"QEYDİYYATA ALINMIŞDIR” "TƏSDİQ EDİLMİŞDİR”
AZƏRBAYCAN RESPUBLİKASININ BƏLƏDİYYƏ ÜZVLƏRİNİN
ƏDLİYYƏ
NAZİRLİYİ
Qeyd №________680_______ 7 fevral 2000
–ci il tarixli
2 saylı iclas protokolu
" ” 20 -ci il _________________C.Hacıyev
NAZİR____________________ __________________2000-ci il
AZƏRBAYCAN RESPUBLİKASI
İSMAYILLI RAYONU
İSMAYILLI BƏLƏDİYYƏSİNİN
N İ Z A M N A M Ə S İ
I. ÜMUMİ MÜDDƏALAR
1.
Nizamnamə "Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının 2 iyul 1999-cu il
tarixli Qanununa və Bələdiyyənin nümunəvi nizamnaməsi”nin təsdiq edilməsi
haqqında Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli qanuna əsasən
hazırlanmışdır.
2.
İsmayıllı rayonunun İsmayıllı şəhər bələdiyyəsi Azərbaycan
Respublikası Konstitusiyasına və "Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyələrə
seçkilər qaydaları haqqında” Azərbaycan respublikası qanunlarına uyğun olaraq
ümumi, birbaşa seçki hüquqi əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə
seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən
edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmənin həyata keçirmək məqsədilə
yaradılmışdır.
Özünün fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasının Azərbaycan Respublikasının digər
normativ hüquqi aktlarını və bu nizamnaməni rəhbər tutur.
3. Bələdiyyənin adı: İsmayıllı bələdiyyəsi
4. Bələdiyyənin ünvanı: İsmayıllı şəhəri H.Əliyev
prospekti 49
5. İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsi (bundan sonra bələdiyyənin
İsmayıllı şəhərinin hüdudları dairəsini əhatə edən ərazi sərhədləri daxilində özünüidarəetmə
formasında fəaliyyət göstərir.
6. Bələdiyyə hüquqi şəxsdir, onun öz möhürü, ştampı, bankda hesabı vardır.
7. Bələdiyyə öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli
həyata keçirmək məqsədilə ittifaqlar yarada bilər. Həmin ittifaqlar
qanunvericiliyinə uyğun qaydada qeydiyyata alınır. Bələdiyyə ittifaqlarına bələdiyyələrin
səlahiyyətləri verilməlidir.
II. BƏLƏDİYYƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
Bələdiyyə üzvünün hüquq və vəzifələri
1. Bələdiyyə
üzvü – bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən
təsdiq edilmiş şəxsdir.
1.1. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində
çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və
ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual
vermək, arayış vermək, səsvermədə iştirak etmək hüquqi vardır.
2. Bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclasları arasında dövrdə isə bələdiyyə
sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə
müdiriyyətin təşəbbüsü ilə işdən çıxarıla bilməz, yaxud intizam tənbehi
qaydasında azmaaşlı işə keçirilə bilməz.
3.Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.
4.Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara keçdikdə və
ya başqa səbəblərdən bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə, bələdiyyə
üzvlüyü səlahiyyətləri öhdəsindən götürülməsi haqqında bələdiyyəyə ərizə verir.
4.1.bələdiyyənin növbəti iclası ərizəyə baxıb müvafiq qərar qəbul edir və bu qərarı
həmin dairənin seçicilərinin nəzərinə çatdırır.
Bələdiyyənin iclası:
1.
Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır.
2.
Bələdiyyənin iclaslarında həll edilən məsələlər:
-
bələdiyyə üzvlərinin səlahiyyətlərinin
tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi
və səlahiyyətlərinə xitam verilməsi;
-
bələdiyyənin parlamentinin
təsdiq edilməsi;
-
bələdiyyənin sədrinin, onun
müavinlərinin, daimi və başqa komissiyalarının seçilməsi.
