İclas protokolları


13.09.21 İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 09 saylı iclas protokolu

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin

09 saylı iclas protokolu

09 sentyabr 2021-ci il                                                                             İsmayıllı şəhəri


İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinin 15 (on beş) bələdiyyə üzvündən iclasda iştirak edənlər:

1. Ağayev Pərviz Əlövsət оğlu

2. Soltanov Şahməmməd Nurulla oğlu

3. Zərbiyev Vidadi Valeh oğlu

4. Abdullayev Amid Abid oğlu

5. Musayev Orxan Cahangir oğlu

6. Abdullayeva Aynur Azad qızı

7. Səmədov Sədyar Həmzə oğlu

8. Salehova Sona Bəyalı qızı

9. Qurbanova Gülnarə Mütalib qızı

10. İsgəndərova Minazər Ramiz qızı

11. Musazadə Toğrul Namiq oğlu

12. Mustafayeva Gülnar Rövşən qızı

13. Əhmədova İranə Əfsər qızı

14. Əhmədov Rəfayel Ötərxan oğlu

Üzrlü səbəbdən iclasda iştirak etmir:

1.Əhmədli Namiq Kamran oğlu


Sədr: Pərviz Ağayev (bələdiyyənin sədri)

Katib: Aynur Abdullayeva(bələdiyyə üzvü)


Gündəlikdəki məsələlər:

1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 18.08.2021-ci il tarixli 20-136 saylı tövsiyə məktubunun müzakirəsi barədə. (Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).


2.İsmayıllı şəhəri Q.Nəbi küçəsi 16 ünvanında qeydiyyatda olan Ağayev Şaiq Şahlar oğluna maddi köməlik edilməsi haqqında ərizəsinə baxılması barədə. (Şəxsiyyət vəsiqəsi AZE № 13886297) (Məruzəçi: Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri – Abdullayev Amid Abid oğlu)


3. 12.01.2017-ci il tarixli Seriya RX № 0976671 saylı çıxarış və A № 108621 saylı plan ölçü ilə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış, İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsinin şərqində (keçmiş İsmayıllı kəndi) yerləşən 0,00839 ha sahibkarlıq məqsədli torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDX yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 26.08.2021-ci il tarixli seriya AM № 013078 saylı Şəhadətnaməsinə əsasən İsrəfilov Davud Şahmar oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu).


4. 13.03.2021-ci il tarixli AA № 608893 saylı plan ölçü ilə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış, İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi 61 A ünvanında yerləşən 0,00264 ha sahibkarlıq məqsədli torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDX yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 26.08.2021-ci il tarixli seriya AM № 013079 saylı Şəhadətnaməsinə əsasən Adilzadə Ramil Adil oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu).


İclasın sədri bələdiyyə üzvlərini salamladı. İclasın gündəliyini bələdiyyə üzvlərinin diqqətinə çatdırdı, onlardan gündəliyə münasibət bildirmələrini xahiş etdi. İclas iştirakçıları məsələyə müsbət münasibət bildirdilər. Gündəliyə əlavə və dəyişikliklər olunmadı.


Gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticələri:

Lehinə - 14 səs;

əleyhinə - yoxdur;

bitərəf – yoxdur


1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin 18.08.2021-ci il tarixli 20-136 saylı tövsiyə məktubunun müzakirəsi barədə. (Məruzəçi: bələdiyyənin sədri P.Ağayev).

Eşidildi: 1.1.İclasın sədri gündəlikdəki birinci məsələnin məzmunu açıqladı. O bildirdi ki, bələdiyyəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 18.08.2021-ci il tarixli 20-136 saylı məktubu daxil olmuşdur. Məktubda bələdiyyə mülkiyyətində aid icarə torpaqlarının bazar qiymətlərindən aşağı qiymətə icarəyə verilməməsi yerli vergi və ödənişlərin düzgün hesablanıb yerli büdcəyə ödənilməsinin təşkil olunması, qanunvericiliyin tələbinə uyğun olaraq yerli vergi və ödənişlərin, icarə haqlarının bələdiyyə büdcəsinə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi, lazım gəldikdə icra və probasiya şöbəsinə akt qəbul edilərək göndərilməsini, yerli əhalinin məşğulluğunu təmin etmək və bələdiyyələrin davamlı əlavə gəlir əldə etmək məqsədilə öz müəssisələrini təsis etmələri və bələdiyyə torpaqlarından istifadə sahəsində qanun pozuntularının aradan qaldırılması barədə tədbirlər görülməsi tövsiyə olunmuşdur.

Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz.

Çıxışlar: 1.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev bildirdi ki, Göyçay Regional Ədliyyə İdarəsinin 18.08.2021-ci il tarixli 20-136 saylıməktubunda göstərilən tövsiyələri əməli işdə rəhbər tutmağın məqsədəmüvafiq olduğunu qeyd etdi.

