmizlə çalışmalıyıq.

Məsələyə münasibət bildirməyinizi xahiş edirəm.

Çıxışlar: 5.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bu məsələyə münasibət bildirərək qeyd etdi ki, İsmayıllı bələdiyyəsinin 2021-ci ilin 6 ayın ərzində bələdiyyə, şəhərin abadlaşmasında və ictimai-sosial məsələlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. O, 2021-ci ilin 6 ayı üçün İsmayıllı bələdiyyəsinin hesabatının təsdiqini təklif etdi.

Geniş müzakirədən sonra bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Abdullayeva Aynur, Musayev Orxan, Səmədov Sədyar, Əhmədov Rəfayıl, Musazadə Toğrul, İsgəndərova Minazər, Əhmədova İranə də bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 11 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar 5.1. 2021-ci ilin 6 ayı üçün İsmayıllı bələdiyyəsinin hesabatı təsdiq edilsin.

Qərar 5.2. Hesabat 5 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə təqdim edilsin, hesabat bələdiyyənin elektron saytında yerləşdirilsin və hesabatın xülasəsinin rayon qəzetində dərc edilməsi təmin edilsin.

Qərar 5.3. Bu qərarın icrasına nəzarət bələdiyyə sədrinin müavini Vidadi Zərbiyevə həvalə edilsin.


İclasın sədri: _______________Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi:_______________Abdullayeva Aynur Azad qızı


1. _______________ Soltanov Şahməmməd Nurulla oğlu

2. _______________ Zərbiyev Vidadi Valeh oğlu

3. _______________ Abdullayev Amid Abid oğlu

4. _______________Musazadə Toğrul Namiq oğlu

5. _______________ İsgəndərova Minazər Ramiz qızı

6. _______________ Səmədov Sədyar Həmzə oğlu

7. _______________ Əhmədov Rəfayıl Ötərxan oğlu

8. _______________ Əhmədova İranə Əfsər qızı

9. _______________ Musayev Orxan Cahangir oğlu