-
Yerli vergilərin və ödənişlərin
müəyyən edilməsi;
-
Yerli büdcənin və onun
icrası haqqında hesabatların təsdiq edilməsi;
-
Bələdiyyə mülkiyyətində
sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
-
Yerli sosial müdafiə və sosial
inkişaf proqramları kimi dövlət sosial təminatlarından əlavə mütəmadi və birdəfəlik
sosial təminat müəyyən edir, dövlətin həyata keçirdiyi sosial inkişaf
proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq, məktəbəqədər tərbiyə,
təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması
və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və
inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının
və kanalizasiya təsərrüfatının təşkili, yerli əhəmiyyətli yolların tikilməsi və
saxlanılması, mərasim xidmətlərinin təşkili və qəbirstanların qorunması, yerli
nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətlərinin
təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi,
tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili,
kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə,
xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin
istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım
göstərilməsi, əhalinin məşğulluğuna, adamlara peşələri üzrə işlə təmin
olunmasına kömək göstərilməsi və yerin infrastrukturun digər sahələrini əhatə
edən digər yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll edir;
-
dövlətin həyata keçirdiyi
iqtisadi, inkişaf proqramlarına nəzərdə tutulmayan və ya əlavə olaraq yerli əhəmiyyətli
aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələrin təşkili v inkişafını əhatə
edən iqtisadi inkişaf proqramları həyata keçirir. Bələdiyyə proqramlarının və bələdiyyəyə
verilmiş əmlakdan səmərəli istifadə yollarını müəyyən edən proqramlar işləyib
hazırlayır və həyata keçirir;
Yerli iqtisadi inkişaf proqramını həyata keçirərək bələdiyyə dövlət
orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinə müdaxilə edə bilməz.
dövlət həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya
onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə
yerli əhalini cəlb etməklə yerli şəraitdə
mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və emalı, suyun,
havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrə ekoloji tədbirlərin
həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlərin həyata keçirilməsi məqsədilə
əlaqədar proqramlar işləyib hazırlayır və həyata keçirir. Bələdiyyə dövlətin
ekoloji proqramları ilə yerli ekoloji proqramları ilə yerli ekoloji
proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata
keçirilməsinə yardım göstərir.
2) Yerli rəy sorğusunnu təyin etmək barədə qərar qəbul edir.
Bələdiyyənin daimi və başqa
komissiyaları
1.
bələdiyyə öz səlahiyyətlərinə
aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə bələdiyyənin
qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində
olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimmi və başqa
komissiyalar yaradır. Daimi və başqa komissiyalar səalahiyyətləri daxilində fəaliyyətlərinin
təşkili məqsədi ilə öz işinə ekspertlər cəlb edə bilər. Onlar "Bələdiyyənin
daimi və başqa komissiyaları haqqında” Əsasnamə, bələdiyyənin nizamnaməsi əsasında
fəaliyyət göstərir.
2.
Bələdiyyənin daimi və başqa
(hər hansı tədbiri, proqramları həyata keçirmək üçün) komissiyaları bələdiyyə
üzvlərindən ibarətdir.
3.
Bələdiyyənin daimi və başqa
komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir.
-
Yerli əhəmiyyətli sosial
müdafiə və sosial inkişaf, ekoloji, iqtisadi inkişaf, yerli xidmət üzrə
proqramlar hazırlayıb bələdiyyənin başçısına və ya yerli əhalinin müzakirəsinə
çıxarmaq;
-
Yerli əhəmiyyətli məsələləri
müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar
layihələri və başqa materiallar hazırlamaq;
-
Bələdiyyə və onun icra
aparatı üçün təkliflər hazırlamaq;
-
Seçicilərin
taapşırıqlarının yerinə yetirlməsinin təşkilinə və yoxlanılmasına kömək etmək;
4.
Bələdiyyənin daimi və başqa
komissiyaları bələdiyyə iclaslarında təşkil edilir. Daimi və başqa komissiyalar
onları seçilmiş orqan qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.