Təklif edirəm ki, məktubda qeyd olunanlara ciddi şəkildə əməl edilsin.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Musayev Orxan, Abdullayeva Aynur, Səmədov Sədyar, Salehova Sona, Qurbanova Gülnarə, İsgəndərova Minazər, Musazadə Toğrul, Mustafayeva Gülnar, Əhmədova İranə, Əhmədov Rəfayel da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə - 14 səs;

əleyhinə-yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin18.08.2021-ci il tarixli 20-136 saylı tövsiyə məktubunda qeyd edilənlərin həyata keçirilməsi üçün müvafiq qanunauyğun tədbirlər görülsün və İsmayıllı bələdiyyəsitərəfindən əməli işdə nəzərə alınsın.

Qərar: 1.2. Qərarın surətiAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin.

Qərar: 1.3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


2.İsmayıllı şəhəri Q.Nəbi küçəsi 16 ünvanında qeydiyyatda olan Ağayev Şaiq Şahlar oğluna maddi köməlik edilməsi haqqında ərizəsinə baxılması barədə. (Şəxsiyyət vəsiqəsi AZE № 13886297) (Məruzəçi: Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri – Abdullayev Amid Abid oğlu)

Eşidildi: 2.1. İclasın sədri gündəlikdəki ikinci məsələnin məzmununu açıqladı. Ətraflı məlumat üçün sözü bələdiyyənin Yerli Büdcə Məsələləri daimi komissiyasının komissiyasının sədri Amid Abdullayevə verdi. O bildirdi ki, İsmayıllı bələdiyyəsində vergi müfəttişi vəzifəsində çalışan Ağayev Şaiq Şahlar oğlu maliyyə durumunun aşağı olmasını bildirərək övladının müalicəsi üçün maddi cəhətdən imkanının çatmadığını bildirərək ona müəyyən məbləğdə maddi yardım göstərməsini xahiş etmişdir.

Sosial və iqtisadi-inkişaf məsələləri daimi komissiyasında ərizəyə baxılmış, vətəndaşa 100 (bir yüz) manat maddi yardım göstərilməsi məqsədəuyğun hesab edilmişdir.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 2.1. Bələdiyyənin üzvü Soltanov Şahməmməd geniş açıqlamadan sonra qeyd etdi ki, bələdiyyədə maliyyə çətinlikləri olmasına baxmayaraq vətəndaşın xahişini nəzərə almaq lazımdır. O, məsələnin müsbət həll olunmasını təklif etdi.

Bələdiyyə üzvləri Zərbiyev Vidadi, Musayev Orxan, Abdullayeva Aynur, Səmədov Sədyar, Salehova Sona, Qurbanova Gülnarə, İsgəndərova Minazər, Musazadə Toğrul, Mustafayeva Gülnar, Əhmədova İranə, Əhmədov Rəfayel da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -14 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur.

Qərara alındı:

Qərar: 2.1. İsmayıllı bələdiyyəsinin maliyyə imkanları yol verdiyi vaxtda İsmayıllı bələdiyyəsində vergi müfəttişi vəzifəsində çalışan Ağayev Şaiq Şahlar oğluna (Şəxsiyyət vəsiqəsi AZE № 13886297) 100 (bir yüz) manat maddi yardım edilsin.

Qərar: 2.2. Qərarın icrasına nəzarət sədr müavini Vidadi Zərbiyev və baş mühasib Fərman Dəmirova həvalə edilsin.


3. 12.01.2017-ci il tarixli Seriya RX № 0976671 saylı çıxarış və A № 108621 saylı plan ölçü ilə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış, İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsinin şərqində (keçmiş İsmayıllı kəndi) yerləşən 0,00839 ha sahibkarlıq məqsədli torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDX yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 26.08.2021-ci il tarixli seriya AM № 013078 saylı Şəhadətnaməsinə əsasən İsrəfilov Davud Şahmar oğluna satılması barədə. (Məruzəçi: Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu).

Eşidildi:3.1. İclasın sədri gündəlikdəki üçüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Torğul Musazadəyə verdi. O bildirdi ki, bələdiyyənin mülkiyyətində olan 0,00839 ha torpaq sahəsi üzrə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin komissiyasına müraciət edilmişdir. Müsqabiqə keçirilmiş və müsabiqədə Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 26.08.2021-ci il tarixli seriya AM № 013078 saylı Şəhadətnaməsinə əsasən İsrəfilov Davud Şahmar oğlu qalib gəlmişdir. Ona görə də 0,00839 ha sahibkarlıq məqsədli torpaq sahəsinin ona satılması məqsədə uyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 3.1.Bələdiyyənin üzvü Vidadi Zərbiyev geniş açıqlamadan sonra 0,00839 ha. torpaq sahəsinin müsabiqədə qalib gələnə satılmasına tərəfdar olduğunu bildirdi.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Musayev Orxan, Abdullayeva Aynur, Səmədov Sədyar, Salehova Sona, Qurbanova Gülnarə, İsgəndərova Minazər, Mustafayeva Gülnar, Əhmədova İranə, Əhmədov Rəfayel da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -14 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 3.1. 12.01.2017-ci il tarixli Seriya RX № 0976671 saylı çıxarış və A № 108621 saylı plan ölçü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları qeydiyyata alınmış İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsinin şərqində (keçmiş İsmayıllı kəndi) yerləşən 0, 00839 ha sahibkarlıq təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 26.08.2021-ci il tarixli seriyaAM № 013078 saylı Şəhadətnaməsinə əsasənmüsabiqənin qalibi İsrəfilov Davud Şahmar oğluna satılsın.

Qərar: 3.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ32AZPO90315461200420100002VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq 6885 (altı min səkkiz yüz səksən beş) manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

Qərar: 3.3. Vətəndaş İsrəfilov Davud Şahmar oğlu nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

Qərar: 3.4. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


4. 13.03.2021-ci il tarixli AA № 608893 saylı plan ölçü ilə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış, İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi 61 A ünvanında yerləşən 0,00264 ha sahibkarlıq məqsədli torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDX yanında Hərracların Təşkili üzrə Aukison Mərkəzinin Qəbələ Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 26.08.2021-ci il tarixli seriya AM № 013079 saylı Şəhadətnaməsinə əsasən Adilzadə Ramil Adil oğluna satılması barədə. (Məruzəçi:Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri–Musazadə Toğrul Namiq oğlu).

Eşidildi:4.1. İclasın sədri gündəlikdəki dördüncü məsələnin məzmunu açıqladı. Ətraflı məlumat üçün sözü Sosial Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Torğul Musazadəyə verdi. O bildirdi ki, bələdiyyənin mülkiyyətində olan 0,00264 ha torpaq sahəsi üzrə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin komissiyasına müraciət edilmişdir. Müsqabiqə keçirilmiş və müsabiqədə Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 26.08.2021-ci il tarixli seriya AM № 013079 saylı Şəhadətnaməsinə əsasənAdilzadə Ramil Adil oğlu qalib gəlmişdir. Ona görə də 0,00264 ha sahibkarlıq məqsədlitorpaq sahəsinin ona satılması məqsədə uyğundur.

Məsələyə münasibət bildirməyiniz xahiş olunur.

Çıxışlar: 4.1. Bələdiyyənin üzvü Vidadi Zərbiyev geniş açıqlamadan sonra 0,00264 ha. torpaq sahəsinin müsabiqədə qalib gələnə satılmasına tərəfdar olduğunu bildirdi.

Bələdiyyə üzvləri Soltanov Şahməmməd, Abdullayev Amid, Musayev Orxan, Abdullayeva Aynur, Səmədov Sədyar, Salehova Sona, Qurbanova Gülnarə, İsgəndərova Minazər, Mustafayeva Gülnar, Əhmədova İranə, Əhmədov Rəfayel da bu təklifə tərəfdar olduqlarını bildirdilər.

Müzakirə olunmuş məsələyə dair səsvermənin nəticələri:

Lehinə -14 səs;

əleyhinə- yoxdur;

bitərəf-yoxdur

Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanına, 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları”na və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Torpaq müsabiqələri və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə uyğun olaraq

Qərara alındı:

Qərar: 4.1. 13.03.2021-ci il tarixli AA № 608893 saylı plan ölçüsü sənədinə əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyət hüquqları qeydiyyata alınmış İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi 61 A ünvanında yerləşən 0,00264 ha sahibkarlıq təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin seriya AM № 013079 saylı Şəhadətnaməsinə əsasən müsabiqənin qalibi Adilzadə Ramil Adil oğluna satılsın.

Qərar: 4.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 244-IIQ saylı Qanunuu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən torpağın dəyəri bələdiyyənin AZ32AZPO90315461200420100002 VÖEN: 5400091861 nömrəli hesabına 60 gündən gec olmayaraq 2170 (iki min bir yüz yetmiş) manat olmaqla ödənilsin və bələdiyyə ilə ərizəçi arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılsın.

Qərar: 4.3. Vətəndaş Adilzadə Ramil Adil oğlu nəzərdə tutulan müddətdə torpağın dəyər qiymətini bələdiyyənin hesabına ödəmədikdə torpaq sahəsinin vətəndaşa satılması barədə qərar ləğv edilsin.

Qərar: 4.4. Qərarın icrasına nəzarət İsmayıllı bələdiyyəsinin sədr müavini Vidadi Zərbiyevə həvalə edilsin.


İclasın sədri: _______________Ağayev Pərviz Əlövsət oğlu

İclasın katibi:_______________Abdullayeva Aynur Azad qızı


1. _______________ Zərbiyev Vidadi Valeh oğlu

2. _______________ Soltanov Şahməmməd Nurulla oğlu

3._______________ Abdullayev Amid Abid oğlu

4. _______________ Musayev Orxan Cahangir oğlu

5. _______________ Səmədov Sədyar Həmzə oğlu

6. _______________ Salehova Sona Bəyalı qızı

7. _______________ Qurbanova Gülnarə Mütalib qızı

8. _______________ İsgəndərova Minazər Ramiz qızı

9. _______________ Musazadə Toğrul Namiq oğlu

10. ______________ Mustafayeva Gülnar Rövşən qızı

11. ______________ Əhmədova İranə Əfsər qızı

12. ______________ Əhmədov Rəfayel Ötərxan oğlu