Bələdiyyənin icra orqanları
1.
Bələdiyyənin icra orqanları onun icra aparatıdır.
2.
Bələdiyyənin icra aparatı bələdiyyənin sədrindən və yerli əhaliyə xidmət,
iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramları həyata keçirmək
üçün yaradılan idarə, şöbə və bölmələrdən ibarətdir.
3.
bələdiyyə Şurasının tərkibi bələdiyyənin sədri, onun müavini, daimi
komissiyaların sədrlərindən formalaşdırılır, daimi fəaliyyət göstərən bələdiyyə
orqanı olub, bələdiyyə iclasları arasındakı dövrlərə fəaliyyət göstərir.
4.
Yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramları həyata keçirmək üçün
yaradılan idarə, şöbə və bölmələrin rəhbərləri Bələdiyyə Şurasının qərarına əsasən,
digər işçilər isə birbaşa bələdiyyənin sədri tərəfindən vəzifəyə təyin edilir.
5.
Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik
edir.
6.
bələdiyyənin icra aparatının strukturu onun qarşısında duran vəzifələrdən və
maliyyə vəziyyətindən asıllı olaraq bələdiyyə iclasının qərarı ilə təsdiq
edilir.
5. Bələdiyyənin icra aparatının səlahiyyətlərinə
aşağıdakılar daxildir:
- bələdiyyəyə baxılmaq və
təsdiq edilmək üçün təqdim edilən
büdcə, plan, proqram və qərar
layihələrinin hazırlanması;
- bələdiyyənin qəbul
etdiyi qərarların yerinə yetirilməsi;
- bələdiyyə sədrinin qəbul
etdiyi qərarların yerinə yetirilməsi;
- bələdiyyənin qanunla
müəyyən olunmuş səlahiyyətlərinin həyata
keçirilməsinin təşkili;
- bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə
verilmiş başqa
mülkiyyətin idarə edilməsi;
- bələdiyyə əmlakının texniki
inventarizasiyasının aparılması;
- qanunvericiliyə əsasən ona həvalə edilmiş digər
səlahiyyətlərin
həyata keçirilməsi.
Vətəndaşların yığıncaqları
1.
Bu nizamnaməyə uyğun
olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü
göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyəyə
vrdiyi bələdiyyə aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin
iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı, nəticələri elan edilməlidir.
2.
Bələdiyyə ərazisində
yaşayan vətəndaşların yerli rəy sorğusu keçirmək təşəbbüsü həmin ərazidə
yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 10 faizinin imzası
toplandıqda baş tutmuş hesab edilir.
3.
Vətəndaşların bələdiyyə
orqanlarına və onların vəzifəli şəxslərinə fərdi və ya kollektiv surətdə müraciət
etmək hüququ vardır.
4.
Bələdiyyə, bələdiyyə
orqanalrı və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti
üzrə bir ay ərzində cavab verməlidirlər. Müraiətlərə cavab verilməsi müddətlərinin
və qaydasının pozulması qanunvericiliyə əsasən məsuliyyətə səbəb olur.
5.
Yerli özünüidarənin həyata
keçirilməsində vətəndaşlar Azərbaycan Respublikasının Konstitusiyası və
qanunlarına, habelə bu nizamnaməyə zidd olmayan digər formalarda (məhəllə komitələri,
assosiasiyallar, xeyriyyə təşkilatları və sair) iştirak edə bilərlər.
III. BƏLƏDİYYƏ SƏDRİ VƏ SƏDR MÜAVİNLƏRİNİN
SƏLAHİYYƏT MÜDDƏTİ
1.
Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə
üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Bələdiyyənin
sədri bələdiyyə üzvlərinin yarısından səsini topladıqda seçilmiş hesab olunur.
2.
Bələdiyyə sədrinin müavini bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə
yolu ilə seçilir. Bələdiyyə sədrinin müavini bələdiyyə üzvlərinin yarıdan
çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
3.
Ciddi əsas olduqda bələdiyyənin sədri və onun müavini bələdiyyənin
iclasında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə açıq və ya gizli səsvermə
yolu ilə vaxtından əvvəl vəzifəsindən azad edilirlər.
4.
Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını
imzalayır.
5.
Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll
edir, bələdiyyə sədri olmadıqda isə müavin onun səlahiyyətlərini həyata
keçirir.
IV. BƏLƏDİYYƏ AKTLARININ
QƏBUL EDİLMƏSİ VƏ
QÜVVƏYƏ MİNMƏSİ QAYDASI
1.
Bələdiyyə iclaslarında
baxılan yerli vergilər və ödənişlərə bağlı qərarlar bələdiyyə üzvlərinin içində
iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu
ilə qəbul edilir.
2.
Bələdiyyə aktları dərc
olunduğundan və ya əahliyə digər usulla elan edildiyi gündən qüvvəyə minir.
3.
Bələdiyyələrin normativ
aktları təsdiq edildikdən sonra, "Normativ-hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındıqdan sonra, özündə
müddət göstərildikdə rəsmi dərc olunduğundan sonra qüvvəyə minir.
V. BƏLƏDİYYƏLƏRİUN,
BƏLƏDİYYƏ ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN MƏSULİYYƏTİNİN ƏSASLARI
VƏ NÖVLƏRİ
VI.
BƏLƏDİYYƏ ÜZVLƏRİNİN VƏ BƏLƏDİYYƏ ORQANLARININ SÇKİLİ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN
STATUSU VƏ SOSİAL TƏMİNATLARI
1.
Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.
2.
Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır vəyeni bələdiyənin
işə başladığı gün qurtarır.
Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsinin səlahiyyətləri onun vəzifəyə
çeçildiyi gündən başlanır və yeni vəzifəli şəxsin seçildiyi gün qurtarır.
-
əmək haqqı bələdiyyə büdəsinin
vəsaiti hesabına ödənilir;
-
səlahiyyət müddəti onun
ümumi və fasiləsiz iş stajına daxil edilir.
5. Bələdiyyə
üzvünə müalicə olunması və istirahət etməsi üçün bələdiyyə büdcəsi hesabına iki
aylıq əmək haqqı məbləğində pul təminatı verilir.
6. Bələdiyyə üzvləri səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilmədikdə,
bələdiyyə büdcəsinin vəsaiti hesabına üç ay ərzində müavinət alırlar.
VII. BƏLƏDİYYƏ ÜZVLƏRİNİN SƏLAHİYYƏTLƏRİNƏ XİTAM VERİLMƏSİ ƏSASLARI VƏ QAYDASI
1.
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti
qurtardıqda xitam verilir.
2.
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl
xitam verilə bilər:
2.1.bələdiyyə seçkiləri zamanı səslərin düzgün
hesablanmadığı aşkar edildikdə:
2.2. öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq
barədə yazılı ərizə verdikdə:
2.3. bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla
müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
2.4. qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarında məsul vəzifə tutduqda;
2.5. dörd aydan artıq müddətdə xastəliyi ilə əlaqədar
vəzifəsini yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil
edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
2.6. bələdiyyə
iclalarını azı üç dəfə üzürsüz səbəbdən buraxdıqda
Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi
əsasları və qaydası
barəsində məhkəmənin qanunu
qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə
dair qərarı olduqda;
fəaliyyət qabliyətsizliyi və
ya məhdud fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyən dildikdə;
Azərbaycan Respublikası vətəndaşlarından
çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət
qarşısında öhdəlik götürdükdə;
vəfat etdikdə;
məhkəmə tərəfindən ölmüş
elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
4.
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam
verilməsi və səlahiyyətlərinin
itirilməsi bələdiyyə
iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında
həll edilir.
Qeyd: 2-ci bəndin, 2.1-ci, 2.2-ci, 2.3-cü, 2.5-ci yarımbəndlərində və 3-cü bəndin
3.1-ci, 3.3-cü, 3.5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda, bələdiyyənin
qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir.
VIII. BƏLƏDİYYƏ ÜZVLƏRİNİN, BƏLƏDİYYƏ ORQANLARININ
VƏZİFƏLİ ŞƏXSLƏRİNİN HÜQUQLARI ÜÇÜN TƏMİNATLAR
1.
Bələdiyyənin Azərbaycan
Respublikası Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş hüquqlarının məhdudlaşdırılması
qadağandır.
2.
Konstitusiya quruluşunun
qorunması, ölkənin müdafiəsi və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə
vətəndaşların yerli özünüidarənin həyata keçirilməsi hüquqları yalnız qanuna əsasən
və qanunda müəyyənləşdirilmiş müddətə məhdudlaşdırıla bilər.
3.
Bələdiyyənin qəbul etdiyi qərarlar
bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquqi və səlahiyyətlərinin
pozulmasına yönəldilə bilməz.
4.
Bələdiyyənin öz səlahiyyətləri
daxilində qəbul etdiyi qərarlar təşkilati-huquqi formasından asılı olmayaraq, bələdiyyənin
ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.
5.
Bələdiyyə qərarları onları
qəbul etmiş orqan tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı il etibarsız
sayıla bilər.
6.
Bələdiyyə qərarlarının icra
edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur.
7.
Bələdiyyə ərazisində
yaşayan vətəndaşlar, bələdiyyələr, bələdiyyə orqanları və bələdiyyə
orqanlarının vəzifəli şəxsləri dövlət hakimiyyəti orqanlarının və dövlətin vəzifəli
şəxslərinin, bələdiyyələrin, bələdiyyə orqanlarının vəzifəli şəxslərinin, bələdiyyənin
yaratdığı hüquqi şəxslərin, habelə ictimai birliklərin bələdiyyənin hüquqlarını
pozan aktlarının etibarsız sayılması barədə habelə bələdiyyə üzvləri və bələdiyyə
orqanlarının seçkili vəzifəli şəxslərinin hüquqlarının, şərəf və ləyaqətlərinin
müdafiəsi ilə əlaqədar məhkəməyə iddia verilə bilər.
IX. BƏLƏDİYYƏ QULLUĞU
TƏŞKİLİNİN
ŞƏRTLƏRİ VƏ QAYDASI
1.
Bələdiyyə orqanlarında vəzifə tutan şəxslər bələdiyyə qulluqçularıdır.
2.
Bələdiyyə sədri və bələdiyyənmin
icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati
rəhbərliyi həyata keçirir.
3.
Bələdiyyə icra aparatının tərkibi
bələdiyyənin fəaliyyət göstərdiyi ərizədən, qarşıda duran vəzifələrdən və
maliyyə vəsaitindən asılı olaraq, bələdiyyə tərəfindən təyin olunan idarə rəisləri
və rəis müavinlərindən, şöbə müdirləri və onların müavinlərindən, mütəxəsislərindən,
müfəttişlərdən və digər işçilərdən təşkil olunur.
X. YERLİ ÖZÜNÜİDARƏNİN HƏYATA
KEÇİRİLMƏSİNİN İQTİSADİ
VƏ
MALİYYƏ ƏSASLARI, BƏLƏDİYYƏ MÜLKİYYƏTİNƏ SAHİBLİYİN,
ONDAN İSTİFADƏNİN VƏ ONA SƏRƏNCAM
VERİLMƏSİNİN ÜMUMİ QAYDASI
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllı səfəri
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllıya səfəri-2020
Heydər Əliyev adına park
İsmayıllı rayonu yeni görüntülər
İsmayıllıda "Saat meydanı"
İstirahət mərkəzləri
Olimpiya kompleksi
Prezidentin İsmayıllı Rayonuna səfəri 2014
Təhsil müəssisələri
Ümumi görüntü
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər